Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə159/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   155   156   157   158   159   160   161   162   ...   212

Ədilə  Nəsirova,  Əliimran  Şirvanski, Kamal Kərimov, Kübra Babayeva, Nina Mironova, 

Məmmədsadıq Nuriyev kimi təcrübəli aktyorlar vardı. Həmin sənətkarlarla yanaşı, Azərbaycan 

Dövlət konservatoriyasını, xoreoqrafiya və Asəf Zeynallı adına musiqi məktəblərini yenicə bitirmiş 

Əzizağa (Ağababa) Qasımov, Məleykə  Şahmərdanova,  Şəfiqə Qasımova, rus bölməsində Tatyana 

Sazikina, Yelena Marinina kimi gənc teatra dəvət almışdılar. Hətta Roza Əliyeva hələ  tələbə idi, 

ancaq ona Gülçöhrə kimi baş rol tapşırılmışdı. 

Truppa müəyyən səviyyədə komplektləşəndən sonra "Arşın mal alan"ın məşqlərinə başlandı. 

Tamaşanın rejissorluğunu teatrın bədii rəhbəri  Şəmsi Bədəlbəyli edirdi. Səhnə  tərtibatı  mərhum 

rəssam Rüstəm Mustafayevin eskizləri  əsasında hazırlandı. Rəqslərin quruluşunu  Əlibaba 

Abdullayev verdi, dirijorluğu isə Çingiz Hacıbəyov etdi. Premyera avqustun 19-da Yay teatrında 

bayram təntənəsi ilə göstərildi. Əsas partiyaları Kamal Kərimov və Lütfiyar İmanov (Əsgər), Roza 

Əli yeva (Gülçöhrə),  Əzizağa Qasımov (Süleyman), Şəfiqə Qasımova (Asya) oxuyurdular. 

Komizınlə yoğrulmuş Soltan bəyi  Əli hüseyn Qafarlı, məzəli Vəlini Lütfəli Abdullayev, koloritli 

xanım-xatın Cahan xalanı Münəvvər Kələntərli, sadədil və biı  qədər məsxərəli Tellini Məleykə 

Şahmərdanova ifa edirdilər. 

Şəmsi Bədəlbəyli teatrın açılışı üçün dramaturq Süleyman Rüstəmlə  bəstəkar Səid 

Rüstəmovun "Durna" operettasını da hazırlamışdı (rəssam  Əsgər Abbasov, dirijor Çingiz Ha 

cıbəyov). Bu tamaşa da Cabbarlı adına Yay teatrında (bağın da) avqustun 28-də göstərilib. 

Teatr təzə açıldığına görə yeni əsərlər sarıdan müəyyən korluq çəkirdi. Sifariş verilmiş 

dramaturq və  bəstəkarlar gənc kollektivə  təzə operetta təqdim etməmişdilər. Ona görə  də teatr 

vaxtilə oynadığı əsərlərə müraciət etmək məcburiyyətində qalırdı. "Durna"dan sonra MKT-də "Toy 

kimindir?" (dramaturq Məhərrəm Əlizadə, bəstəkar Ağası Məşədibəyov) musiqili komediyası Səftər 

Turabovun rejissorluğunda yenidən tamaşaya qoyuldu. Teatr 1956-cı ilin qış mövsümünü noyabrın 

3-də "Məşədi İbad" operettasının yeni quruluşu ilə açdı. Bu dəfə rejissor Şəmsi Bədəlbəyli tamaşa 

üzərində rəssam Əsgər Abbasovla və dirijor Çingiz Hacıbəyovla birlikdə işləmişdi. 

Əlihüseyn Qafarlı  əvvəllər neçə-neçə ifaçısı olmuş  Məşədi  İbadı tamam yeni yozumda 

oynayırdı. Məşədi İbadın musiqi kupletlərini Əlihüseyn Qafarlı partituradakından yarım ton aşağıda 

oxusa da, onun səsinin məlahəti, söz-musiqi-sifət ifadələri (həmçinin zahiri hərəkət), rəqslərindəki 

ritmik ahəngdarlıq obraza təravət verir, onu məzəli və yapışıqlı edirdi. 

Teatr 1957-ci ildə isə  əvvəllər oynadığı dramaturq Məhərrəm  Əlizadə ilə  bəstəkar Fikrət 

Əmirovun "Gözün aydın" (9 may. Quruluşçu rejissor Şəmsi Bədəlbəyli, rejissor Səftər Turabov, 

rəssam Əsgər Abbasov, dirijor Çingiz Hacıbəyov) və dramaturq Sabit Rəhmanla bəstəkar Süleyman 

Ələsgərovun "Ulduz" (28 dekabr. Quruluşçu rejissorlar Şəmsi Bədəlbəyli və Səftər Turabov, rəssam 

Əsgər Abbasov) operettalarını yeni səhnə təfsirində tamaşaçılara göstərib. 

1958-ci ildə teatrın repertuarında cəmi altı tamaşa vardı ki, bu da yeknəsəqliyə səbəb olurdu. 

Milli Dram Teatrının quruluşçu rejissoru Əliheydər Ələkbərov 5 noyabr 1960-cı il-də MKT-yə baş 

rejissor təyin edildi. Bu təyinat sonralar teatrın yaradıcılığında müəyyən faydalı dönüş yaratdı. Yeni 

operetta axtarışlarını davam etdirən teatr on il (1958 - 1967) ərzində həm təcrübəli, həm də bu janrda 

ilk addımlarını atan bəstəkarların təzə  əsərlərini repertuarına daxil edə bilib. Bu dövr kollektivin 

yaradıcılıq nailiyyətləri, ayrı-ayrı aktyorların və solistlərin  əlvan ifaları baxımından da dəyərlidir. 

Teatrın daha diqqətçəkən işləri aşağıdakılar olub. 

1958, 11 iyul. "Hacı Qara" ("Xəsis"), Mirzə  Fətəli Axundzadənin eyniadlı komediyası 

əsasında libretto müəllifi  Şəmsi Bədəlbəyli, bəstəkarlar Vasif Adıgözəlov və Ramiz Mustafayev. 

Quruluşçu rejissor Şəmsi Bədəlbəyli, rejissor Səftər Turabov, rəssam Həsən Mustafayev, dirijor 

Çingiz Hacıbəyov. Mahnı mətnlərini şair Əliağa Kürçaylı yazmışdı. 



1960, 28 aprel. "Qızıl axtaranlar", dramaturq Həsən Seyidbəyli və bəstəkar Tofiq Quliyev. 

Mahnı  mətnlərinin müəllifi Zeynal Cabbarzadə. Quruluşçu rejissor Tofiq Kazımov, rejissor Niyaz 

Şərifov, rəssam Sergey Yefimenko, dirijor Çingiz Hacıbəyov. 



1961, 24 yanvar. "Rəisin arvadı", dramaturq Məhərrəm Əlizadə və bəstəkar Səid Rüstəmov. 

Rejissor Şəmsi Bədəlbəyli, rəssam Əsgər Abbasov və dirijor Çingiz Hacıbəyov. 



1961, 17  oktyabr. "Bir dəqiqə", dramaturq Məhərrəm  Əlizadə  və  bəstəkar Hacı 

Xanməmmədov. Rejissorlar Əliheydər Ələkbərov və Niyaz Şərifov, rəssam Altay Səidov. 



1962, 20 yanvar. "Hacı  Kərimin Aya səyahəti", dramaturqlar Qulamrza Cəmşidi və 

Əbülfəz Hüseyni, bəstəkar Azər Rzayev. Rejissor Rauf Kazımovski, rəssamlar  Əsgər Abbasov və 

Əli Minayi Təbrizi, dirijor Nurəddin Fətullayev. 

1963, 5 yanvar. "Özümüz bilərik", dramaturq Şıxəli Qurbanov və  bəstəkar Süleyman 

Ələsgərov. Rejissor Əliheydər  Ələkbərov, rəssam  Əsgər Abbasov, dirijorlar Kamal Abbasov və 

Kamal Məmmədov. 

1963, 21 aprel. "Səndən mənə yar olmaz", dramaturq Məhərrəm Əlizadə və bəstəkar Əşrəf 

Abbasov. Rejissor Niyaz Şərifov, rəssam  Əsgər Abbasov, dirijor Kamal Abdullayev. Şeirlərin 

müəllifi Zeynal Cabbarzadə. 

1964, 4 yanvar. "Altı qızın biri Pəri", dramaturq Məhərrəm Əlizadə və bəstəkarlar Nəriman 

Məmmədovla Tofiq Bakıxanov. Rejissor Əliheydər  Ələkbərov, rəssam Altay Səidov, dirijorlar 

Süleyman Ələsgərov və Kamal Abbasov. 

1964, 15 mart. "O1madı elə, oldu belə", dramaturq Şıxəli Qurbanov və bəstəkar Süleyman 

Ələsgərov. Rejissor Əliheydər Ələkbərov, rəssam Əsgər Abbasov, dirijorlar Kamal Məmmədov və 

Elmar Abusəlimov. 

1965, 6 yanvar. "Ev bizim, sirr bizim", dramaturq Novruz Gəncəli və  bəstəkar  Şəfiqə 

Axundova. Rejissor Niyaz Şərifov, rəssam  Əsgər Abbasov, dirijorlar Kamal Abbasov və Kamal 

Məmmədov. 

1965, 29 dekabr. "Qaynana", libretto müəllifi Məcid Şamxalov və bəstəkar Zakir Bağırov. 

Rejissor Niyaz Şərifov, rəssam Böyükağa Mirzəzadə, dirijorlar Kamal Abbasov və Kamal 

Məmmədov. 

1966, 20 may. "Milyonçunun dilənçi oğlu", dramaturq Şıxəli Qurbanov  və  bəstəkar  

Süleyman  Ələsgərov.   Rejissor Əliheydər Ələkbərov, rəssam Böyükağa Mirzəzadə, dirijor müəllif. 

"Milyonçunun dilənçi oğlu" tamaşasının yaradıcı heyətindən dramaturq Şıxəli Qurbanov, 

bəstəkar Süleyman Ələsgərov, rejissor Əliheydər Ələkbərov və rəssam Böyükağa Mirzəzadə 1967-

ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət mükafatına layiq görüldülər. 

1967, 29 dekabr. "Ləpələr", dramaturq Əliağa Kürçaylı və bəstəkar Arif Məlikov. Rejissor 

Şəmsi Bədəlbəyli, rəssam Asəf Cəfərov.  Əsas rollarda Zemfira Quliyeva və Lütfiyyə  Səfərova 

(Ceyran), Mobil Əhmədov və Qasım Zeynalov (Sahib) (Bəşir Səfəroğlu və Hacıbaba Bağırov 

(Əsgər Nəcəfoviç), Səyavuş Aslan (Ağabala). 

1967-ci il mayın 25-də  Əliheydər  Ələkbərov Musiqili ko mediya Teatrında baş rejissor 

Kürsüsünü tərk etdi. Bir neçə il sonra Şəmsi Bədəlbəyli də kollektivdən uzaqlaşdı. Demək olar 

1970-ci ildən başlayaraq teatrın repertuarında zəiflik duyul mağa başlayıb, truppada qüdrətli 

sənətkarların sayı azalıb. 

Bununla belə, 1968 - 2004-cü illər ərzində MKT-nin repertuarında səriştəli bəstəkarların təzə 

musiqili komediyalar və bu janrda ilk addımlarını atan bəstəkarların  əsərləri özün yer tapıb. 

Oynanılan tamaşaların xeyli qisıni həm mətncə  həm də musiqi işlənMəsmə görə  və rejissor 

quruluşu, aktyo ifaları baxımından qüsurlu olub. Lakin bədii cəhətdən maraı doğuran, müəyyən 

sənətkarlıq xüsusiyyətləri ilə diqqəti Çəkən tamaşalar da olub. Bu qəbildən "Haradasan, ay 

subaylıq? (Salam Qədirzadə  və Süleyman Ələsgərov. 1968), "Nənəmin  şahlıq quşu" (Əliağa 

Kürçaylı  və Vasif Adıgözəlov. 1971) "Həmişəxanım" (Salam Qədirzadə  və Süleyman Ələsgərov 

1971), "Hicran" (Sabit Rəhman və Emin Sabitoğlu. 1973) "Şəngülüm, Şüngülüm, Məngülüm" (uşaq 

tamaşası. Nağı  əsasında Ramiz Heydərin librettosu. Bəstəkar Oqtay Zülfüqa rov. 1974), "Təzə 

gəlin" (Seyfəddin Dağlı və Cahangir Cahan girov. 1975), "Boşanaq, evlənərik" (Əliağa Kürçaylı və 

Vasi Adıgözəlov. 1976), "Qız görüşə  tələsir" (Adil Babayev və  bəstəkarlar Tofiq Bakıxanovla 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə