243
- məhsulun markalanması, qablaşdırılması, nəql edil-
məsi, saxlanılması və təkrar istifadə olunmasına verilən tə-
ləblər
- uyğun norma və qaydalara istinad etməklə, təhlü-
kəsizlik texnikası və əmək gigiyenasının tələbləri;
- ölçmələrin dəqiqliyini və vəhdətini təmin edən me-
teroloji norma, qayda, tələb və müddəalar.
Dövlət standartlarının tövsiyə olunan tələbləri aşa-
ğıdakı hallarda mütləq yerinə yetirilməlidir:
- əgər bunlar, qüvvədə olan qanunvericilik aktlarında
nəzərə alınıblarsa,
-əgər bu tələblər, məhsulun işlənilməsi, hazırlanması
və göndərilməsinə aid müqaviləyə daxil ediliblərsə;
- əgər məhsulu hazırlayan, məhsulun bu standartlara
uyğun olması haqqında rəsmi iddia etmişdirsə.
Sahə standartları, Azərbaycan Respublikasının nazir-
likləri (idarələri) tərəfindən təsdiq olunmuş standart-lardan
ibarətdir. Sahə standartları AZS 1.6 - 96 standartına (Azər-
baycan Respublikasının dövlət standartlaşdırma sis-temi)
əsasən işlənib hazırlanırlar.
Sahə standartları məhsula, xidmətə aid dövlət stan-
dartları olmadıqda işlənib hazırlanırlar. Sahə standart-ları-
nın məcburi tələbləri, dövlət standartlarının tələblərinə
zidd olmamalıdır. Sahə standartlarının məcburi tələbləri,
onları təsdiq etmiş idarəetmə orqanlarına daxil olan müəs-
sisə, idarə və təşkilatlar tərəfindən mütləq yerinə yetiril-
məlidir.
Sahə standartlarını təsdiq etmiş idarəetmə orqan-ları-
na daxil olmayan, lakin bu standartlardan məhsulun hazır-
lanmasında və göndərilməsində istifadə edən müəssisə,
244
idarə və təşkilatlar, sahə standartlarının məcburi tələblə-
rinə əməl etməlidirlər.
Texniki şərtlər, məhsul (xidmət) üçün dövlət və ya
sahə standartı olmadıqda işlənib hazırlanır. Texniki şərtlər,
konkret məhsula (xidmətə) olan tələbləri müəyyənləşdirir.
Texniki şərtlər AZS 1.3-96 standartına (Azərbaycan Res-
publikanın dövlət standartlaşdırma sistemi. Texniki şərtlə-
rin işlənmsəi, razılaşdırılması, təsdiqi və qeydiyyatı qay-
daları) əsasən hazırlanırlar.
Müəssisə standartları, müəssisə tərəfindən təsdiq
olunmuş və ancaq həmin müəssisədə tətbiq olunan stan-
dartlardan ibarətdir. Müəssisə standartları, dövlət və sahə
standartlarının məcburi tələbləri ilə ziddiyyət təşkil etmə-
məlidir. Müəssisə standartlarının işlənib hazırlanma və tət-
biq edilmə qaydalarının, AZS 1.4-96 standartını (Azərbay-
can Respublikasının dövlət standartlaşdırma sisemi. Müəs-
sisə standartları. Ümumi müddəalar.) nəzərə almaqla,
müəssisə və müəssisə birlikləri müəyyən edirlər.
Məhsul (xidmət) üçün standartlar həmcins məhsul
(xidmət) qrupuna və ya konkret məhsula (xidmətə) tələb-
ləri təyin edir. Bu normativ sənədlərin iki növmüxtəlifliyi
vardır:
ümumi texniki şərtlərin standartları;
texniki şərtlərin standartları.
Bununla yanaşı, həmcins məhsullar qrupuna ayrı-
ayrı tələblər qoyan standartların işlənib hazırlanması da
mümkündür. Məsələn, təsnifatlaşdırma, sınaq metodları,
saxlanma və nəqletdirmə qaydaları və s. üçün standartlar
işlənib hazırlanır.
245
Ümumi texniki şərtlərin standartları eynicinsli
məhsul qrupu üçün ümumi olan və onun optimal səviyyə-
sini təmin edən norma, qayda və tələbləri müəyyənləşdirir.
Keyfiyyət səviyyəsi konkret məmulatın layihələndirilməsi
zamanı nəzərdə tutulmalı və onun istehsalı zamanı təmin
olunmalıdır.
Ümumi texniki şərtlərin standartları adətən aşağıdakı
bölmələrdən ibarət olur: təsnifatlaşdırma; əsas parametrlər
(ölçülər); keyfiyyət parametrlərinə, qablaşdırmaya, nişan-
lamaya ümumi tələblər; təhlükəsizlik tələbləri; ətraf mühi-
tin mühafizəsi tələbləri; məhsulun qəbul qaydaları; nəza-
rət, nəqletdirmə və saxlanma metodları; istismar, təmir və
utilləşdirmə qaydaları. Keyfiyyət, parametrləri kimi stan-
dartlarda elə tələblər nəzərdə tutulur ki, onlara riayət edil-
məsi məcburidir və onlar yoxlanıla bilər. Bu cür parametr-
lərə məhsulun etibarlılıq, təyinat, erqonomik, texnolojililik
xarakteristikaları aiddir.
Texniki şərtlərin standartı konkret məhsula, o cüm-
lədən onun müxtəlif markalarına və ya modellərinə hərtə-
rəfli tələbləri təyin edir. Bu tələblər məhsulun istehsalına,
göndərilməsinə, istismarına (istehlakına), təmirinə və util-
ləşdirilməsinə aiddir. Həmin tələblər mahiyyətcə ümumi
texniki şərtlərin standartına zidd olmamalıdır. Texniki
şərtlərin standartında standartlaşdırma obyektinə aid olan
konkretləşdirilmiş əlavə tələblər də (əmtəə nişanı haqqın-
da göstəriş, əgər bu nişan qoyulmuş qaydada qeydiyyatdan
keçmişdirsə; uyğunluq nişanının istifadəsi, əgər məmulat
sertifikat-laşdırılmışdırsa; təhlükəsizlik və ətraf mühitin
mühafizəsinə dair xüsusi tələblər) verilə bilər.
246
Xidmətlərin standartlarında standartlaşdırma ob-
yektlərinin bütün mümkün olan və zəruri aspektlərinə tə-
ləblər qoyulur. Bu standartlarda aşağıdakılar öz əksini tapa
bilər:
xidmətlər üzrə terminlər və təyinlər;
konkret xidmətlərin şərti işarələri;
xidmətlərin təsnifatlaşdırılması və onların əsas pa-
rametrlərinə (təyinat göstəricilərinə) tələblər;
xidmətlərin keyfiyyət səviyyəsinin əsas göstəricilə-
rinə tələblər;
xidmətlərin göstərilmə şəraitinə (rejimə, gigiyena-
ya, komforta, mədəniyyətə) və kompleksliliyinə tələblər;
təkrar xidmət göstərmə şərtlərinə (o cümlədən pul-
suz və ya güzəştli) tələblər;
xidmətlərin insanın həyatı, sağlamlığı və əmlakı
üçün təhlükəsizliyinə tələblər;
xidmətlərin göstərilməsi zamanı ətraf mühitin mü-
hafizəsinə tələblər;
göstərilmiş xidmətlərin nəticələrinin qəbul qaydala-
rına və vasitələrinə tələblər;
xidmətlərin reqlamentləşdirilmiş parametrlərinə və
keyfiyyət göstəricilərinə, nəzarət metodlarına və vasitə-lə-
rinə tələblər;
göstərilmiş xidmətlərin nəticələrinin reqlamentləş-
dirilmiş tələblərə uyğunluğunun təsdiqlənmə metodlarına
tələblər.
Proseslər üçün standartlar müxtəlif fəaliyyət növ-
lərində istifadə edilən proseslərdə müxtəlif işlərin (əməliy-
yatların) yerinə yetirilmə ardıcıllığı və metodlarına (üsul-
Dostları ilə paylaş: |