271
tehlak dəyərini müəyyənləşdirirsə, qiymət onun dəyərini
xarakterizə edir. Odur ki, standartı və qiymətləri eyni
vaxtda işlədikdə qiymət və keyfiyyət arasında rasional əla-
qə tapmağa imkan yaranır.
Hazırda bir sıra ölkələrdə yeni növ məhsula eyni
vaxtda texniki şərtlər və qiymətlər işlənir. Bu vaxt məhsu-
lun limit qiyməti və iqtisadi səmərəliliyin ölçüsü təyin olu-
nur. Məhsulun limit qiymətinin təyini texnikanın verilmiş
səmərəlilik səviyyəsində istehsal xərclərinin maksimum
buraxıla bilən səviyyəsini müəyyən etməkdən ibarətdir.
Bu qiymətə görə məmulatın satış qiyməti müəyyənləşdiri-
lir. Texniki- istehsalat təyinatlı yeni məhsulun limit qiy-
məti rəsmi metodikaya əsasən aşağıdakı kimi hesablanır:
(12.8)
burada Q
y
– yeni məmulatın qiymətinin yuxarı həddi;
U - məhsulun seriyalı istehsalı nəticəsində istehsal
xərclərinin aşağı düşməsi ilə əlaqədar ucuzlaşma əmsalı,
onun qiyməti. 0,8 götürülür.
Dövlət standartlaşdırma orqanları ilə yerli qiymət or-
qanları birgə işləməlidirlər ki, yaradılmış standart tətbiq
olunduqda iqtisadi səmərə verə bilsin.
12.4. Obyektlərin identifikatlaşdırılması və
kodlaşdırılması
İdentifikatlaşdırma obyektə onu digər obyektlərdən
birmənalı surətdə fərqləndirən unikal adın, nömrənin, ni-
şanın, şərti işarənin, əlamətin verilməsidir. Obyektə uni-
kallıq verən ad, nömrə, nişan, şərti işarə, əlamət identifika-
tor adlanır.
272
Şərti işarə dedikdə, obyektin identifikatlaş-dırılma-
sını təmin edən hərf, rəqəm və digər işarələrin müəyyən
qaydalar üzrə tərtib edilmiş dəsti (yığımı) başa düşülür.
Məlumdur ki, hər bir obyekt onu digər obyektlər-
dən, hətta oxşar obyektlərdən fərqləndirən əlamətlərə ma-
likdir. Bu əlamətləri insan özünün hiss orqanları vasitəsilə
dərk edir. Bizim hiss orqanlarımız hər bir obyekt haqqında
informasiyam qəbul edir və onu beynimizə ötürür. İnsan
beyni informasiyaları yadda saxlamaq, təhlil etmək və la-
zımi qərarlar qəbul etmək üçün böyük imkanlara malikdir.
Bir obyekti digərlərindən həmin obyektə məxsus olan
müəyyən əlamətlərə görə fərqləndirirlər. Bu zaman insan
çalışır ki, ən zəruri əlamətləri və ya bir əsas əlaməti seçsin.
Bu əlamət identifikatordur. Məsələn, mağazadan müəyyən
avtomo-bili alan zaman bir alıcı üçün identifıkator ağ
rəngdir, digəri üçün isə qırmızı rəngdir. Praktiki olaraq
soyadlar, adlar, nömrələr, işarələr, ünvanlar, xarakteristi-
kalar, göstəricilər və s. obyektlərin identifıkatorlarıdır.
Konkret obyekti bir çox digər obyektlərdən dəqiq fərqlən-
dirmək üçün bir neçə identifikatorlardan istifadə etmək la-
zımdır. Məsələn, avtomobilin rəngindən əlavə onun qiy-
mətinin müəyyən məbləğdən baha olmaması da alıcılar
üçün vacibdir.
Müxtəlif situasiyalarda konkret obyektin və ya oxşar
obyektlər qrupunun identifıkatlaşdırılması zərurəti meyda-
na çıxır. Belə ki, maddi-texniki təminat məsələləri-nin həl-
li üçün konkret markalar, modellər, artikullar, tiplər, məh-
sulu tam identifikatlaşdıran xassələr haqqında informasiya
alınmalıdır. Bu informasiya məhsulun düzgün seçilməsinə
və onun satın alınması haqqında qərar qəbul etməyə imkan
273
verir. Bu məqsədlə minimum və maksimum informasiya-
lardan istifadə edilə bilər. Minimum İnfor-masiya yığımı
məmulatın adını, onun şərti işarəsini və ya kodunu, nöm-
rəsini, həmin məmulatın xarakteristikalarını təyin edən
normativ və ya texniki sənədin işarəsini özündə birləşdirir.
Maksimum informasiya yığımı minimum informasiya
yığımına əlavə olaraq məmulatın fıziki-kimyəvi və istis-
mar (istehlak) xarakteristikalarını özündə birləşdirir.
Kodlaşdırma obyektə və obyektlər qrupuna müəy-
yən qaydalar üzrə yaradılan kodun verilməsinə deyilir.
Kod obyektin adının bir neçə işarələrlə (simvollarla) əvəz
olunmasını nəzərdə tutur. Kodların köməyi ilə maksimum
qısa üsulla (yəni işarələrin minimum sayı ilə) obyektlərin
identifikatlaşdırılması təmin edilir. Obyektləri identifıkat-
laşdıran işarələrin sayının minimum olması informasiya-
nın yığılmasının, uçotunun, saxlanılmasının və emalının
səmərəliliyinin yüksəldilməsinə kömək edir.
Kod işarələri aşağıdakılarla xarakterizə olunur:
-
kodun əlifbası;
-
kodun struktur quruluşu;
-
işarələrin sayı - kodun uzunluğu;
-
kodlaşdırma metodu.
Kodun əlifbası müəyyən qaydada tərtib olunmuş
işarələr (simvollar) sistemidir. Buraya çap qurğusunun
klaviaturasında olan rəqəmlər, hərflər və digər işarələr da-
xil ola bilər. Bununla əlaqədar olaraq kodlar rəqəmli, hərf-
li və hərfli-rəqəmli olurlar.
Bizim ölkədə, xaricdə və beynəlxalq təcrübədə infor-
masiyanın kodlaşdırılması zamanı rəqəmli kodlardan daha
çox istifadə olunur. Burada yarımçoxluq 10 obyektdən çox
274
deyildirsə, onda kod bir rəqəmdən ibarət olur - 0-dan 9-
dək, 100 obyektdən çox deyildirsə, kod iki rəqəmdən
ibarət olur - 00-dan 99-dək vəs. Müəyyən edil-mişdir ki,
informasiyanın emalı prosesində ən yüksək səmərəlilik
beş və beşdən az rəqəmlərdən tərtib olunmuş rəqəmli kod-
ların tətbiqi zamanı təmin edilir.
Kodun strukturu bir qayda olaraq kodun işarələrinin
ardıcıl qrafiki təsvirindən və bu işarələrə uyğun bölgü
səviyyələrinin adlarından ibarətdir.
Məhsulun təsnifçisi üçün kodun strukturu aşağıdakı
kimi verilə bilər:
Kodda işarələrin sayı onun strukturu ilə təyin edilir
və hər bölgü səviyyəsində əmələ gələn yarımçoxluqlara
daxil olan obyektlərin miqdarından asılıdır. Hər bölgü
səviyyəsində işarələrin sayını təyin edən zaman yadda
saxlamaq lazımdır ki, yeni obyektlər ortaya çıxa bilər.
Odur ki, ehtiyat kodları nəzərdə tutulmalıdır.
Dostları ilə paylaş: |