Əhməd Cavadın 125 illik yubileyi münasibətilə mərkəzi kitabxanaların uşaq şöbələri, mks-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə10/12
tarix19.07.2018
ölçüsü0,84 Mb.
#57173
1   ...   4   5   6   7   8   9   10   11   12

32 

 

oynamışdır. Şeirin qayda-qanunlarını demək olar ki, ona Savad 



Cavad  öyrətmişdir.  Adları  çəkilən  həmin  müəllimlər    Ə. 

Cavadın  həyat  yolu  və  məfkurəsi,  sənətini  və  peşəsini 

müəyyənləşdirmişlər.  Əhməd  Cavadın  publisistik  məqalələri 

arasında  müəllimlərin  həyatına,  yaradıcılığına  və  fəailiyyətinə 

həsr olunmuşları,   həm  kəmiyyətcə, həm  keyfiyyətcə  üstünlük 

təşkil edir. Onlardan biri də 1919-cu ildə müəllimliyinin 25 illiyi 

təntənə ilə qeyd edilmiş  “Abbaszadə Mirzə Abbasın yubileyi” 

nə  həsr  olunmuş  məqalədir.  Ə.Cavad  Gəncədə  müəllimlərlə, 

maariflə bağlı keçirilən bütün tədbirlərdə istisnasız olaraq əsas 

təşkilatçılardan və məruzəçilərdən biri  olurdu. Maraqlı və yadda 

qalanı burası idi ki, onun hazırladığı məruzələr xalq  tərəfindən 

ilk  dəfə  eşidilirdi.  Çünki  cəfakeş,  müdrik  şair  Ə.Cavad  bütün 

məlumatları  ilk  mənbələrdən  alırdı.  Bu  məlumatlardan  aydın 

olur  ki,  o,  1919-cu  ildə  Gəncəyə  gələnə  qədər  Mirzə  Abbas 

Şimali Qafqazda bir oğlan, bir qız məktəbi açmışdır. Gəncəyə 

gələndən sonra oradakı qız məktəbində türk dili müəllimi təyin 

olunmuşdur.  Onun  inqilaba  qədərki  pedoqoji  işi  Azərbaycan 

Demokratik 

Respublikasının 

yaranması, 

inkişafı 

və 


mədəniyyətinin,  maarifin  tərəqqisi  ilə  bağlı  idi.    Böyük  şair 

Ə.Cavadın  müəllimlik  və  pedoqoji  fəaliyyətinin  ikinci  

mərhələsi inqilabdan sonrakı illərə təsadüf edir. Azərbaycanda 

sovet  hakimiyyətinin  qurulmasının  ilk  çağlarında  onu  Quba 

qəzasına  göndərirlər.  O,  1920-ci  il  avqustun  20-dən  1922-ci  il 

sentyabr ayının 1-nə kimi Quba qəzasında türk dili və ədəbiyyatı 

müəllimi, Azərbaycan maarif komissarlığının təşkil etdiyi qısa 

pedoqoji  kurslarda  mühazirəçi,  Qusarda,  sonra  Xuluqda  və  s. 

kəndlərdə məktəb direktoru, bir müddət Quba qəzasının maarif 

şöbə müdiri, yoxlama komissiyasının üzvü və başqa vəzifələrdə 

çalışmışdır.   Cümhuriyyət şairi Əhməd Cavadın  həyatının və 

fəaliyyətinin  ən  mühüm  dönüş  xətləri  onun  müəllimliyi  ilə 

bağlıdır. O, “Mən bir müəllim babayam” deməyi çox xoşlardı, 



33 

 

evdə  ailə  üzvləri,  kənddə  həmyerliləri  də  ona  belə  baxardılar. 



Hətta o, 1925-ci ildə 2-ci dəfə həbs ediləndə (“Göy-göl” şeirinə 

görə) anası Yaxşı arvad o dövrün vəzifəli bir şəxsinə müraciətlə: 

“Oğul,  özün  bilirsən    Əhməd  Cavad  bir  müəllim  babadır,  o, 

Sovet hökumətinə nə edə bilər, qoşunu yox, topu yox, tüfəngi 

yox...” demişdir. Buradakı “müəllim baba” xalqın böyük şairə 

verdiyi  ən  şərəfli  adlardan  biri  idi.  Qəribə  burası  idi  ki,  onun 

taleyini də elə “müəllimliyi” həll etmişdir.  

      Böyük vətənpərvər şair Əhməd Cavad 1935-ci ildə Bakıya 

qayıdır, Azərbaycan Dövlət Nəşriyyatında tərcümə şöbəsinə işə 

dəvət  olunur.  1935-1937-  ci  illərdə  Azərbaycan  qadınının 

inkişaf yoluna həsr edilmiş “Sədəf” adlı romanını yazıb bitirir, 

müzakirəyə təqdim edir. Eyni zamanda müəllimlik sənətini də 

davam etdirir. Onun sonuncu tərcüməsi Ş.Rustavelinin  “Pələng 

dərisi  geymiş  pəhləvan”  əsəridir.  Onun  ömrü  1937-  ci  ildə  45 

yaşında  vaxtsız  qırıldı,  şairin  rübabı,  könül  sazı  sındırıldı, 

əlyazmaları talan edildi... Bu nəhəng təfəkkür bahadırının həyat 

və  fəaliyyəti,  o  cümlədən  maarif  sahəsindəki  xidmətləri  geniş 

tədqiq olunub bu günkü və gələçək nəsillərə çatdırılmalıdır.  



Xatirə  gecəsinin  sonunda  Kitabxanaçı  adı  gedən  məktəbin 

şagirdləri  arasında  “Sorğu-sual”  keçirir.  Bu  unudulmaz  şair 

Əhməd  Cavadın    oxucuların  yaddaşında  daha  dərindən  həkk 

olunması  və  onlarda  şairə  qarşı  xüsusi  bir  sevginin  

tərənnümünə xidmət edir. Kitabxanaçı iştirakçılara əvvəlcədən 

təşəkkür  edib,  uğur  dilədikdən  sonra  sorğu  vərəqlərini  təqdim 

edir. 

Uşaqlar  əvvəlcə  ayağa  qalxaraq  Azərbaycan 

Respublikasının dövlət himnini oxumağa başlayırlar.  

 

1.

 



Azərbaycan  Respublikasının  dövlət  himninin  sözləri 

kimə məxsusdur? 

a.  Səməd Vurğun. 

      b. Nizami Gəncəvi. 




34 

 

c. Əhməd Cavad. 



2.

 

Əhməd Cavadın  ilk kitabının adı nədir? 



            a. “Qoşma”. 

            b. “Dalğa”. 

            c. “Dan ulduzu”. 

     3. Nöqtələrin yerini doldurun! 

           Kəsin eyşi-nuşi, gələnlər, susun! 

           Dumandan yorğanı, döşəyi yosun.  

           Bir yorğun pəri var: bir az uyusun,  

           Uyusun dağların maralı  ........... 

  a.“Azərbaycan Bayrağına”. 

  b.“Göy göl”. 

        c.“Qızıma”. 

 3. Misranın davamını yazın.  “Sən olasan gülüstan......” 

           a.  Namusunu hifz etməyə. 

           b. Sənə hər an can qurban. 

           c. Məsud yaşa.  

4. Əhməd Cavad Azərbaycanın hansı şəhərində  doğulmuşdur?  

           a. Naxçıvan. 

           b. Bakı. 

           c. Gəncə.  

5. Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşfiq, Sultan Məcid 

Qənizadə,  Hənəfi  Zeynallı,  bu  şair  və  yazıçıları  bir-birinə 

bağlayan  nədir?  Nəyə  görə  onların  adları  çox  zaman  birgə 

çəkilir? 

    a. Çoxlu sayda kitabları  olduqları üçün. 

    b. Repressiya qurbanı olduqları üçün, acı taeyi birgə 

         yaşadıqları üçün.  

    c. Bir məktəbdə oxuduqları üçün.  

 6.  Aşağıdakı  fikirlərin  hansı  böyük  şair  Əhməd  Cavada  xas 

xüsusiyyətdir?  

a.

 



Məğrur, istedadlı, dönməz və istiqlalçı.  


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə