ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə13/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   9   10   11   12   13   14   15   16   ...   95

- 37 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
ediləsi torpaqlara qarşı səfərdə Sücaəddin Süleyman bəy və Gülabi bəy 
Bektaşla birlikdə ÜÇKİLSƏ yolu ilə keçib ramazan ayında düşmən 
ərazisinə çatdı”.
29
 
Onu da əlavə edək ki, Orta əsrlərdə Şərqi Anadolunun bir hissəsi 
Qaraqoyunlu, Ağqoyunlu, sonralar isə Səfəvi dövlətlərinin ərazisi olmuşdu. Bu 
torpaqların böyük qismi yalnız Çaldıran döyüşündən sonra Osmanlı xanədanının 
əlinə keçmişdi. Vaxtilə, Ağqoyunlu, Qaraqoyunlu və Osmanlı hökmdarları 
ermənilərdən bir-birinə qarşı istifadə etmişdilər. Məsələn, erməniləri Osmanlı 
xanədanının təsiri altından çıxarmaq məqsədilə Qaraqoyunlu hökmdarı 
Cahan şah Həqiqinin fərmanı ilə
  1441-ci ildə erməni katolikosluğunu Şərqi 
Anadoludan  Qərbi Azərbaycana - Üçmüədzin  bölgəsinə köçürmüşdülər. 
Osmanlı sultanı Fateh Sultan Mehmet isə 1476-cı ildə ermənilərin “kendilərinə 
qayıdışı” üçün Bursa katolikosluğunu İstanbula gətirmiş, məmləkət ərazisindəki 
bütün xristian icmalarını onun tabeliyinə vermişdi. Karl Qoldoninin “İki ağanın 
bir nökəri” pyesinin obrazlarını xatırladan ermənilər öz növbələrində onların 
hər birinə ayrı-ayrılıqda “sədaqətlə” xidmət etmişdilər. Xatırladaq ki, XV əsrin 
40-cı illərində “vahid erməni dini mərkəzi” anlayışı da olmamışdı. Erməni 
kilsəsi müstəqil fəaliyyət göstərən və bir-birinə düşmən münasibəti bəsləyən 
patriarxlıqlara bölünmüşdü.  
Üçkilsənin və ya “Üçmüədzin” adlandırılan ərazinin tarixən nə ermənilərə, 
nə də erməni kilsəsinə aidiyyatı olmasına dair sübutlar Azərbaycan tədqiqatçısı 
Gültəkin Nəcəflinin “İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali 
Azərbaycan torpaqlarına köçürülməsi” kitabında geniş əks olunmuşdur.
 
Müəllif haqlı olaraq bildirir ki, ermənilərin Cənubi Qafqaza gəlişi yalnız 
XV əsrə təsadüf edir. Belə ki, Qaraqoyunlu hökmdarı Cahan şahın icazəsi ilə 
1441-ci ildə erməni katolikosluğunun mərkəzinin Kilikiyanın Sis şəhərindən 
Azərbaycan ilə İrəvan
  (Çuxursədd)  bölgəsinə köçürülməsinə qədər Cənubi 
Qafqazda ermənilər yaşamamışdılar. Üçmüədzin 
(Üçkilsə) adlanan ərazinin 
də ermənilərlə heç bir tarixi bağlılığı yoxdur. Vaxtilə burada Qafqaz Albaniyası 
xristianlarına aid monastır tikililəri olmuşdu. Üstəlik, XVIII əsrdə yaşamış 
erməni müəllifi, katolikos  
Simeon “Cambr” əsərində həmin ərazidəki 23 kəndin 
azərbaycanlılardan necə, hansı yollarla alındığını açıq şəkildə göstərir.
30
 Hətta 
müasir erməni kilsə ədəbiyyatı və ermənipərəst mənbələr ziddiyyətli məlumatlar 
versələr də, bu faktı eyhamla təsdiqləməyə məhkumdurlar. Lakin erməni 
tarixi təkcə mürəkkəb “pazl oyunu” deyil, həm də maraqlı detektiv xarakteri 
daşıdığı üçün yuxarıdakı elmi qənaəti tam, qismən və ya bilmədən təsdiqləyən 
“ekspertiza materialları”nın düzgün düzülüşü xüsusi diqqət tələb edir. Məsələn, 
29   Хунджи Фазлуллах ибн Рузбихан. “Тарих-и алам-ара-йи амини”. http://www.vostlit.info/Texts/rus/Hunji/frametext1.htm
30   Nəcəfli G. “İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”. Bakı, Azərbaycan, 2010


- 38 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
1969-1978-ci illər ərzində nəşr olunmuş “Böyük Sovet Ensiklopediyası” 
toplusunda ermənilərin guya, eramızın ilk əsrlərində xristianlığı qəbul etmələri 
vurğulanaraq,
  “Eçmiədzin kafedral kilsəsinin 303-cü ildə inşa edilməsi, 
…erməni kilsəsinin IV əsrdən etibarən iri torpaq sahələrinə (indiki 
Ermənistan Respublikası ərazisində – A.Q.) malik olan güclü iqtisadi və ideoloji 
təşkilata çevrilməsi” qeyd olunur.
31
  “Wikipedia açıq ensiklopediyasında 
isə erməni katolikosluğunun Üçkilsəyə köçürülməsinin səbəb və zərurəti 
barədə bildirilir ki, 
“XV əsrdə Yaxın Şərqdə vəziyyət xeyli dəyişmişdi. 
Aramsız qarşıdurmalar nəticəsində regionun son xristian dövlətləri 
süquta yetirilmişdilər. Erməni kilsəsinin Kilikiyadan tarixi Ermənistan 
torpaqlarına (oxu: tarixi Azərbaycan ərazilərinə) köçürülməsindən az sonra 
region qüdrətli Osmanlı və Səfəvi dövlətləri arasında bölünmüşdü. Həmin 
dövrdə erməni patriarxlığı - Eçmiədzin İranın (Azərbaycanın) ərazilərində 
qalmış, ermənilər muxtariyyət hüquqlarını tamamilə itirmişdilər. Erməni 
millətini təmsil edə, ictimai həyatına təsir göstərə biləcək yeganə institut 
erməni kilsəsi olmuşdu”.
32
 
Lakin, Simeon Eçmiədzin patriarxlığının yaranmasını 1441-ci ildə 
əsas təbərrükün - Müqəddəs Qriqorinin sağ qolunun oraya gətirilməsi ilə 
əlaqələndirir. Onu da əlavə edir ki, həmin il Qaraqoyunlu hökmdarı Cahan 
şah xüsusi fərman verərək ermənilərin baş məbədini Üçkilsəyə köçürür və 
Qriqorinin şaqqalanmış cəsəd qalığının məlum hissəsini müqəddəs əmanət 
qismində onlara hədiyyə edir. Erməni-qriqorian kilsəsi ilə bağlı saytlar isə bu 
olayla bağlı bildirirlər ki, 
“1441-ci ildə çar (?) Milli Məclisi (?!) və erməni 
kilsə xadimlərini bir yerə toplayıb patriarxlığın Eçmiədzinə köçürülməsi 
ilə bağlı fərman verir”.
33
 Həmin tarixə digər mənbələrdə, amma daha fərqli 
yozumda rast gəlirik. Məsələn, erməni diasporunun Rusiyada çıxan “Ноев 
ковчег” qəzeti erməni patriarxlığının tarixi Azərbaycan ərazisinə “miqrasiyasını” 
açıq şəkildə təhrif etsə də, gerçəklikləri tam olaraq gizlədə bilməmişdir. 
Qəzet din xadimlərinə istinadən bildirir ki, 1441-ci il may ayının 5-də - kilsə 
bayramı günü Eçmiədzin arximandritlərindən 
(ali rahib rütbəsi) Hovanes 
Yermonetsi və Tovma Metsopetsi həmin gün 800 ruhaninin və zadəganın 
iştirakı ilə Milli-kilsə məclisi 
(toplantının yeri məqsədli şəkildə göstərilmir) 
keçirmiş və toplantı
 “patriarx taxt-tacının ermənilərdən qopardılmış Şərqi 
Ermənistana (?) qaytarılması barədə qərar çıxarmışdı. Çünki indiyədək 
erməni gerçəkliklərindən ayrı düşmüş kilsə özünün mənəvi, mədəni və 
birləşdirici funksiyasını yerinə yetirə bilmirdi”. Üstəlik, yazı müəllifləri 
31   http://slovari.yandex.ru/~книги/БСЭ/Армянская%20апостольская%20церковь/
32   ru.wikipedia.org/wiki/Армянская_апостольская_церковь
33   Эчмиадзин, Армянская апостольская церковь. http://www.reportarmenia.com/ru 


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə