Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə96/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   92   93   94   95   96   97   98   99   ...   121

193 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
                                                                              MUSTAFA MƏMMƏDOV 
                                                                              Naxçıvan Dövlət Universiteti 
UOT:78 
RİTMİN TAPILMASI VƏ 
MÜXTƏLİF ZƏRB ALƏTLƏRİNİN MEYDANA GƏLMƏSİ 
 
Açar sözlər: Ritmin tapılması və müxtəlif alətlərin meydana gəlməsi, Ayaq döymə: Qaval daş, 
Dəf, Qaval, Nağara, Membranlı zərb aləti: İdiofonlu zərb aləti,İdomenbranlı zərb aləti 
Keywords:  Finding  the  rhythm  and  the  emergence  of  different  instruments,  Stomping: 
Membrane  Drum,  tambourine  stone,  Daf,  Tambourine,  a  percussive:  Idiofonlu  percussive, 
Idomenbranlı percussive 
Ключевые слова:Ритмин поиск и появление различных инструментов, не Топай: Гавал 
даш,  Бубен,  Гавал,  Нагара,  Мембранные  ударных  инструментов:  Идиофонлу  ударных 
инструментов, Идоменбранлы ударных инструментов 
 
Azərbaycanda zərb  çalğı  alətlərinin kökləri çox-çox qədimlərə,  ibtidai  yaşayış dövrlərinə  gedib 
çıxır. Bu dövrlərdə insanlar müəyyən vasitələrlə ritmlər yaratmışlar. Belə vasitələrdən biri ayaqdöymə 
zərb  üsulu  idi  ki,  bu  zaman  qazılmış  quyunun  üzərinə  quru  ağac  döşəyər,  üstünü  müxtəlif  heyvan 
dəriləri ilə örtərək onu ayaqla döyəcləməklə çeşidli ritmlər alarlarmış. İlk zərb alətləri, çox güman ki, 
belə yaranmışdır. İndi də zorxana oyunlarından birinin adı "Ayaqdöymə" adlanır. (1) 
Azərbaycanda ən qədim insan məskənlərindən biri olan Qobustanda Cingirdağın ətəklərində 
on-on iki min il əvvəllərə aid edilən qaya rəsmləri ilə -yanaşı, "Qaval daşı" adlanan böyük bir qaya 
parçası da vardır. Bu qayanı daş parçası ilə döyəclədikdə, qavalın tembrinə uyğun səslər alınır. (2) 
Belə  güman  edilir  ki,  həmin  qaya  parçası  ulu  əcdadlarımız  tərəfindən  zərb  aləti  kimi  istifadə 
olunduğundan bu günümüzə "Qaval daşı" adı ilə gəlib çatmışdır. Qaval daşı bu gün də zərb alətlərinə 
xas  olan  keyfiyyətlərini  saxlamaqdadır.  Zərb  çalğı  alətlərinin  müxtəlif  növləri  Azərbaycan  ərazisində 
tarixən  çox  geniş  yayılmış  və  xalqımızın  mədəni  həyatında  özünəməxsus  rol  oynamışdır. 
Alətşünaslığımızın səciyyəvi xüsusiyyətlərindən biri də onun zərb çalğı alətləri ilə zənginliyidir.Hazırda 
musiqi  sənətimizin  inkişafında  başlıca  rol  oynayan  bir  çox  zərb  alətlərindən  geniş  istifadə  edilir.  Bu 
alətlər, əsasən, 3 növə ayrılır: 
1.  Membranlı.  Qrupa  təbil,  kos,  qoşa  nağara,  nağara,  dümbək  və  bu  növ  digər  zərb  alətləri 
daxildir. 
2.  İdiofonlu.  Buraya  kasa  və  saxsı  qablar,  müxtəlif  növlü  laqqutular,  şaxşaxlar,  zınqırovlar, 
qumrovlar və s. aid edilə bilər. 
3. İdiomembranlı. Bu növ zərb alətlərinə qaval və dəf aid edilir. 
 Zəngin  və  müxtəlif  növlü  zərb  çalğı  alətlərindən  bir  çoxu:  təbilbas,  dənbal,  məzhər,  təbil, 
qumrov,  zil,  dühul,  zəng,  zınqırov,  kaman, sinc, davul, naqus, xalxal və  başqaları  musiqi 
mədəniyyətimizin inkişafı tarixində müstəsna rol oynamış, lakin bu günümüzə gəlib çatmamışdır. 
Orta  əsrlərdə  Azərbaycanda  simli-mizrablı  alətlər  geniş  yayılmışdır.  “Kitabi-Dədə-Qorqud” 
dastanında da musiqi alətlərinə dair məlumatlar var – burada qopuz, zurna, nağara kimi alətlərin adları 
çəkilmişdir (3). 
Zərb alətləri və onların orkestrdə yeri tarixən bütün musiqi alətlərindən əvvəl meydana gələn zərb 
alətlərinin  melodik  yoxsulluğu  onların  musiqi  sənətində  özünə  layiqli  yer  tutmasına  mane  ola 
bilməmişdir.  Hər  şeydən  əvvəl  onu  qeyd  etmək  lazımdır  ki,  zərb  alətləri  musiqi  sənətinin,  musiqi 
alətlərində yaranmasında mühüm rol oynamışdır. Zərb alətlərinin meydana gəlməsi insanın cəmiyyətdə 
ilk şüurlu addımları ilə, onun kollektiv əmək təşəbbüsləri ilə çox bağlı olmuşdur. (4) 
Praktik  təcrübə  sayəsində  ibtidai  axtarışlardan  sonra  primitiv  əmək  alətləri  ilə  yanaşı,  ilk 


194 
 
musiqi  alətlərini ixtira etməyə başladılar. Bir çox sınaqlardan sonra nağara və təbil  kimi  nisbətən 
mükəmməl musiqi alətləri meydana çıxdı. 
Zərb  alətlərinin  səsi  qeyri-adi  olaraq  əmək  və  mərasim  tədbirlərində  hərəkətdə  olan,  yaxud 
rəqs edən adamın bədənini vəcdə gətirir, onun hərəkətlərinə dinamiklik verir, təbiətdə mübarizədə 
səylərini səfərbər etməkdə insana böyük kömək göstərirdi. Sonradan zərb alətləri hərbi  yürüşlərin 
müşayiətçisinə çevrildi.(5) 
Qədim  sivilizasiya  mərkəzi  olan  Misir,  Fələstin,  Yunanıstan  və  Romada  zərb  alətlərindən 
rəqsləri və oyun havalarını müşayiət etmək məqsədilə istifadə edirlər.  
Qobustanda “Qavalçalan” daşın tapılması göstərir ki, Azərbaycanda da zərb alətlərinin yaranması 
çox  qədim  dövrlərə  gedib  çıxır.  Orta  əsrlərdə  Azərbaycanda  bir  çox  zərb  aləti  mövcud  olmuşdur. 
Bunlardan qaval, dəf, nağara, qoşa nağara, dümbək, təbil əsrlərin sınağından çıxaraq bizim gün–lərimi–
zədək mühafizə olunmuşdur. Öz təsnifatına görə zərb alətləri iki qrupa  bölünür: müəyyən səs tembrinə 
malik  zərb  alətlərinə  və  qeyri-müəyyən  səs  tembrinə  malik  zərb  alətlərinə  ayrılırlar.  Birincilər  qanu–
nauyğun olaraq musiqi parçasının harmonik və melodik əsasına daxildirlər (məsələn, dəf, qaval): ikinci 
qrupa daxil olan zərb alətləri isə  (nağara, qoşa nağara, dümbək, təbil) ritmik və bəzəyici rol oynayırlar.  
Hazırda Azərbaycan zərb alətləri, X.Ç.A orkestrlərində özünə möhkəm yer tutmuşdur. Qoşa 
nağara  və  dümbək  isə  aşıq  ansanbllarında  geniş  istifadə  edilir.  Təbilə  bir  sıra  rayonlardan  (Şəki, 
Naxçıvan və s.) el şənliklərində təsadüf olunur. Qoşa nağaradan bəzi hallarda dəflə birgə orkestrdə 
istifadə olunur. Zərb alətləri orkestrdə iki məqsədə xidmət edir:  
1. Hərəkətin dəqiqliyi və sürəti üçün lazımi ritm yaratmağa 
2. Musiqi parçasına bəzək verməyə. 
Zərb  alətlərindən  çox  ehtiyatla,  zövqlə,  yaradıcı  şəkildə  və  müəyyən  ölçü  daxilində  istifadə 
olunmalıdır. Buna görə ifaçı çalışmalıdır ki, zərb alətləri dinləyicini yormasın. 
ƏDƏBİYYAT 
1.
 
Bünyadov T.Ə. “Əsrlərdən gələn səslər”. Bakı, Azər nəşr.1993, s 244-253 
2.
 
Araslı Həmid. “Kitabi Dədə Qorqut dastanları. Bakı, Gənclik nəşriyyatı, 1978 
3.
 
Cəmşidov Şamil. “Kitabi Dədə-qorqudu vərəqləyərkən”. Bakı, 1969 
4.
 
Nizami Gəncəvi əsərləri 2-ci cild. Şərq-qərb nəşriyyatı. Bakı 2013, s 763 
5.
 
Mədəni həyat jurnalı.Bakı, “Xatun plus” nəşriyyatı, s 84-85, 2013 
ABSTRACT 
Mustafa Mamedov 
The  article  represent  main  facts  snch  as  the  process  of  discovery,development  and  improve 
ment of the percussion instruments.the creation date of percussion instruments are insvestigated all 
over  the  World  esoecially  in  Azerbaijan  in  this  article.This  article  manes  report  about  kinds, 
structures  and  form  of  the  percussion  instruments.It  the  same  time  it  is  about  the  history  of  the 
musical instruments and their representation in the also about the historical territory of Azerbaijan 
and the things that the men of primitive communal system use as musical instruments. 
      РЕЗЮМЕ 
Мустафа Мамедов 
Статья  отражает  в  себе  важные  вопросы  изобретения,  процесс  развития  ударных 
инструментов.Здесь  исследуются  корни  зарождения  ударных  музыкальных  инструментов, 
время  их  зарождения  во  всем  мире,  в  частности  в  Азербайджане.  В  статье  сообщается  о 
видах, формах строения ударных музыкальных инструментов. Рассказывается о значении и 
месте  этих  музыкальных  инструментов  в  истории,  о  том  что  они  являются  памятником 
материально- культурного наследия, иногда об их изображениях.Здесь так же рассказывается 
о  том,что  ударные  музыкальные  инструменты  были  найдены  на  исторической  територии 
Азербайджана и использовались людьми первобытно общинного строя. 
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni çapa təqdim etdi: Sənətşünaslıq üzrə fəlsəfə 
doktoru, dosent İ.Məhərrəmova 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə