25
sözlərinin qüdrəti. Vaxtında, yerində, ürəkdən və gözəl deyilmiş
sözü heç cür susdurmaq olmur. İstəyirsən ən amansız cəza
tədbirlərinə əl at-dəxli yoxdur-gözəl söz ölümsüzdür, çünki
gözəl olduğu qədər də güclüdür, əbədidir-Müşfiqin, Əhməd
Cavadın, Hüseyn Cavidin sözü kimi. Bu gün həmin sözlərin
ziyasında saflaşırıq, təmizlənirik, o sözlərin sahiblərinə min
rəhmət oxuyuruq.
İlk olaraq birinci işrirakçı “Şükriyyəm üçün” adlı şeiri qiraətli
bir şəkildə deməyə başlayır.
Bir gülsən, dərmişəm gənclik bağından,
Bir gülü, çiçəyi dərmərəm sənsiz!
Kam aldım ömrümün oğlan çağından,
Bir bağa, bağçaya girmərəm sənsiz!
Söylə yadındamı Çakva, Batumi?
Ovladın könlümü, çaldın ruhumu!
Kamana dönmüşdü qəlbimin simi,
Hurini, mələyi görmərəm sənsiz!
Nə çoxdur dünyada qənirsiz pəri!
Gözümə görükməz daha heç biri!
O qızıl saçları, ipək telləri
Əl atıb birini hörmərəm sənsiz!
Məndən xoşbəxt varmı dünyada, deyin?
Ey telli yavrusu Süleyman bəyin!
Bəxtim tərlan imiş: yeyindən, yeyin!
Heç kəsə bu bəxti vermərəm sənsiz!
Səninlə gəzərəm eldən-elə mən,
Bataram, çıxaram seldən-selə mən.
Düşsəm də ağıza, dildən-dilə mən,
Yaşaya bilmərəm bir kərəm sənsiz!
Sonatək göllərdə üzsən də mənsiz,
26
Quş olub göylərdə süzsən də mənsiz;
Sən Əsli qalsan da, dözsən də mənsiz,
Alışıb yanaram mən Kərəm sənsiz!
Şükriyyə taleyim, şükür Xudaya!
Gördüyüm doğrumu, yoxsa pək röya?!
Dolub ürəyimə bu dadlı xülya,
Şirin günlərimi sürmərəm sənsiz!
Əvət, bu sevdanın səfası çoxdur,
Sevdasız həyatın mənası yoxdur!
Gözlərin yıldızdır, kirpiyin oxdur,
Ürək qubar olar – can vərəm sənsiz!..
Şerimin sözüsən, sözün – ahəngi!
Üzündə bərq vurur güllərin rəngi!
Xəyalın, camalın gözəl çələngi!
Ilham yetim qalar, ağıl – kəm sənsiz.
İkinci iştirakçı səhnəyə yaxınlaşaraq “Qurban olduğum” adlı
şeirini deməyə başlayır.
Bir xeyli zamandır getdi, gəlmədi,
Əhdi peymanına qurban olduğum!
Istədi can verdim, qədir bilmədi,
O şirin canına qurban olduğum!
Dedim: ayrılığa yoxdur tavanım,
Ayrılıb getməsin sərvi-rəvanım!
Bir daha dönməzmi yosma tərlanım,
Adına, sanına qurban olduğum!
(O təmiz qanına qurban olduğum!)
Mən hey göyə baxdım, göy mənə baxdı,
Göylərə baxmaqdan gözlərim axdı!
Şimşək oldu, ancaq bir dəfə baxdı,
Baxdı qurbanına qurban olduğum!
Könül vermək istər bir müjdə yenə,
Sevgili yurdumun gözəllərinə!
27
Şerimə can verib, göylərdən enə,
O haqq divanına qurban olduğum!
O mənim şerimin ruhu, rəvacı,
Bütün gözəllərin başının tacı!
Bilməzmi ki, onsuz ömrüm çox acı,
Şöhrətü şanına qurban olduğum!
Gözəlliklər yapma, duyğular cansız,
Mənə tən eyləyir hər yetən qansız.
Atılan oxlardan çıx gəl ziyansız,
Namü nişanına qurban olduğum!
Bir gecə yatmışdım qəmli, mükəddər.
Qəlbimi sıxırdı sonsuz fikirlər.
Birdən Günəş doğdu, açıldı səhər,
Baxdı gözlərimə o qumral gözlər!
Səsimə oyandım, bomboş bir otaq,
Dağların qarına dönmüşdü yataq.
Eşqimə, duyğuma yoxdu bir ortaq,
Bu iyi dünyada ixtilat qataq!
Üçüncü iştirakçı “Gəncədən gəlirəm” adlı şeirini demək üçün
səhnədə öz yerini alır.
Gəncədən gəlirəm, yüküm üzümdü,
Gəncənin əsgəri düzüm, düzümdü.
Bir əmim qızı var, iki gözümdü,
Özgəyə vermərəm, mən özüm allam,
Şirin qadasını canıma sallam!
Gəncədən gəlirəm, yüküm xurmadı,
Gəncənin yolları burma, burmadı.
Gəncədə bir qız var, teli durnadı,
Günəşə sən çıxma, mən çıxım deyir!
Gəncədən gəlirəm, yüküm çiçəkdi,
28
Gəncənin gülləri ləçək-ləçəkdi.
Gəncədə bir qız var, adı Çiçəkdi,
Quşlara sən uçma, mən uçum deyir!
Gəncədən gəlirəm, malım nə maldı,
Gəncədən aldığım ipəkdi, şaldı.
Gəncədə bir qız var, adı Maraldı,
Ceyrana sən qaçma, mən qaçım deyir!
Gəncədən gəlirəm, yüküm xınadı,
Könlüm dəli quşu ona qonadı.
Gəncədə bir qız var, adı Sonadı,
Sulara sən axma, mən axım deyir!
Gəncədən gəlirəm, sözə bənd olub,
Gəncənin meyvəsi şəkər, qənd olub.
Gəncədə bir qıza gözüm bənd olub,
Cavada sən baxma, mən baxım deyir!
Dördüncü iştirakçı səhnəyə yaxınlaşaraq “Leyla” adlı şeirini
deməyə başlayır.
Deyirlər Qarabağ bir cənnət imiş,
Bəslərmiş qoynunda gözəllərini!
Məndə qüdrət yoxdur qələm çalmağa,
Tərif eyləməyə ancaq birini.
O gərgin qaşların kölgəsindəki,
Can alıb, can verən gözlərə qurban
Bugünkü Leylanın xoş səsindəki
Mənalı, mənasız sözlərə qurban!
Qurban qəbul edib töksə qanımı,
Nəyi var şairin, verər canını?!
Qəmzəsi qan olan, gərdişi əla,
Doğrudan gözəldir, göyçəkdir Leyla!
Böylədir önündə hər yeni şair,
Yeni bir yol bular, bir əməl bəslər.
Mənim təbiətdən istəyim budur,
Dostları ilə paylaş: |