Əhməd Cavadın 125 illik yubileyi münasibətilə mərkəzi kitabxanaların uşaq şöbələri, mks-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə9/12
tarix19.07.2018
ölçüsü0,84 Mb.
#57173
1   ...   4   5   6   7   8   9   10   11   12

29 

 

             Çoxalsın yurdumda böylə gözəllər! 



             Könül tazalandı sitayişindən, 

             Könüllər sultanı, ellər gözəli! 

             Qorxum var dünyanın bircə işindən

             Mümkünsə dəyişdir qələm-əzəli! 

             Söylə ki, çiçəklər solmasın, Leyla! 

             Mənim qorxduğum hal olmasın, Leyla! 

             Dolansın başına ulduzlar, aylar, 

             Bu köhnə dünyanın Leylası da var! 

             Gözəllər toplaşıb olsunlar bacı, 

             Leyla da onların başının tacı! 



Sonda  münsiflər  heyəti  qiraəti  ilə  fərqlənən  iştirakçıları 

mükafatlandırır. 

Kitabxanada oxucular tərəfindən sevilən və rəğbətlə qarşılanan 

tədbirlərdən  biri  də  “xatirə  gecəsi”dir.  Tədbir  Mən  bir 

müəllim  babayam  adını  daşıyır  və  şairin  müəllimlik  etdiyi 

illərdən , eləcə də müəllimə olan dərin hörmət və ehtiramından 

söhbət  açılır.  Bunun  üçün  kitabxanaçı  kitabxanaya  yaxın  olan 

məktəbə 


gəlir 

və 


məktəbliləri 

tədbir 


haqqında 

məlumatlandırır.Tədbir  zamanı 

 

kitabxanaçı  ilk  olaraq  tədbirə 



yığışan məktəb kollektivini  salamlayır və istiqalal şairi Əhməd 

Cavadın  həyat  və  yaradıcılığından  qısa  söhbət  açdıqdan  sonra 

Əhməd Cavadın müəllimlik ömründən danışır.  

Kitabxanaçı:

 

Cəmi qırx beş illik (5may 1892, 13 noyabr 1937) 



ömrünün  yarıdan  çoxunu,  daha  dəqiq  desək,  24  ilini  milli-

mədəni  şüurumuzun  yüksəlməsi  yolunda  sərf  etmiş  Əhməd 

Cavadın  ədəbiyyat  və  mədəniyyət  tariximizdəki  xidmətlərini 

onun  24  illik  müəllimliyindən  ayrı  təsəvvür  etmək  olmaz. 

Deməli,  37-ci 

ilin  repressiyası  həm  də  müəllimliyi 

peyğəmbərcəsinə  dərk  edən,  onu  ilahi  bir  məhəbbətlə  sevən 

insanın həyatına qəsd etmişdi.  




30 

 

  



Çox qəribədir ki, həmişə ondan nə işlə məşğul olduğunu 

soruşduqda, deyərmiş. Deyərmiş ki, müəllimlik onun ailəsi üçün 

bir  “çörək  ağacı”dır.  Əhməd  Cavad  dərs  vermiş  müəllimlərin 

şan-şöhrəti  respublikamızdan  kənarlara  yayılmışdı.  Onların 

əksəriyyəti  əqidə  və  məslək  adamları  idi.  Şair  müəllimlik 

sənətini  çox  yüksək  tutur,  məktəbə  bir  məbəd  kimi  baxırdı. 

Onun ayrı-ayrı  şeirlərində müəllim obrazına müraciət  edilmiş, 

bu obraza müxtəlif yönlərdən işıq tutulmuşdur. Əhməd Cavadın 

“Müəllim” adlı şeiri sujetli lirikasının yaxşı nümunələrindəndir.  

 

 



Döşündə üç qızıl medal,  

 

 



Gözlərində bir general,  

 

 



Baxışı var, yüksək boylu, 

 

 



Qalın bığlı, köksü dolu,  

 

 



Əllərində yun əldivən,  

 

 



Kimdir bu sallanıb gedən? 

 

 



Müəllimdir, bu müəllim,  

 

 



Çox mükəmməl almış təlim. 

         On il sonra  

 

 



İki medal daha artmış ,  

 

 



Lakin saç- saqqal ağarmış...  

 

 



Başı əsir, bel bükülü... 

 

 



Ah! Ey cavanlığın gülü,  

 

 



Nə tez soldun, xarab oldun? 

 

 



Nədir sənin bu tutuğun 

 

 



Vəfasızlıq yolu bilməm! 

 

            Sənin ömrün nə qədər kəm! 



Beş il sonra 

                       “Ay qardaşlar, verin, verin! 

 

              Əvəzini allah versin”. 



 

 

  Əlində bir bağlı yaylıq,  



                          Qucağında onbir aylıq  

                          Bir uşağı bir müəllim   




31 

 

                          Gəzdirərkən, görüb dedim:    



                          -Kimə məxsus bu ianə? 

                          -Qucağımda uyyanə. 

 

 

   Babasını vərəm aldı,  



                           Müəllimdən bir bu qaldı. 

Bu  şeirdə  müəllim  ömrünün  üç  mərhələsi  təsvir  edilmişdir. 

Birinci mərhələdə  “gözlərində bir general baxışı olan” müəllim 

öz  fəaliyyətinə  görə  qızıl  medal  almışdır.  O,  öz  şagirdlərinin 

təlim-tərbiyəsi  yolunda  ömrünü  şam  etmiş,  pərvanələr  kimi 

“elm-idrak”  uğrunda  odlara  yanmışdır.  İkinci  mərhələdə 

müəllimin  10  il  sonra  həyatı  göstərilir.  O,  daha  iki  medal 

almışdır,  lakin  bu  10  ildə  yüz  il  qocalmışdır.  Şagirdlərin 

gözlərində  şimşəklərə,  qığılcımlara  dönmüşdür.  Özünün  isə 

“saç-saqqalı ağarmış, beli bükülmüş, başı əsməyə”  başlamışdır. 

Daha  beş  il  ötür.  Üçüncü  mərhələ  haqqında  söhbət  gedən  

müəllim  artıq  həyatda  yoxdur.  O,  şam  kimi  ərimiş,  ömrünü 

ömürlərə calamışdır. Şair bu səhnədə (şeirin finalında) başqa bir 

müəllimi  təsvir  edir.  Həmin  müəllim  qucağında  bir  uşaq  ianə 

toplayır.  Əhməd  Cavad  hələ  Gəncə  mədrəsisində  oxuduğu 

zaman müəllimləri Hüseyn Cavid kimi böyük mütəfəkkir şair-

filosof,  Abdulla  Sur  kimi  ilk  milli  professional  tənqidçi  və 

ədəbiyyatşünas  məşhur  pedaqoq  İdris  Axundzadə  (Mikayıl 

Müşfiqin  həyat  yoldaşı  Dilbər  xanımın  əmisi  və  b.  görkəmli 

şəxsiyyətlər  olmuşdur.  Türkiyədən  Gəncəyə  gəlmiş  Savad 

Cavad  (Türkiyəli  Əhməd  Cavadın  qardaşı  idi.  Məlum  olduğu 

kimi, ədəbi aləmdə iki Əhməd Cavad adlı şair vardır. Onlardan 

biri  eyni  dövrdə  yaşamış  bizim  haqqında  söhbət  açdığımız 

Əhməd  Cavaddır  ki,  o,  öz  ləqəbini  Türkiyəli  Əhməd  Cavadın 

adından götürmüşdür. Deyilənə görə, bu iki Əhməd Cavaddan 

biri  öz  səsini  Azərbaycandan,  ikincisi  Türkiyədən  qaldırmış, 

oxşar mövzularda şeirlər qoşmuşlar və “kor olsun düşmənimiz” 

demişlər.)  adlı  müəllim  Cavadın  inkişafında  böyük  rol 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə