13
mübadiləni tənzim etdiyi və onu nəzarət altında saxladığı bir prosesdir. İnsan özü təbiət maddəsinə bir təbiət qüvvəsi
kimi qarşı durur.
İnsan təbiət maddəsini öz yaşayışına yararlı olan bir formada mənimsəmək üçün öz bədəninə mənsub olan təbii
qüvvələri: əl və ayaqlarını, başını
(kursiv mənimdir- Ə. R.)
və barmaqlarını hərəkətə gətirir. İnsan bu hərəkət vasitəsilə
xarici təbiətə təsir etməklə və onu dəyişdirməklə bərabər öz təbiətini də dəyişdirir. O öz təbiətində mürgüləməkdə olan
qüvvələri inkişaf etdirir və bu qüvvələrin fəaliyyətini öz hakimiyyətinə tabe edir. Biz burada əməyin ilk
heyvanabənzər instinktiv formalarını nəzərdən keçirməyəcəyik. Cəmiyyətin, əmtəə bazarında fəhlənin öz iş
qüvvəsinin satıcısı kimi meydana çıxdığı halı ilə, ibtidai zamanın dərinliklərinə gedib çatdığı ilkin halı - insan
əməyinin öz primitiv, instinktiv formasından hələ azad olmadığı halı arasında çox böyük məsafə vardır. Biz əməyi
ancaq insana məxsus olduğu formada nəzərdə tuturuq. Hörümcək toxucunun əməliyyatını xatırladan bir əməliyyat icra
edir, bal arısı da mumdan şan qayırması ilə bəzi memar adamları utandırır. Lakin ən pis memar da ən yaxşı bal
arısından lap əvvəldən bununla fərqlənir ki, memar hələ mumdan şan qayırmazdan əvvəl bunu öz beynində qayırıb
hazırlamış olur. Əmək prosesinin sonunda alınan nəticə artıq bu prosesin əvvəlində insanın təsəvvüründə, yəni ideal
surətdə mövcud olur. İnsan nəinki təbiətin verdiyi şeyin formasını dəyişdirir; təbiətin verdiyi şeydə o öz şüurlu
məqsədini də həyata keçirir, bu məqsəd bir qanun olaraq insan fəaliyyətinin üsulunu və xarakterini müəyyən edir və
insan öz iradəsini bu məqsədə tabe etməli olur». Deməli, əmək prosesinin sadə momentləri bunlardır: müəyyən
məqsəd güdən fəaliyyət və ya əməyin özü, əmək cismi və əmək vasitələri. Fəlsəfə elmində, əməyin tərkib hissələri
ətraflı şəkildə təhlil edilir, aydın surətdə izah edilir ki, «əmək vasitələri» heç də əmək alətlərinə bərabər deyildir; elm
bu ifadəyə daha geniş məna verir: «Əmək vasitəsi elə bir şeydir və şeylər kompleksidir ki, insan bunları özü ilə əmək
cismi arasında qoyur və bunlar ona öz təsirini həmin cismə keçirən bir amil xidməti görür».
Adətən, əmək fəaliyyətindən danışarkən fərd- alət - mühit üçlüyünü əsas götürürlər, həm də insanın
yaranmasında əmək alətinə üstünlük verib göstərirlər ki, meymun əli ilk əmək alətini (adətən, daş alət nəzərdə tutulur)
yaratdıqda ilk insan meydana çıxmışdır. Lakin hər şey daşdan yaxud ağacdan əmək aləti kimi istifadə etməkdən asılı
olsa idi, ilk insanın meydana çıxması asan olardı. Digər tərəfdən, insanın meydana çıxmasını sadəcə əmək aləti ilə
bağlamaq, bir növ, robinzonçuluğa bənzəyir: ayrılıqda götürülmüş bir fərd, Robinzon kimi, özü üçün alət düzəldir və
ondan istifadə edir. Dialektik və materialist fəlsəfəyə görə, insan öz təbiətinə görə ictimai heyvandır. Deməli, insanın
əmək fəaliyyətinin əsasında insanların bir-biri ilə ünsiyyəti, ictimai başlanğıc durur. Bu, əsl ictimai faktordur - insanın
əmək fəaliyyəti məqsədə yönəldilmiş hadisədir. Əmək prosesinin əsas məqsədi insanın ictimai mühitə mənsubluğunun
və onun ictimai mühitlə kommunikasiyasının məhsuludur.
F. Enqels meymunun insana çevrilməsi prosesində əməyin rolundan danışarkən əmək prosesi anlayışının iki
aspektini nəzərdə tutur. O, bir tərəfdən, əməyə meymunu insana çevirən faktor kimi baxır; deməli, onun fikrincə,
əmək bu mənada insanlara yox, meymunların (ali insanabənzər primatların) bir hissəsinə xas xüsusiyyətdir və yüz min
illər boyu onların insana çevrilməsini hazırlamışdır. Lakin, digər tərəfdən, Enqels insanın bütün tarixi boyu əməyin
onu digər heyvanlardan fərqləndirən əlamət olmasından danışarkən əməyin şüurlu olmasını, yəni Marksın sözləri ilə
desək, əmək prosesinin sonunda alınacaq nəticənin artıq bu prosesin əvvəlində insanın təsəvvüründə hazır olmasını
nəzərdə tutur.
Dialektik fəlsəfənin müddəalarından çıxış edərək əməyin iki formasını göstərmək olar; instintiv «əmək» və
şüurlu əmək. Məşhur bir əsərdə əməyin bu iki forması haqqında belə yazılır: «Biz burada əməyin ilk heyvanabənzər
instinktiv formalarını nəzərdən keçirməyəcəyik. Cəmiyyətin, əmtəə bazarında fəhlənin öz iş qüvvəsinin satıcısı kimi
meydana çıxdığı halı ilə, ibtidai zamanın dərinliklərinə gedib çatdığı halı arasında çox böyük məsafə vardır. Biz əməyi
ancaq insana məxsus olduğu formada nəzərdə tuturuq» Deməli, əmək özünün instinktiv formasında yalnız insana xas
xüsusiyyət, insanın ulu əcdadını heyvandan ayıran prinsipial fərq deyildir. Buna görə də onu əməyin heyvanabənzər
forması adlandırırlar. Bu instinktiv, heyvanabənzər əmək şüurlu, məqsədəyönlü əməkdən əsaslı surətdə fərqlənir.
Məhz bu nöqtədə insanın yaranmasının materialist izahı ilə idealist izahı arasındakı fərq özünü göstərir: idealist baxışa
görə, əvvəlcə insanı heyvandan fərqləndirən şüur, təfəkkür yaranır, sonra fikir əməyə, əmək alətinə tətbiq edilir.
İnstinktiv əməyi nəzərdə tutaraq göstərmək lazımdır ki, bu hal, yəni instinktiv əməkdən şüurlu əməyə, insanabənzər
meymundan insana keçid minlərlə il davam etmişdir. Deməli, məsələ iki cür qoyulur və onlardan birini qəbul etmək
lazımdır. Ya insan təbiəti müşahidə edib onun bir sıra xüsusiyyətlərini kəşf edərək əvvəlcə öz təfəkküründə, sonra
14
təfəkküründə hazırladığını materiala tətbiq etməklə əmək alətini kəşf etməkdən başlayır, ya da onun əməyi əvvəlcə
instinktiv, heyvanabənzər səciyyə daşıyır və uzun müddət belə davam edir, sonra isə əməyin bu forması nəticəsində
dəyişikliklərin toplanması və əməklə məşğul olan subyektin özünün tədricən dəyişməsi yeni keyfiyyətə - ikinci siqnal
sisteminin, cəmiyyətin, insan idrakının, başqa sözlə desək, insanın yaranmasına gətirib çıxarır. Dialektik və tarixi
materializm məsələnin ikinci şəkildə izahını qəbul edir. Beləliklə, əməyin meydana çıxmasından cəmiyyətin
yaranmasınadək min illər keçmişdir. Bu müddətdə insanın tarixdən əvvəllki əcdadı əməklə məşqul olmuşdur, lakin bu
əmək hələ heyvanabənzər instinktiv səciyyə daşımış, bal arısının mumdan şan qayırmasına bənzəmişdir. Meymun
sürüsünün ibtidai təşkilindən insanların cəmiyyət halında birləşməsinədək keçilmiş tarixi yol çox uzun olmuşdur.
Enqels yazır ki, əməyin başlanmasından ilk daşın insan əlinin köməyi ilə bıçağa çevrilməsinədək böyük, nəhəng dövr
keçmişdir. Bu keçid dövründəki varlığı hələ insan adlandırmaq olmaz. Çox vaxt elmi ədəbiyyatda «instinktiv insan»
adlandırılan bu ikiayaqylı, danışmayan varlıq meymunla insan arasında keçid təşkil etmişdir, yəni troqloditidlər
ailəsinə mənsub heyvan olmuşdur.
İnsan şimpanze yaxud qorilla tipli meymundan əmələ gəlməmişdir, çünki inkişafın ən yüksək pilləsində duran
meymunlarda belə insana xas olan xüsusiyyətlər- dik yeriş, ətli yeməyə vərdiş, ibtidai də olsa, əmək alətindən istifadə,
yüksək inkişaf etmiş ali əsəb fəaliyyəti yoxdur. İnsan üçüncü dövr antromorf meymunlarından inkişaf etmiş və bir növ
insanlaşmaq üçün ixtisaslaşdırılmış troqloditiddən törəmişdir. Troqloditidlər sözün əsl mənasında meymun deyildir,
bir sıra morfoloji əlamətlər (məsələn, düzqamətli yeriş) və ekologiya (məsələn, ətyemə) bunları digər meymunlardan
fərqləndirir. Bu əlamətlər sonralar insanı səciyyələndirən xüsusiyyətlərə daxil olsa da troqloditidləri insan adlandırmaq
üçün kifayət deyildir. Bunlardan başqa bir sıra zəruri əlamətlər də troqloditidləri antromorf meymunlardan
fərqləndirir. Belə ki, troqloditidlərdə fərdi ali əsəb sisteminin fəaliyyəti yüksək səviyyədə olmuşdur, onların orqanizmi
şərti reflekslər yaratmağa, ətraf mühitin təsirini və hərəki reaksiyanı diferensiallaşdırmağa qabil olmuşdur.
İnsanın yaranmasında əmək alətinin rolunu artıq şişirtmək, ehkamlaşdırmaq da lazım deyildir. Çox vaxt insanın
əmələ gəlməsində əmək alətinin rolundan danışarkən K. Marks və F. Enqelsə isnad edib göstərirlər ki, onlar insanın
yaranmasını əlin ilk əmək aləti yaratması ilə bağlamışlar. Düzdür, Marks və Enqels insanın yaranmasında əmək
alətinin düzəldilməsi və istifadə edilməsinə böyük əhəmiyyət vermişlər. Lakin Marks tarixdən əvvəlki dövrdə əmək
vasitələri arasında əsas rolu əmək alətlərinə deyil, əhliləşdirilmiş heyvanlara verir. O yazır: «Biz ən qədim insanın
mağaralarında daş alətlərə və daş silaha rast gəlirik. Bəşər tarixinin ilk pillələrində emal edilmiş daş, ağac, sümük və
balıqqulağı ilə yanaşı insan tərəfindən əhliləşdirilən, deməli, əmək sərf etməklə dəyişdirilən, bəslənib yetişdirilən
heyvanlar da əmək vasitəsi olaraq başlıca rol oynayır». Əmək alətlərinə gəlincə, müəllif bunları mexaniki əmək
vasitələri adlandıraraq əmək cisimlərini saxlamağa xidmət edən əmək vasitələrindən əhəmiyyəti hesab edir: «Əmək
vasitələrinin öz içərisində mexaniki əmək vasitələri..., yalnız əmək cisimlərini saxlamağa xidmət edən əmək
vasitələrindən xeyli artıq dərəcədə ictimai istehsalın müəyyən dövrünün xarakterik fərqləndirici əlamətini təşkil edir».
Bu həqiqətən də belədir. Məlum olduğu kimi, bir sıra heyvanlar (məsələn, meymun, qunduz, bal arısı, hörümçək)
heyvanabənzər, instinktiv əməklə məşqul olurlar. Bunlardan bəziləri (məsələn, qunduz, bal arısı) əmək alətləri kimi öz
bədən üzvlərindən istifadə edirlər; meymun isə şüursuz da olsa, hətta əmək alətindən istifadə edir. Lakin indiyədək
heç bir heyvan başqa bir heyvanı əhliləşdirməmişdir. Buna görə də alimlər tamamilə haqlı olaraq əmək vasitələri
içərisində aparıcı rolu əhliləşdirilmiş heyvanlara verir.
Troqloditidin insana çevrilməsi problemindən bəhs edərkən daha bir məsələni aydınlaşdırmaq lazımdır. Məlum
olduğu kimi, bəzi heyvanlar da əmək alətlərindən istifadə edirlər. Lakin qeyd etmək lazımdır ki, insanı heyvanlar
aləmindən fərqləndirən əlamətlərdən biri də budur ki, bəşər tarixinin ilk pillələrində əmələ gəlməkdə olan ilk insan
əmək aləti və silah kim emal olunmuş daşdan istifadə etmişdir, daha doğrusu əmək aləti və silah kimi istifadə etmək
üçün daşı emal edib yararlı hala salmışdır.
Əməyin ilkin, instinktiv, heyvanabənzər pilləsində insandan, cəmiyyətdən, deməli, bunlarla bərabər üzvlənən
aydın nitqdən söhbət belə gedə bilməz. Əməyin (instinktiv əməyin) başlanğıcından şüurlu əməyin meydana
gəlməsinədək bəşəriyyət nəhəng inkişaf yolu keçmişdir. F. Enqels meymunun insana çevrilməsi prosesində əməyin
rolu» adlı əsərində bu inkişafı cəmiyyətəqədərki dövr adlandırır və göstərir ki, bu dövr yüz min illər boyu davam
etmişdir. Onun fikrincə, cəmiyyət yalnız insanla birlikdə yaranmışdır. Enqels meymunun insana çevrilməsi prosesinin
üç pilləsini göstərir: 1) əvvəlcə ibtidai (primitiv, instinktiv, heyvanabənzər) əmək təzahür edir; 2) əməyin