Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə167/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   163   164   165   166   167   168   169   170   ...   212

1956-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Azərbaycan və rus bölmələri 

Şəmsi Bədəlbəylinin bədii rəhbərliyi ilə yenidən fəaliyyətə başlayıb. Lütfəli Abdullayev teatrın 

aparıcı  sənətkarı kimi Musiqili Komediya Teatrının, demək olar, ən populyar, uğurlu və uzun 

ömürlü tamaşalarında çıxış edib. Onun yaradıcılığını üç bölümə ayırmaq olar: 

kiassik operettalarda oynadığı rollar; 

tərcümə əsərlərində ifa etdiyi səhnə surətləri; 

çağdaş bəstəkarların musiqili komediyalarında yaratdığı koloritli personajlar. 

klassik operettalardakı rollar siyahısına Üzeyir bəy Hacıbəyovun  əsərlərində oynadığı  Vəli 

və Soltan bəy ("Arşın mal alan"), Hambal, Cəfər və  Məşədi  İbad ("Məşədi  İbad"), Zülfüqar bəy 

Hacıbəyovun  əsərlərində ifa etdiyi Kəblə Heydər ("Evliykən subay"), Vəli və Sandro ("Aşıq 

Qərib"), Qulu ("Əlli yaşında cavan") obrazları daxildir. 

Aktyorun milli və tərcümə klassik əsərlər əsasında müasir bəstəkarların musiqi bəstələdikləri 

komediyalardakı Kərim ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə və Niyazi), Qulaməli 

("Dərviş  Məstəli  şah", Mirzə  Fətəli Axundzadə  və musiqi tərtibçisi  Şəmsəddin Fətullayev), 

Trufaldino ("İki ağanın bir nökəri", Karlo Haldoni və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Hacı 

Qara ("Hacı Qara", Mirzə  Fətəli Axundzadə  və Vasif Adıgözəlov ilə Ramiz Mustafayev), Baqqal 

("Keçmişin məişət səhnələri", Mirzə Ələkbər Sabirin satirik şeirləri əsasında libretto müəllifi Soltan 

Dadaşov və bəstəkar Vasif Adıgözəlov) rollarını da buraya daxil etmək olar. 

Tərcümə edilmiş musiqili komediyada oynadığı komik personajlar: Hamlet ("Tiflis 

nəğməsi", Levon Cubabiriya və  Şoto Milorava), Avo ("Şirin arzular"), Çako ("Keto və Kote", 

Vladimir Dolidze). 

Aktyorun  əlvan yaradıcılığında çağdaş  sənətkarların yazdıqları musiqili komediyalarda 

oynadığı rollar çoxluq təşkil edir. Bunlardan əsasları Möhsün ("Beş manatlıq gəlin", Məmməd Səid 

Ordubadi və  Səid Rüstəmov), Qoşun ("Toy kimindir?", Məhərrəm  Əlizadə  və Soltan Hacıbəyov), 

Qəhrəman ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov), Dursun və Kərim kişi ("Durna", 

Süleyman Rüstəm və  Səid Rüstəmov), Məhəmməd ("Ulduz", Sabit Rəhman və Süleyman 

Ələsgərov), Güloğlan ("Kəndimizin mahnısı", Kərim Kərimov və Zakir Bağırov),  Şakir ("Qızıl 

axtaranlar", Həsən Seyidbəyli və Tofiq Quliyev), Dilavərzadə ("Rəisin arvadı", Məhərrəm Əlizadə 

və  Səid Rüstəmov), Səməndər ("Bir dəqiqə", Məhərrəm  Əlizadə  və Hacı Xanməmmədov), Hacı 

Kərim ("Hacı  Kərimin Aya səyahəti", Qulamrıza Cəmşidi ilə  Əbülfəz Hüseyni və Azər Rzayev), 

Murtuzov və Alanzadə, Eynəkii ("Özümüz bilərik", "O1madı elə, oldu belə" və "Milyonçunun 

dilənçi oğlu",  Şıxəli Qurbanov və Süleyman Ələsgərov), Darçmov ("Səndən mənə yar olmaz", 

Məhərrəm  Əlizadə  və  Əşrəf Abbasov), Səbrəli ("Bizə bircə xal lazımdır", Qulamrıza Cəmşidi ilə 

Bəşir Səfəroğlu və Telman Hacıyev), Qüdrət Səda ("Haradasan, ay subaylıq?", Salam Qədirzadə və 

Süleyman  Ələsgərov), Cabbar ("Axırı yaxşı olar", Rəfiq Zəka Xəndan və Ramiz Mustafayev), 

Məmmədəli ("Məmmədəli kurorta gedir", Atif Zeynallı  və Tofiq Bakıxanov ilə  Nəriman 

Məmmədov), Polad baba ("Dağlar qoynunda", Ədil  İsgəndərov və  Əşrəf Abbasov), Ələsgər 

("Həmişəxanım", Salam Qədirzadə  və Süleyman Ələsgərov), Mitoş ("Hicran", Sabit Rəhman və 

Emin Mahmudov (Sabitoğlu) obrazlarıdır. 

Lütfəli Abdullayev həm də populyar kino aktyoru idi. Kinoda ilk və son dərəcə  uğurlu işi 

Rza Təhmasibin 1945-ci ildə lentə aldığı "Arşın mal alan" filmində Vəli rolu olub. O, bu rola görə 

1946-cı ildə Stalin mükafatına (sonralar "SSRİ Dövlət mükafatı" adlandı) layiq görülüb. Lütfəli 

Abdullayev həmçinin "Əhməd haradadır?" (Zülümov), "Ulduz" (Məhəmməd), "Qəribə  əhvalat"   

(Kefcilov) filmlərinə çəkilib. 

Öz yaradıcılığında "Qaravəlli" oyun-tamaşa estetikasının "açıq yumor" üslubundan daha çox 

bəhrələnən Lütfəli Abdullayev tipik xarakterlər yaratmağa üstünlük verib. Bu istiqamətdə  əsasən 

şarjla qroteskə  əsaslanıb. Zil olmayan, lakin şirin ləhcəli avazını oynadığı obrazların xarakterinə 

uyğunlaşdırmağı məharətlə bacarıb. 




Yaradıcılıq uğurlarına və Musiqili Komediya Teatrının inkişafındakı xidmətlərinə görə 17 

iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti və 24 may 1960-cı ildə xalq artisti 

fəxri adları ilə təltif olunub. 

Xalqın bütün zümrələrinin sevimli aktyorlarından olan Lütfəli Abdullayev 9 dekabr 1973-cü 

ildə Bakıda vəfat edib. Məzarı ikinci Fəxri xiyabandadır. Bakıda adına küçə var. 

 

 



NƏSİBƏ ZEYNALOVA  

(20.4.1916- 10.3.2004) 

 

Azərbaycan teatrsevərləri arasında "qaynana" kimi sevilən, milli Musiqili Komediya teatrının 



inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə 

çiyinlərində daşıyan Nəsibə xanım 20 aprel 1916-cı ildə Bakıda doğulub. Atası Kərbəlayı Cahangir 

tanınmış tacir və sevimli aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz 

Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. 

Ancaq bu arzusunun gerçəkiiyini görmək ataya nəsib olmayıb. 

1918-ci ilin mart ayında erməni daşnakiarı Bakıda kütləvi qırğınlar törədəndə Cahangir 

Zeynalov ailəsi ilə  İrana gedib. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan 

Cahangir Zeynalov qısa müddətdə  rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Buna 

baxmayaraq o, atasının arzusunu inamla həqiqətə çevirib. Nəsibə Zeynalova Azərbaycan realist 

aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib. 

Yaradıcılığının mayası gülüş  və musiqi ilə yoğrulmuş  Nəsibə xanım orta məktəbdən 

rəqqasəlik etmiş, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnmişdi. 1932-ci ildə 

Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel 

ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə 

başlayıb. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd 

təsər-rüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı. Bir il burada aktrisalıq edən 

Nəsibə xanım 4 aprel 1938-ci il-də yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Te-

atrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq 

aktyorluq təhsili alıb. 

Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alan tələbə 

Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina ("Şıltaq qızın yumşalması", Vilyam Şekspir), 

Elvira ("Don Juan", Jan Batist Molyer), Yelizaveta ("Mariya Stüart", Fridrix Şiller) rollarını 

oynayıb. 

Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə 

truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən 

ayrılmayıb. Aktrisa milli klassik operettalarımızın tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər 

və arvad", "Arşın mal alan" və "Məşədi  İbad", Üzeyir bəy Hacıbəyov), Mələk xanım və  Kələk 

xanım ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış 

edib. 

Aktrisanın zəngin rollar qalereyasında tərcümə  əsərlərində ifa etdiyi kabato və Barbale 



("Keto və Kote", Vladimir Dolidze. Tərcümə edəni  Şəmsi Bədəlbəyli), Ziraldina ("iki ağanın bir 

nökəri", Karlo Haldoni və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Zivər xanım ("Məhəbbət gülü", 

türamən dramaturqu Muxtar Hüseynov və Süleyman Ələsgərov), Alma ("Şirin arzular". Tərcümə 

edənləri  Ə.Süleymanov və Abdulla Qüdrət), Qesiya ("Tiflis nəğməsi", Levon Cubabiriya və  Şota 

Milorava. Tərcümə edəni Adil Babayev), Gülbadam ("Qız anası", ("Sevgilimin anası"), Georgi 

Xuqayev və A.Ovanov) rollarının xüsusi yeri var. 

Nəsibə Zeynalovanın yaradıcılığının  ən parlaq dövrü isə çağdaş  bəstəkarların müasir 

mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə