19
Doğurdan da, düzgün tərbiyə üsulunun və elmlərə mü
kəmməl yiyələnməyin köməkliyi ilə mənəvi cəhətdən ka
mil bir insan ola bilərik. Əks təqdirdə, vəziyyət aşağıdakı
təmsildəki kimi olardı.
Çıxarıb qurşağını atdı çəllək bir yana,
– Əl ayaq açmağa da imkan vermir söylədi.
Qurşaqsız yaşamağın mümkünsüzlüyü ona,
Bəlli oldu: – Olsaydı qoşa taxardım dedi.
İnsan psixologiyasına onun sənət və vəzifəsinin də təsiri
çox böyükdür. İnsanların hərəkət və davranışlarında, zahi
ri görkəmlərində tutduğu sənət və vəzifəsindən asılı olaraq
müəyyən əlamətlər özünü büruzə verir. Bu əlamətlər özünü
müsbət və ya mənfi şəkildə göstərə bilər. Bu isə şəxsiyyətin
öz daxili keyfiyyətindən və xarakterindən asılıdır.
Hər şeyin cahanda öz yeri vardır,
Sözün də öz əyri, düz yeri vardır.
Palançı əlinə baxsan görərsən,
Əlində iynə, ya biz yeri vardır.
İnsanın bəzi müsbət və mənfi daxili keyfiyyətləri var
dır ki, sənət və vəzifəsindən, tutduğu mövqeyindən asılı
olaraq inkişaf edir. Məsələn, kimsələrə kömək əlini uzat
maq, müftəxorlara, rüşvətxorlara göz yummamaq, cəsarətli
olmaq, lovğa olmaq, qürrələnmək, özünü yüksək tut
maq və sairə. Bunların bəziləri müsbət, bəziləri isə mənfi
keyfiyyətlərdir. Əsil insan odur ki, sənət və vəzifənin təsiri
altında özündə müsbət keyfiyyətlər inkişaf etdirsin.
20
İtirmə kimsənin sənə hörmətin,
Qazanma kimsənin acı nifrətin.
Hörmətin, töhmətin hesabıyla bil,
Ey insan, qoyular sənin qiymətin.
İnsanın bir insan kimi yetişməsində ailə tərbiyəsi də ən
mühüm amillərdən biridir. Necə ki, aşağıdakı təmsildə ol
duğu kimi.
At öz qızı dayçanı göz üstə bəsləyirdi,
Bir toy düyün oldumu, tez ora səsləyirdi.
Yal birçəyin kəsdirib gözün sürmələmişdi,
Dar yubkayla bədənin güclə bürmələmişdi.
Boynunu qızıl “seplə” zəncirləmişdi sanki,
Üzündə bir apteklik boya vardı inan ki.
Bilmirəm niyə qızın bu kökə salmışdı at,
Anasının üzündən bala olmuşdu bədbəxt.
Ailədən götürülən tərbiyə müəyyən fərdin şəxsi key
fiyyət lərində azçox özünü ömrünün axırına qədər göstərir.
Ona görə də uşaq şəxsiyyətinin tərbiyə olunmasında
valideynlər çox ciddi məsuliyyət daşımalıdırlar.
O ailə gözəldir, səmimilik var,
Səmimilik varsa, hər şey tapılar.
Səmimi ailə məkrdən uzaq,
O yerdə xoşbəxtlik olar bərqərar.
Ümumiyyətlə, gözəl ailə tərbiyəsi alanlar gözəl insan
olurlar. Gözəllik sadəlikdən doğur. Sadəlik heç vaxt insanı
qiymətdən salmaz, əksinə, yeri gələndə insanın qiymətini
qaldırar. Heç də təsadüfi deyildir ki, ən dahi adamlar hə
21
yatda həmişə ən sadə insanlar kimi tanınmışlar. İnsanda
sadəlik ürəyi genişlikdən, mənəvi kamillikdən, həyatı daha
düzgün və dolğun başa düşməkdən irəli gəlir. Sadəlik bəlkə
də insanın ən müsbət cəhətlərindən biridir. Sadə olmayanlar
lovğa və təkəbbürlü olurlar. Aşağıdakı təmsilə nəzər salaq.
Güllərin məclisində təbəssüm ilə zanbaq,
Dedi: – Yaramaz mənə başqa gülə tay olmaq.
Lakin düşünmədi ki, ondan əvvəl qərənfil,
Demişdi sadə olmaq heç də pis cəhət deyil.
Sadəlik elə bir gözəl xüsusiyyətdir ki, insanları başqa
larının gözündə ucaldır, gözəlləşdirir. Səmimi və sadə in
sanlar ictimaiyyət içərisində də, işdə də, ailədə də həmişə
hörmət və ehtirama layiq olurlar.
Nə qədər olsa da varın dövlətin,
Sadə ol artacaq bil ki, hörmətin.
Çox da qürrələnib həddini aşma,
Lovğalar qazanmaz el məhəbbətin.
Sadəlik daxili saflığın zahiri nəticəsidir. Sadə adamlar
paxıllıqdan, eqoistlikdən və başqa mənfi əlamətlərdən uzaq
olurlar. Bu da onların gecələr öz çarpayılarında rahat uyu
malarına səbəb olur. Bu özü də bir xoşbəxtlikdir. Atalar yax
şı demişlər: bar verən ağac həmişə başını aşağı əyər. Əgər
bir şəxs özünü gözə soxmağa çalışırsa, lovğalıq, eqoistlik
edirsə, demək, o şəxsin qabında heç bir şey yoxdur. Və o
özü də məhz bunu bildiyi üçün etdiyi hərəkətlərlə başqala
rının gözündən pərdə asmağa çalışır. Sadə adamlar isə belə
deyillər. Onlar öz mövqelərini çox gözəl başa düşürlər və
22
müəyyən hərəkətlərlə özünü gözə soxmağın mənasızlığın
hiss edirlər.
Nə qədər olsa da uca dəyərin,
Hər işin biləsən gərək təhərin.
Nə qədər çox bilsən azbilən görün,
Dünyada sirlər var dərindən dərin.
Doğurdan da belədir, dünya sirlərlə dolu bir xəzinədir.
İnsan nə qədər çox elmlərə yiyələnirsə, o qədər də çox hiss
edir ki, hələ öyrənmədiyi şeylər çox qalıb və elə ona görə
də sadə olurlar. Zəif dünyagörüşlü, dayaz düşüncəli kəslər
isə müəyyən yerlərdə özlərini bilikli, dolğun düşüncəli
göstərməyə çalışırlar. Daha hiss etmirlər ki, bu hərəkətləriylə
onlar özlərini başqalarının gözündə hörmətdən salmış olur
lar. Sadəlik insanı insana daha da yaxınlaşdırır. İnsanlar
arasında dostluq əlaqələrini artırır, səmimilik yaradır. İn
san insana dar gündə dayaq olmalıdır. İnsanlar yeri gələndə
birbirlərinə əl tutmağı bacarmalıdırlar. Bu isə insanlar ara
sındakı münasibətin inkişafından asılıdır. İnsanlar arasın
dakı münasibət isə sadə adamlarda daha çox inkişaf etmiş
dir. Ona görə də təkəbbürlü, lovğa, eqoist adamların sözü
heç vaxt bütöv olmur. Bəzən adamı necə deyərlər, bərkə
düşəndə qoyub qaçırlar.
Ağaclar üstündə qışda bar olmaz,
Vəfasız dilbərdən vəfadar olmaz.
Həyatda hər şeyi əyləncə sanan,
İnsanın sözündə düz ilqar olmaz.
İnsan gərək öz verdiyi vədin arxasında dayanmağı bacar
sın. Sözündə bütöv olsun. O kəs ki, öz vədinə əməl etməyən
Dostları ilə paylaş: |