29
Çoxalsın yurdumda böylə gözəllər!
Könül tazalandı sitayişindən,
Könüllər sultanı, ellər gözəli!
Qorxum var dünyanın bircə işindən,
Mümkünsə dəyişdir qələm-əzəli!
Söylə ki, çiçəklər solmasın, Leyla!
Mənim qorxduğum hal olmasın, Leyla!
Dolansın başına ulduzlar, aylar,
Bu köhnə dünyanın Leylası da var!
Gözəllər toplaşıb olsunlar bacı,
Leyla da onların başının tacı!
Sonda münsiflər heyəti qiraəti ilə fərqlənən iştirakçıları
mükafatlandırır.
Kitabxanada oxucular tərəfindən sevilən və rəğbətlə qarşılanan
tədbirlərdən biri də “xatirə gecəsi”dir. Tədbir “Mən bir
müəllim babayam” adını daşıyır və şairin müəllimlik etdiyi
illərdən , eləcə də müəllimə olan dərin hörmət və ehtiramından
söhbət açılır. Bunun üçün kitabxanaçı kitabxanaya yaxın olan
məktəbə
gəlir
və
məktəbliləri
tədbir
haqqında
məlumatlandırır.Tədbir zamanı
kitabxanaçı ilk olaraq tədbirə
yığışan məktəb kollektivini salamlayır və istiqalal şairi Əhməd
Cavadın həyat və yaradıcılığından qısa söhbət açdıqdan sonra
Əhməd Cavadın müəllimlik ömründən danışır.
Kitabxanaçı:
Cəmi qırx beş illik (5may 1892, 13 noyabr 1937)
ömrünün yarıdan çoxunu, daha dəqiq desək, 24 ilini milli-
mədəni şüurumuzun yüksəlməsi yolunda sərf etmiş Əhməd
Cavadın ədəbiyyat və mədəniyyət tariximizdəki xidmətlərini
onun 24 illik müəllimliyindən ayrı təsəvvür etmək olmaz.
Deməli, 37-ci
ilin repressiyası həm də müəllimliyi
peyğəmbərcəsinə dərk edən, onu ilahi bir məhəbbətlə sevən
insanın həyatına qəsd etmişdi.
30
Çox qəribədir ki, həmişə ondan nə işlə məşğul olduğunu
soruşduqda, deyərmiş. Deyərmiş ki, müəllimlik onun ailəsi üçün
bir “çörək ağacı”dır. Əhməd Cavad dərs vermiş müəllimlərin
şan-şöhrəti respublikamızdan kənarlara yayılmışdı. Onların
əksəriyyəti əqidə və məslək adamları idi. Şair müəllimlik
sənətini çox yüksək tutur, məktəbə bir məbəd kimi baxırdı.
Onun ayrı-ayrı şeirlərində müəllim obrazına müraciət edilmiş,
bu obraza müxtəlif yönlərdən işıq tutulmuşdur. Əhməd Cavadın
“Müəllim” adlı şeiri sujetli lirikasının yaxşı nümunələrindəndir.
Döşündə üç qızıl medal,
Gözlərində bir general,
Baxışı var, yüksək boylu,
Qalın bığlı,
köksü dolu,
Əllərində yun əldivən,
Kimdir bu sallanıb gedən?
Müəllimdir,
bu müəllim,
Çox mükəmməl almış təlim.
On il sonra
İki medal daha artmış ,
Lakin saç- saqqal ağarmış...
Başı əsir, bel bükülü...
Ah! Ey cavanlığın gülü,
Nə tez soldun, xarab oldun?
Nədir
sənin bu tutuğun
Vəfasızlıq yolu bilməm!
Sənin ömrün nə qədər kəm!
Beş il sonra
“Ay qardaşlar, verin, verin!
Əvəzini allah versin”.
Əlində bir bağlı yaylıq,
Qucağında onbir aylıq
Bir uşağı bir müəllim
31
Gəzdirərkən, görüb dedim:
-Kimə məxsus bu ianə?
-Qucağımda uyyanə.
Babasını vərəm aldı,
Müəllimdən bir bu qaldı.
Bu şeirdə müəllim ömrünün üç mərhələsi təsvir edilmişdir.
Birinci mərhələdə “gözlərində bir general baxışı olan” müəllim
öz fəaliyyətinə görə qızıl medal almışdır. O, öz şagirdlərinin
təlim-tərbiyəsi yolunda ömrünü şam etmiş, pərvanələr kimi
“elm-idrak” uğrunda odlara yanmışdır. İkinci mərhələdə
müəllimin 10 il sonra həyatı göstərilir. O, daha iki medal
almışdır, lakin bu 10 ildə yüz il qocalmışdır. Şagirdlərin
gözlərində şimşəklərə, qığılcımlara dönmüşdür. Özünün isə
“saç-saqqalı ağarmış, beli bükülmüş, başı əsməyə” başlamışdır.
Daha beş il ötür. Üçüncü mərhələ haqqında söhbət gedən
müəllim artıq həyatda yoxdur. O, şam kimi ərimiş, ömrünü
ömürlərə calamışdır. Şair bu səhnədə (şeirin finalında) başqa bir
müəllimi təsvir edir. Həmin müəllim qucağında bir uşaq ianə
toplayır. Əhməd Cavad hələ Gəncə mədrəsisində oxuduğu
zaman müəllimləri Hüseyn Cavid kimi böyük mütəfəkkir şair-
filosof, Abdulla Sur kimi ilk milli professional tənqidçi və
ədəbiyyatşünas məşhur pedaqoq İdris Axundzadə (Mikayıl
Müşfiqin həyat yoldaşı Dilbər xanımın əmisi və b. görkəmli
şəxsiyyətlər olmuşdur. Türkiyədən Gəncəyə gəlmiş Savad
Cavad (Türkiyəli Əhməd Cavadın qardaşı idi. Məlum olduğu
kimi, ədəbi aləmdə iki Əhməd Cavad adlı şair vardır. Onlardan
biri eyni dövrdə yaşamış bizim haqqında söhbət açdığımız
Əhməd Cavaddır ki, o, öz ləqəbini Türkiyəli Əhməd Cavadın
adından götürmüşdür. Deyilənə görə, bu iki Əhməd Cavaddan
biri öz səsini Azərbaycandan, ikincisi Türkiyədən qaldırmış,
oxşar mövzularda şeirlər qoşmuşlar və “kor olsun düşmənimiz”
demişlər.) adlı müəllim Cavadın inkişafında böyük rol