Eşq dənizləri qovuşanda
37
ödəmək qarşılığında Anadolunun tamamilə işğalının bir qə-
dər ləngiməsinə nail oldu...
Bəyçi Noyan Qeysəriyyəyə hücum edən zaman qalanın
bütün qapıları onun üzünə bağlanmışdı. Şəhər əhalisi mo-
ğollara qarşı mübarizəyə başlamışdı. Cihad edənlər arasın-
da “Əxi” və “Bacı” təşkilatları da var idi. Bu təşkilatların
hər ikisi sufi cərəyanına aid idi. “Əxi” təşkilatının başında
“Əxi Evrən (Kainatın qardaşı)” adını almış Şeyx Nəsrəddin
Mahmud Xoyi dururdu. Onun arvadı Fatimə isə “Bacı” təş-
kilatı yaradaraq ərinin əqidəsini qadınlar arasında yaymış-
dı. Moğolların Qeysəriyyəyə hücümü da elə həmin vaxta tə-
sadüf etmişdi. Bu vaxt Əxi Evrən Şeyx Nəsrəddinin təşviq-
ləri ilə əxilər şəhər əhalisinə qatılaraq kütlələr halında Qey-
səriyyəyə axışan moğollara qarşı mücadilə etmişdilər. Bu
mücadilə zamanı moğollar 15 gün Qeysəriyyənin qapısın-
dan içəriyə daxil ola bilməmişdilər. Lakin şəhərin su başçısı
olan erməni əsilli Xaçik oğlu Hüsaməddin şəhərin çirkab
suları üçün tikilmiş kanallardan qalanın xaricinə çıxaraq
moğolların başçısı Bəyçi Noyanla görüşmüşdür. Bu görüş-
dən sonra xəyanətkar Xaçik oğlu Hüsaməddin tullantı və
zir-zibili yuyub aparan həmin su kanalları vasitəsilə moğol
əsgərlərini şəhərə daxil etmişdir. Beləcə moğollar Qeysəriy-
yəyə soxuldular, şəhəri döyüş yolu ilə götürdüklərindən bö-
yük qırğınlar törədərək on minlərlə insanı amansızcasına
qətlə yetirdilər, çoxlu sayda əsir götürdülər və şəhəri oda
qaladılar. Bu sırada Şeyx Nəsrəddinin xanımı Fatimə Xatun
da moğollara əsir düşdü. Əxi Evrən Şeyx Nəsrəddin Mah-
mud Xoyi isə Anadolunun bu qarışıqlıq zamanında Anado-
lu Səlcuqlu dövlətinə qarşı meydana gələn bir hadisədə suç-
lanaraq beş il müddətinə həbs edildi...
Konya şəhərinin girəcəyində düyüsatanların karvansa-
rası yerləşirdi. Şəms Təbrizi hər yerdə olduğu kimi, burada
da həmin karvansaraya getməyi qərarlaşdırdı. Ona çox da
böyük olmayan ayrıca bir otaq verdilər. İkindi namazının
vaxtı çatdığından, nəzarətçinin verdiyi mis qabda su götü-
rüb dəstamaz aldı, sonra namazını qılıb, Allaha dualar etdi.
Elbəyi CƏLALOĞLU
38
Bu zaman bələdçi qapını açıb, ona yaxınlaşdı:
–
Allah namazını qəbul eləsin!
Bələdçi qonağın razılığını aldıqdan sonra onu sövdəgər
qiyafəsində gördüyündən, – yükün nədir? – deyə soruşdu.
Şəms Təbrizi onu diqqətli nəzərlərlə süzüb, çox da gözlət-
mədi:
– Yüküm çox ağırdır.
– Bəs hardadır?
– Onu adi gözlə görmək olmur, – Şəms Təbrizi belə de-
di. Bələdçi bu cavabdan qaşlarını çatdı, əlləri ilə üzünü və
gözlərini ovuşdurdu, sonra isə gülümsəmiş halda dilləndi:
– Başqa cür göz də olur? – onun bu istehzalı sualını eşi-
dən Şəms Təbrizi canamazını yığa-yığa cavab verdi:
– Mənim yükümü ancaq ruhun gözləriylə görmək, kön-
lün qulaqlarıyla duymaq olar, təəssüf ki, bunların heç biri
səndə yoxdur.
Şəmsin bu sözləri bələdçinin beyninə girmədi, o, – bu
kişi deyəsən dəlidir, – deyə düşünərək uzaqlaşdı. Lakin bir
azdan onun karvasaradakılarla xısınlaşması Şəmsin gözün-
dən qaçmadı. Bu söhbət bütün karvansaraya yayıldı, hamı
onu diqqətlə süzürdü. Bu aralıqda Xoydan düyü satmağa
gəlmiş ticarətçilərən biri onu tanıdı. Bu nurani-pirani kişi-
nin Şəms Təbrizi olduğu nəinki karvansaraya, hətta qısa za-
manda bütün şəhərə yayıldı. Mövlana Cəlaləddin Ruminin
müridlərindən biri bu xəbəri eşitcək, onu dəqiqləşdirmək
üçün dərhal karvansaraya gəldi. O, dərviş babayla danışma-
ğa cürət etmədiyindən, Xoylu ticarətçilərdən bu məsələyə
aydınlıq gətirdi. Sonra o, bir az aralıdan Şəms Təbriziyə
xeyli nəzər salıb, öz-özünə, – İlahi, kəramətinə şükür, onun
zahiri gözəlliyi göz qamaşdırır, – deyə düşündü...
Səhərisi gün mədrəsəyə gedən mürid bu xəbərdən Möv-
lana Cəlaləddin Rumini agah etdi. Eşitdiyi xəbərdən təəc-
cüblənən Mövlana bu gözlənilməz qonağı gözləri ilə görmə-
miş qulaqlarına inanmaq istəmirdi. “Dinin günəşi” ucalığını
fəth etmiş bir şeyxi öz ayaqları ilə Konyaya gətirən nə idi?
Bəlkə də bu, Tanrının göndərdiyi bir bəxşeyiş, yaxud da ta-
Eşq dənizləri qovuşanda
39
leyin oynadığı sınaqdır. Hər halda işıq zərrəsi umduğun
yerdən bəxtinə Günəşin özü pay göndərilərsə, bu zaman
həmin kəramətdə ilahi hikmətin olduğuna şübhə etmək na-
şılıq olar. Bu düşüncələr içərisində var-gəl edən Mövlana
Cəlaləddin Rumi evdən necə çıxdığını heç özü də bilmədi.
Az keçmiş o, artıq karavansarada, Şəms Təbrizinin yanında
idi. Mövlana əvvəlcə qonağın əlini öpdü, sonra isə onlar il-
lər həsrəti kimi, qucaqlaşdılar. Bir-birindən hal-əhval tutdu-
lar. Mövlana Cəlaləddin ustada atasının qonağı olarkən
onunla olan ilk görüşünü xatırlatdı və, – həmin gün sizin
mənə söylədiyiniz hikmətli sözü heç vaxt unutmayacam, –
dedi. Sonra da o, – sizin söylədiyiniz hikmət mənə mükəm-
məl yetişmək üçün bir təkan verdi, – deyə əlavə etdi. Şəms
Təbrizi gülümsəyərək üzünü ona tutub, – oğlum, kamilləş-
mənin sonu yoxdur, idrakın birinci qatını adlayıb təkəbbürə
yuvarlanmaq olmaz, qarşıda təvazö doğuran ikinci, heyrət
və heyranlıq yaradan üçüncü qatlar var, – deyə israr etdi.
Cəlaləddinin azca utanaraq düşüncələrə qərq olduğunu gö-
rən Şəms Təbrizi belə əlavə etdi:
– Arif ağılla biləndir, aşıq könüllə, burada elm və ağıl
müəyyən həddə qədər işə yarayır, sonra hicaba – pərdəyə
çevrilir, odur ki, sonrası ruhun və ürəyin işidir, yaxud qala-
nı eşqlədir. Əgər bu mənaları oxuyub öyrənmək və müzaki-
rə ilə dərk etmək mümkün olsaydı, onda gərək Fəxri Raziyə
baxanda, Bəyazidlə Cüneydin başına aləmin külü olaydı, –
Şəms Təbrizi burada məşhur ilahiyyatçı Fəxrəddin Razini
məşhur sufilər Bəyazid Bəstami və Cüneyd Bağdadi ilə mü-
qayisə edərək belə deyirdi. Sonra da o, – deyirlər, Fəxrəddin
Razi Quranın təfsirində min kitab yazıb, bəziləri də bunun
beş yüz olduğunu söyləyirlər. Amma yüz min Fəxrəddin
Razi, Bəyazidin getdiyi yolun heç tozuna da çatmaz, – deyə
əlavə etdi. Mövlana Cəlaləddin Rumi ustadın qızıldan qiy-
mətli söhbətinin uzandığını görüb, bu söhbətlərin mədrəsə-
də, müridlərinin qarşısında davam etdirilməsi üçün onu öz
iqamətgahına dəvət etdi. Bu zaman Mövlana Cəlaləddin ye-
rindən durarkən “Allahu-əkbər” kəlməsini dilinə gətirdi.
Dostları ilə paylaş: |