Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə92/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   88   89   90   91   92   93   94   95   ...   121

185 
 
ƏDƏBİYYAT 
 
1. “Aərbaycan” qəzeti, 12 iyul 2012-ci il 
2. Azərbaycan  Sovet  Ensiklopediyası, 10 cilddə, V c., Bakı, Qızıl Şərq,1981,        
    592 s. 
3. Azərbaycan  Sovet  Ensiklopediyası, 10 cilddə, I c., Bakı, Qızıl Şərq,1981,        
    592 s. 
4. Kazımzadə A. Azərbaycan kinematoqrafçıları. Bakı, Mütərcim, 2002, 224 s. 
5. Lütfiyar İmanov (yaradıcılıq bukleti). Bakı, Kommunist, 1989 
6. “Pravda” qəzeti, 10 dekabr 1962-ci il 
7.  İnternet: üzeyir.musigi-dunya.az/az/artikle10.html 
 
 
РЕЗЮМЕ 
Алекбер Гасымов 
Образ кероглу в разных жанрах искусства Азербайджана 
 
 
В статье рассказывается, что  начиная с 30-х годов ХХ века вдохновленные от  эпоса 
«Кероглу»  как  создавали  свои  произведения  фольклористы,  композиторы,  художники, 
деятели  театра  и  кино.  Здесь  также  вспоминаются  песни,  ашугские  мелодии,  декоративно-
прикладные  образцы  народных  мастеров  посвещенные  этому  народному  герою. 
Подчеркивается, что впервые в Азербайджане памятник Кероглу был поставлен в 1988 году 
в городе Нахчыван. 
 
Итак, тема Кероглу и сегодня сверкает как Солнце в мире искусств Азербайджана. 
 
 
ABSTRACT 
Alakbar Gasimov 
In Koroghlu and the genre arts of Azerbaijan 
 
In the beginning 30 of XX century the epos “Koroghlu” and  the personality of  Koroghlu 
fascinated  the  men  of  sciences  –  folklore  specialists,  composers,  artists,  the  specialists  of  theatre 
and cinema. They created new works about this theme and made popular not only in Azerbaijan but 
in the Soviet Union. 
The artists, composers the men of art, sculptors created new works a gain. The monument to 
Koroghlu was put in Nakhchivan for the I time in Azerbaijan in 1988.  
So the theme of Koroghlu attracted  as the sun in the art of Azerbaijan.  
 
 
 
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni çapa təqdim etdi: Sənətşünaslıq üzrə fəlsəfə 
doktoru, dosent İ.Məhərrəmova 
 


186 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
FƏRİDƏ AĞAYEVA 
Naxçıvan  Dövlət Universiteti 
UOT:785 
FİKRƏT ƏMİROV VƏ ELMİRA NƏZİROVANIN                                                                                                
“ƏRƏB  MÖVZULARI  ƏSASINDA” FORTEPİANO 
İLƏ ORKESTR ÜÇÜN  KONSERTİ  HAQQINDA 
Açar  sözlər:  Fikrət  Əmirov,  Elmira  Nəzirova,  fortepiano  konserti,  ərəb  mövzusu,  Şərq 
musiqisi 
Key words: Fikret  Amirov,  Elmira Nazirova, piano concert, Arabic theme, Eastern music 
Ключевые  слова:  Фикрет  Амиров,  Эльмира  Назирова,  фортепианный  концерт, 
арабская тема, Восточная музыка 
     Azərbaycan professional  bəstəkarlıq  məktəbinin  korifeylərindən  biri olan Fikrət  Əmirovla,  
peşəkar  fortepiano  məktəbinin    nümayəndəsi,    Elmira    Nəzirovanın    yaradıcılıq    əməkdaşlığı  
nəticəsində  təkrar olunmaz  musiqiyə  malik  “Ərəb  mövzuları əsasında” yazılmış  fortepiano ilə 
orkestr üçün konserti Azərbaycan   musiqisinin   inciləri   sırasına   daxil  oldu.  Hər  iki  bəstəkarın  
zəngin yaradıcılığı   musiqimizin  inkişafında  mühüm   rol  oynamışdır.  
    
 
      F.Əmirovun    yaradıcılıq    üslubu  iki    özəyin-Şərq  və    Qərb    musiqi    ənənələrinin    qovuş–
masından  yaranmışdır.  Fikrət Əmirov  Şərq  musiqi  mədəniyyətinin   inkişafında   böyük  rola  
malik    sənətkarlardandır.    Azərbaycan    musiqi    mədəniyyəti    tarixində    F.Əmirovun    yaradıcılığı  
həm  Şərq, həm də  Qərb  musiqisini  eyni   dərəcədə  zənginləşdirən  xüsusi  səhifəni  təşkil  edir.  
Fikrət  Əmirov  deyirdi: "Azərbaycan  və  ərəb musiqisi  bir  çox ümumi  cəhətlərə  malikdir. Bir  
çox  Şərq ölkələrində  səfərdə olarkən  dərk  etdim ki, həqiqətən də  Şərq  xalqları  vahid  mədəniy-
yətə  malikdir. Bundan  başqa,  xarici  Şərq  musiqisini  dinlədikcə, bizim Azərbaycan  melodiyala-
rından,  ritmlərindən  o qədər də  fərqlənmədiyinin  şahidi oldum". 
    Fikrət  Əmirov    və    Elmira    Nəzirova      qarşılarına    belə    bir    məqsəd    qoymuşlar    ki,  ərəb   
musiqisinin   vasitəsi  ilə  bu xalqın  müasir həyatının musiqi obrazını yaratsınlar.  Konsertin fortepiano  
üslubu  onun  kadensiyasında  özünü  bariz  şəkildə  nümayiş  etdirir. 
 
F.Əmirov və E.Nəzirova  klassik  üsullarla  yanaşı   fortepiano  fakturasının  yeni  üsullarından  da  
istifadə  etmişlər. Buradakı bəzi  üsulların istifadə olunması ilə, ərəb musiqi alətlərinin  zəngin  səslənmə 
tərzini simfonik orkestr  alətlərində  canlandırmaq  mümkün olmuşdur. Əsasən  ərəblərin qanun  alətinin 
dalğavari  inkişafı   fortepianoda     tez-tez təcəssümünü tapır. Xalq musiqisinin   təsiri   konsertdə   özünü  
biruzə    verir.    Konsertin    musiqisi    dərin    məzmunu,  zənginliyi,  incəliyi,  parlaq    və    şəffaf  
orkestrləşdirilməsi,  təravətliliyi və  sözün əsl mənasında xəlqiliyi  ilə özünə cəlb edir.  Burada  obrazlılıq, 
təbiət  lövhələrinin  rolu -bir sözlə  desək,  proqramlılıq  böyük  əhəmiyyət  kəsb edir. Bundan  əlavə,  Şər-
qin  malik  olduğu qədim və  zəngin  musiqi folklor irsi sənətkarların  daim diqqət  mərkəzində  olmuşdur

 
 
Fortepiano  və orkestr üçün “Ərəb mövzuları əsasında” yazılmış konsert  daha böyük  hazırlıq tə-
ləb edirdi. Fikrət Əmirov Misir və Suriyada nota yazdığı xalq nəğmələrini və rəqslərini  konsertdə Azər-
baycan melodiyaları ilə növbələşdirir. Bəstəkarın  bu  ardıcıllıqdan  ustalıqla  istifadə  etməsi, konsertin  
əsas  mövzularında nəzərə  çarpır. Bu melodiyaların  səslənməsinə  qulaq  asıb,  melodik  hərəkət forma-
larına  nəzər  yetirdikcə, belə  qənaətə  gələ  bilərik ki, ümumi  kolorit  baxımından  Şərqə  ümumilikdə 
xas olan art2, miksolidik lad, sekvensiyalı  hərəkətlərə  meyllilik  özünü  büruzə  verir.  Ərəb musiqisi 
üçün  özünəməxsus  kolorit,  rəngarəng  melizmlər,  məqam  xüsusiyyətlərindən  irəli  gələn  cəhətlər, 
akkordaların, unison  səslərin  geniş  tətbiq olunması və zəngin  ritm  səciyyəvidir. Burada melodiyanın  
parlaq, emosional-gümrah, ürəyəyatımlılığının şahidi oluruq.  F.Əmirovun istifadə  etdiyi xalq  mahnı  
intonasiyaları   xüsusi  əhəmiyyət  kəsb  edərək, ərəb mövzularında yazılan   əsərlərdə intonasiya  cəhət-
dən  melodik  xəttin  plastikliyinə  görə diqqəti cəlb edir. Folklordan  geniş istifadə  etsə də, bu zəngin 
irsdən "mexaniki" şəkildə deyil, yaradıcı surətdə bəhrələnmişdir. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə