OZAN DÜNYASI № 4(7), 2011
23
Mardan
şirə çəkib, daşdan keçərdin,
Dəryalardan ləlü-gövhər seçərdin.
Pərvazlanıb Qafdan-Qafa uçardın,
Keçən günü yada sal, qoca baxtım.
Təqdir üçün yaxşı deyil bu adət,
Gah çox sevir, gah eyləyir xəcalət.
İyidlər at vermir, gözəllər xələt,
Gəlmir tənbəkiylə bal, qoca baxtım.
Səksəni, doxsanı ötübdü yaşım,
Qovğaya düşübdü bəlalı başım.
Əzrayıl həmdəmim, məzar yoldaşım,
Daha köç təblini çal, qoca baxtım.
Ələsgər kəsilib səbrü aramdan,
Oxlayıbsan, qanlar axır yaramdan.
Sövdə qıl haqq ilə, əl çək haramdan,
Halaldan mətləbin al, qoca baxtım.
OLACAQDI
Dedim, könül, içmə eşqin camını,
İçsən, dünya sana dar olacaqdı.
Ya
dost olma, ya zəhmətdən incimə,
Dost yolunda boran, qar olacaqdı.
Aldanma dövlətə, uyma dünyaya,
Kəsb eylə özünə halaldan maya.
Zinakar, haramxor yetişməz baya,
Dosta xain baxan kor olacaqdı.
Sərgərdan qalmışam mən
bu hesabla,
Fələk qurğusuna əhsən, mərhaba!
Novrəstə gözəllər tapmasın hava,
Qönçənin həmdəmi xar olacaqdı.
Hesabdarlar gələr, çəkər hesabı,
Günahkarlar necə gətirər tabı?!
Mizan, suali-Sirat, qəbir əzabı,
Bu işlər qabaqda var, olacaqdı.
Ələsgər, axtarma qüdrətin sirrin,
Zülmətdə işıq var, acıda şirin.
Zikr eylə dilində mərdlərin pirin,
Qorxma, dar günündə yar olacaqdı.
OLMAZ
Arif məclisində bir söz söylərəm,
Nə hədyan, nə çaşqın, nə qələt olmaz.
Nütfədən
pak olan, loğmadan halal,
Mərifət elminə nabələd olmaz.
Bir söz söyləyərəm, ariflər qanar,
Müxənnətlər etdiyindən utanar.
Varlıqda dost olma, yoxluqda kənar,
“İyidəm” deyəndə bu adət olmaz.
O dünyanı, bu dünyanı gözləyən,
Həm savabı, həm üsyanı gözləyən,
Namus qədri bilib, nanı gözləyən,
İnşallah, heç yerdə xəcalət olmaz.
Bir şəxsin
sənəti istəmək ola,
Səxavət eyləməz, Hatəm Tey ola.
Dövlət tapa, gədalıqdan bəy ola,
Başı ərşə çıxsa, ədalət olmaz.
Ələsgər, mətləbin Xudadan istə,
Kərəm olmaz müxənnəsdə, xəsisdə.
Bəylik, göylük, səylik olan məclisdə,
Qaç ki, orda xeyir-bərəkət olmaz.
OZAN DÜNYASI № 4(7), 2011
25
Ağılsız cahalı kirşan aldadar,
Günü keçmiş qarı qız olmaz, olmaz.
* * *
Axund gərək əyri yola getməsin,
Haqqın kəlamına yalan qatmasın.
* * *
Alçaqda dayan ki, çıxasan başa.
* * *
Alimin elmiylə helmi yarıdı.
* * *
Aşığın nisyəsi, namərd ilqarı,
Desələr, inanma, düz olmaz, olmaz.
* * *
Aşıq
olub diyar-diyar gəzənin,
Əzəl başdan pür-kamalı gərəkdi.
Oturub durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdi.
Xalqa həqiqətdə mətləb qandıra,
Şeytanı öldürə, nəfsin yandıra.
El içində pak otura,
pak dura,
Dalısınca xoş sədalı gərəkdi.
* * *
Baxt yatanda qohum-qardaş yad olu.
* * *
Bədəsildən hərgiz olmaz heç əsil.
* * *
Bəylik, göylük, səylik olan məclisdə,
Qaç ki, orda xeyir-bərəkət olmaz.
* * *
Bir adamsan, bir adama namə yaz,
Mahalı incidib, eldən danışma.