Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə160/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   156   157   158   159   160   161   162   163   ...   212

Nəriman Məmmədov. 1978), "Qızıl toy" (Ramiz Heydər və Oqtay Kazımov. 1980), "Danabaş 

kəndinin  əhvalatları" (Cəlil Məmmədquluzadənin eyniadlı  əsəri  əsasında Cənnət Səlimovanın 

librettosu. Bəstəkar Oqtay Kazımov. 1982), "Tü1kü Həccə gedir" (İsgəndər Coşqun və Rəşid Şəfəq. 

Uşaq tamaşası. 1982), "Nəğməli könül" (Xalidə Hasilova və Emin Sabitoğlu. 1983), "92 dəqiqə 

gülüş" (Rüfət Əhmədzadə və Emin Sabitoğlu. 1987), "Bəbirlinin kələkləri" (Rauf Hacıyev. 1989), 

"Subaylarınızdan görəsiniz" (İsi Məlikzadə  və Süleyman Ələsgərov. 1992), "Lotereya" (Vaqif 

Səmədoğlu və Aydın Əzimov. 1992), "Bankir adaxlı" (Tamara Vəliyeva və Emin Sabitoğlu. 2000) 

musiqili komediyalarını qeyd etmək olar. 

Gürcü dramaturqu Levon Cubabiriyanın və bəstəkar Şota Miloravanın "Tiflis nəğməsi" (11 

may 1961. Mətnin tərcüməçisi  şair-dramaturq Adil Babayev. Rejissorlar Şota Mesxi və Rauf 

Kazımovski, rəssam Əsgər Abbasov, dirijor Şəmsəddin Fətullayev), Vladimir Dolidzenin "Keto və 

kote" operettasına (20 yanvar 1973. Tərcüməçi Tələt  Əyyubov. Quruluşçu rejissor Şəmsi 

Bədəlbəyli, rejissor Vaqif Ağayev, rəssam Nikolay Kazbeki) operettaları teatrın uğurlu 

tamaşalarından sayılır. 

Azərbaycanda müəyyən uğurlar qazanan MkT-nm 1965-ci ildə Moskva şəhərinə  dəvət 

alması o dövr üçün böyük hadisə  və ciddi sənət imtahanı qarşısında  əsil sınaq idi. Kollektiv bu 

məsul səfərə ilin əvvəlindən hazırlaşdı və aprelin 7-dən 12-nə qədər Moskvanın Kreml teatrında üç 

dəfə "Məşədi İbad" (7, 9 və 12 aprel), iki dəfə "Ulduz" (8 və 11 aprel), iki dəfə "Bir dəqiqə" (10 və 

11 aprel, gündüz) operettalarını oynayıb. "Arşın mal alan", "Əlli yaşında cavan", "Evliykən subay", 

"Beş manatlıq gəlin", "Qızılgül", "Ulduz", "Durna", "Gözün aydın", "Özümüz bilərik", "Toy 

kimindir?", "Hicran" musiqili komediyalarını teatr vaxtaşırı müxtəlif quruluşlarda oynayıb. Bunların 

arasında o vaxtı teatrın baş rejissoru işləyən Vaqif İbrahimoğlunun 20 oktyabr 1985-ci ildə quruluş 

verdiyi "Məşədi İbad" (rəssam Nazim Bəykişiyev, dirijor Cavanşir Cəfərov. Məşədi İbad - Hacıbaba 

Bağırov) forma yeniliyinə və əsərin müasir finir yozumuna görə uğur qazanıb. 

AMDT Tağıyev teatrı adlanan binada 1960-cı ilin avqus-tuna qədər fəaliyyət göstərib. Binası 

təmirdə olan Opera və Balet Teatrı 1961-ci ildə orada öz tamaşalarını oynayıb. 1962-1963-cü il teatr 

mövsümündə bina Musiqili Komediya Teatrına verilib. 1989 - 1998-ci illərdə bu bina sökülərək 

yerində  təzəsi tikilib. Həmin illərdə teatr öz tamaşalarını  Xətai və 26-lar mədəniyyət saraylarında 

oynayıb. 

"Arşın mal alan", "Ulduz", Rauf Hacıyevin "Qonşular", "Kuba, mənim məhəbbətim", "Ana, 

mən evlənirəm" ("Anacan, evlənirəm"), "Qafqazlı Qardaşqızı", "Yol ayrıcı", Hacı Xanməmmədovun 

"İki bəxtiyar" ("Bütün qızlar yaxşıdır"), Tofiq Quliyevin "Sabahm xeyir, Ella", Emin Sabitoğlunun 

"Günlərin birində Bağdadda", İmre Kalmanın "Sirk şahzadəsi" ("Sirk Kraliçası"), "Maritsa", "Silva", 

"Bayadera", İo-han Ştrausun "Zadəgan qaraçı", "Yarasa", Tixon Xrennikovun "Yüz şeytan, bir qız", 

Konstantin Listovun "Sevastopol valsı", Ferents Leqarın "Mavi mazurka", "Şən dul qadın", 

D.Lerner və A.Lounun "Mənim gözəl ledim", Boris Aleksandrovun "Malinovkada toy", İsaak 

Dunayevskinin "Ağ yasəmən", Yuri Milyutinin "Trembita", Nikolay Boqoslavskinin "Toy səyahəti", 

Oskar Sandlerin "Santa ROk", Domeniko Modunonun "Qara əjdaha", Vano Muradelinin "Mavi 

gözlü qız", Stotqard və Frimlin "Roz Mari", Jan Puaronun "Həftənin axırında şən şam yeməyi", Li 

Mitçenin "Lamançlı adam", Leonid Vaynşteynin "Səhranın bəyaz günəşi", uşaqlar üçün Yevgeni 

Şvartsın "Qırmızıpapaq", Roman Sefin "İki küpəgirən qarı". Oqtay Zülfüqarovun "Dəcəl çəpişlər" 

operettaları son 48 ildə MKT-nin rus bölməsinin repertuarında xüsusi yer tutub. 

1956 - 2004-cü illər ərzində Şəmsi Bədəlbəyli teatrda bədii rəhbər (1956-1974. Qısa fasilə 

ilə),  Əliheydər  Ələkbərov (1960-1967), Ağakişi Kazımov (1974 - 1975), Vaqif Abbasov (1979 - 

1981), Vaqif İbrahimoğlu (1982-1989), Cahangir Novruzov (1989-1990) baş rejissor, Səyavuş 

Aslan (1994 -1996) bədii rəhbər işləyiblər. 1 oktyabr 1996-cı ildən teatrın bədii rəhbəri Hacıbaba 

Bağırovdur. 

 

       




MUSİQİLİ KOMEDİYA TEATRINDA  

AKTYOR YARADICILIĞI 

 

Birinci dərs 

 

Azərbaycanın ilk milli operettası "Ər və arvad" (Üzeyir bəy Hacıbəyov) tamaşaya qoyulduğu 



gündən, yəni 24 may 1910-cu ildən bu janrlı  əsərlərdə dramatik aktyorlar çıxış ediblər. Mirzağa 

Əliyev, Hüseynqulu Sarabski, Ələkbər Hüseynzadə kimi dramatik aktyorlar musiqili komediyalarda 

da böyük uğurlar qazanıblar. Operetta aktyorluğunun bünövrəsi həmin illərdə qoyulsa da, bu sənətin 

ifaçılıq məktəbi məhz Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yaranandan sonra formalaşıb. 

Formalaşdıqca daha səriştəli sənətkarlar öz yaradıcılıqları ilə musiqili komediya janrının estetik 

tələblərinə  zənginlik gətiriblər. Bir sıra təcrübəli dram aktyorları da özlərinin sonraki yaradıcılıq 

dövrlərini MKT ilə bağlayıblar 

 

*   *   * 



 

İBRAHiM HÜSEYNOV (20.10.1906 - 18.9.1961) 

 

Təxəllüsü "Şünasi" olan İbrahim Hüseynovun yaradıcılığının əsas dövrü Azərbaycan Dövlət 



Musiqili Komediya Teatrı ilə bağlıdır. Şirin və dadlı, yumorla yoğrulmuş səsi aktyorluq imkanlarını 

daha da təravətləndirirdi. Bu keyfiyyət onun operetta teatrının xarakterik aktyoru kimi 

formalaşmasını təminatlandırdı. Bütövlükdə isə İbrahim Şünasinin yaradıcılığının şəhdi-şirəsi milli 

meydan teatrının qaravəlli oyun estetikası ilə süslənmişdi. Plastik, yumşaq, ancaq çevik səhnə 

hərəkətlərinin mənalı ifadə vasitələri kimi cazibəli görünməsi ibrahim Şünasinin hələ  uşaq 

vaxtlarında "Zorxana" və "Hoqqa" oyunlarında iştirak etməsi ilə bağlıdır. 

İbrahim Ağahüseyn oğlu Hüseynov 20 oktyabr 1906-cı ildə Bakıda doğulub. səkkiz yaşında 

orta məktəbin birinci sinifinə gedib. Zirək və diribaş olan İbrahim orta məktəbin yuxarı siniflərində 

oxuyanda Bakıdakı Mərkəzi fəhlə klubunun dram dərnəyinə üzv olub. 1929-cu ildə BTİT-yə aktyor 

götürülüb. Teatrın ansamblında üçillik fəaliyyəti dövründə əlvan rollar oynayıb. 1933-cü il yanvar 

ayının 4-də və 5-də teatrın bütün kollektivi, o cümlədən də Şünasi Gəncəyə gəliblər. İki il burada 

işləyəndən sonra aktyor 1935-ci ilin iyun ayında Bakıya qayıdıb və Bakı Teatr Məktəbinə  qəbul 

olunub. Üç il təhsil müddətində Milli Dram Teatrının və bəzən opera teatrının tamaşalarında epizod 

rollarda səhnəyə çıxıb. 

1938-ci ildə müstəqil fəaliyyətə başlayan Musiqili komediya Teatrının truppasına qəbul 

edilib. Musiqi yaddaşı güclü olan, rəqqaslığı bacaran, hərəkətlə oyun tərzini xoşlayan, xarakterik

yapışıqlı, lirik tenor səsindən məharətlə istifadə edən  İbrahim  Şünasi operetta teatrının janr 

estetikasının prinsiplərinə  həssaslıqla yiyələnib. 1949-cu ilin əvvəllərində MKT fəaliyyətini 

dayandırmalı olanda İbrahim  Şünasi (Hüseynov) bir müddət Milli Dram Teatrının truppasında 

çalışıb. Filarmoniyanın nəzdindəki operetta truppasında işləyib. 1956-cı ildə Musiqili Komediya 

Teatrı bərpa olunanda yenə doğma kollektivinə qayıdıb. 

Xalq yumor xəzinəsindən, karnaval estetikasının gülüş ifadə vasitələrindən bəhrələnən 

İbrahim  Şünasi (Hüseynov) aktyor işlədiyi MKT-nin səhnəsində  Çiko  ("Keto  və kote" Vladimir 

Dolidze), Mehman ("Toy kimindir?", Məhərrəm  Əlizadə  və  Ağası  Məşədibəyov), Mərcan bəy və 

Səfi, Həsən bəy, Vəli ("Ər və arvad", "Məşədi İbad" və "Arşın mal alan", Üzeyir bəy Hacıbəyov), 

Xacə Məsud ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə və Niyazi), Qiyas ("Beş manatlıq 

gəlin", Məmməd Səid Ordubadi və Səid Rüstəmov), Etibar və Azay ("Qızılgül", Məhərrəm Əlizadə 

və Soltan Hacıbəyov), Məşədi Səfi, Şulu, Sandro ("Evliykən subay", "Əlli yaşında cavan" və "Aşıq 

Qərib", Zülfüqar bəy Hacıbəyov), Hatəmxan ağa və Şahbaz bəy ("Dərviş Məstəli şah", Mirzə Fətəli 

Axundzadə  və musiqi tərtibçisi  Şəmsəddin Fətullayev), Fantanov, Səlyanski və Poçtalyon Tellon 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə