ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə14/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   10   11   12   13   14   15   16   17   ...   95

- 39 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Üçkilsədə “ermənilərin tarixən məskunlaşdığını” Rusiya oxucusunun diqqətinə 
çatdırmaq məqsədilə ilk baxışdan əhəmiyyətsiz görünən “ötəri” bir detalı da 
əlavə etməyi unutmamışdılar:
 “Dilənçi vəziyyətinə düşmüş katolikosluğun 
fəaliyyətini gücləndirmək niyyətilə knyaz Rüstəm Orbelyan Eçmiədzin 
monastırına yeddi kənd hədiyyə etmişdi”.
34
 
“Sünik tarixinə dair oçerklər. IX-XV əsrlər” kitabının müəllifi, erməni 
tarixçisi 
Qriqor Qriqoryanın təqdim etdiyi versiyada peşəkar tarixçi 
saxtakarlığı “obyektiv tədqiqatçı pedantlığı” arxasında məharətlə gizlədilmişdir. 
Kitabda erməni patriarxlığının Üçkilsəyə köçürülməsindən bəhs edən “Sünik 
türkmən tayfalarının basqınları dövründə” adlanan fəsil yazı üslubuna görə 
tarixçi əsərindən daha çox ötən əsrin 60-cı illərinin partiya hesabat-seçki 
yığıncaqlarının yekun protokoluna bənzəyir. Sanki, Q.Qriqoryan 1441-ci ildə 
keçirilmiş “erməni kilsə məclisində” şəxsən iştirak etmiş, toplantının katibi 
seçilmişdi. 
Onun yazdıqlarına görə, həmin iclasda ermənilər müstəqil şəkildə, ruh 
yüksəkliyi ilə, eləcə də yekdilliklə patriarxlığı Eçmiədzinə “qaytarmaq” barədə 
qərar qəbul etmişdilər! Halbuki, həmin qərarı Qaraqoyunlu hökmdarı Cahan 
şah vermiş və toplantı Eçmiədzində deyil, İsfahanda, özü də kiçik heyətin 
iştirakı ilə baş tutmuşdu. Unikal rəsmi üslubu saxlamaq şərti ilə müəllifdən kiçik 
sitat gətirək: “
1441-ci ildə İrəvan bəyi Yaqubun  (etnik mənşəyi göstərilmir. 
Cahan şahın əmri ilə 1440-cı ildən İrəvan hakimi olmuşdur - A.Q.)  göstərişi 
ilə 300 vardapet, yepiskop, zadəgan yeni katolikos seçmək məqsədilə 
Eçmiədzinə toplaşmışdılar. İclasın gündəliyinə iki məsələ salınmışdı: 
1. Eçmiədzini bütün dünya ermənilərinin mənəvi-inzibati mərkəzi elan 
etmək. 2. Yeni patriarx seçkiləri.  Müzakirələr zamanı Eçmiədzin taxt-
tacının Kilikiyadan Eçmiədzinə köçürülməsinin vacibliyi məsələsinə 
də ətraflı toxunulmuşdu. Bu barədə yazıçı-tarixçi Tovma Metsopetsi 
məruzə ilə çıxış etmişdi...”.
35
 Q.Qriqoryan yarana biləcək şübhələri dağıtmaq 
üçün yuxarıda adı çəkilən “erməni knyazı Rüstəm Orbelyan”ın şəxsiyyətinə 
də müəyyən aydınlıq gətirməyə çalışmışdır. Onun əsərindən belə məlum 
olur ki, “Sünikin Orbelyanlar nəslindən” olan erməni Rüstəm heç də “knyaz” 
deyilmiş, 
“Cəlal bəyin oğlu, İrəvan şəhərinin əmiri” imiş. Cənab Qriqoryana 
yardım məqsədilə bildirək ki, Gürcüstanda Orbeli 
(Orbeliani) nəslinin 
davamçılarının bir qolu bu gün də  “Cambakuryani” familiyasını daşıyır. 
Xatırladaq ki, “erməni Heredotu” Movses Xorenatsi Mamikonlar sülaləsindən 
bəhs edərkən onların “çen-bakur” 
(bəzən yanlış olaraq, “çin-batır” da yazırlar) 
34 
 Хранители Десницы. “Ноев ковчег”.   http://www.noev-kovcheg.ru/mag/2006-10/209.html#ixzz33kZFp7AB 
35   Григорян Г. Очерки истории Сюника IX—XV вв..
 Глава шестая, Сюник в период нашествий тюркменских племен. 
http://www.armenianhouse.org/grigoryan-grigor/syunik/ch6.html


- 40 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
tilulu daşıdıqlarını vurğulamışdır. Digər İrəvan alimi, ermənilərin Qərbi 
Azərbaycana köçürülməsinə dair Matenadaranda saxlanılan tarixi sənədləri 
saxtalaşdıran professor 
Akop Papazyan isə bu qənaətdədir ki, “Cəlal” əslinə 
qalsa, “əmir Rüstəmin” atasının deyil, babasının adı olmuşdu. Rüstəmin atası isə 
“Paxradavan” adını daşımışdır. Protokol qaydasında olmasa da, hər iki tarixçiyə 
təbii bir sual ünvanlamaq istərdik: əgər Rüstəm həqiqətən də İrəvanın əmiri 
olmuşdusa, görəsən nə üçün iclasın keçirilməsinə dair razılığı ondan status 
etibarı ilə çox aşağı  olan Yaqub bəydən almışdı?   
XIX əsrin əvvəllərinədək İrəvan xanlığı 
(Çuxursədd) əhalisinin mütləq 
əksəriyyəti Azərbaycan türklərindən ibarət idi və 1441-ci ildə erməni 
katolikosluğu həmin əraziyə köçürülənə qədər burada ermənilərə məxsus 
kənd və yaxud torpaq sahəsi olmamışdı. 1700-cü ilin yazında İrə    vanda olmuş 
alman səyyahı Kaspari Şillinger də təsdiq edir ki, İrəvan şə hə rin də Az ər baycan 
türkləri tam üstünlük təşkil edirdilər. O yazır:
  ”İrə van  şə hə ri nin  da xi lin  də 
yalnız iranlılar  (Az ər  bay can  türk ləri), şəhərin nisbətən iri qəsəbəsində (o 
cümlədən  Üç kil sə də) və müx təlif yer lərdə kilsəyə xidmət üçün erməni tacir 
və  sə nət kar ları  ya şa yırlar.  Onlar  iranlılara (Azərbaycan  türk lə rinə) vergi ve-
rir lər”. İbrahim Bayramovun “Qərbi Azərbaycanın türk mənşəli toponimləri” 
kitabında Üçkilsə rayonu haqqında bildirilir:
 “1945-ci il martın 3-nə kimi 
bura “Vağarşabad” adlanmışdır. 3 mart 1945-ci ildən “Eçmiədzin” adlanır. 
XI əsrə qədər rayonun ərazisi ərəblərin işğalı altında olmuş, XI-XIII 
əsrlərdə səlcuqların, XIV-XV əsrlərdə monqollarm hakimiyyətinə tabe 
olmuşdur. XV-XVI əsrlərdə Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin 
hakimiyyətinin tabeliyində, daha sonra 1502-1827-ci illərdə İrəvan 
xanlığının inzibati ərazi bölgüsünə daxil olmuşdur... 1828-ci ildə bağlanan 
Türkmənçay müqaviləsinə əsasən, 1828-1830-cu illərdə buraya İranın 
Xoy və Salmas, Türkiyənin Van, İqdır, Sürməli vilayətlərindən ermənilər 
köçürülmüşdür”.
36
 
 Yeri gəlmişkən, tanınmış fransız arxeoloqu baron 
Jozef dö Bay (1853-1931-
ci illər) Eçmiədzində olarkən onu erməni kilsəsinin ekspozisiyası - müqəddəs 
əmanətləri ilə də tanış etmişdilər. Ekskursiyadan sonra vətəninə qayıdan 
arxeoloq ermənilərin saxtakarlıq səylərini gülüş hədəfinə çevirən məqalə 
yazmışdı. Məlum olmuşdu ki, həmin “eksponatlar”, məsələn, eramızdan əvvəl 
“Böyük Ermənistan” dövlətində hazırlanmış nəfis ipək parçaların ornamenti 
eynilə Avropanın rokkoko stilindədir. “Erməni xalçaları” isə İran ustaları 
tərəfindən toxunmuşdu. Bundan başqa, Eçmiədzindəki “ermənilərin baş kilsəsi” 
heç də IV əsrdə deyil, XV əsrdə və nədənsə Şərq islam memarlığı ənənələri 
36   Bayramov İ. “Qərbi Azərbaycanın türk mənşəli toponimləri”, Bakı: Elm, 2002 


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə