Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə170/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   166   167   168   169   170   171   172   173   ...   212

Şarlaxov, Konstantin Myakişev, Nikolay Şulqin, Viktor Baykov, Yuzef Çarski, Pyotr Jarikov, 

Vladimir Otradinski, E. Tareyeva, Aleksandra Suvirova, Marqarita Annekso, Pyotr Yudin, Kseniya 

Babiçeva, Vera Şirye, Raxil Ginzburq, Sergey Yakuşev, Nina Sarnatskaya, Konstantin Adamov, 

Dina Tumarkina, Anatoli Falkoviç, Mixail Aduşev kimi şöhrətli aktyorlar işləyiblər. 

Məşhur sənətkarlar Fuad Poladov, Lüdmila Duxovnaya, Murad Yegizarov hazırda 

kollektivin truppasında çalışırlar. 

Teatrın baş rejissoru əvvəllər kollektivin aparıcı aktyorlarından olan, xalq artisti Aleksandr 

Şarovskidir. 

 

*  *  * 


 

 

Məhərrəm Haşımov   



(2.2.1912 - 2.5.19691) 

 

Sənət fəaliyyətində yaradıcılıqla bərabər,  inzibati təşkilatçılıq bacarığı da formalaşmışdır. O, 

1948-ci ildən 1951-ci ilə  qədər Azərbaycan Dövlət Rus Dram Teatrında direktor və quruluşçu 

rejissor kimi çalışmışdır. 1956-cı ildə isə qazandığı möhtəşəm sənət nailiyyətlərinə görə yenidən 

Rus Dram Teatrına göndərilərək güclü truppaya malik kollektivin baş rejissorluğu ona 

tapşırılmışdır. Bu vəzifədə 1960-cı ilə kimi coşğun daxili həvəslə, ciddi yaradıcılıq ehtirası ilə 

çalışmışdır. 

ADOBT-də (1951-1956) və "Azərbaycanfilm" kinostudiyasında direktor işləmişdir (1960 - 

1965). Eyni zamanda Incəsənət İşləri İdarəsinin rəisi olmuşdur. 

1966-cı ildə Rus Dram Teatrına qayıdaraq kollektivə yenə baş rejissorluq etmişdir. 

Uzun illər Azərbaycan Dövlət Teatr İnstitutunda pedaqoji fəaliyyətlə  məşğul olmuş, 

tələbələrə rejissor və aktyor sənətinin sirlərini öyrətınişdir. 

Məhərrəm Kazım oğlu Haşımovun Azərbaycan Dövlət Rus Dram Teatrında rejissorluq 

fəaliyyətinin  əsas məğzində müasir fəlsəfi-realist teatr yaratmaq məqsədi dururdu. Əsas işləri 

"Döngədə ev" (Tur qardaşları. 1949), "Xəzər üzərində  şəfəqlər" (İmran Qasımov. 1950), "Balıqçı 

oğlu" (Vilis Latsis. 1953), "Dəniz cəsurları sevir" (İmran Qasımov və  Həsən Seyidbəyli. 1954), 

"Entoni Qrantın cinayəti" (Cerald Qordonun romanı  əsasında. 1956), "Aydın" (Cəfər Cabbarlı. 

1957), "Yasəmənlər ÇİÇək açanda" Nmolay Vinnikov. 1957), "Hamam" (Vladimir Mayakovski. 

1959), "Maskarad" (Mixail Lermontov. 1959), "İrautsk  əhvalatı" (Aleksey Arbuzov. 1960), "Kino 

çəkilir..." (Edvard Radzinski. 1966), "Teleqramla hekayət" (V. Osipov. 1966), "Milyonçu qadın" 

(Bernard Şou. 1966), "İntervensiya" (Lev Slavin. 1967), "Ənənəvi toplanış" (Viktor Rozov. 1968) 

tamaşalarına verdiyi quruluşlardır. 

İmran Qasımovun "Xəzər üzərində  şəfəqlər" pyesinə Azərbaycan Dövlət Rus Dram 

Teatrında verdiyi quruluşa görə Məhərrəm Haşımov və tamaşanın bir qrup yaradıcı heyəti rəssam 

Sergey Yefimenko, aktyorlardan Konstantin Myakişev (Hüseynov), Boris Çinkin (Nəcəfov), Viktor 

Şarlaxov (Məmmədov), Pyotr Yudin (Poladov) 1951-ci ildə SSRİ Dövlət mükafatına layiq 

görülüblər. 1969-cu ildə isə "Demoklisin qılmcı" (Nazim Hikmət), "Maskarad", (Mixail Lermontov) 

və "Kino çəkilir..." (Edvard Radzinski) tamaşalarına verdiyi monumental quruluşlara görə rejissor 

Mirzə Fətəli Axundzadə adına Respublika mükafatı laureatı adını alıb. 

 

 



 

Cənnət Səlimova  

(20 yanvar 1940) 

 



 Bakıda doğulub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini 

bitirib. Elə  həmin il Leninqrad Teatr Sənəti  İnstitutunun rejissorluq fakültəsinə daxil olub və 

görkəmli sənətkar Georgi Tovstonoqovdan beş il dərs alıb. Diplom tamaşası 1967-ci ildə RDT-də 

hazırladığı "Nağıl möcüzəsi" (Karney Çukovski) səhnə əsəri olub. Müxtəlif illərdə Sumqayıt Dövlət 

Dram Teatrında, Akademik Milli Dram Teatrında, Musiqili Komediya Teatrında, Gənc Tamaşaçılar 

Teatrında tamaşalar hazırlayıb. Opera və Balet Teatrında bəstəkar  Əfrasiyab Bədəlbəylinin 

"Söyüdlər ağlamaz", Fikrət  Əmirovun "Sevil", Cüzeppe Verdinin "Traviata", Rucero 

Leonkovallonun "Məzhəkəçilər", Cakomo Puççininin "Bohema" operalarına quruluş verib. 1990-cı 

ildən özünün yaratdığı Bakı kamera Teatrının bədii rəhbəridir. 

Cənnət Əlibəy qızı Səlimova 1968 - 1990-cı illərdə RDT-də quruluşçu rejissor və baş rejissor 

işləyib. Bu teatrda daha uğurlu quruluşları Anton Çexovun "Vanya dayı" (1968) və "İvanov" (1980), 

Fyodor Dostoyevskinin "Cinayət və cəza" (1971), "İdiot" (1973), Karlo Haldoninin "Mehmanxana 

sahibəsi" (1972), Bertolt Brextin "Kuraj ana" (1974), Hüseyn Cavidin "Şeyx Sənan" (1983), Cəfər 

Cabbarlının "Aydın" (1985), Marqaret Dyüranın "Tamaşaçıların baxması qadağandır"  (1990)   

tamaşaları sayılır. 

Sənətdə qazandığı nailiyyətlərə görə Cənnət Səlimova Azərbaycan Respublikasının əməkdar 

incəsənət xadimi (1976) və xalq artisti (24 may 1998) fəxri adlarına layiq görülüb. 

 

 



BAKI TÜRK İŞÇİ TEATRI 

 

Bu teatrın adı özünün on iki illik yaradıcılıq dövründə üç dəfə dəyişib. Teatr ayrı-ayrı illərdə 



aşağıdakı müxtəlif adlarla fəaliyyət göstərib: 

Bakı Azad Türk Tənqid və Təbliğ Teatrı (1921 - 1925, may); 

Bakıı Türk İşçi və Kəndli Teatrı (1925 - 1927, aprel); 

Bakı Türk İşçi Teatrı (1927 - 1932, 28 dekabr). 

Teatr Azərbaycanda sovet quruluşunun siyasi və ictimai-sosial ideyalarını  təbliğ etmək 

məqsədilə Xalq komissarları  Şurasının qərarı ilə yaradılıb.  Əvvəlcə 16 nəfərdən ibarət komissiya 

müəyyən edilib. Münsiflər heyəti Akademik Milli Dram Teatrının aktyor truppasının 

sənətkarlarından Mirzağa  Əliyevi, Hacıağa Abbasovu, Əhməd Qəmərlini, Mirmahmud 

Kazımovskini, Rüstəm Kazımovu, Sidqi Ruhullanı (rejissor kimi) və bu kimi şöhrətli aktyorları təzə 

kollektivə dəvət edib. 

Teatr açılış üçün birpərdəli "Çərxi fələk" (Süleyman Sani Axundov), "Sabotajçılar" 

(Məmməd Səid Ordubadi), "Yazıya pozu yoxdur" (Abdulla Şaiq) pyeslərini tamaşaya hazırlayıb. İlk 

tamaşa 1921-ci il noyabr ayının 13-də, indiki Azərbaycan Dövlət Kukla Teatrının binasında 

göstərilib. Tamaşaların arasında konfransye funksiyasını icra edən Mirzağa  Əliyev və Hacıağa 

Abbasov satirik kupletlər və ictimai-sosial mahiyyətli, məişət mövzulu meyxanalar söyləyiblər. 

Üç il teatr həmin prinsiplə tamaşalar göstərib. Bu məqsədlə teatr Əliağa Vahid, Məmməd 

Səid Ordubadi, Cəfər Cabbarlı ilə və satirik şeirlər yazan digər müəlliflərlə sıx yaradıcılıq əlaqəsi 

yaradıb. 

Teatr ictimaiyyəti arasında, ayrı-ayrı  mətbuat səhifələrində yeni kollektivin adı "Hökumət 

Türk Tənqid və  Təbliğ Teatrosu", "Tənqid və  Təbliğ Teatrı", "Satiragit" kimi də deyilib. Hətta 

aparıcı aktyorlar Mirzağa və Hacıağanın şərəfinə "Hacımirzə" teatrı da adlanıb. 

Tənqid və Təbliğ Teatrının çağırış mahnısı olub. Hər gün pərdə "Satiragit ayinədir açmağa 

xalqın gözünü, görəcəkdir baxsa bu ayinədə  hər kəs özünü" misraları ilə başlayan mahnının 

təranələri altında açılıb. Həmin çağırış-leytınotivin sözlərini Əliağa Vahid yazıb. 

Öz tamaşaçılarının əsasən teatra təzə ayaq açan fəhlə və kəndlilərdən (Bakının kəndlərindən 

teatra böyük axın vardı) ibarət olduğunu nəzərə alan kollektiv ifadə vasitələrində sadəliyə

salondakılarla qarşılıqlı dialoqa can atırdı. 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə