44
10. Yaqub Z.
Seçilmiş əsərləri, iki cilddə. 2-ci cild. Bakı: Şərq-Qərb, 2006. 288 s.
11. Yadigar A. Bir nurlu heykəl yarat. Naxçıvan: Əcəmi, 2014, 248 s.
ABSTRACT
Ayten Gurbanova
Hussein Javid’s character in Azerbaijani literature
Hussein Javid’s creativity which has a special place in the history of world culture and is
considered unique pearls of world poetry treasure, establishes a new, original period in the
development of Azerbaijan poeticaesthetic thought. The interest and need for studying the poet’s
creativity has increased in the different periods, and his literary personality has been the focus of
attention in literature and turned over a literary character. There have been analysed charakteristic
works, their idealogial-literary features have been clarified.
РЕЗЮМЕ
Айтен Гурбановой
Образ Гусейна Джавида в Азербайджанской
литературе
Творчество Гусейна Джавида (1882-1941), занимающее уникальное место вистории
азербайджанской литературы, произведения которого считаются одним из редких сокровищ
поэзии, является одним из новых, оригинальных этапов в развитии Азербайджанских
художественно-эстетических идей. В связи с увеличением интереса к изучениютворений
поэта, идентичность его литературной поэзии создание его в художественного образа стало
центром литературного внимания. В статье анализириуются характерные произведения,
связанные с темой, выявляются их идейно-художественные особенности.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi:
Filologiya üzrə elmlər doktoru,
professor H.Həşimli
45
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
DİLÇİLİK
ELBƏYİ MAQSUDOV
Naxçıvan Dövlət Universiteti
UOT:81.1
ORFOEPİK VƏRDİŞLƏRİN MÖHKƏMLƏNDİRİLMƏSİNDƏ POETİK
ÇALIŞMALARDAN İSTİFADƏ
Açar sözlər: Azərbaycan dili, orfoepik vərdişlər, orfoqrafiya, məntiqi təfəkkür, poetik-praktik
çalışmalar, müstəqil işlər, müqayisə, öyrəncilər
Keywords: The Azerbaijan language, orthoepic skills, orthography, logical thinking, poetic-
practical exercises, free work, comparison, learners
Ключевые слова: Aзербайджанский язык, орфоэпические навыки, орфография,
логическое мышление, поэтико-практическое упражнение, самостоятельная работа,
сравнение, учащиеся
Azərbaycan dilinin saflığının qorunması, onun gələcək nəsillərə çatdırılması hər birimizin
vətəndaşlıq borcudur. Uzun əsrlərlə qoruyub saxladığımız ana dilimiz də bizi bir xalq, millət kimi
qoruyaraq bu günə qədər yaşadıb. Bu fikir ölkə prezidentinin müxtəlif çıxış və nitqlərində dəfələrlə
səslənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AMEA- nın 70 illik yubileyinə həsr
olunmuş yığıncaqdakı nitqində də bu fikirləri yenidən vurğulayaraq belə demişdir:
“Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin,
imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi
qoruya, saxlaya bilmişik. Ona görə, bu gün bəzi hallarda görəndə ki dilimizə xaricdən müdaxilələr
edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda dəstək qazanır, bu məni doğurdan da çox
narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha
demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Biz Azərbaycan dilinin saflığını təmin
etməliyik.
Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək
bu, bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır”.
Dili qorumağın və yaşatmağın əsas şərtlərindən biri də bu dildə aydın, səlis, rabitəli
danışmağı öyrənmək, ana dilimizin orfoepik qaydalarını qoruyaraq onu gələcək nəsillərə ərmağan
etməkdir. Dili qorumaq, onun qrammatik xüsusiyyətlərini, orfoqrafiya və orfoepiyasını nəzəri
baxımdan tədqiq etməklə bitmir. Dilin saflığını qorumaq, onu yaşatmağın əsas amillərindən biri də
ondan praktik olaraq düzgün istifadə edilməsi, ədəbi tələffüz normalarının gözlənilməsi, xalq dilinə
yaxınlaşdırılması ilə şərtlənir. Bu sahədə görülən işin əsas ağırlığı məktəbəqədər tərbiyə və tam orta
məktəb müəllim–lərimizin üzərinə düşür.
Azərbaycan dili dərslərinin qarşısında duran əsas vəzifələrdən biri şagirdlərin düzgün
tələffüz, ifadəli oxu və rabitəli nitq vərdişlərini inkişaf etdirməkdir. Şagirdləri nümunəvi danışıq,
eləcə də ifadəli oxu vərdişlərinə yiyələndirməyin başlıca yolu ibtidai, eləcə də orta məktəbdə onları
ədəbi tələffüz normalarına yiyələndirməkdən başlayır. Ana dilimizin qorunub saxlanmasında, onun
gələcək nəsillərə çatdırılmasında orfoqrafiya qədər orfoepiya da mühüm rol oynayır. Onlardan biri
yazılı nitqimizi yaşatmağa xidmət göstərirsə, ikincisi şifahi nitqin təmizliyinə, hamı tərəfindən başa
düşülməsinə, tələffüz normalarının vahidliyinə şərait yaradır. Bu gün ədəbi dilimizin şifahi forması
yazılı
dilə nisbətdə daha geniş, əhatəli və işləkdir.
Dilimizin orfoepik normalarının qorunmasında hər birimizin üzərinə böyük məsuliyyət düşür.
Orfoepik normaların qorunması təkcə məktəb yaşı dövründən deyil, mən deyərdim ki, erkən uşaqlıq