Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə166/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   162   163   164   165   166   167   168   169   ...   212

Şəmsi Bədəlbəylinin böyük qardaşı Əfrasiyab Bədəlbəyli yeniyetmə yaşlarından Milli Dram 

Teatrında işləyib, görkəmli bəstəkardı. 

Orta məktəbi qurtarandan sonra Şəmsi Bədəlbəyli atasının yolu ilə gedərək 1923-cü ildən 

1927-ci ilin mayına qədər Bakı Pedaqoji Texnikumunda təhsil alıb. Tələbə vaxtı  həvəskar aktyor 

kimi tamaşalarda oynayıb. 1927-ci ildə o, Azərbaycan Dövlət konservatoriyasının xalq çalğı alətləri 

sinifinə daxil olub. Sonra Üzeyir bəy Həcıbəyovun rəhbərlik etdiyi kompozisiya nəzəriyyəsi 

sinifində təhsilini davam etdirib. 

Tələbə ola-ola Milli Dram Teatrının kiçik orkestrində tar çalıb. Yaş fərqlərinə baxmayaraq 

burada dramaturq Cəfər Cabbarlı, aktyor-rejissor İsmayıl Hidayətzadə ilə, rejissor-pedaqoq 

Aleksandr Tuqanovla dostluqları başlayıb. 1932-ci ildə rejissor assistenti kimi bir neçə tamaşanın 

hazırlıq prosesində iştirak edib. 

Şəmsi Bədəlbəylinin sənət qabiliyyətini nəzərə alaraq Xalq Maarif komissarlığı onu 1933-cü 

ildə Moskvaya təhsil və təcrübə keçməyə göndərib. Gələcək rejissorun sənət müəllimləri SSRİ-də 

tanınmış sənətkarlar Kote Marcanaşvli və Aleksey Popov olub. Moskvadakı Malı Teatrda tamaşaya 

hazırlanan Fridrix Şillerin "Don Karlos" tamaşasında rejissor assistenti kimi çalışıb. 

Təhsilini başa vurub Bakıya qayıdan  Şəmsi Bədəlbəyli Akademik Milli Dram Teatrının 

rejissor heyətinə işə götürülüb və 1941-ci ilə qədər bu kollektivdə çalışıb. 

1930 - 1932-ci ildə "Gənc işçi" qəzetində  işləyən, teatr-şünas kimi də  fəaliyyət göstərən 

Şəmsi Bədəlbəyli 1941-ci ilin axırlarında "Vətən yolunda" ("Vətən uğrunda") qəzetinin  əməkdaşı 

kimi İranın Təbriz şəhərinə ezam edilib. Qəzetdə əsasən mədəniyyət mövzusunda məqalələr yazan 

Şəmsi Bədəlbəylinin Təbrizdə teatr həvəskarları ilə Üzeyir bəyin "Arşın mal alan", Zülfüqar bəy 

Hacıbəyovun "Əlli yaşında cavan", "Evliykən subay" operettalarını tamaşaya hazırlayıb. Təbriz 

peşəkar teatrının yeni yaradıcılıq mərhələsinə  qədəm qoymasında bəhrəli işlər görüb, kollektivin 

aktyor truppasını yenidən və daha sağlam ruhda təşkil edənlərdən biri olub. 

Şəmsi Bədəlbəyli 1942-ci ildə  Vətənə qayıdıb və Azərbaycan Dövlət Musiqili Komediya 

Teatrına (1943 - 1949) bədii rəhbər təyin olunub. Tetrda 1956 - 1961-ci illərdə baş rejisor və 1965 - 

1974-cü illərdə  də  bədii rəhbəri işləyib. (Xatırladım ki, teatr 1949-1956-cı illərdə bağlanmışdı). 

1949-cu ildə teatr bağlananda o, Azərbaycan Dövlət Filarmoniyasına direktor təyin edilib. Bu 

vəzifədə 1974-1976-cı illərdə  də çalışıb. 1976 - 1981-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin 

(indiki Azərbaycan Teatr Xadimləri İttifaqı) sədri seçilib. 21 noyabr 1986-cı ildə fəxri təqaüdə çıxıb. 

Yaradıcılığı Musiqili Komediya Teatrı ilə daha sıx bağlı olan Şəmsi Bədəlbəyli bu 

kollektivin geniş yaradıcılıq yoluna çıxmasında böyük işlər görüb. Teatrın tərəqqisi bir rejissor və 

bədii rəhbər kimi ilk növbədə Şəmsi Bədəlbəylinin adı ilə bağlıdır. 

Şəmsi Bədəlbəylinin bu teatrda hazırladığı  əsas tamaşalar: "Əlli yaşında cavan", Zülfüqar 

bəy Hacıbəyov (2 sentyabr 1943, 18 iyun 1959), "Ürəkçalanlar", Məmməd Səid Ordubadi və Fikrət 

Əmirov (18 mart 1944), "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov (10 aprel 1945 və 22 noyabr 1964), 

"Durna", Süleyman Rüstəm və Səid Rüstəmov (28 aprel 1947, 28 avqust 1956 və 17 mart 1959), 

"Bayadera",  İmre Kalman. Tərcümə edəni Sabit Rəhman (25 sentyabr 1948), "Ulduz", Sabit 

Rəhman və Süleyman Ələsgərov (30 dekabr 1948, 9 may 1957 və 20 noyabr 1960), "Arşın mal 

alan", Üzeyir bəy Hacıbəyov (1 avqust 1956, 21 mart 1958, 25 fevral 1959 və 16 may 1972), 

"Məşədi  İbad", Üzeyir bəy Hacıbəyov (3 noyabr 1956), "Toy kimindir?", Məhərrəm  Əlizadə  və 

Ağası Məşədibəyov (8 dekabr 1956), "Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov (Birinci 

tamaşanı rejissor Səftər Turabovla birgə hazırlayıb. 28 dekabr 1957 və 4 dekabr 1976), "Hacı Qara" 

("Xəsis"), Mirzə  Fətəli Axundzadənin  əsəri  əsasında  Şəmsi Bədəlbəylinin librettosu. Bəstəkarlar 

Vasif Adıgözəlov və Ramiz Mustafayev (11 iyul 1958), "Rəisin arvadı", Məhərrəm Əlizadə və Səid 

Rüstəmov (24 yanvar 1961), "Bizə bircə xal lazımdır", Qulamrza Cəmşidi ilə  Bəşir Səfəroğlu və 

Telman Hacıyev (rejissor Niyaz Şərifovla birgə hazırlayıb. 19 sentyabr 1967), "Ləpələr",  Əliağa 

Kürçaylı və Arif Məlikov (29 dekabr 1967), "Sevindik qız axtarır", Şıxəli Qurbanov və Süleyman 

Ələsgərov (7 mart 1970), "Nənəmin  şahlıq quşu",  Əliağa Kürçaylı  və Vasif Adıgözəlov (27 mart 



1971), "Həmişəxanım", Salam Qədirzadə  və Süleyman Ələsgərov (30 sentyabr 1971), "Keto və 

Kote", Vladimir Dolidze. Tərcümə edəni  Şəmsi Bədəlbəyli (20 yanvar 1973), "Hicran", Sabit 

Rəhman və Emin Sabitoğlu (rejissor Vaqif Ağayevlə birgə hazırlayıb. 31 mart 1973). 

1957-ci ildə  Aşqabad  şəhərində Mahtumqulu adına Türkmənistan Dövlət Opera və Balet 

Teatrında Üzeyir bəy Hacıbəyovun "Koroğlu" orerasına, ADOBT-də bir sıra əsərlərə monumental 

quruluşlar verib. 

Şəmsi Bədəlbəylinin tamaşaları  əlvan cazibədarlığı, koloritli forma həlli, həssas musiqi 

duyumu, bütöv aktyor ansamblı ilə səciyyəvi idi. 

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının formalaşmasında, aktyor truppasının 

təkmilləşməsində Şəmsi Bədəlbəylinin xidmətləri böyükdür. 

İstedadlı  gənclərin teatra cəlb olunmasında, təcrübəli aktyorların yeni-yeni yaradıcılıq 

keyfiyyətlərinin üzə çıxıb formalaşmasında Şəmsi Bədəlbəylinin rejissor-pedaqoq kimi müstəsna rol 

oynayıb. 

Görkəmli rejissor, bacarıqlı inzibatçı Şəmsi Bədəl oğlu Bədəlbəyli musiqili teatr sənətimizin 

inkişafında, onun tərəqqi yolunda göstərdiyi böyük xidmətlərə görə 17 iyun 1943-cü ildə 

Azərbaycan Respublikasının əməkdar artisti və 29 iyul 1964-cü ildə xalq artisti fəxri adları ilə təltif 

olunub. Bir sıra bədii filmlərə çəkilib. 

Bakıda 23 may 1987-ci ildə vəfat edən sənətkar ikinci Fəxri xiyabanda dəfn olunub. Adina 

Bakıda küçə var. 

 

  



LÜTFƏLİ ABDULLAYEV  

(22.3.1914- 9. 12.1973) 

 

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcılarından biridir. Milli xalq oyun-



tamaşalarının gülüş estetikasını bacarıq və  həssalıqla mənimsəyib. Vəziyyət komediyalarında 

oynamağı xoşlayıb. 

Məsxərə  hərəkətləri ilə mimika-jest ifadə vasitələrindən obrazın komik xarakterini açmaq 

üçün istifadə edib. 

Lütfəli  Əmir oğlu Abdullayev 1914-cü ilin Novruz bay-ramı günü, 22 martda Nuxa 

şəhərində (indiki Şəki) doğulub. Oradakı yeddüllik məktəbi bitirib. Bir neçə ay Şəki fəhlə gənclər 

klubunun dram dərnəyində çalışıb. Burada kiçik məsxərələrdə və tərcümə olunmuş, təbdil edilmiş 

vodevillərdə oynayıb. 

1928-ci ilin sentyabrında Bakıya gələn Lütfəli Abdullayev Dövlət konservatoriyasının 

valtorna sinifinin məşğələlərində iştirak etməyə başlamışdır. Vokal sənətinə marağı olduğuna görə 

paralel olaraq Berolskinin kursunda ifaçılıqla məşğul olmuş, səsinin oxu ölçü-quruluşunu cilalayıb 

müəyyən qəlibə salmışdır. Dərslərinin gedişatını müəyyən yönə salıb sistemləşdirdikdən sonra 

yaşının azlığına baxmayaraq, müsabiqə ilə opera teatrının xor heyətinə  qəbul olunub. Tezliklə o, 

yardımçı aktyor kimi sözsüz və epizod rollarda, qısa vaxtdan sonra "Arşın mal alan" operettasında 

Vəli rolunda oynayıb. 

1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yarananda Lütfəli Abdullayev 

truppaya qəbul edilib. Teatr 1949-cu ilin yazında maliyyə  çətinliyi ilə bağlı  fəaliyyətini 

dayandırmalı olanda Lütfəli Abdullayev Milli Dram Teatrına keçib. Burada Tulio ("Rəqs müəllimi", 

Lope de Veqa), Rəşid ("Kimdir müqəssir?", Georgi Mdivani), Tağı ("Köhnə dudman", Əbdürrəhim 

bəy Haqverdiyev), Oddamdı ("Od gəlini", Cəfər Cabbarlı), Nadir ("Çiçəklənən arzular", 

Məmmədhüseyin Təhmasib) rollarında çıxış edib. İki ildən sonra o, Azərbaycan Dövlət 

Filarmoniyasının nəzdində estrada ansamblı kimi çıxış edən muskomediya truppasında işləməyə 

başlayıb. 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə