193
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
MUSTAFA MƏMMƏDOV
Naxçıvan Dövlət Universiteti
UOT:78
RİTMİN TAPILMASI VƏ
MÜXTƏLİF ZƏRB ALƏTLƏRİNİN MEYDANA GƏLMƏSİ
Açar sözlər: Ritmin tapılması və müxtəlif alətlərin meydana gəlməsi, Ayaq döymə: Qaval daş,
Dəf, Qaval, Nağara, Membranlı zərb aləti: İdiofonlu zərb aləti,İdomenbranlı zərb aləti
Keywords: Finding the rhythm and the emergence of different instruments, Stomping:
Membrane Drum, tambourine stone, Daf, Tambourine, a percussive: Idiofonlu percussive,
Idomenbranlı percussive
Ключевые слова:Ритмин поиск и появление различных инструментов, не Топай: Гавал
даш, Бубен, Гавал, Нагара, Мембранные ударных инструментов: Идиофонлу ударных
инструментов, Идоменбранлы ударных инструментов
Azərbaycanda zərb çalğı alətlərinin kökləri çox-çox qədimlərə, ibtidai yaşayış dövrlərinə gedib
çıxır. Bu dövrlərdə insanlar müəyyən vasitələrlə ritmlər yaratmışlar. Belə vasitələrdən biri ayaqdöymə
zərb üsulu idi ki, bu zaman qazılmış quyunun üzərinə quru ağac döşəyər, üstünü müxtəlif heyvan
dəriləri ilə örtərək onu ayaqla döyəcləməklə çeşidli ritmlər alarlarmış. İlk zərb alətləri, çox güman ki,
belə yaranmışdır. İndi də zorxana oyunlarından birinin adı "Ayaqdöymə" adlanır. (1)
Azərbaycanda ən qədim insan məskənlərindən biri olan Qobustanda Cingirdağın ətəklərində
on-on iki min il əvvəllərə aid edilən qaya rəsmləri ilə -yanaşı, "Qaval daşı" adlanan böyük bir qaya
parçası da vardır. Bu qayanı daş parçası
ilə döyəclədikdə, qavalın tembrinə uyğun səslər alınır. (2)
Belə güman edilir ki, həmin qaya parçası ulu əcdadlarımız tərəfindən zərb aləti kimi istifadə
olunduğundan bu günümüzə "Qaval daşı" adı ilə gəlib çatmışdır. Qaval daşı bu gün də zərb alətlərinə
xas olan keyfiyyətlərini saxlamaqdadır. Zərb çalğı alətlərinin müxtəlif növləri Azərbaycan ərazisində
tarixən çox geniş yayılmış və xalqımızın mədəni həyatında özünəməxsus rol oynamışdır.
Alətşünaslığımızın səciyyəvi xüsusiyyətlərindən biri də onun zərb çalğı alətləri ilə zənginliyidir.Hazırda
musiqi sənətimizin inkişafında başlıca rol oynayan bir çox zərb alətlərindən geniş istifadə edilir. Bu
alətlər, əsasən, 3 növə ayrılır:
1. Membranlı. Qrupa təbil, kos, qoşa nağara, nağara, dümbək və bu növ digər zərb alətləri
daxildir.
2. İdiofonlu. Buraya kasa və saxsı qablar, müxtəlif növlü laqqutular, şaxşaxlar, zınqırovlar,
qumrovlar və s. aid edilə bilər.
3. İdiomembranlı. Bu növ zərb alətlərinə qaval və dəf aid edilir.
Zəngin və müxtəlif növlü zərb çalğı alətlərindən bir çoxu: təbilbas, dənbal, məzhər, təbil,
qumrov, zil, dühul, zəng, zınqırov, kaman, sinc, davul, naqus, xalxal və başqaları musiqi
mədəniyyətimizin inkişafı tarixində müstəsna rol oynamış, lakin bu günümüzə gəlib çatmamışdır.
Orta əsrlərdə Azərbaycanda simli-mizrablı alətlər geniş yayılmışdır. “Kitabi-Dədə-Qorqud”
dastanında da musiqi alətlərinə dair məlumatlar var – burada qopuz, zurna, nağara kimi alətlərin adları
çəkilmişdir (3).
Zərb alətləri və onların orkestrdə yeri tarixən bütün musiqi alətlərindən əvvəl meydana gələn zərb
alətlərinin melodik yoxsulluğu onların musiqi sənətində özünə layiqli yer tutmasına mane ola
bilməmişdir. Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, zərb alətləri musiqi sənətinin, musiqi
alətlərində yaranmasında mühüm rol oynamışdır. Zərb alətlərinin meydana gəlməsi insanın cəmiyyətdə
ilk şüurlu addımları ilə, onun kollektiv əmək təşəbbüsləri ilə çox bağlı olmuşdur. (4)
Praktik təcrübə sayəsində ibtidai axtarışlardan sonra primitiv əmək alətləri ilə yanaşı, ilk
194
musiqi alətlərini ixtira etməyə başladılar. Bir çox sınaqlardan sonra nağara və təbil kimi nisbətən
mükəmməl musiqi alətləri meydana çıxdı.
Zərb alətlərinin səsi qeyri-adi olaraq əmək və mərasim tədbirlərində hərəkətdə olan, yaxud
rəqs edən adamın bədənini vəcdə gətirir, onun hərəkətlərinə dinamiklik verir, təbiətdə mübarizədə
səylərini səfərbər etməkdə insana böyük kömək göstərirdi. Sonradan zərb alətləri hərbi yürüşlərin
müşayiətçisinə çevrildi.(5)
Qədim sivilizasiya mərkəzi olan Misir, Fələstin, Yunanıstan və Romada zərb alətlərindən
rəqsləri və oyun havalarını müşayiət etmək məqsədilə istifadə edirlər.
Qobustanda “Qavalçalan” daşın tapılması göstərir ki, Azərbaycanda da zərb alətlərinin yaranması
çox qədim dövrlərə gedib çıxır. Orta əsrlərdə Azərbaycanda bir çox zərb aləti mövcud olmuşdur.
Bunlardan qaval, dəf, nağara, qoşa nağara, dümbək, təbil əsrlərin sınağından çıxaraq bizim gün–lərimi–
zədək mühafizə olunmuşdur. Öz təsnifatına görə zərb alətləri iki qrupa bölünür: müəyyən səs tembrinə
malik zərb alətlərinə və qeyri-müəyyən səs tembrinə malik zərb alətlərinə ayrılırlar. Birincilər qanu–
nauyğun olaraq musiqi parçasının harmonik və melodik əsasına daxildirlər (məsələn, dəf, qaval): ikinci
qrupa daxil olan zərb alətləri isə (nağara, qoşa nağara, dümbək, təbil) ritmik və bəzəyici rol oynayırlar.
Hazırda Azərbaycan zərb alətləri, X.Ç.A orkestrlərində özünə möhkəm yer tutmuşdur. Qoşa
nağara və dümbək isə aşıq ansanbllarında geniş istifadə edilir. Təbilə bir sıra rayonlardan (Şəki,
Naxçıvan və s.) el şənliklərində təsadüf olunur. Qoşa nağaradan bəzi hallarda dəflə birgə orkestrdə
istifadə olunur. Zərb alətləri orkestrdə iki məqsədə xidmət edir:
1. Hərəkətin dəqiqliyi və sürəti üçün lazımi
ritm yaratmağa
2. Musiqi parçasına bəzək verməyə.
Zərb alətlərindən çox ehtiyatla, zövqlə, yaradıcı şəkildə və müəyyən ölçü daxilində istifadə
olunmalıdır. Buna görə ifaçı çalışmalıdır ki, zərb alətləri dinləyicini yormasın.
ƏDƏBİYYAT
1.
Bünyadov T.Ə. “Əsrlərdən gələn səslər”. Bakı, Azər nəşr.1993, s 244-253
2.
Araslı Həmid. “Kitabi Dədə Qorqut dastanları. Bakı, Gənclik nəşriyyatı, 1978
3.
Cəmşidov Şamil. “Kitabi Dədə-qorqudu vərəqləyərkən”. Bakı, 1969
4.
Nizami Gəncəvi əsərləri 2-ci cild. Şərq-qərb nəşriyyatı. Bakı 2013, s 763
5.
Mədəni həyat jurnalı.Bakı, “Xatun plus” nəşriyyatı, s 84-85, 2013
ABSTRACT
Mustafa Mamedov
The article represent main facts snch as the process of discovery,development and improve
ment of the percussion instruments.the creation date of percussion instruments are insvestigated all
over the World esoecially in Azerbaijan in this article.This article manes report about kinds,
structures and form of the percussion instruments.It the same time it is about the history of the
musical instruments and their representation in the also about the historical territory of Azerbaijan
and the things that the men of primitive communal system use as musical instruments.
РЕЗЮМЕ
Мустафа Мамедов
Статья отражает в себе важные вопросы изобретения, процесс развития ударных
инструментов.Здесь исследуются корни зарождения ударных музыкальных инструментов,
время их зарождения во всем мире, в частности в Азербайджане. В статье сообщается о
видах, формах строения ударных музыкальных инструментов. Рассказывается о значении и
месте этих музыкальных инструментов в истории, о том что они являются памятником
материально- культурного наследия, иногда об их изображениях.Здесь так же рассказывается
о том,что ударные музыкальные инструменты были найдены на исторической територии
Азербайджана и использовались людьми первобытно общинного строя.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi:
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent İ.Məhərrəmova