Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə165/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   161   162   163   164   165   166   167   168   ...   212

rejissor quruluşlarıdır. Kompozisiya bütövlüyünə səy göstərib, xor və balet rəqslərindən bacarıqla, 

tamaşanın ümumi ruhuna uyğun tərzdə istifadə edib. 

Ağakişi Kazımov. Yaradıcılığı  əsasən MDT və GTT ilə baghdır. Az müddət (22.9.1974 - 

30.12.1975) Musiqili komediya Teatrının baş rejissoru kimi çalışıb. Bu teatrda 1975-ci ildə 

Seyfəddin Dağlı  və Cahangir Cahangirovun "Təzə  gəlin" (26 aprel), İsaak Dunayevskinin 

"Xoşbəxtliyə gedən yol" (12 aprel) və Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (5 iyun) 

operettalarına quruluş verib. Monumental realist teatr estetikasının xüsusiyyətlərini musiqili 

komediya janrının prinsiplərinə uyğunlaşdırmaqda cəsarətli addımlar atıb. 

Vaqif İbrahimoğlu (Həsənov). "Yuğ" Dövlət Teatrının yaradıcısı və bədii rəhbəridir. MKT-

də  əvvəllər dəvətlə tamaşalar hazırlayıb. 1982-1989-cu illərdə bu kollektivdə baş rejissor olub. 

Teatrda Ruhəngiz Qasımovanın "Məzəli  əhvalat" (rejissor Ramiz Həsənoğlu ilə birgə. 1980), 

Rüstəm İbrahimbəyovla Valentin Yejov və bəstəkar Leonid Vaynşteynin "Səhranın bəyaz günəşi" 

(1981), Cənnət Səlimova və Oqtay Kazımovun "Danabaş  kəndinin  əhvalatları" (Cəlil 

Məmmədquluzadənin eyni adlı  əsəri  əsasında. 1982), İsgəndər Coşqun və  Rəşid  Şəfəqin "Tü1kü 

həccə gedir" (1982), Eldar Mansurovun "Canlı musiqi" (1982), Akif Məhərrəmov və Oqtay 

Kazımovun "Sıravi Seyfullanın xidməti əziyyətləri" (Sultanməcid Qənizadənin "Xor-xor" məsxərəsi 

əsasında. 1983), Rüfət Əhmədzadə və Emin Sabitoğlunun "Bildirçinin bəyliyi" (1983) və "92 dəqiqə 

gülüş" (1987), İohan  Ştrausun "Yarasa" (1984), "Məşədi  İbad" (1985), "Gözün aydın" (1986) 

əsərlərinə rejissorluq edib. Quruluşları forma orijinallığı və üslub əlvanlığı, satirik kəsəri, janrın yeni 

estetik xüsusiyyətləri ilə seçilib. Maraqlı  və çoxqatlı, ifadəli və gözoxşayan kompozisiyalar 

qurmaqda səriştəlidir. 

Cənnət Səlimova. Bakı kamera Teatrının yaradıcısıdır. Yaradıcılığının ən qaynar dövrü Rus 

Dram Teatrı ilə bağlıdır. MKT-də "Filumena Martirano" (Eduardo de Flippo və  Fərəc Qarayev. 

1991), "Həftənin axırında  şən  şam yeməyi" (Jan Puaro. 1994), "Məşədi  İbad" (1998), "Şən dul 

qadın" (Ferents Leqar. 1999) operettalarına quruluş verib. Klassik Avropa operetta janrının poetika 

göstəricilərinin səhnə təcəssümü ənənələrinə üstünlük verir. 

Teatrda Rauf Kazımovskinin "Hacı Kərimin Aya səyahəti" (Qulamrza Cəmşidi ilə Əbülfəz 

Hüseyni və Azər Rzayev. 1962), Vaqif Abbasovun "Yertutanlar" (Faiq Mustafayev və Adil Bəbirov 

(1981), Fuad Hacıyevin "Ana, mən evlənirəm" (Rauf Hacıyev. 1977), Rafiq Atakişiyevin "Qızıl toy" 

(Ramiz Heydər və Oqtay Kazımov. 1980), kollektivdə baş rejissor (1989 - 1992) işləyən Cahangir 

Novruzovun "Qız anası" (Georgi Xuqayev və A.Ovanov), Ələkbər Kazımovskinin "Özümüz bilərik" 

(Şıxəli Qurbanov və Süleyman Ələsgərov. 1993) quruluşları forma axtarışlarında müəyyən cəhdləri 

ilə yadda qalıblar. 

Son on ildə teatrda rejissorlardan Yusif Əkbərov, Faiq Zöhrabov, Ədalət Ziyadxanov daha 

məhsuldar işləyirlər. 

 

 

*  *  * 



 

NİYAZ ŞƏRİFOV (16.3.1914 - 15.5.1982) 

 

Yaradıcılığı  əsasən MKT ilə bağlı olan Niyaz Səttar oğlu  Şərifov 16 mart 1914-cü ildə 



Bakıda doğulub. Bədəl bəy Bədəlbəyovun məktəbində əvvəlcə birinci dərəcəli pillədə dörd il təhsil 

alıb və beş il isə ikinci dərəcəli təhsil sistemində oxuyub. Bakı Teatr Məktəbini bitirib və tələbəlik 

illərindən BTİT-də aktyorluq edib. Bu teatr 1933-cü ildə Gəncəyə köçüb və Niyaz Şərifov bir sıra 

mədəniyyət ocaqlarında çalışıb. 1938-ci il-də ADMKT yaradılanda oraya əvvəlcə texniki rejissor

sonra isə quruluşçu rejissor götürülüb. Müəyyən fasilələrlə ömrünün sonuna qədər bu kollektivdə 

işləyib. Azərbaycan Respublikasının  əməkdar incəsənət xadimi fəxri adı ilə  təltif edilib. Niyaz 

Şərifov MKT-də Məhərrəm Əlizadə və Soltan Hacıbəyovun "Qızılgül" (1945 və 1967), Məhərrəm 



Əlizadə  və Fikrət  Əmirovun "Gözün aydın" (1946), Kərim Kərimov və Zakir Bağırovun 

"Kəndimizin mahnısı" (1959), Zülfüqar bəy Hacıbəyovun "Evliykən subay" (1960), "Əlli yaşında 

cavan" (1972), Məhərrəm Əlizadə və Əşrəf Abbasovun "Səndən mənə yar olmaz" (1963), Novruz 

Gəncəli və Şəfiqə Axundovanın "Ev bizim, sirr bizim" (1965 və 1979), Məcid Şamxalov və Zakir 

Bağırovun "Qaynana" (1965), Məmməd Səid Ordubadi və Səid Rüstəmovun "Beş manatlıq gəlin" 

(1969),  Ədil  İsgəndərov və  Əşrəf Abbasovun "Dağlar qoynunda" (1970), Məhərrəm  Əlizadə  və 

Nazim Əliverdibəyovun "Nazxanım naz eləyir" (1974), Məhərrəm Əlizadə və Ramiz Mustafayevin 

"Qonşumuzda bir oğlan var" (1976), Süleyman Rüstəm və  Səid Rüstəmovun "Durna" (1976), 

Cahangir Məmmədov və  Əşrəf Abbasovun "Həyətim mənim, həyatım mənim" (1977), Salam 

Qədirzadə və Süleyman Ələsgərovun "Gurultulu məhəbbət" (1980) musiqili komediyalarına quruluş 

verib. 

 

 



ƏLİHEYDƏR ƏKBƏROV (26.6.1915 - 14.3.1974)  

 

Yaradıcılığı əsasən Akademik Milli Dram Teatrı ilə bağlıdır. 1960 - 1967-ci illərdə Musiqili 



Komediya Teatrında baş rejissor işləyib. Teatrın repertuar qurumunun formalaşmasında, rejissor 

sənətinin yeni peşəkarlıq keyfiyyətləri əxz etməsində, aktyor truppasının kamilləşməsində Əliheydər 

Ələkbərovun böyük xidmətləri var. O, bu teatrda bir sıra uzunömürlü tamaşalara maraqlı quruluşlar 

verib. Hazırladığı tamaşalara monumental ruh verməyə çalışıb. Xor və baletdən komponent-obraz 

kimi istifadəyə xüsusi meyil göstərib. 

Əliheydər  Ələkbərovun rejissurası dolğun ifadə vasitələri, dərin realizmi və  təbii yumorun 

obrazlı  bədii həlli ilə seçilib. Bu baxımdan onun teatrda hazırladığı "Bir dəqiqə" (dramaturq 

Məhərrəm Əlizadə və bəstəkar Hacı Xanməmmədov. 17 oktyabr 1961), "Ulduz" (Sabit Rəhman və 

Süleyman  Ələsgərov. 6 dekabr 1964), "Haradasan, ay subaylıq?" (Salam Qədirzadə  və Süleyman 

Ələsgərov. 16 fevral 1968), Şıxəli Qurbanov və Süleyman Ələsgərovun, "Özümüz bilərik" (5 yanvar 

1963), "O1madı elə, oldu belə" (15 mart 1964) və "Milyonçunun dilənçi oğlu" (20 may 1966) "Hacı 

Qara" (Mirzə Fətəli Axundzadənin eyniadlı komediyası əsasında libretto müəllifi Şəmsi Bədəlbəyli. 

Bəstəkarlar Vasif və Ramiz Mustafayev. 14 oktyabr 1962), "Keçmişin məişət səhnələri" (Mirzə 

Ələkbər Sabirin şeirləri əsasında librettonun müəllifi Soltan Dadaşov və bəstəkar Vasif Adıgözəlov) 

musiqili komediyaları repertuarda daha uzunömürlü olublar. 

O, Üzeyir bəy Hacıbəyovun "Məşədi  İbad" operettasına 1966-cı ildə Bolqarıstanın  Şumen 

şəhərindəki Türk teatrında quruluş verib. 

Əliheydər  Ələkbərov "Milyonçunun dilənçi oğlu" musiqili komediyasına görə 1967-ci ildə 

Üzeyir bəy Hacıbəyov adına Dövlət mükafatına layiq görülüb. 1967-ci ildə filarmoniyada fəaliyyət 

göstərən "Gəlməli, görməli, gülməli" miniatür satirik teatrının rejissoru olub. Televiziyada bir neçə 

əsərə quruluş verib. 1965-ci ildən Azəbaycan Dövlət Teatr Institutunda aktyor və rejissor sənətindən 

dərs deyib. 

 

 

 



ŞƏMSİ  BƏDƏLBƏYLİ  

(23.2.1911 -23.5.1987) 

 

Azərbaycanın tanınmış rejissoru, teatr rəhbəri  Şəmsi Bədəlbəy oğlu Bədəlbəyli 23 fevral 



1911-ci ildə Şuşada ziyalı ailəsində doğulub. Atası Bədəl bəy Bədəlbəyli, əmisi Əhməd Ağdamski 

(Bədəlbəyli) milli dram və musiqi teatrımızın dirçəlişində böyük işlər görmüşlər. Bədəl bəy həm 

müəllimlik edir, həm də aktyor kimi səhnəyə çıxır, operetta, opera və dram əsərlərinin tamaşalarında 

oynayırdı. 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə