Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə89/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   85   86   87   88   89   90   91   92   ...   121

179 
 
haqqında  məlumatlı  olmasına  imkan  yaradır.  Qeyd  edək  ki,  uşaqların  musiqi  savadının  hərtərəfli 
olmasına diqqət yetirmək lazımdır. Uşaqların müxtəlif üslub və istiqamətlər üzrə musiqi savadının 
olması  çox  vacibdir,  ona  görə  ki,  gəncliyin  bir  qisminin  klassik  musiqidən  uzaq  düşməsi,  yüngül 
musiqiyə üstünlük verməsi onların estetik zövqünün korlanması, mütərəqqi milli və bəşəri dəyərlər-
dən uzaq düşməsinə səbəb olan amillərdir. 
 Ümumtəhsil  məktəbində  musiqi  viktorinalarının  keçirilməsi  musiqi  fənninin  ayrılmaz  tərkib 
hissəsidir. Bu işdə uğur qazanmaq, tədris prosesində yaxşı nəticələr əldə etməyin bir vasitəsi hesab oluna 
bilər. Bu prosesdə sual-cavab prinsipi, xüsusilə cavabların doğruluğu və ifadəliliyi öyrənilən problemin 
uzun müddət yadda qalmasına imkan yaradır. Təqdim olunan sualların konkret və aydın olması başlıca 
tələb  olmalıdır.  Burada  çox  mərtəbəli  suallardan  istifadə  etmək  olmaz.  Sualların  səslənməsində 
variantlardan istifadə etmək olar ki, bu da cavabın doğru-düzgün alınması məqsədlərinə xidmət edir. 
Musiqi  viktorinaları  məzmunca  müxtəlif  müsabiqə  tapşırıqları  yerinə  yetirir.  Onun  iştirakçıları 
bütün  növ  musiqi  fəaliyyətində  iştirak  edir  ki,  bu  da  onların  musiqi  üzrə  təhsil  fəaliyyəti  prosesində 
aldığı  biliklərin  sistemli  olmasına  və  zənginləşməsinə  kömək  edir,  özünün  erudisiyasını,  fəhm  və 
zəkasını üzə çıxarır. Diqqət edilsə görərik ki, musiqi viktorinalarında oyun elementi var. Bu oyunda – 
viktorinada  yarış  başlıca  əlamət  kimi  özünü  göstərir.  Bu  cəhət  müəllim  –  pedaqoqun  nəzərindən 
qaçmamalı,  əksinə  yarışın  tərbiyəvi  xüsusiyyətlərinin  düzgün  məcraya  yönəldilməsi  üçün  bütün 
qüvvələrini səfərbər etməyə çalışmalıdır. 
Ümumtəhsil  məktəbində  şagirdlərin  idraki-musiqili  viktorinalarına  xüsusi  əhəmiyyət  verilməlidir. 
Öz doğma kəndini, bölgəsini, nəhayət vətəndaşı olduğu ölkəni sevmək, həqiqi vətənpərvər olmaq, milli 
mədəniyyətə  qovuşmaq,  dünya  mədəniyyətinin  inciləri  ilə  tanış  ola  bilmək  viktorinaların  əsas 
vəzifələrindən sayılır.  Musiqi  viktorinalarında  əyləncəlik də vacib tələblərdən biridir.  Bu  cəhət  tədbirin 
daha canlı  keçməsinə imkan yaradır, düşünmək imkanlarını daha yaxşı, optimal vəziyyətə gətirir. 
Musiqi  viktorinalarını  məktəbdə,  musiqi  gecələrində,  bayramlarda,  yubley  günlərində  təşkil 
etmək mümkündür. Musiqi viktorinaları çevik və sürətli tədbir formalarından biri kimi hər hansı bir  
vaxt  və şəraitdə aparıla bilər. Musiqi  viktorinaları cədvəl  formasında təqdim edilə bilər. Cədvəlin 
sol  hissəsində  seçilmiş  sualların  komplekti-sağ  tərəfdə  isə  cavabların  ifadə  olunma  növü 
yerləşdirilir. Qeyd edək  ki,  viktorinada sual komplektlərinin ifadə olunması  müxtəlifdir: məsələn, 
sözlə ifadə, şəkillə ifadə, musiqi alətləri ilə ifadə etmək və s. 
Musiqi  viktorinaları  çox  vaxt  komandalar  şəklində  təşkil  olunur  ki,  bu  komandalar  üzrə 
əvvəlcədən  müəyyən  hazırlıq  işləri  (komandanın  adını  düşünmək,  kapitan  seçmək,  tədbirin  devizini 
müəyyənləşdimək və s.) görülür. Adətən, tədbirin aparıcısı müəllimlərdən təyin olunur. Bəzi hallarda-
kiçik  yaşlı  məktəblilərlə  aparılan  viktorinalarda  musiqi  qabiliyyəti  və  bacarığı  ilə  seçilən  yuxarı  sinif 
şagirdləri də təyin olunur. Çox geniş və mürəkkəb proqrama malik viktorinalarda isə münsiflər heyəti 
təşkil olunur. Mükafatların təqdim olunması nəzərdə tutulmuş tədbirdə juri (mükafatı təyin edən ekspert 
heyəti)  yaradılır.  Juri  viktorinaya  yekun  vurub,  qaliblərə  diplom  və  mükafatlar  təqdim  edir.  Pedaqoji 
ədəbiyyatda  məktəblilər  üçün  suallara  cavab  viktorinalarının  bir  neçə  növündən  bəhs  olunur.  Bunları 
aşağıdakı kimi qruplaşdırmaq mümkündür: 
-  kiçik  və  orta  yaşlı  məktəblilərə  verilən  suallara  cavab  tapmaq  məqsədilə  təşkil  olunan 
viktorinalar; 
-  idraki  əsasa,  düşüncəyə  və  deməli  öyrənməyə  əsaslanan  viktorinalar.  Bu  növ  viktorinalar 
kiçik  və  orta  yaşlı  məktəblilərlə  musiqi  fənni  üzrə  aparılan  məşğələlər  zamanı  və  sinifdənxaric 
tədbirlər prosesində təşkil olunur; 
-  musiqi  alətləri  haqqında  viktorinalar.  Bu  növ  viktorinalar  şagirdlərin  musiqi  alətlərinə  aid 
bilik və təsəvvürlərinin genişlənməsi və zənginləşməsində istifadə edilir.  
 Viktorinaların  bu  növündə  suallar  aydın,  mənalı  olmalı,  düşüncəyə  əsaslanmaqla  musiqi 
fənni  üzrə  sistemli  biliklərin  daha  da  dərinləşdirilməsinə  xidmət  etməlidir.  Bu  cür  suallar 
komplektinə aşağıdakıları daxil etmək olar: 
- Musiqi incəsənətinin emblemi hansı musiqi alətidir? Cavab: lira 
- Hansı musiqi alətinin adı fransız dilinə tərcümədə “Şahənə” mənasını verir? Cavab:Royal  
- Hansı musiqi aləti iki terminlə- “möhkəm” və “səssiz” ifadə olunur? Cavab: Fortepiano 
- Hansı musiqi aləti özündə fortepiano və qarmonu birləşdirir? Cavab: Akkardion 


180 
 
- Hansı kilsə musiqi aləti dilli alətlərin ən böyüyü adlanır? Cavab: Orqan 
- Hansı musiqi aləti italyanca “külək, meh” kimi adlanır? Cavab: Fleyta 
- Hansı yunan sözü “həmahəng, həmavaz” kimi tərcümə edilir? Cavab: Harmoniya 
- Qobustan qayaüstü təsvirlərində qədim əcdadlarımız hansı rəqsi  ifa edirlər? Cavab: Yallı 
- Hansı  tarzən qədim musiqi  alətimiz olan tarı  ilk dəfə olaraq diz üstündə  yox, sinə üstündə 
çalmışdır? Cavab: Mirzə Sadıqcan 
- İlk Azərbaycan uşaq baletinin müəllifi kimdir? Cavab: Əşrəf Abbasov, “Qaraca qız” baleti. 
- Azərbaycanda musiqiyə dair nəşr olunmuş ilk kitabın müəllifi kimdir? Cavab: Mir Möhsün 
Nəvvab, “Vüzuh-ül-Əqram” və s. 
Bir  cəhəti  də  qeyd  edək  ki,  sinifdən-sinfə  keçdikcə  musiqi  viktorinalarını  məzmunca  daha 
keyfiyyətli və nisbətən dərinləşdirilmiş, əgər belə demək mümkünsə, çətinləşdirilmiş şəkildə təşkil 
etmək  vacibdir.  Ümumən,  viktorinaların  təşkili  və  keçirilməsi  uşaqların  yaş  və  bilik  səviyyəsinə 
uyğun aparılmalıdır. Belə bir pedaqoji tələbin nəzərə alınması tədbirin səmərəli və faydalı olmasına, 
bu sahədə yeni-yeni uğurların əldə edilməsinə imkan yaradır. 
Müşahidə və təhlillərimiz göstərir ki, ümumtəhsil məktəbində musiqi viktorinaların ardıcıl və 
sistemli  şəkildə  aparılması  uşaqların  qavrayışı,  duyğu  və  hissləri,  intellektual  səviyyəsinin 
inkişafına  olduqca  müsbət  təsir  göstərir.  Bu  həm  də  yüksək  tərbiyəvi  əhəmiyyətə  malikdir.  Ona 
görə də məktəblilərin musiqi sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi qayğısına qalmaq, 
bu  sahədə  əldə  edilmiş  qabaqcıl  təcrübənin  öyrənilib  ümumiləşdirilməsinə,  ondan  istifadə 
imkanlarının müəyyənləşdirilməsinə diqqət yetirmək xüsusi vaciblik qazanır. 
Məktəbliləri  musiqi  fəaliyyətinə  hazırlamaq,  onların  xüsusilə  ifaçılığını  təkmilləşdirmək,  bu 
istiqamətdə fəallığına nail ola bilmək indiki  halda xüsusi əhəmiyyətə malikdir. Çünki  məktəblinin 
musiqi savadına yiyələnməsi, onun mənalı və ifadəli emosiyaya malik olması, müəyyən səviyyədə 
harmoniyanı  qavraya    bilməsi,  birgəlik  tələb  edən  bədii  musiqili  tədbirlərdə  qarşılıqlı  şəkildə 
iştirakı, bu zaman kollektivlə ünsiyyət və münasibətlərdə olması şagird şəxsiyyətinin formalaşması 
komponenti kimi xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar müxtəlif formalardan, növ və vasitələrdən 
istifadə etməyi tələb edir ki,bu işdə sinif şəraitində və sinifdənxaric işlərdə musiqi viktorinalarından 
istifadə şagirdlərdə musiqi mədəniyyətinin formalaşmasına təsir səviyyəsi ilə seçilir. 
Məsələn, “Düzgün cavabı tap” forması aşağıdakı qaydada təşkil oluna bilər. 
Tövsiyə  olunan  suallar  üzrə  üç  cavab  təklif  edilir.  Lakin  bu  cavablardan  ikisi  doğru  deyil. 
Düzgün cavabı tapmağa təşəbbüs edin. 
1. Hansı bəstəkar Azərbaycan milli operasının yaradıcısıdır? 
    Ü.Hacıbəyov, M.Maqamoyev, A.Zeynallı 
2. Bu bəstəkarlardan hansı həm də dünya şöhrətli dirijor olmuşdur? 
     Ü.Hacıbəyov, A.Məlikov, Niyazi 
3. İlk Azərbaycan baleti hansı bəstəkar tərəfindən yazılmışdır? 
    F.Əmirov (“Min bir gecə”), Ə.Bədəlbəyli (“Qız qalası”). Q.Qarayev  
   (“İldırımlı yollarla”) 
4. “Füzuli” kantatası hansı bəstəkarındır? 
     V.Adıgözəlov, S.Rüstəmov, C.Cahangirov 
5. “Azad” operası hansı bəstəkara məxsusdur? 
     C.Cahangirov, C.Ələsgərov, C.Hacıyev 
6.  “Ölkəm” poemasının bəstəkarı və şerin müəllifini tapın? 
     A.Zeynallı – Cəfər Cabbarlı, F.Əmirov- Cəfər Cabbarlı, T.Quliyev – Rəsul Rza 
7. Aşağıda göstərilən hansı musiqi əsərləri Tofiq Quliyevindir? 
    1. Sənə də qalmaz, Ağacda leylək, Badamlı 
    2. “Sürəyya”, Alagöz, Kəndimiz 
    3. Mən səni araram, Bahar gəlir, Azərbaycan elləri 
8. “Min bir gecə” baleti hansı bəstəkarındır? 
    Süleyman Ələsgərov, Arif Məlikov, Fikrət Əmirov 
9. Arif Məlikovun dünyanın 50-dən artıq teatrında tamaşaya qoyulmuş baleti  
    hansıdır? 
    “Nəsimi”, “Yeddi gözəl”, “Məhəbbət əfsanəsi” 
10. Azərbaycan muğamları əsasında yazılmış simfonik əsərlərin sırasını  
      göstərin  


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə