17 ❘ Uşaq Hüquqları və Biznes
Prinsipləri
© P
L
A
Y
IN
G F
O
R C
H
A
N
G
E
Uşaqların hüquqlarına hörmətlə yanaşma
məsuliyyətlərini yerinə yetirməli və uşaqların
insan hüquqlarını dəstəkləməyə çalışmalıdır
NÜMUNƏVİ
TƏCRÜBƏ
Şikayətlərin
ünvanlandırılması
üçün əlçatan
əlaqə vasitəsinin
yaradılması
Banqladeşdə fəaliyyət göstərən beynəlxalq geyim şirkəti yerli təchizatçı zavodlar
üçün şikayətlərin baxılması məntəqəsi yaratmaq məqsədilə uşaq və qadın hüquqları
üzrə çalışan qeyri-hökumət (QHT) təşkilatı ilə əməkdaşlıq etmişdir. Həmin QHT
qadın və uşaqlarla iş sahəsində xüsusi səriştəyə sahib olmuş və nəticədə işçilərin öz
şikayətlərini ünvanlaya biləcəkləri etibarlı məntəqə ilə təmin etmişdir. Bu da işçilərin
iş yerindəki məsələlərlə bağlı geyim şirkəti ilə əlaqə saxlaya biləcəkləri alternativ və
təhlükəsiz əlaqə vasitəsi yaratmışdır. Sistem indiyədək işçilərdən dəyərli rəylər almışdır
və geyim şirkətinin təchizatçı zavodları mənfi təsirlərin aradan qaldırılması prosesinə
daxil etməsini asanlaşmışdır.
18 ❘ Uşaq Hüquqları və Biznes Prinsipləri
2
© S
A
V
E T
H
E C
H
IL
D
R
E
N
“Biznes strukturlarının
insan hüquqlarını və
onların fəaliyyətlərinin
insanların həyatları
üzərindəki nəticələrini
daha yaxşı anlamaları
üçün çalışması çox
önəmlidir.”
Paraqvaydan olan gənclər,
Uşaq Hüquqları və Biznes
Prinsipləri Təşəbbüsü
barəsində Uşaqlar arasında
Məsləhətləşmələr, 2011-ci il
Hörmətlə yanaşmaq məqsədilə korporativ məsuliyyətə Beynəlxalq Əmək
Təşkilatının İş yerində Əsas Prinsiplər və Hüquqlar haqqında Bəyannaməsində
əks olunan hüquqlara hörmətlə yanaşma daxildir. Buna əsasən, bütün biznes
strukturlarının görə biləcəyi tədbirlər arasında yer alır:
a. Uşaq əməyinin aradan qaldırılması:
Uşaq əməyinin heç bir növündə uşaqları işə götürməyin və ya onlardan istifadə
etməyin. İşəgötürmə prosesinin bir hissəsi kimi yaşın müəyyən edilməsi üzrə sağlam
mexanizmlər yaradın və bu mexanizmlərin dəyər zəncirində də istifadə edildiyindən
əmin olun. Uşaqların iş yerindən uzaqlaşdırılması zamanı təsirə məruz qalmış
uşaqların müdafi əsini, eləcə də, uyğun olduqda, onların yetkin yaşa çatmış ailə
üzvlərini layiqli işlə təmin etmək üçün tədbirlər görülməlidir. Təchizatçılar, podratçılar
və subpodratçılar üzərində sonradan uşaqların hüquqlarının pozulması ilə nəticələnə
biləcək təzyiq yaratmayın.
b. Gənc çalışanlara qarşı zərərin qarşısının alınması, müəyyən edilməsi
və azaldılması, o cümlədən onların 18 yaşına çatmamış çalışanlar üçün
qadağan edilən və ya onların fi ziki və psixoloji potensialını aşan işləri
görməkdən müdafi ə olunması
Gənc çalışanlara qarşı zərərin qarşısını alın, onu müəyyən edin və azaldın, eləcə
də onları 18 yaşına çatmamış çalışanlar üçün qadağan edilən və ya onların
fi ziki və psixoloji potensialını aşan işləri görməkdən qoruyun. Uşaqları onların
səhhəti, təhlükəsizliyi və mənəvi dəyərlərinə zərər yetirə biləcək təhlükəli işləri
görməkdən müdafi ə edin. Təhlükəli iş zəminində çalışan uşaqlar dərhal təhlükə
mənbəyindən uzaqlaşdırılmalı, və bu cür müdaxilələr nəticəsində yarana biləcək
gəlir itkisinə qarşı müdafi ə olunmalıdırlar. Unutmayın ki, müəyyən bir işlə məşğul
olma yaşındakı uşaqlar iş yerində yetkin insanların üzləşdiklərindən, qızlar isə
oğlanların üzləşdiklərindən daha fərqli risklərlə üzləşə bilərlər. Xüsusilə də, uşaqların
lazımi informasiyaya əlyetərlilik, assosiasiya azadlığı, kollektiv danışıqlar, iştirak,
ayrı-seçkiliyin qarşısının alınması, şəxsi həyatın qorunması, eləcə də fi ziki, əqli və
digər alçaldıcı cəzalar, əzab vermə və cinsi sui-istifadə də daxil olmaqla iş yerində
zorakılığın bütün formalarından qorunmaq hüquqlarına hörmətlə yanaşın.
Dəstək məqsədilə korporativ öhdəliyin olmasına daxildir:
c. Təhsilin və uşaq əməyinin əsas səbəblərinə qarşı davamlı həll yollarının
təşviq edilməsi üçün hökumətlər, sosial tərəfdaşlar və digər tərəfl ərlə
əməkdaşlığın olması
i.
Uşaqların təhsilini və uşaq əməyinin əsas səbəblərinə qarşı davamlı həll yollarını
təşviq etmək məqsədilə biznes rəqibləri, icmalar, uşaq hüquqları təşkilatları,
həmkarlar ittifaqları və hökumətlərlə birgə çalışmaq.
ii.
Sosial səfərbərlik və məlumatlılığın artırılması yolu ilə uşaq əməyinin aradan
qaldırılmasına yönəlmiş icma, milli və beynəlxalq səviyyəli təşəbbüsləri, eləcə də
uşaq əməyinin kökünün kəsilməsi məqsədilə yerli icma üzvləri və uşaqlarla birgə
hazırlanaraq həyata keçirilən proqramları daha geniş şəkildə dəstəkləmək.
iii. Uşaq əməyinə qarşı sənaye-miqyaslı yanaşma yaratmaq məqsədilə digər şirkətlər,
sektoral assosiasiyalar və işəgötürənlərlə tərəfdaşlıq etmək, o cümlədən həmkarlar
BÜTÜN BİZNES
STRUKTURLARI