26
hid Allahdan başqa ilahi yoxdur. Ona şərik olan yoxdur və
Məhəmməd Onun bəndəsi və rəsuludur. Səni Əziz və Qadir
Allahın dininə çağırıram. Həqiqətən, mən Allahın bütün in-
sanlara rəsuluyam ki, sağ olan hər kəsə öyüd verəm. Ka irlər
üçün belə bir söz haqlıdır: özünü (Allaha) təslim et – səlamət
qalarsan! Boyun qaçırsan atəşpərəstlərin günahları üçün
məsuliyyəti sən daşıyırsan.”(13,s.46-48)
Bu məktubdan görünür ki, Məhəmməd peyğəmbər çox
təmkin və ləyaqətlə Xosrov şahı islam dininə sülh yolu ilə ça-
ğırır və islamın əsas prinsipini aydın şəkildə sayğı ilə şərh
edir. Bu məktub Peyğəmbərin sülhpərvər olduğunu, islam
dininin isə tolerant din olduğunu bir daha təsdiq edir.
Azərbaycanda və bütövlükdə Qafqazda yaşayan müxtə-
lif xalqların tarixən tolerant şəkildə, sülh və əmin-amanlıq
şəraitində yaşadıqlarını beynəlxalq simpoziumda vurğu-
layan ulu öndər H.Əliyev bütövlükdə islam dininin tolerant
din olduğunu, eyni zamanda Azərbaycan xalqının başqa
dinlərə qarşı dözümlü olduğunu aşağıdakı kimi şərh etmiş-
dir:
“Dünyada bir çox böyük dinlər mövcudur. Hər dinin
özünəməxsus yeri var. Biz azərbaycanlılar islam dini ilə
fəxr edirik, eyni zamanda heç vaxt başqa dinlərə qarşı
mən i münasibət göstərməmişik, ədavət aparmamı-
şıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə
məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözüm-
lülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəra-
itində yaşamaq islam dəyərlərinin xüsusiyyətidir. Bu,
tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini ta-
pıbdır. Azərbaycanda islam dini ilə yanaşı xristian dini
də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır.
Qafqazda da bu mənzərə var. Hesab edirik ki, insanlar
hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı ol-
mayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi
dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş
27
gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar. Dini
nöqteyi-nəzərdən ədavət, münaqişə, müharibə yolveril-
məzdir. Hər halda XX əsrin sonunda və qarşıdan gələn
XXI əsrdə dünyada belə hallara son qoyulmalıdır.”(14)
1.2.Çarizmin Azərbaycandakı müstəmləkəçilik
siyasətində din amili.
Biz azərbaycanlılar heç vaxt inamımızdan, dini-
mizdən uzaqlaşmayacağıq və bu mənəvi mən bə lə-
rimizdən istifadə edərək gələcəyimizi quracağıq.
Heydər Əliyev
Tarix boyu bir çox dövlət rəhbərləri öz işğalçılıq siyasət-
lərini həyata keçirmək üçün həmişə din amilindən istifadə
etmişlər. Məsələn, vaxtilə rus imperatoru I Pyotr 1725-ci
ildə yazdığı “Vəsiyyətnamə”sində işğalçılıq siyasətində din
amilindən istifadə məsələsini önə çəkmişdir. Rusiyanın sər-
hədlərini Hindistandan Avropayadək genişləndirməyi, Tür-
kiyə, İran və Qafqaz torpaqlarını rus imperiyasının tərkibinə
birləşdirməyi arzulayan I Pyotr “Vəsiyyətnamə”sində hətta
sünni və şiə məzhəbləri arasında ixtilaf yaratmağı öz xələf-
lərinə vəsiyyət etmişdir: “Bu
məqsədi həyata keçirmək üçün
həmişə Türkiyə ilə İran arasında itnə-fəsad törətmək, da-
va-dalaş yaratmaq lazımdır. Bu işdə sünni və şiə məzhəbləri
arasındakı ixtila lar böyük, kəskin silah və basılmaz ordudur.
Rusiyanın nüfuzunu Asiyada qaldırmaq üçün sünni-şiə qar-
şıdurmaları yaxşı vasitədir.”(15)
Rusiya imperiyasının qonşuluğunda olan iki böyük
müsəlman ölkəsi arasında qarşıdurma yaratmaq yolu ilə
onları zəi lətməyi nəzərdə tutan imperator həmin ölkələrin
din xadimlərini ələ almağı xələ lərinə xatırladaraq yazmış-
dır: “Bu ölkələrin müsəlmanlarının öz hüquqlarını tanıma-
ları bizə böyük zərbə olar. Həm Türkiyə, həm də İranın din