264
düşdükdə
digər
qəbuledici
elementlər
yüksək
duyma
qabiliyyətlərini saxladıqlarına görə biz göy-yaşıl rəng görürük.
Bu halı neqativ şəkillərə baxdıqda da müşahidə edə bilirik.
Məsələn, neqativ insan şəklinə baxdıqdan sonra ağ lövhəyə
baxsaq orada adamın həqiqi pozitiv surətini görə bilərik.
Ardıcıl surətlər hadisəsi təkcə görmə deyil, eşitmə,
temperatur, ağrı, dadbilmə duyğularında da qıcıqlandırıcıların
təsiri kəsildikdən sonra da özlərini göstərə bilirlər.
Özünü yoxlamaq üçün sual və tapşırıqlar.
1. Duyğu nəyə deyilir?
2. Duyğuların insan həyatındakı əhəmiyyətindən
danışın.
3. Analizator nədir və onun hansı hissələri vardır?
4. Duyğular haqqında bildiyiniz nəzəriyyələri şərh
edin.
5. Duyğuları hansı prinsiplərə görə təsnif edirlər?
6. Xarici duyğuları şərh edin.
7. Daxili və əzələ-hərəkət duyğuları hansılardır?
8. Duyğularda həssaslıq və hədlər dedikdə nəyi başa
düşürsünüz? Onları şərh edin.
9. Adaptasiya nədir? Onun insan həyatında rolu nədən
ibarətdir?
10. Duyğuların qarşılıqlı təsiri, sensibilizasiya, sineste-
ziya və ardıcıl surətləri səciyyələndirin.
Referat, məruzə və müstəqil tədqiqat üçün
mövzular
1. Duyğular və onların qanunauyğunluqları.
2.Duyğuların növləri və insan həyatında rolu.
265
Ə d ə b i y y a t
Bayramov Ə.S., Əlizadə Ə.Ə
.
Psixologiya 2- Nəşri. –
Bakı, 2002, səh. 256-265.
Qleytman Q., Fridlund A., Raysberq D. Osnovı psix-
oloqii.-S.P.,2001,S.201-251
Nemov R.S. Psixoloqiə. V 3-x kn., kn.1.- M., 1988, s.
166-181.
Maklakov A.Q. Obhaə psixoloqiə. – Piter, 2001, s. 164-
199.
Mayers D. Psixoloqiə.- Minsk,2001,s.208-249
Luriə A.R. Ohuheniə i vospriətie. – M., 1965, s. 4-42
Rubinşteyn S.L.Osnovı obhey psixoloqii. T. 1, - M.,
1998, s. 208-300
Xrestomatiə po ohuheniö i vospriətiö. - M., 1975
Fress P., Piaje
j.
Gksperimentalğnaə psixoloqiə, vıp. 1-
2, - M. 1966, s. 241
266
9-cu FƏSİL
QAVRAYIŞ
Qısa xülasə
Qavrayışın ümumi xarakteristikası. Qavrayış haqqında
anlayış. Qavrayış və duyğular. Onları fərqləndirən cəhətlər. Qavrayış
hiss üzvlərimizə bilavasitə təsir edən cisim və hadisələrin surətlərinin
beyində bütövlükdə əks etdirilməsindən ibarət olan idrak prosesi ki-
mi.
Qavrayışın əsas xüsusiyyətləri. Əşyaviliyi, tamlığı, sabitliyi,
mənalılığı, seçiciliyi. Appersepsiya.
Qavrayışın təsnifi. Qavrayışın analizatorların iştirakından asılı
olan sadə növləri: görmə, eşitmə, lamisə. Qarşıya qoyulmuş
məqsəddən asılı olaraq qavrayışın növlərə ayrılması: qeyri-ixtiyari və
ixtiyari qavrayış. Müşahidə ixtiyari qavrayış kimi. Müşahidə və
müşahidəçilik. Materiyanın mövcudluq formasından asılı olaraq
qavrayışın növləri: məkan, zaman, hərəkət qavrayışı.
Qavrayışda illüziyalar.
IV . 9.1. Qavrayışın ümumi xarakteristikası
Qavrayış haqqında anlayış. Cisim və hadisələr hiss
üzvlərimizə təsir edir və duyğu şəklində subyektiv effekt
yaranır. Bu zaman subyekt əks etdirilən obyektə münasibətdə
heç bir fəallıq göstərmir. Duymaq qabilliyyəti anadangəlmə si-
nir sisteminə malik olan həm bizə, həm də bütün canlılara
xasdır. Aləmi obrazlar şəklində qavrama ancaq insanlara və ali
heyvanlara aiddir. Bu prosses həyat təcrübəsinin genişlənməsi
ilə bağlı olaraq inkişaf edir.
Həm duyğu, həm də qavrayış hər ikisi hissi idrak
267
prossesləridir. Varlığın, aləmin dərki duyğu və qavrayışdan
başlanır. Bunların hər ikisi cisimlərin, hadisələrin insanın
duyğu üzvlərinə bilavasitə təsiri zamanı əmələ gəlir. Bununla
belə bu iki psixi proses arasında prinsipial fərq mövcuddur.
Məlum olduğu kimi, duyğu hal-hazırki anda hiss
üzvlərimizə bilavasitə təsir edən cisim və hadisələrin ayrı-ayrı
xassələrinin inikasından ibarət olan sadə psixi prossesdir.
Qavrayış isə duyğuya nisbətdə mürəkkəb psixi prossesdir. Ci-
sim və hadisələrin hiss üzvlərinə bilavasitə təsiri nəticəsində
onların insan beynində bütövlükdə inikasından ibarət olan
psixi prosesə qavrayış deyilir.
IV.9.2. Qavrayışın əsas xüsusiyyətləri
Qavrayışın özünəməxsus xüsusiyyətləri vardır. Bunlara
qavrayışın əşyaviliyi, tamlığı, sabitliyi, mənalılığı, seçiciliyini
aid etmək olar. Qıcıqlandırıcıların ayrı-ayrı xassələrini əks
etdirən duyğulardan fərqli olaraq, qavrayış cisimləri bütöv-
lükdə, onun bütün əlamətləri ilə birlikdə əks etdirir. Bir psixi
prosses kimi qavrayışın özünəməxsus xüsusiyyətləri var. Bu
xüsusiyyətlərdən biri qavrayışın əşyaviliyidir. Qavrayışın
əşyaviliyi obyektləşdirmə aktında ifadə olunur. Yəni biz ayrı-
ayrı əlamətlərini duyduğumuz cisim, yaxud hadisəni aləmdə
mövcud cisimlər, hadisələr qrupuna aid edirik, xarici aləmdən
alınan məlumatları həmin aləmin özünə aid edir və onu əks et-
diririk. Qavrayışın əşyaviliyi anadangəlmə keyfiyyət deyil. O,
həyat fəaliyyəti prosesində lamisə və hərəkət duyğularının
görmə duyğusuna qoşulması nəticəsində formalaşır. Belə bir
fakta diqqət yetirək. Kliniki müşahidələr göstərir ki, kantuziya
nəticəsində beyni zədələnmiş xəstədə göz almacıqlarının tam
hərəkətsizliyi əmələ gəldikdə, o ətrafda olan hər şeyi işıq seli
kimi duyur. Predmetləri qavraya bilmir. Lakin müəyyən
Dostları ilə paylaş: |