Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə156/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   152   153   154   155   156   157   158   159   ...   212

Üzeyir bəyin operettalarından qat-qat zəif idi. Ancaq bu tamaşalar operetta janrında milli teatrın 

inkişafı, ona maraq dairəsmin genişlənməsi baxımından müəyyən əhəmiyyət daşıyır. 

1916-cı ilin avqustunda "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti" 

truppası yaradılıb. Əvvəl müdiriyyətin (truppanın) adı belə idi: "Hacıbəyov qardaşlarının opera və 

operet dəstəsi". "Dəstə" sözü rus dilli qəzetlərdə "dərnək" ("Krujok") kimi verilmişdi. Az sonra 

dram əsərlərini də oynamağı qərarlaşdıran dəstə özünün afişa və proqramlarında, rəsmi sənədlərində 

"Zülfüqar bəy və Üzeyir bəy qardaşlarının müdiriyyəti" yazmağı üstün tutdu. Qısa  şəkildə isə 

"Müdiriyyət" kimi yazılıb. 

Truppanın ilk operetta tamaşası 1916-cı il sentyabrın 30-da Tağıyev teatrında göstərilən   

"Arşın  mal alan"   əsəri olub. Tamaşaya rejissorluğu Abbasmirzə  Şərifzadə edib və  əsas rolları 

Hüseynqulu Sarabski (Əsgər), Şura (Aleksandra) Olenskaya (Asya), Əhməd Ağdamski (Gülçöhrə), 

Rza Darablı və Əbülhəsən Anaplı (Vəli), Ələkbər Hüseynzadə (Soltan bəy) oynayıblar. 

Opera-operetta truppası 1920 - 1925-ci illərdə (avqust ayına kimi) bugünkü Akademik Milli 

Dram Teatrının nəzdində olub. Kollektivin repertuarında "Arşın mal alan", "Məşədi  İbad", 

"Evliykən subay", "Əlli yaşında cavan" operettaları da xüsusi yer tutub. Truppa 12 dekabr 1921-ci 

ildə Müslüm Maqomayevin "Molla Nəsrəddinin qazanı" musiqili vodevilini ilk dəfə oynayıb. 1925-

ci ilin avqustunda truppa bugünkü Opera və Balet Teatrının nəzdinə keçib. Opera teatrı 1929 -1930-

cu illərin teatr repertuarı planına Müslüm Maqomayevin "Xoruz bəy" operettasını daxil etmişdi. 

Ancaq mətni və partiturası  bəstəkarın arxivində saxlanan əsər tamaşaya qoyulmayıb. Həmçinin 

Məşədi Cəmil Əmirovun "Namuslu qız" operettası plana salmsa da, oynanılmayıb. 

İldən-ilə Azərbaycan milli əsərlərinə geniş yer verməyə çalışan Opera və Balet Teatrı 1931-

ci ilin iyununda Özbəkistanın paytaxtı Daşkəndə qastrola gedəndə "Arşın mal alan" və "Məşədi 

İbad" operettalarını öz repertuarına  əlavə etmişdi. Bir neçə il əvvəl isə teatr "Məşədi  İbad" 

operettasını AMDT-nin rejissoru Əlihüseyn Rzayevin quruluşunda və  Əfrasiyab Bədəlbəylinin 

dirijorluğunda oynamışdı. İlk tamaşalarda rolları Mirzağa Əliyev (Məşədi İbad), Məhəmməd Nuri 

və  Məmmədtağı Bağırov (Rüstəm bəy), Qacar Xurşid, Məhbubə Zeynallı, Qəmər Ağazadə  və 

Həqiqət Rzayeva (Gülnaz), Hüseynağa Hacıbababəyov və Xanlar Haqverdiyev (Sərvər), Hə-qiqət 

Rzayeva və  Məryəm Babayeva (Sənəm), Aslan Tahirov və  Əli Zeynalov (Həsən bəy),  Əhməd 

Anatollu və  Əlövsət Sadıqov (Hambal), Əli Qurbanov, Bağır Cabbarzadə  və Zülfüqar Sarıyev 

(Hamamçı),  Əli Zeynalov və  Məhəmməd Nuri (Qoçu Əsgər), Xanlar Haqverdiyev və Zülfüqar 

Sarryev (Usta Məhərrəm) ifa ediblər. 

Opera teatrının Daşkənddən qastroldan qayıtdıqdan sonra oynadığı "Məşədi  İbad" 

tamaşasının quruluşunu isə Soltan Dadaşov vermişdi. Premyerası 1931-ci ilin noyabrında göstərilən 

tamaşanın rəssamı Kovalenko, ikinci rejissoru Hüseynqulu Sarabski idi. Şirvani operettaya 

lüzumsuz yerə  və heç bir estetik təsir gücü olmayan proloq yazmışdı. Məşədi  İbadın müamiləçisi 

Tula Rəcəb (Lütfəli Abdullayev və Zülfüqar Sarıyev) və Dilmanc (İsmayıl Eloğlu) kimi tiplərin və 

proloq operettaya əlavə edilməsi tamaşaya ciddi ağırlıq gətirmişdi. Rejissor təzə quruluşda Əhməd 

Anatollunu, Nurməhəmməd Məhəmmədovu (Məhəmməd Nuri) və Qəzənfər Məlikov Məşədi İbad 

rolunda Mirzağa  Əliyevə dublyor vermişdi. Sərvərin ariyasını Sarabskidən  əlavə Bülbül, Əlövsət 

Sadıqov və Haşım Kələntərli də oxuyurdular. 

1935 - 1936-cı illərin teatr mövsümündə Hüseynqulu Sarabskinin quruluşunda "Arşın mal 

alan" tamaşası  təzələnib. Rejissor tamaşada müəyyən mizan dəyişikiikləri etmiş, bəzi səhnələri 

təzədən işləmişdi. Rolları Hüseynqulu Sarabski (Əsgər), Sona Mustafayeva və  Səkinə Quliyeva 

(Gülçöhrə), Həqiqət Rzayeva (Telli), Sona Mustafayeva, Məhbubə Paşayeva və  Səkinə Quliyeva 

(Asya), Qulam İsgəndərov (Vəli), Məmmədtağı Bağırov (Süleyman), Münəvvər Kələntərli (Cahan 

xala),  


Z.Hüseyn (Soltan bəy) oynayıblar. 

Opera teatrının baş rejissoru İsmayıl Hidayətzadənin quruluş verdiyi tamaşanın dirijoru Səid 

Rüstəmov və Əhəd İsrafilzadə idi və səhnə əsərinə bədii tərtibatı rəssam Ədhəm Sultanov vermişdi. 



Tamaşa ilk dəfə opera teatrının 30 illik yubileyində, 1938-ci il fevral ayının 27-də göstərilmişdi. 

Üzeyir bəy Hacıbəyovun mətninin və musiqisinin ruhuna uyğun olan "Arşın mal alan" tamaşasında 

Bülbül (Əsgər),  Əhməd Anatollu və Lütfəli Abdullayev (Vəli), Həqiqət Rzayeva (Telli), Əzizə 

Məmmədova (Cahan xala), Ələkbər Hüseynzadə (Soltan bəy), Hüseynağa Hacıbababəyov 

(Süleyman), Sona Mustafayeva (Gülçöhrə), Elmira Axundova (Asya) iştirak edirdilər. 

Musiqili komediya janrı təşəkkül tapandan 1926-cı ilə qədər dramatik aktyorlardan Mirzağa 

Əliyevin Məşədi İbad, Soltan bəy, Kəblə Qubad ("Ər və arvad"), Cahangir Zeynalovun Rüstəm bəy

Rza bəy, Hacı Soltan ("Evliykən subay"), Sidqi Ruhullanın Soltan bəy, Möhsün Sənaninin 

Süleyman, Soltan bəy, Əsgər, Rza bəy, Qəmər Topuriyanın Gülçöhrə, Mərziyə Davudovanın Cahan 

xala ("Arşın mal alan"), Pərzad ("Evliykən subay"), Panfiliya Tanailidinin Telli, Əzizə 

Məmmədovanın Cahan xala və  Sənəm, Sona Hacıyevanın Gülçöhrə  və Gülnaz, Rza Darablının 

Soltan bəy, Vəli, Hambal rolları teatrın tarixində müəyyən yer tutur. 

 

 

AZƏRBAYCAN  DÖVLƏT MUSİQİLİ   



KOMEDİYA TEATRI (1938 - 1949) 

 

Operetta trupppası OBT-nin nəzdində olanda, 1938-ci il aprelin 5-dən 15-dək SSRİ-nin 



paytaxtı Moskvada Azərbaycan  Ədəbiyyatı  və  İncəsənəti Dekadası keçirilib. Ongünlükdə Üzeyir 

bəy Hacıbəyovun "Koroğlu", Müslüm Maqomayevin "Nərgiz", Reynqold Qlierin "Şahsənəm" 

operaları ilə  bərabər, Üzeyir bəyin "Arşın mal alan" operettası da göstərilib. Tamaşa Moskvada 

böyük uğur qazanıb. Bu elə vaxt idi ki, teatrın operettaya meyilli aktyorları  tədricən musiqili 

komediya truppası kimi fəallaşmışdılar. Rus bölməsi isə Rus Musiqili komediya Teatrı kimi daha 

müstəqil yaradıcılıq yolu tutmuşdu. 

Moskvada musiqili teatr rejissoru ixtisasına yiyələnmiş Soltan Dadaşov bəstəkar Zülfüqar 

bəy Hacıbəyovun "Evliykən subay" operettasını yeni redaksiyada işlədi və onu tamaşaya qoydu. İlk 

tamaşa 1938-ci il 30 mayda "Rote Fane" (indiki Nizami adına park) mədəniyyət və istirahət 

parkinda göstərildi. Afişalarda və proqramın yuxarı hissəsində "Azərbaycan Dövlət Musiqili 

Komediya Teatrı" sözləri yazılmışdı.  Əslində Azərbaycan hökumətinin 14 may 1941-ci il tarixli, 

1937 saylı  qərarı ilə Stalin prospektində yerləşən (indiki Neftçilər prospekti) "Oborona" 

kinoteatrının (keçmiş "Fenomen") binası MKT-yə  verilib.  Bu  teatrın az müddət məskunlaşdığı 

Yəhudi Dövlət Teatrının binasına Azərbaycan Dövlət Kukla Teatrı köçüb. 

1941-ci il iyun ayının 22-də Faşist Almaniyası SSRİ-yə hücum etdi. Hökumətin qərarı ilə 

teatrın fəaliyyət - iş prinsipi yenidən quruldu. Kollektivə "Aqitteatr" (Azərbaycan Dövlət Agitasiya 

Teatrı) funksiyası verildi. Teatr cari repertuarını saxlamaqla, bədii kompozisiyalar üzərində 

işləməyə başladı. 1942-ci ilin aprelində isə "Aqitteatrın" nəzdində kiçik səyyar truppa ("Səyyar 

teatr" da adlanırdı) yaradıldı. Həmin truppanın başlıca funksiyaları rayonlara getmək, hərbi 

qospitallarda döyüş üçün hazırlıq keçən əsgərlər arasında təbliğati tamaşa oynamaq idi. Azərbaycan 

Dövlət Aqitasiya Teatrı (afişalarda bu sözlərdən yuxarıda Azərbaycan Dövlət Musiqili Komediya 

Teatrı yazılırdı) əksər vaxtlarda hərbi qospitallarda, əsgərliyə çağırış məntəqələrində çıxışlar edirdi. 

Kollektiv bir il səyyar təbliğat teatr truppası kimi fəaliyyət göstərib. Dəstə yığcam alındığına 

görə bəzi aktyorlar başqa teatrlara getməli olublar. Nəhayət, hökumət 29 avqust 1942-ci ildə təbliğat 

teatrının yenidən Azərbaycan Dövlət Musiqili komediya Teatrı adlandırılması barədə  əmr verdi. 

Şəmsi Bədəlbəyli aprel ayının 27-də teatra direktor və bədii rəhbər təyin edildi. Fevral ayının 19-da 

Üzeyir bəyin "Arşın mal alan" operettası yeni quruluşda repertuara daxil edildi. Avqustun 28-də 

Zülfüqar bəy Hacıbəyovun "Evliykən subay", sentyabrın 15-də isə Üzeyir bəyin "Məşədi  İbad" 

operettaları Şəmsi Bədəlbəylinin əsaslı bərpasından sonra tamaşaçılara göstərildi. İl ərzində Üzeyir 

bəyin "Ər və arvad" operettası təzə quruluşda oynanılıb. Səttar Axundovun "Çətin dərə" (12 may), 

Karlo Haldoninin "İki ağanın bir nökəri" (12 dekabr) komediyaları musiqili komediya janrında 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə