Əhməd Cavadın 125 illik yubileyi münasibətilə mərkəzi kitabxanaların uşaq şöbələri, mks-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə11/12
tarix19.07.2018
ölçüsü0,84 Mb.
#57173
1   ...   4   5   6   7   8   9   10   11   12

35 

 

b.



 

Tərcüməçi, tarixçi, filosof. 

c.

 

Müəllim, şair, musiqiçi.  



7. Şairin ən çox sevdiniz şeiri hansıdır? 

8. Əhməd Cavadı bir cümlə ilə necə tərənnüm edərdiniz?  

9. “Salam Türkün bayrağına” bu sözlər sizdə hansı hislər oyadır? 

10.Bayrağımız haqqında nə deyə bilərsiniz? 

11. “Bayrağıma xain baxan  

       Xain gözə mən tikanam...” bu şeir hansı ruhda yazılmışdır? 

       a.Vətənpərvərlik. 

       b. döyüş.  

      c. təbiətə tərənnüm. 

12.  İstiqlal şairi, azadlıq aşiqi  Əhməd Cavaddan bu günümüzə 

yadigar qalan nələrdir? 

a.

 



Onun çəkdiyi rəsm əsərləri. 

b.

 



Onun şeirləri, bütövlükdə əsərləri. 

c.

 



Topladığı marka və nişanlar. 

Cavablar:1 c;  2 a;  3 b;  4 c;  5 b;  6 a;  7....;   8. İstiqlal şairi. 

İstedadlı  şair.  Vətən  mücahidi.  Himnimizi  yazan  şair. 

Unudulmaz şair və s;  9......; 10....;  11.a;   12. b.  

      Böyük şair Əhməd  Cavad vətənə,  xalqa, torpağa bağlı biri 

idi.  O,  vətənin  gələcəyini  yaxşı  təhsil  və  tərbiyə  olunmuş 

uşaqlarda  görür.  İstər  müəllimlik,  istərsə  də  poetik 

yaradıcılığıyla  uşaqlara  dəstək,  təkan  olmuş,  onları  uğura 

səsləmişdir. Bu münasibətlə bağçada Əhməd Cavadın xatirəsinə 

uyğun olaraq azyaşlı uşaqlar arasında “Balalarıma” adlı tədbir 

keçirilə  bilər.  Kitabxanaçı  ilk  olaraq  uşaqlara  Əhməd  Cavad 

haqqında çox sadə və anlaşılır dildə məlumat verməzdən əvvəl 

balalara üz tutaraq onlara xitabən “Dan ulduzu” şeirini deyir.  

                             Bu qaranlıq gecə nə qədər sürdü? 

                             Yetiş imdadıma ey Dan ulduzu!.. 

                             Gözlərim yolunda, üzüm haqdadı, 

                             Aman, sən yox demə, ey Dan ulduzu! 




36 

 

 



Kitabxanaçı:  Əziz  balalar,  sevimli  və  unudulmaz  şairimiz 

Əhməd  Cavad  gözəl-gözəl  şeirlərin,  poemaların,  onlarca 

publisist  məqalələrin  və  nəsr  əsərlərinin  müəllifidir.  Dünya 

ədəbiyyatından tərcümə  etdiyi  “Qarqantüa-Pantaqreal” indi də 

azyaşlı  uşaqların  stolustü  kitabıdır.  O,  rus  ədəbiyyatından  bir 

sıra şeir və nəsr əsərlərini dilimizə çevirmiş, onlarca kitabların 

redaktoru olmuşdur. Əhməd Cavad yaradıcılığının ilk illərindən 

azyaşlı  və  məktəbyaşlı  uşaqlar  üçün  gözəl  əsərlər  yazmışdır. 

“Balalarıma”  adlı    şeir  uşaqlara  xitabən  yazılmışdır.  Qədim 

bayatılarımızdan  gələn  həzinlik  və  şirinlik  burda  müasir 

məqsədə-uşaqlara  Vətən  məhəbbəti,  vətən  sevgisi  aşılamaq 

niyyətinə  xidmət  edir.  Şairin  başqa  şeirlərindən  isə      uşaqlara 

əməksevərlik, torpağa və zəhmətə səsləyən hisslər aşılanır. Bu 

şeirlərdə  tamam  başqa  bir  ruh  var.  İstiqbal  şairinin  sözü  də, 

söhbəti  də  başqalaşır,  incə  yumşaq  xarakter  alır.  O,  uşaq 

şeirlərində  sadəlövhdür,  söhbətçildir.    Şairin  dili  sadədir, 

misralarda  ağırlıq  qətiyyən  yoxdur.  Uşaqlarla  mehribandır, 

səmimi  və  şirindillidir,  Əhməd  Cavad.    Əhməd  Cavad  uzun 

müddət  respublikamızın  ayrı-ayrı  rayonlarında  müəllimlik 

etmişdir.  Odur  ki,  şairin  yaradıcılığında  gənc  nəslin  təlim-

tərbiyəsi və sağlamlığı ilə əlaqədar problemlər həmişə xüsusi yer 

tutmuşdur. Şair Rus-türk müharibəsi zamanı kimsəsiz uşaqların 

arxaya-Azərbaycana  uşaq  evlərinə  və  məktəblərə  oxumağa 

göndərilməsində əlindən gələni  əsirgəməyib.  Gəlin   uşaqsevər 

şairin  sizlər üçün  yazdığı şeirləri dinləyək.  

Uşaqlar bir-bir səhnəyə yaxınlaşıb şeirləri deməyə başlayırlar. 

İlk iştirakçı xoruz geyimi ilə səhnəyə yaxınlaşıb “Quk-Qulu-Qu” 

şeirini deyir.  

                 

                  İlk işıqla xoruz ötər,  

                  Bizə der ki, uyğu yetər! 



37 

 

                  Tənbəlləri  sevməm əsla,  



                  Haydı gedək iş başına! 

                  Rəncbər qeyrə yollanmalı,  

 

      Çapa sapan qollanmalı. 



 

      Əkmək lazım buğda, arpa, 

                   Dünya istər səndən qida.  

 

       Quk-qulu-qu,



 

quk-qulu-qu! 

                   Səhər oldu yetər uyğu! 

                   Zərif cocuk, xoruz dinlə, 

                   Nə xoş ötər, nə şən ötər. 

                   Başla, xeyir dərslərinə,  

                   Tənbəl olma

 

uyğu yetər.  



                   Quk-qulu-qu, quk-qulu-qu! 

 

       Gün uyğusu, fəna uyğu! 



İlk iştirakçı şeirini bitirir və ikinci iştirakçı səhnəyə daxil olub 

üzünü xoruza ( ilk iştirakçıya) tutaraq: 

                   Toyuqların xoruzsuz, 

 

       Dərdinə qalmaq gərək. 



                   Bir kilo buğda verib,  

                   Bir xoruz almaq gərək.  

                   Qışda soyuq güc eylər, 

 

       Quyuya salmaq gərək



                    Sabah desin quk-qulu-qu 

 

        Qalmasın səndə yuxu.  



Üçüncü iştirakçı səhnəyə yaxınlaşaraq iştirakçılara (xoruza və 

toyuğa) üzünü tutub  deyir: 

                   Mən Tuğayam, bir quşam 

 

       Oynayıb yorulmuşam. 



                   İstəməm yorğan-döşək, 

                  Anamın qoynu göyçək. 

                   Baxım onun gözünə, 

                   Qulaq verim sözünə  




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə