3. Z.Bjezinskinin geosiyasi fikirləri
Amerikada tanınmış siyasətçi, sosioloq, dövlət xadimi
Zbiqnev Bjezinskiy də (1928 təvəllüdlü) soyuq müharibədən
sonra beynəlxalq münasibətlərin tədqiqinə geniş yer ayırmışdır,
S.Xantinqtondan
fərqli
olaraq
Bjezinskiy
beynəlxalq
münasibətlərin tədqiqinə sivilizasiya baxımından deyil,
geosiyasi
prinsiplər baxımından yanaşmışdır. O, 1993-cü ildə
XXI əsrin
astanasında nəzarətsizlik və nizam-intizamsızlıq barədə bir
kitab yazmışdır. Göstərmişdir ki. Sovet İttifaqının dağılması
Avrasiyanın mərkəzində geosiyasi boşluq yaratmışdır. Bu isə
postsovet geosiyasi məkanında münaqişələrin
əsas səbəbini təşkil
edir.
Bir tərəfdən
İslam amilinin fəallaşması, digər tərəfdən
isə Yaxın Şərq regionunda vəziyyətə ABŞ-ın nəzarət edə
bilməməsi böyük qeyri sabitlik zonası yaranmasına səbəb olur. Bu
zona
Cənubi-Şərqi Avropanı, Orta Şərqi, Fars körfəzini və
keçmiş Sovet İttifaqının cənub hissəsini əhatə edə bilər. Bu
təhlükə arta bilər, başqa ölkələr, o cümlədən Çin də bu
münaqişəyə cəlb oluna bilər.
Bjezinskiy Rusiyanın imperiya siyasətinin yenidən
yaranmasından daha çox ehtiyatlanır.
Odur ki,
Ukrayna respublikasına xüsusi rəğbətlə yanaşır.
Ukraynada müəyyən çətinliklər yarandıqda ona köməklik
göstərməsini təşkil edirdi. Bu yolla da Ukraynanın Rusiya ilə
yaxmlaşmasımn qəti əleyhinə siyasət yürüdülməsinə üstünlük
verir.
Bjezinskiy bu sahədə praktiki addımlar da atmışdır. Onun
oğlu Kiyevdə Amerika səfirliyində işləyir.
Bjezinskiy mülahizələrinə görə Rusiya imperiyasımı!
bərpa olunmasına maneçilik göstərilməsində postsovet geosiyasi
məkanında
Ukraynadan sonra Azərbaycan və
Özbəkistan da
böyük rola malikdir. Azərbaycan Xəzər neftinin çıxarılmasında və
nəql edilməsində nəzərə çarpacaq dərəcədə əhəmiyyət kəsb edir.
O, Bakı-Ceyhan neft kəmərinin (Rusiya ərazisindən
67