ABŞ-da isə bu məktəbin görkəmli nümayəndəsi
Qans
Morqentau (1904-1980) hesab edilir.
O, Almaniyada anadan
olmuşdu. Morqentau l^eynəlxalq aləmdə ABŞ-m maraqlarının ən
fəal müdafiəçisi kimi çıxış edirdi. O, iddia edirdi ki, bütün başqa
sahələrdə olduğu kimi
beynəlxalq münasibətdə də əsas məqsəd
hakimiyyət uğmnda gedən mübarizədən ibarətdir.
Morqentaunun fikrincə,
ancaq hakimiyyət vasitəsilə öz
əqli və insanların hərəkəti üzərində nəzarət etmək imkanı yaranır.
Siyasi hakimiyyət vasitəsi ilə isə qarşılıqlı olaraq hakimiyyət
başçısı ilə bütünlükdə xalq arasındakı münasibətə olan nəzarət
həyata keçirilir. O, belə hesab edirdi ki, beynəlxalq münasibətlər
sahəsində gedən hakimiyyət uğrunda mübarizə dünyada öz təsir
dairəsinin üstünlüyünü təsdiqləmiş olur.
Siyasi realizm mövqeyi baxımından beynəlxalq
münasibətlər hər şeydən əvvəl dövlətlərarası münasibətlərdən
ibarətdir. Dövlət isə öz güc imkanlarından istifadə etməklə öz
maraqlarını təmin etməyə çalışır. Beləliklə müharibə və
münaqişələr beynəlxalq münasibətlərin öz təbiətindən irəli
gəlir. Hüquq və əxlaq normaları əsasında sülhə nail olmaq isə
fərziyyədən başqa bir şey deyildir.
Qans Morqentau siyasi realizmdə xarici siyasətin əsas
məqsədini
«MiUi maraqda» və “Milli gücdə” görürdü.
Morqentau kimi Amerikada siyasi realizm məktəbinin iştiralc-
çıları da bu mövqedə idilər.
Onu da qeyd etməliyik ki, ingilis dilində olan
ədəbiyyatlarda
“millət” anlayışı
“dövlət” anlayışı ilə
eyniləşdirilmişdir. Deməli, Qərb ənənəsinə və reallığına görə
milli dövlət və
vətəndaşlıq cəmiyyəti artıq formalaşmışdır. Ona
görə də dövlət mənafeyi dedikdə
milli-dövlət mənafeyi nəzərdə
tutulur. Siyasi realizm məktəbinin nümayəndələri bu mənafeləri
iki yerə ayırırlar:
daimi (yəni ən əsas) və
keçici (ara) mənafelər.
Əsas - daimi mənafelərə aşağıdakılar aid edilir: ..
55
1.
“Milli təhlükəsizlik maraqlan”. Burada ərazinin, əhalinin
və dövlət müəssisələrinin xarici təhlükədən qorunması nəzərdə
tutulur;
2.
“Milli-iqtisadi maraqlar”. Burada xarici ticarətin inkişafı,
investisiyaların artımı. Xaricdə olan xüsusi kapitalın
mənafelərinin qorunması və s.
nəzərdə tutulur;
3.
“Dünya nizamının dəstəklənməsi marağı”. Burada
müttəfiqlərlə olan qarşılıqlı münasibətlər, xarici siyasi kursun
seçimi və s. nəzərdə tutulur.
İkinci dərəcəli və yaxud ara maraqlarda isə aşağıdakıları
nəzərdə tutmaq olar:
1.
«Yaşama marağı». Dövlətin özünün mövcudluğu
qorxusunun aradan qaldırılması;
2.
«Həyat marağı». İnsanlar üçün təhlükə yaradan hər
hansı bir amilin aradan qaldırılması. İnsanlar üçün firavan həyat
şəraiti yaradılması;
3.
«Nisbətən daha zəruri maraqlar». Dövlət üçün ciddi
ziyan vura biləcək hər hansı bir potensial inkişafının aradan
qaldırılması;
4.
«Kənar - ucqar və yaxud kiçik maraqlar». Bu kimi
maraqlar lokal xarakterli problemlərlə bağlıdır.
Xarici siyasətin əsas məqsədinin, digər tərəfi olan
“milli
güc” dedikdə
“dövlətin qüdrəti”, “dövlətin xarici iqtisadi
potensialı” nəzərdə tutulur. Məhz bu potensialın köməkliyi ilə
dövlət özünün xarici siyasətinə nail ola bilər.
“Milli güc” anlayışına daxil olan müəyyən elementlərin
araşdırılmasında müharibədən sonrakı illərdə ABŞ-ın realistləri
geosiyasi fikirlərin təsiri altına düşürlər. Bu təsir altında olan
Morqentau “Milli güc” anlayışına aşağıdakı elementləri daxil
edirdi:
1.
Coğrafiya; 2. Təbii ehtiyatlar; 3. İstehsal gücü; 4. Hərbi
potensial; 5. Əhalinin sayı; 6. Milli xüsusiyyətlər; 7. Millətin
mənəvi ruhu; 8. Diplomatiyanın keyfiyyəti. Morqentau siyasətdə
hüquq və əxlaqın rolunu heç də azaltmırdı. Əksinə o.
56
təsdiqləyirdi ki, siyasi realizin siyasi cəhətdən hərəkət etməyin
əxlaqi əhəmiyyətini heç də azaltmır.
3.
Qərbi Avropada siyasi realizm
İkinci dünya müharibəsindən sonrakı illərdə Qərbi
Avropa dövlətlərində siyasi elmin inkişafında Amerika siya-
sətşünaslığının böyük rolu olmuşdur. Siyasi elmlərdə və eləcə də
beynəlxalq münasibətlər sahəsində olan araşdırmalarda Amerika
siyasətşünaslarmın nəzəri və metodiki yanaşmaları Avropa
tədqiqatçıları arasında da davam etdirilirdi.
Siyasi realizm məktəbi ilk əvvəl ABŞ-da, sonra isə
Qərbi Avropada yaydınışdır.
Qərbi Avropa siyasətşünasları beynəlxalq siyasətdə bu və
ya digər hadisəni araşdırmaqda əsasən T.Morqentaunun və
Amerikamn digər realistlərinin fikirlərini bölüşürdülər.
Ancaq dünya siyasətini öyrənən Fransa məktəbinin
nümayəndəsi
sosioloq, siyasətşünas və filosof Raymon Aro-
nun özünəməxsus yanaşması vardı. Arona görə xarici siyasət
üçün dövlət iki
rəmzi fiqura şəklində çıxış edir - diplomat və
əsgər.
Çünki dövlətlərarası münasibətlər müharibələrlə
sülhün növbələşməsindən ibarətdir. Hər bir dövlət
münasibətlərdə ancaq
öz gücünə ümid etməlidir. Odur ki,
həmişə öz qüdrətini artırmağa çalışmalıdır.
Aron dünya siyasətinin araşdırılmasında bəzi məsələlərə
sosioloji
baxımdan yanaşırdı. O, ənənəvi və sənaye
cəmiyyətlərində beynəlxalq münasibətləri fərqləndirirdi. O,
göstərirdi ki, ənənəvi cəmiyyətdə iqtisadiyyatın əsasını geridə
qalmış kənd təsərrüfatı təşkil edir.
Burada əsas sərvət torpaq və qızıl hesab edilirdi. Bu
sərvəti əldə etmək üçün hərbi qüvvədən istifadə edilməsi əsas
götürülürdü. Sənaye cəmiyyətinə keçidlə əlaqədar olaraq elm və
texnikadan istifadə etməklə ümumi sərvəti artırmaq imkam
57