Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə164/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   160   161   162   163   164   165   166   167   ...   212

Qurbanov və Süleyman Ələsgərov), Fəqan ("Səndən mənə yar olmaz", Məhərrəm Əlizadə və Əşrəf 

Abbasov), Firuzbala ("Altı  qızın biri Pəri", Məhərrəm  Əlizadə  və Tofiq Bakıxanov ilə  Nəriman 

Məmmədov), Həsən bəy, Hambal və Məşədi İbad, Vəli ("Məşədi İbad" və "Arşın mal alan", Üzeyir 

bəy Hacıbəyov), Səlyanski ("Gözün aydın", Məhərrəm  Əlizadə  və Fikrət  Əmirov), Qulu Rəhimli 

("Nənəmin  şahlıq quşu",  Əliağa krrçaylı  və Vasif Adıgözəlov), Kəblə Hüseynəli ("Beş manatlıq 

gəlin", Məmməd Səid Ordubadi və Səid Rüstəmov), Qoşun ("Toy kimindir?", Məhərrəm Əlizadə və 

Ağası Məşədibəyov), Çako ("Keto və kote", Vladimir Dolidze), Dadaşbala ("Hicran", Sabit Rəhman 

və Emin Sabitoğlu), Türbətəli ("Təzə  gəlin", Seyfəddin Dağlı  və Cahangir Cahangirov), Qazı, 

karapet ağa, Naçalnik, Kərbəlayı Cəfər ("Danabaş kəndinin əhvalatları", Cəlil Məmmədquluzadənin 

eyniadlı əsəri əsasında libretto müəllifi Cənnət Səlimova və bəstəkar Oqtay Kazımov). 

Azərbaycan Dövlət Musiqili Komediya Teatrında bədii rəhbər işlədiyi dövrdə Səyavuş Aslan 

"Beş manatlıq gəlin" (17 may 1994), "Əlli yaşında cavan" (23 may 1995) operettalarını tamaşaya 

hazırlayıb. 

 

 



AFAQ BƏŞİRQIZI (15 AVQUST 1955) 

 

Məşhur komediya aktyoru Bəşir Səfəroğlunun qızıdır. Bakıda doğulub və 31 saylı orta 



məktəbi bitirib. Çörək zavodunda işləməklə yanaşı, Tibb işçiləri mədəniyyət sarayının dram 

dərnəyində həvəskar aktyorluq edib. Buradan Lənkəran DDT-yə dəvət alıb və 1975-ci ilə kimi orada 

aparıcı aktrisalardan olub. 1975-ci ildən 1989-cu ilə kimi Sumqayıt DDT-də  işləyib. Hər iki 

kollektivdə  əsasən dramatik, psixoloji xarakterlər, qəhrəman sevgili rollarını oynayıb. Həmçinin 

maraqlı komediya rollarında səhnəyə çıxaraq böyük tamaşaçı rəğbəti qazanıb. 

Bir müddət Dövlət Gənclər Teatrında işləyən aktrisa 1989-cu ildən (qısa fasilələrlə) MKT-

nin  əsas sənətkarlarındandır. Bu teatrda Xala ("Bəbirlinin kələkləri", Rauf Hacıyev), Gülbadam 

("Sevgilimin arvadı", Georgi Xuqayev və Eldar Mansurov), Ofeliya xanım ("Qarğa, məndə qoz 

var", Cahangir Aslanoğlu və  Həsənağa Qurbanov), Qızbacı ("Hicran", Sabit Rəhman və Emin 

Sabitoğlu), Səməni ("Subaylarınızdan görəsiniz",  İsi Məlikzadə  və Süleyman Ələsgərov), Sənəm 

("Məşədi  İbad", Üzeyir bəy Hacıbəyov), Nisə ("Bankir adaxlı", Tamara Vəliyeva və Emin 

Sabitoğlu), Səltənət ("Məhəbbət oyunu", Qeybulla Rəsulov və Cavanşir Quliyev), Məsmə ("Məsmə 

xala dayımdır", Cahangir Məmmədov və Ramiz Mustafayev) rollarını oynayıb. 

Aktrisanın ən məşhur ekran rolu "Bəxt üzüyü" filmində Söylü obrazıdır. 

Afaq Bəşirqızı bir neçə ildir özəl "Bəşir" teatrının, 2004-cü ildən "Bəşir Səfəroğlu" Moskva 

Miniatür Teatrının bədii rəhbəridir. 

Sənətdə qazandığı uğurlara görə 17 may 1989-cu ildə Azərbaycan Respublikasının əməkdar 

artisti və 1993-cü ildə xalq artisti fəxri adlarına layiq görülüb. 

Afaq Bəşirqızı tənqid hədəfinə çevirdiyi mövzuların zahiri gülünclüyünü "partlayan", aşıb-

daşan yumorla, qroteskli satira ilə çatdırır. 

Aktrisa üçün gülüş oyadan vəziyyəti doğuran sosial durumun psixoloji əsaslarını, dərin 

ictimai mahiyyətini qabarıq, daha dəqiq və mənalı verməyə sənətkarlıqla nail olur. 

Həssas aktrisadır. Onun həssaslığı gülüşün mayasında durduğuna görə aktrisa bir anın 

içərisində tamaşaçı salonunu ələ almağa və seyrçilərin diqqətini öz oyununda cəmləşdirməyə nail 

olur. 

  

 




AZƏRBAYCAN  DÖVLƏT MUSİQİLİ 

KOMEDİYA TEATRINDA  REJİSSOR SƏNƏTİ 

 

Milli operettalarımız yarananda hələ bu janrın estetik tələblərini, psixoloji əsaslarını, poetika 



səciyyələrini bilən aktyorlarımız yox idi. Təbii ki, həmin sənət növünün mahiyyət və 

xüsusiyyətlərini dərindən bilən rejissorlar da həmçinin. Həmin illərdə söhbət ixtisas təhsili görmüş 

rejissorlardan gedə bilməzdi. Buna görə  də operettaları tamaşalara dram aktyoru kimi şöhrət 

qazanmış, komediya və faciə əsərlərinə quruluşlar verməkdə müəyyən təcrübə toplamış sənətkarlar 

hazırlayıblar. "Nicat", "Səfa", "Müsəlman opera artistləri", "Müdiriyyət" truppalarında musiqili 

komediyalara təkrar-təkrar quruluşları Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Abbasmirzə 

Şərifzadə, Sidqi Ruhulla, Əbülfət Vəli, Xəlil Hüseynov səhnə təfsiri veriblər. 

Musiqili komediya truppası (Azərbaycan opera dəstəsi adı ilə) 1920-1925-ci illərdə MDT-

nin nəzdində olanda operettalar teatrın baş rejissorlarından əsasən Abbasmirzə Şərifzadənin və bir 

qədər də Aleksandr Tuqanovun quruluşlarında oynanılıb. OBT-nin səhnəsində oynanılan 

operettaları tamaşaya Abbasmirzə  Şərifzadə, Yusif Yulduz, Soltan Dadaşov,  Əlihüseyn Rzayev, 

İsmayıl Hidayətzadə hazırlayıblar. 

Musiqili komediya Teatrı müstəqil sənət ocağı kimi yeni yaradıcılıq mərhələsinə başlayanda 

da teatrın sırf bu janrda işləyən rejissorları yox idi. Lakin tədricən teatr özünün poetika səciyyələrini 

formalaşdırmaqla yanaşı, bu janrın estetik prinsiplərinin incəliklərini hərtərəfli və  həssaslıqla 

mənimsəyən aktyorlar, rəssamlar, dirijorlar, xorbaşılar, baletmeysterlər və  həmçinin rejissorlar da 

yetişdirib. MkT-də quruluş verən rejissorların hamısının yaradıcılığı parlaq olmayıb, axtarışların 

bütün cəhdləri uğurla nəticələnməyib. Bununla belə, adları  çəkilən hər bir sənətkarın yaradıcılığı 

milli operetta rejissurasının formalaşmasına, teatrın ümumi inkişafına səmərəli təkan verib. 

 

*  *  * 



 

Həbib  İsmayılov. Moskva Teatr Sənəti Texnikumunu bitirib. BTİT-də  və  Gəncə DDT-də 

rejissor işləyib. MKT-nin ilk bədii rəhbəridir. Teatrda Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" 

operasına (1939), Boris Aleksandrovun "Molinovkada toy", Məmməd Səid Ordubadi və  Səid 

Rüstəmovun "Beş manatlıq gəlin" (1940) musiqili komediyalarına quruluşlar verib. Peşəkarlığa 

çalışıb, janrın əsas xüsusiyyətlərini aktyor oyunlarda təcəssüm etdirməyə səy   göstərib. 

Həsən  Əliyev.  Əvvəllər müxtəlif rayon teatrlarında, GTT-də  işləyib.  İxtisasca müəllimdir. 

MKT-nin ilk rejissorlarındandır. Həbib İsmayılovdan sonra bədii rəhbər işləyib. Teatrda Üzeyir bəy 

Hacıbəyovun "Məşədi  İbad" (1939 və 1941), "Ər və arvad", Rauf Hacıyevin "Çarleyin xalası" 

(Brandon Tomasın eyniadlı  əsəri  əsasında libretto işləyəni Mustafa Mərdanov. 1939), Məhərrəm 

Əlizadə  və  Ağası  Məşədibəyovun "Toy kimindir?" (1940), Məhərrəm  Əlizadə  və Soltan 

Hacıbəyovun "Qızılgül" (1941) əsərlərinin quruluşçu rejissoru olub. Rejissurasında mətnlə 

musiqinin tam şəkildə səhnədən səsləndirilMəsmə əsas diqqət yetirib. 

Səftər Turabov. Yaradıcılığı əsasən MDT ilə bağlıdır. Müxtəlif illərdə dəvətlə MKT-də də 

quruluşlar verib. Əsas işləri "Toy kimindir?" (1940), "Gözün aydın" (Məhərrəm Əlizadə və Fikrət 

Əmirov), "Ulduz" (Sabit Rəhman və Süleyman Ələsgərov. 1957), "Məmmədəli kurorta gedir" (Atif 

Zeynallı  və  Nəriman Məmmədov. 1969) tamaşalarıdır. Quruluşlarında musiqi ilə sözün vəhdətinə 

çalışıb, komediyanın satirik çalarlarının əlvanlığından istifadə etməyi xoşlayıb. 

Vaqif Ağayev. Mingəçevir DDT-də baş rejissor işləyib, ADİİ-də pedaqoji fəaliyyət göstərib. 

Bir müddət MKT-də bir neçə tamaşanın hazırlanmasında ikinci rejissor kimi çalışıb Oqtay 

Kazımovun "Dəcəl çəpişlər" (1975), Əliağa Kürçaylı və Vasif Adıgözəlovun "Boşanaq, evlənərik" 

(1976), Adil Babayev və Tofiq Bakıxanovla Nəriman Məmmədovun "Qız görüşə  tələsir" (1978), 

Rauf Hacıyevin "Bəbirlinin kələkləri" (1989) musiqili komediyalarının tamaşaları onun müstəqil 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə