Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə86/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   82   83   84   85   86   87   88   89   ...   121

173 
 
isim nitq hissəsindən məlumat veriləndə göstərilir ki, canlıları və cansızları bildirən iki alt qrup var. 
Mədəniyyətdə maddi dəyərlərin içində alt qruplar kimi bu dəyərlər maddənin növünə, xarakterinə, 
funksiyasına görə bölünə bilər. Beləcə, əmək funksiyasında olan alətləri geyim funksiyasında olan 
paltarlardan, qida funksiyası  olan  yemlərdən ayıraraq müxtəlif maddi dəyərlər qrupunu  göstərmək 
olar.  
Taksonomiyanın  sayəsində  biologiya  elmi  xeyli  uğurlar  qazanmışdır.  Coğrafiya,  dilçilik, 
sosiologiya  taksonomiyaya  öz  metodunda  böyük  üstünlük  verirlər,  ona  görə  də  predmetlərində 
araşdırdıqları  hadisələr  təsnifat  səliqəsində  təqdim  olunurlar.  Taksonomiya,  göründüyü  kimi, 
öyrənilən sahədə səliqə-səhman yaratmaq üçün bu sahənin hadisələrini müəyyən əlamətlər əsasında 
birləşdirir. Bu birləşdirmədə (eyniləşdirmədə) aydın şəkildə təfəkkürün anlamaq üçün identifikasiya 
etmək  paradiqmasını  görmək  olar.  Həmin  paradiqmaya  isə  təsnifləşdirmək  və  ierarxiyanı 
aydınlaşdırmaq  paradiqmaları  əlavə  olunur.  Amerikan  sosioloqu  Corc  Mördok  taksonomik 
kulturologiyanı  universaliyalar  termini  ilə  zənginləşdirərək  göstərir  ki,  mədəniyyətdə  onların  sayı 
60-a  çatır.  Alim  tez-tez  təkrarlanan  sosial  münasibət  formalarına  universaliyalar  deyir.  Bu 
universaliyalara  aid  olanlara  bəzi  örnəklər:  birgə  əmək,  bədənin  bəzədilməsi,  rəqslər,  təhsil,  yas, 
qonaq  qəbulu,  zaraftalar,  dini  mərasimlər  və  s.  Hər  bir  mədəniyyət  bu  universaliyalar  əsasında  öz 
insanlarının  fizioloji,  psixoloji,  sosial  tələblərini  ödəyir.  Mördok  haqlı  olaraq  yazır  ki, 
universaliyalar  əsasında  müxtəlif  mədəniyyətləri  müqayisə  etmək  olar  [4.с.42].  Göründüyü  kimi, 
taksonomik  kulturologiya  univresaliyalar  vasitəsi  ilə  eyniləşdirmə  apararaq  müəyyən  mədəniyyət 
hadisələrini,  məsələn,  qonaq  qəbulunu,  bədənin  bəzədilməsini  uyğun  universaliyalara  yığır.  Bu 
eyniləşdirmədən  sonra  isə  hər  bir  universaliyada  topladılmış  hadisələrin  müxtəlif  mədəniyyətdə 
fərqləri problemini qoymaq olar. Aydın məsələdir ki, Yakut (Saxa) mədəniyyətində qonaq qəbulu 
azərbaycanlıların  qonaq  qəbulundan  elementlərinə  görə  ciddi  fərqlənir.  Yeni  dövrdə  sərhədlər 
açılanda azərbaycanlıları Anadolu türkləri və günyelilərlə bağlı ən ciddi təəccüblərindən hallardan 
biri bu doğma adamların qonaqpərəstlik məsələsində Quzey azərbaycanlılardan fərqi idi. Qonaqla 
bağlı bizdəki səxavətin qarşılığında güneylilərin və Anadolu türklərinin rasionallığı bizim camaata 
xəsislik kimi görünürdü.      
Əgər  taksonomiyaya,  tipologiyaya,  tarixi-müqayisəli  araşdırmalara  metodoloji  yanaşsaq, 
görərik ki, onların çalarlar səviyyəsində yox, qabarıq şəkildə fərqini tapmaq çox müşkül məsələdir. 
Bu  araşdırmaların  hamısının  önəmli  paradiqmalarından  biri    «identifikasiya  etmək  yolu  ilə  dərk 
etməkdir».  Tipoloji  və  komparativ  (müqayisəli)  analizlərin  narrasiyasında  mədəniyyətin  müxtəlif 
coğrafi, tarixi aləmlərinə səyahət mühüm yer tutur. Tipologiya üçün yaxın mədəniyyət hadisələrinin 
eyniliyinə  mane  olan  bütün  irrelevant  (dəxli  olmayan)  cəhətləri  kənarlaşdırmaq  xarakterikdir 
(əslində  «tip»  sözünün  yunanca  mənası  nəyinsə  artıq  əlamətlərdən  təmizlənmiş  görünüşüdür). 
Deməli,  düşünmək  aktı  nələrisə  birləşdirməkdirsə,  tipoloji  metod  kulturologiyaya  bu  aktı 
reallaşdırmaq imkanını verir. Özü də bu imkanı formal, abstrakt olaraq vermir, bir paradiqma olaraq 
tipoloji analizlərin və nəzəriyyələrin bütün «ixtisaslaşmış» aparatını, vasitələrini verir. Tip anlayışı, 
bədii  obrazlarla  bağlı  necə  işlədilməsindən  göründüyü  kimi,  ümumi  olanı  xarakterik  olan 
görünüşündə verir. Xəsisliyi Şeylok və ya Hacı Qara xarakterində  buna örnək kimi göstərmək olar. 
Ona  görə  də  Ortaçağın,  Maarifçi  mədəniyyətlərin  tipoloji  modelləri  abstrakt  parametrlərdə  yox, 
məhz skulptur qabartıda, stereoskopiklikdə görükdürülməlidir.   
Tipoloji  axtarışların  o  biri  üzü  fərqləndirmə  aktlarıdır.  Əgər  düşünmək  üçün  hansısa 
mədəniyyət  hadisələrini  bir  tipdə  birləşdirirsənsə,  bu  tipin  necəliyini  aydınlaşdırmaq  üçün  onu 
başqalarından  fərqləndirmək  lazımdır.  Yapon  mədəniyyətinin  tipoloji  analizi  onu  utancaqlıq 
mədəniyəti  kimi  kvalifikasiya  etməyə  imkan  verirsə,  bu,  mədəniyyəti  Qərbin  günah  duyğularına 
köklənmiş mədəniyyətindən fərqləndirmək məsələsini aktual edir [5.p.112-114]. 
 Azərbaycan  kulturologiyası  müsəlman  mədəniyyətinin  tipoloji  cəhəti  kimi  ornamentallığı 
götürmüşdü.  Bu  ideya  belə  izah  edilirdi  ki,  müsəlman  şüuru  üçün  tekstin  düzümü,  qrammatikası 
naxış bəzəyində olanda fakt tekst statusunu alır. Naxış eyni motivlərin bütün müstəvidə təkrarıdır. 
Bəzək  effektini  məhz  bu  təkrarlar  verir.  Motivlərin  ornamental  təkrarını  biz  təkcə  xalçada, 
memarlıqda  yox,  qəzəllərdə  də  görürük.  Ornamentallıq  səbəbindəndir  ki,  müsəlman  mədəniyyəti 
boşluğu sevmirdi, rastına boşluq çıxan kimi onu ornamentləşdirməklə ortadan götürməyə çalışırdı. 
Bütün  bu söylənənlər müsəlman mədəniyyətinin tipoloji  xarakteristikasını verir,  çünki  memarlığı, 
verbal  sənəti,  miniatürləri  bir  əlamətdə,  bir  tipdə,  -  ornamentallıqda  birləşdirir.  Həmin 
birləşdirmənin  əksi  kimi  Çin  mədəniyyətinin  tipologiyası  göstərilir.  Bu  axırıncı  Dao  fəlsəfəsinin 
təsiri altında boşluqdan tekst fraqmenti kimi geniş istifadə edirdi  [6. с.131-132].  


174 
 
Tipoloji  model  qurmaq  üçün  mədəniyyətin  daxilindəki  hadisələri  gözlənməz  əlamət 
ətrafında birləşdirmək və bununla da həmin hadisələri başqalarından ayırmaq tədqiqatın təhkiyəsini 
xüsusi  ifadəlilik  şiddətinə  qaldırır.  Bunu  mərhum  Azərbacan  filosofu  Həsən  Quliyevin  aşağıda 
gətirəcəyimiz kulturoloji fikirlərindən  yaxşı  görmək olar.  O belə bir əlamət  kimi  zibili götürərək 
göstərirdi  ki,  arxeologiya,  əslində,  arxaik  mədəniyyətlərdən  tapdığı  zibillər  əsasında 
həmin  mədəniyyətləri  rekonstruksiya  edir.  Hər  kültürün zibil  baxımından  öz  sifəti  var. 
Hər  mental  tarixin  öz  zibilləmək  və  zibildən  istif adə  etmək  texnologiyası  var.  Bir 
mədəniyyətin  zibili  başqa  mədəniyyətdə  qeyri -zibil  hesab  oluna  bilər.  Azərbaycan 
mədəniyyətində öz yaşayış sahənlə özgə sahə arasından keçən sərhəd zolağında, adətən, zibillik çox 
olur. Çünki azərbaycanlı öz evindən zibili çölə atır və bu zaman evin zibili mənfi qavranılsa da, çöl 
məkana  süpürülmüş  zibil  heç  də  elə  qavranılmır,  ona  görə  də  azərbaycanlı  küçəni  zibilləməsinə 
pintilik kimi baxmır. Özəl dünyalar arasındakı sınırları, - küçələri hamı yad sayır və zibili ora atır. 
Azərbaycanlı  üçün  təmizlik  öz  yaxşı  dünyanı  başqa,  yad  dünyalardan  ayırmaq  üçün  ciddi 
vasitələrdəndir.  Azərbaycanlı  zibil  arxetipinin  təsiri  altında  durmadan  zibili  başqasının  məkanına 
süpürməyə  məhkumdur.  Alim  bu  məsələ  ilə  bağlı  bir  təmizlik  paradoksunu  da  açır:  azərbaycanlı 
qadın  xalçanı  küçədən  keçənlərin  başına  çırpanda,  bu  heç  də  onun  keçənlərə  pis  yanaşmasından 
gəlmir. O, sadəcə, zibil arxetipinin təsiri altında təmizlik işi aparır. Maraqlıdır ki, söhbətində Həsən 
Quliyev  «zibil  fəlsəfəsi»  deyimini  də  işlətmişdi  [7.  с.164-169].  Filosof  bununla  sanki 
zibilin mədəniyyətdə tipoloji araşdırmalar üçün yüksək eyniləşdirmək və fərqləndirmək 
statusunu  müəyyən  etmək  istəmişdi.  İndi  konkretləşdirib  deyə  bilərik  ki,  epistemoloji 
paradiqmalar  olan  «eyniləşdirmə»  və  «fərqləndirmə»,-bu  ikisini  birləşdirib  «eyniləşdirmə-
fərqləndirmə»  paradiqması  da  adlandırmaq  olar,-taksonomik,  tipoloji  və  kompravistik 
kulturologiyanın  əsas  idrak  vasitələridir.  Onların  kulturoloji  düşüncələrdə  paradiqma  olaraq  necə 
işləməsini  və  mədəniyyəti  necə  maraqlı  söyləmdə,  narrasiyada  açmasını  post-struktrualist 
intellektual Mişel  Fukodan gətirdiyimiz fikirlər  yaxşı  göstərir. Bu alim  kitabında  yazırdı ki,  16-cı 
əsrəcən oxşarlıq kateqoriyası və onunla qohum anlayışlar Qərb mədəniyyəti çərçivəsində bilik üçün 
konstruktiv  rol  oynamışdı.  Oxşarlıq  tekstlərin  şərhini,  simvolların  düzümünü  (qrammatikasını), 
eləcə  də  bədii  əsərləri  idarə  edirdi.  Bu  yüzildə  oxşarlığı  bildirən  sözlərin  siyahısı  da  çox  idi. 
Məsələn,  pərçimlənmək  (convenientia)  belə  sözlərdən  biri  kimi  mülahizələrdə  geniş  işlənirdi. 
Pərçimlənməkdə oxşarlıq qonşulaşmaq, bir-birinə hansı nöqtədə isə yapışmaqdan alınır (metonimik 
işarələri  yada  salın).  Oxşarlıq  epistemasının  hökmüranlıq  etdiyi  dövrdə  düşünürdülər  ki,  ruh  və 
bədən bir-birinə pərçimlənib, ona görə də bir-birindən təsirlənə bilirlər. Günah Allah-təalanın ruhu 
materiyanın  içinə  qoymasından  doğub.  Ona  görə  də  nəfsin  ehtiraslarının  oynatdığı  bədən 
korlanmağa  məhkum  olur.  Dünyanın  hər  şeyi  çulğalıyan,  bürüyən  «qrammatikasındakı» 
pərçimləmək  qaydası  sayəsində  ən  müxtəlif  cisimlər  bir-birinə  cürbəcür  təsirlər  ötürür. 
Hermenevtika  işarələri  danışdıran  biliklər  toplusudur.  Semiologiya  işarələrin  harada  olmasını 
tapmağa  imkan  verən,  onların  bağlantılarını  açan  biliklər  toplusudur.  İşarələrin  qanunlarını 
axtarmaq bir-birinə oxşar cismləri tapmaq kimidir. Mənanı tapmaq da oxşartıları tapmaqdır. Fukoya 
görə 16-cı əsrin episteması belə izah edilə bilər [8. с.61-76]. Daha sonra fransız filosofu göstərirdi 
ki, Don Kixot Eyniliyin  qəhrəmanıdır. O eyniliklər, oxşartılar əsasında düşünür və öz növbəsində 
eyniliklər, oxşartılar da davamlı onu ələ salır, gülünc vəziyyətlərə düçar edirdilər. "Don Kixot" yeni 
çağın ilk əsəridir ki, eynilik və fərqin epistemoloji gücünü amansızcasna ələ salır. 
Fuko aydın etdi ki, 17-ci əsrdən mədəniyyətdə və təfəkkürdə oxşarlıq prinsipinin hörmətdən 
düşməsi  başlayır.  Dekart  "Ağıl  üçün  tövsiyə  qaydaları"  əsərində  oxşartıların  necə  çaşdırmasını 
anladır. Bekonun idollar nəzəriyyəsi isə oxşartıların yanıldıcı təsirini nümayiş etdirdi . 
Fuko  kitabında  epistemadan  danışanda  əslində  paradiqmalardan  söhbət  açırdı.  Düzdür, 
Tomas  Kun  «paradiqma»  termini  ilə  daha  çox  təbiətşünaslıq  elmlərini  idarə  edən  mental  əsasları 
nəzərdə  tuturdu.  Fuko  isə  «epistema»  termini  ilə  alimlərin  də,  adi  insanların  da,  sənətçilərin  də 
idrakını  idarə  edən  vahidləri  bir  anlayış-termində  birləşdirirdi.  Bu  mənada  onun  termininin  əhatə 
dairəsi  «paradiqma»dan  geniş idi. Ancaq hər-halda  «epistema»  «paradiqma»dan populyar olmadı. 
Hərçənd  Fukonun  16-17-ci  əsrlərin  mədəniyyəti  haqqında  açdıqları  həm  də  paradiqmaların 
kulturoloji nəzəriyyələrdə necə işləməsinə yaxşı örnəklər verdi. 
Kulturologiya tarixində müqayisəli tədqiqatlar sayəsində mədəniyyətin tipoloji modellərinin 
qurulması  bir  neçə  istiqamətdə  gedib.  19-cu  əsrdə  hansısa  kültür  faktının  bütün  mədəniyyətlərdə 
variant  dəyişmələri  ilə  invariant  əsasını  tapmağı  tipoloji  təfəkkür  tələb  edirdi.  Bu  işdə  xüsusi  ilə 
Frezerin «Əhdi-ətiq və folklor» əsəri populyarlaşdırıcı rol oynamışdı. O, məsələn, bir çox qitələrin 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə