Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə157/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   153   154   155   156   157   158   159   160   ...   212

işlənib tamaşaya hazırlandı.  Əsilində  hər iki tamaşa musiqisi çox olan komediya idi və operetta 

janrının estetik prinsiplərinə cavab vermirdi. 

ADMkT-yə 1943-cü ilin avqust ayında nasir-dramaturq, publisist, "Molla Nəsrəddin" 

jurnalının banisi Cəlil Məmmədquluzadənin adı verildi. Teatrın afişa və proqramlarında, qəzet 

elanlarında Mirzə Cəlilin adından sonra mötərizədə "Molla Nəsrəddin" sözləri də yazılırdı. 

1943 - 1945-ci illərdə teatrda Mirzə  Fətəli Axundzadənin eyniadlı  məsxərəsi  əsasında 

"Dərviş Məstəli şah" (musiqi tərtibçisi Şəmsəddin Fətullayev. Quruluşçu rejissor Şəmsi Bədəlbəyli), 

Zülfüqar bəy Hacıbəyovun "Əlli yaşında cavan" (quruluşçu rejissor Şəmsi Bədəlbəyli), Fikrət 

Əmirovun "Ürəkçalanlar" (libretto müəllifi Məmməd Səid Ordubadi, rejissor Şəmsi Bədəlbəyli, 

rəssam Nüsrət Fətullayev, dirijor Şəmsəddin Fətullayev, rəqslərin quruluşçusu Qəmər Almaszadə), 

"Toy kimindir?" (rejissor Həsən Əliyev, rəssam Gülməmməd Əliyev, dirijor Hacı Xanməmmədov), 

"Beş manatlıq gəlin" (rejissor Niyaz Şərifov, rəssam Əsgər Abbasov, dirijor Hacı Xanməmmədov), 

"Qızılgül" (rejissor Niyaz Şərifov, rəssam  Əsgər Abbasov, rəqslərin quruluşçusu  Əlibaba 

Abdullayev, dirijor Süleyman Ələsgərov), Vladimir Dolidzenin "Keto və kote" (tərcüməçi Tələt 

Əyyubov, rejissor N.Yediqarov, rəssam Nüsrət Fətullayev, rəqslərin quruluşçusu  Əlibaba 

Abdullayev, dirijorlar Aleksandr Lixovitski və Süleyman Ələsgərov), "Məşədi İbad" (rejissor Şəmsi 

Bədəlbəyli, rəssam İsmayıl Axundov, rəqslərin quruluşçusu Əlibaba Abdullayev, dirijor Süleyman 

Ələsgərov), Süleyman Ələsgərovun "Məhəbbət gülü" (libretto müəllifi Hüseyn Muxtarov, rejissorlar 

Şəmsi Bədəlbəyli və Niyaz Şərifov, rəssam Nüsrət Fətullayev, dirijor Süleyman Ələsgərov) musiqili 

komediyaları tamaşaya hazırlanıb. 

"Məşədi  İbad" tamaşası daha uğurlu olub. Rejissor və dirijor Üzeyir bəyin partiturasından 

heç bir parçanı ixtisara salmamışdılar. Orkestrin heyəti də təkmilləşmişdi,  əlavə musiqiçilər qəbul 

olunmuşdu. "Məşədi İbad" operettasının yeni quruluşunda əsas partiyaları Aliyə Terequlova və Azər 

Talıbova (Gülnaz), Kamal Kərimov (Sərvər) oxuyurdular. Xarakterik rollarda Əlihüseyn Qafarlı 

(Məşədi  İbad), Nəsibə Zeynalova (Sənəm),  Əhməd Anatollu (Həsən bəy), Yusif Yusifzadə 

(Həsənqulu bəy), Fateh Fətullayev (Rza bəy), Ağəli Məstanov və Əliimran Şirvanski (Rüstəm bəy), 

Lütfəli Abdullayev (Hambal), Abbasağa Hüseynov (Qoçu Əsgər) iştirak edirdilər. Tamaşanın  ən 

canlı,  şirəli və dinamik aktyor oyunu Əlihüseyn Qafarlıya, Nəsibə Zeynalovaya və Lütfəli 

Abdullayevə məxsus idi. 

1946-1949-cu illərdə müasir mövzular istiqamətində axtarışlar aparan teatr müəyyən 

nailiyyətlər qazana bilib. Teatrın repertuarına 1946-cı ildə dramaturq Məhərrəm  Əlizadənin və 

bəstəkar Fikrət Əmirovun "Gözün aydın" (17 iyul. Rejissor Niyaz Şərifov, rəssam Əsgər Abbasov, 

rəqslərin quruluşçusu  Ələsgər Hənifəzadə, dirijor Süleyman Ələsgərov), 1947-ci ildə dramaturq 

Süleyman Rüstəmlə  bəstəkar Səid Rüstəmovun "Durna" (28 aprel. Rejissor Şəmsi Bədəlbəyli, 

rəssam Əsgər Abbasov, dirijor Süleyman Ələsgərov, baletmeyster Ələsgər Hənifəzadə), 1948-ci ildə 

Sabit Rəhman və Süleyman Ələsgərovun "Ulduz" (30 dekabr. Rejissor Şəmsi Bədəlbəyli, rəssam 

Əsgər Abbasov, dirijor Xəlil Cəfərov) musiqili komediyaları daxil edilib. 

"Gözün aydın" tamaşasında maraqlı aktyor ansamblı seçməyə müvəffəq olmuş Niyaz Şərifov 

əsas rolları Kamal Kərimova (Alay), Aliyə Terequlovaya və Nəcibə Behbudovaya (Sevgili), Əhməd 

Səfayiyə  (Əlimərdan), Nuriyyə  Rəcəbovaya (Leyla), İbrahim Hüseynova (Fantanov), Abbasağa 

Hüseynova (Səlyanski), Nəsibə Zeynalovaya və Cahan Talışinskayaya Nargilə), Lütfəli 

Abdullayevə (Qəhrəman) tapşırmışdı. "Gözün aydın"ın 1957-ci il quruluşunda Mama obrazı 

Gövhər, Fantanov surəti Tellon, Sevgili isə Gülər adlandırıldı. 

Aliyə Terequlovanın ilhamla oynadığı açıqürəkii, şən və mehriban Durna obrazı aktrisanın 

yaradıcılığına yeni əlvanlıq gətirdi. Vokalçı-aktyor Kamal Kərimovun partiyalarını  şövq və aydın 

səslə oxuduğu Aşıq Murad, Ağəli Məstanovun təbii cizgilərlə  rəsm etdiyi Kərim kişi, Cahan 

Talışinskayanın avazla oxuması ilə yumorlu oyunun ahəngdar vəhdətində yaratdığı Lalə "Durna" 

tamaşasının dinamik, canlı  və  rəğbətlə qarşılanan obrazları idi. Əlihüseyn Qafarlı  və Lütfəli 




Abdullayev Dursun rollarında rejissorun səhnə  təfsirinin üslub xüsusiyyətlərinə uyğun gələn ifa 

tərzini tamaşa boyu qorumağa çalışırdılar. 

"Ulduz" tamaşasında Bəxtiyar və Ulduz partiyalarını Kamal Kərimov (Bəxtiyar), Firəngiz 

Şərifova və Aliyə Terequlova (Ulduz) musiqi və mətnin poetik vəhdətində ifa edirdilər. Tamaşanın 

bütün komizmınin  şəhdi-şirəsi, təravəti və canı isə Züleyxa və  Məhəmməd duetində  cəmləşmişdi. 

Nəsibə Zeynalova ilə Lütfəli Abdullayevin ifasında bu duet tamaşanın ən həyati, koloritli obrazlarını 

tamaşaçılara sevdirirdi. 

1948-ci il sentyabrın 25-də teatrın Azərbaycan bölməsi  İmre Kalmanın dünya şöhrətli 

"Bayadera" operettasına öz repertuarında yer verdi. Operettanın mətnini dramaturq Sabit Rəhman 

orijinala uyğun tərzdə  tərcümə etmişdi. Tamaşanın quruluşunu  Şəmsi Bədəlbəyli, bədii tərtibatını 

rəssamlar  Əsgər Abbasov və Mirra Panaliadi vermişdilər. Dirijor Süleyman Ələsgərov idi. 

"Bayadera" tamaşası görkəmli səhnə ustaları, xalq artisti Abbasmirzə  Şərifzadənin və SSRİ xalq 

artisti Mərziyə xanım Davudovanın övladları, konservatoriyanın vokal sinifini yenicə bitirmiş gənc 

aktrisa Firəngiz Şərifovanın parlaq istedadının yeni tərəfini üzə çıxartdı. O, baş rol olan Odettanın 

partiyasını ifa edirdi. Tamaşada Nəcibə Behbudova (Marietta) və  Əlihüseyn Qafarlı (Filipo) da 

maraqlı obrazlar təqdim edirdilər. 

Teatrın truppasının yaradıcı heyəti 1948-ci ildə aşağıdakı sənətkarlardan ibarət idi: direktor 

və  bədii rəhbər  Şəmsi Bədəlbəyli, musiqi hissə müdiri Süleyman Ələsgərov, dirijorlar Süleyman 

Ələsgərov və Hacı Xanməmmədov, baletmeyster Əlibaba Abdullayev (o, müqavilə ilə çox az 

işlədi), rəssam  Əsgər Abbasov, quruluşçu rejissor Niyaz Şərifov, rejissor Əsəd Cəfərov, balet 

quruluşçusu Ələsgər Hənifəzadə. 

A k t y o r 1 a r: Əlihüseyn Qafarlı,  İbrahim Hüseynov (Şünasi),  Ələkbər Hüseynzadə, 

Lütfəli Abdullayev, Kamal Kərimov,  Əhməd Anatollu (Səfərov), Ağəli Məstanov, Abbasağa 

(Abbas) Hüseynov, Əliimran (Əli)  Şirvanski (Dəmirov),  Əliklənsur Quliyev, Semyon (Simon) 

Aqaronov, Əhməd Səfayi (Əhmədov), Sənan Ağabəyov, Əlihüseyn Hüseynov, Əli Quliyev, İslam 

Şərifov,  Əlibala  Şərifov,  Kərim Kərimov,  Ənvər Mahmudov, Kazım Zeynalov, Tofiq Qasımov, 

Yusif Quliyev Gülağa Məmmədov. 

A k t r i s a 1 a r: Aliyə (Alya da yazılıb) Terequlova Xalidə Hüseynova, Fəxrəndə Ağayeva 

(Ağazadə), Nəsibə Zeynalova, Firəngiz Şərifova, Nuriyyə Rəcəbova, Azər (Azəri) Talıbova, Cahan 

Talışinskaya, Elmira Axundova, Nina Mironova, Fizzə Seyidbəyova, Nəcibə Məlikova. 

Teatrın rus bölməsi kollektivin fəaliyyət göstərdiyi on bir il ərzində müxtəlif tamaşalarla öz 

repertuarını zənginləşdirib. Kollektiv 1939-cu ildə Boris Aleksandrovun "Malinovkada toy", Üzeyir 

bəyin "Arşın mal alan", Ferents Leqarın "Şən dul qadın", 1940-cı ildə  İmre Kalmanın "Monmartr 

bənövşəsi", "Bayadera", "Silva", "Holland qız", "Sirk Kraliçası" ("Sirk şahzadəsi" adı ilə), Matvey 

Blanterin "Amur sahilində", Aleksey Ryabovun "Kolombina" və "Soroçin yarmarkası", Anton 

Rubinşteynin "Qarşılıqlı  məhəbbət", 1941-ci il-də Valentin Valentinovun "Od möbidəsi",  İmre 

Kalmanın "Vətənə  məhəbbət" (23 oktyabr), 1945-ci ildə "Borcianın bazubəndi",   1946-cı ildə  

"Əngin dəniz",   "Bir saatlıq sehrbaz", 1947-ci ildə Ferents Leqarın "Qraf Lüksemburq" və avqustda 

Oskar Feltsmanın "Özgə  qızı", 1948-ci ildə  İsaak Dunayevskinin "Azad ruzigar", "Dənizdəkilərin 

eşqinə", "Əyalət valisi", "Günəşli çiçək", Karl Tsellerin "Quşsatan", Ferents Leqarın "Qaraçı 

məhəbbəti" ("Qaraçının eşqi" kimi də yazılıb), 1949-cu ildə Sidni Consun "Keyşa" operettalarına 

quruluşlar verib. Teatr 1949-cu və 1956-1960-cı illərə  qədər yay aylarından öz tamaşalarını 

Ordubadi adına, Cabbarlı adına Yay teatrlarında və Yay bağında oynayıb. Bununla bərabər, 

Muskomediya yay mövsümlərində Dağüstü, Nizami, Dzerjinski (İndiki  Şuşa) parklarında da 

tamaşalar göstərirdi. 

1946-1948-ci illərdə teatrın rus bölməsi müstəqil Azərbaycan Dövlət Rus Operetta Teatrı 

kimi qış aylarında Azadlıq (indiki Səməd Vurğun) küçəsində yerləşən Zabitlər evində, yay 

mövsümündə isə müxtəlif yay teatrlarında tamaşalar oynayıb. 

 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə