- 37 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
ediləsi torpaqlara qarşı səfərdə Sücaəddin Süleyman bəy və Gülabi bəy
Bektaşla birlikdə ÜÇKİLSƏ yolu ilə keçib ramazan ayında düşmən
ərazisinə çatdı”.
29
Onu da əlavə edək ki, Orta əsrlərdə Şərqi Anadolunun bir hissəsi
Qaraqoyunlu, Ağqoyunlu, sonralar isə Səfəvi dövlətlərinin ərazisi olmuşdu. Bu
torpaqların böyük qismi yalnız Çaldıran döyüşündən sonra Osmanlı xanədanının
əlinə keçmişdi. Vaxtilə, Ağqoyunlu, Qaraqoyunlu və Osmanlı hökmdarları
ermənilərdən bir-birinə qarşı istifadə etmişdilər. Məsələn, erməniləri Osmanlı
xanədanının təsiri altından çıxarmaq məqsədilə Qaraqoyunlu hökmdarı
Cahan şah Həqiqinin fərmanı ilə
1441-ci ildə erməni katolikosluğunu Şərqi
Anadoludan Qərbi Azərbaycana - Üçmüədzin bölgəsinə köçürmüşdülər.
Osmanlı sultanı Fateh Sultan Mehmet isə 1476-cı ildə ermənilərin “kendilərinə
qayıdışı” üçün Bursa katolikosluğunu İstanbula gətirmiş, məmləkət ərazisindəki
bütün xristian icmalarını onun tabeliyinə vermişdi. Karl Qoldoninin “İki ağanın
bir nökəri” pyesinin obrazlarını xatırladan ermənilər öz növbələrində onların
hər birinə ayrı-ayrılıqda “sədaqətlə” xidmət etmişdilər. Xatırladaq ki, XV əsrin
40-cı illərində “vahid erməni dini mərkəzi” anlayışı da olmamışdı. Erməni
kilsəsi müstəqil fəaliyyət göstərən və bir-birinə
düşmən münasibəti bəsləyən
patriarxlıqlara bölünmüşdü.
Üçkilsənin və ya “Üçmüədzin” adlandırılan ərazinin tarixən nə ermənilərə,
nə də erməni kilsəsinə aidiyyatı olmasına dair sübutlar Azərbaycan tədqiqatçısı
Gültəkin Nəcəflinin “İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali
Azərbaycan torpaqlarına köçürülməsi” kitabında geniş əks olunmuşdur.
Müəllif haqlı olaraq bildirir ki, ermənilərin Cənubi Qafqaza gəlişi yalnız
XV əsrə təsadüf edir. Belə ki, Qaraqoyunlu hökmdarı Cahan şahın icazəsi ilə
1441-ci ildə erməni katolikosluğunun mərkəzinin Kilikiyanın Sis şəhərindən
Azərbaycan ilə İrəvan
(Çuxursədd) bölgəsinə
köçürülməsinə qədər Cənubi
Qafqazda ermənilər yaşamamışdılar. Üçmüədzin
(Üçkilsə) adlanan ərazinin
də ermənilərlə heç bir tarixi bağlılığı yoxdur. Vaxtilə burada Qafqaz Albaniyası
xristianlarına aid monastır tikililəri olmuşdu. Üstəlik, XVIII əsrdə yaşamış
erməni müəllifi, katolikos
Simeon “Cambr” əsərində həmin ərazidəki 23 kəndin
azərbaycanlılardan necə, hansı yollarla alındığını açıq şəkildə göstərir.
30
Hətta
müasir erməni kilsə ədəbiyyatı və ermənipərəst mənbələr
ziddiyyətli məlumatlar
versələr də, bu faktı eyhamla təsdiqləməyə məhkumdurlar. Lakin erməni
tarixi təkcə mürəkkəb “pazl oyunu” deyil, həm də maraqlı detektiv xarakteri
daşıdığı üçün yuxarıdakı elmi qənaəti tam, qismən və ya bilmədən təsdiqləyən
“ekspertiza materialları”nın düzgün düzülüşü xüsusi diqqət tələb edir. Məsələn,
29 Хунджи Фазлуллах ибн Рузбихан. “Тарих-и алам-ара-йи амини”. http://www.vostlit.info/Texts/rus/Hunji/frametext1.htm
30 Nəcəfli G. “İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”. Bakı, Azərbaycan, 2010
- 38 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
1969-1978-ci illər ərzində nəşr olunmuş “Böyük Sovet Ensiklopediyası”
toplusunda
ermənilərin guya, eramızın ilk əsrlərində xristianlığı qəbul etmələri
vurğulanaraq,
“Eçmiədzin kafedral kilsəsinin 303-cü ildə inşa edilməsi,
…erməni kilsəsinin IV əsrdən etibarən iri torpaq sahələrinə (indiki
Ermənistan Respublikası ərazisində – A.Q.) malik olan güclü iqtisadi və ideoloji
təşkilata çevrilməsi” qeyd olunur.
31
“Wikipedia
” açıq ensiklopediyasında
isə erməni katolikosluğunun Üçkilsəyə köçürülməsinin səbəb və zərurəti
barədə bildirilir ki,
“XV əsrdə Yaxın Şərqdə vəziyyət xeyli dəyişmişdi.
Aramsız qarşıdurmalar nəticəsində regionun son xristian dövlətləri
süquta yetirilmişdilər. Erməni kilsəsinin Kilikiyadan tarixi Ermənistan
torpaqlarına (oxu: tarixi Azərbaycan ərazilərinə) köçürülməsindən az sonra
region qüdrətli Osmanlı və Səfəvi dövlətləri arasında bölünmüşdü. Həmin
dövrdə erməni patriarxlığı - Eçmiədzin İranın (Azərbaycanın) ərazilərində
qalmış, ermənilər muxtariyyət hüquqlarını tamamilə itirmişdilər. Erməni
millətini təmsil edə, ictimai həyatına təsir göstərə biləcək yeganə institut
erməni kilsəsi olmuşdu”.
32
Lakin, Simeon Eçmiədzin patriarxlığının yaranmasını 1441-ci ildə
əsas təbərrükün - Müqəddəs Qriqorinin sağ qolunun oraya gətirilməsi ilə
əlaqələndirir. Onu
da əlavə edir ki, həmin il Qaraqoyunlu hökmdarı Cahan
şah xüsusi fərman verərək ermənilərin baş məbədini Üçkilsəyə köçürür və
Qriqorinin şaqqalanmış cəsəd qalığının məlum hissəsini müqəddəs əmanət
qismində onlara hədiyyə edir. Erməni-qriqorian kilsəsi ilə bağlı saytlar isə bu
olayla bağlı bildirirlər ki,
“1441-ci ildə çar (?)
Milli Məclisi (?!)
və erməni
kilsə xadimlərini bir yerə toplayıb patriarxlığın Eçmiədzinə köçürülməsi
ilə bağlı fərman verir”.
33
Həmin
tarixə digər mənbələrdə, amma daha fərqli
yozumda rast gəlirik. Məsələn, erməni diasporunun Rusiyada çıxan “Ноев
ковчег” qəzeti erməni patriarxlığının tarixi Azərbaycan ərazisinə “miqrasiyasını”
açıq şəkildə təhrif etsə də, gerçəklikləri tam olaraq gizlədə bilməmişdir.
Qəzet din xadimlərinə istinadən bildirir ki, 1441-ci il may ayının 5-də - kilsə
bayramı günü Eçmiədzin arximandritlərindən
(ali rahib rütbəsi) Hovanes
Yermonetsi və Tovma Metsopetsi həmin gün 800 ruhaninin və zadəganın
iştirakı
ilə Milli-kilsə məclisi
(toplantının yeri məqsədli şəkildə göstərilmir)
keçirmiş və toplantı
“patriarx taxt-tacının ermənilərdən qopardılmış Şərqi
Ermənistana (?) qaytarılması barədə qərar çıxarmışdı. Çünki indiyədək
erməni gerçəkliklərindən ayrı düşmüş kilsə özünün mənəvi, mədəni və
birləşdirici funksiyasını yerinə yetirə bilmirdi”. Üstəlik, yazı müəllifləri
31 http://slovari.yandex.ru/~книги/БСЭ/Армянская%20апостольская%20церковь/
32 ru.wikipedia.org/wiki/Армянская_апостольская_церковь
33 Эчмиадзин, Армянская апостольская церковь. http://www.reportarmenia.com/ru