ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə17/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   13   14   15   16   17   18   19   20   ...   95

- 46 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
tarix ədəbiyyatında yer almışdır. Halbuki, şəhərin adı tarixi əsərlərdə fərqli 
şəkillərdə tələffüz olunur. Məsələn, erməni salnaməçisi Movses Xorenatsinin 
“Tarix” kitabının 1841-ci ildə Fransada nəşr olunmuş nüsxəsinin orijinal 
mətnində şəhərin adı Դուին
 
şəklində qeyd olunmuşdur.
46
 Bu da günümüzdəki 
şərqi ermənicə tələffüz edildikdə 
Douin/Dowin şəklində oxunur. Lakin 
mətnin fransızca tərcüməsində şəhərin adı 
Touin
 
şəklində yazılmışdır.
47
 Çünki 
-Դ hərfi şərqi ermənicədə 
-d kimi oxunduğu halda, qərbi ermənicədə -kimi 
tələffüz edilir. XIII əsr erməni salnaməçisi Vardapet Vardan Areveltsinin “Tarix” 
adlı əsərinin Mkrtıç Emin
 (Nikita Osipoviç, 1815-1890, həm də Rus çarının gizli 
müşaviri) tərəfindən edilmiş rusca tərcüməsində isə şəhərin adı bir yerdə Duin 
şəklində tələffüz olunur: “
Pars çarı Hörmüzdün hakimiyyətinin ikinci və 
Konstansinin səkkizinci ilində taxta keçən bizim Xosrov öz ölkəsində 9 
il padşahlıq elədi. O, təpə” anlamını verən Duin şəhərini qurdu, oraya 
Artaşat şəhərinin əhalisini onların razılığı ilə köçürdü və özünə saray 
tikdirdi”.
48
   
Lakin həmin əsərin digər hissələrində şəhərin adı bir neçə dəfə 
Devin 
(Tevin) şəklində də qeyd olunmuşdur: “Sembat (Smbat) padşahın izni ilə öz 
torpağına baxmaq üçün yola çıxdı. Devinə gəldikdən sonra isə müqəddəs 
Vardan tərəfindən taxtadan tikilmiş müqəddəs Qriqori adına kilsəni 
yenidən inşa etdi...
49
1178-ci ildə müqəddəs xaçın gücü ilə Yerusəlim 
(Qüds) kralı öz 300 cəngavərinin başında 140 minlik ordusu ilə Yerusəlimi 
almağa gəlmiş Səlahəddini (Səlahəddin Əyyubi) darmadağın etdi. Onun 
(Səlahəddinin) ilk adı “Usuyt” idi. Devinli bədbəxt Əyyubun oğlu idi. 
Şöhrət qazandıqdan sonra isə Səlahəddin, yəni dinin barışı” kimi ad 
qazandı...”.
50
 
Bəllidir ki, bir tarixi salnamənin içində şəhərin adı bir necə cür tələffüz 
olunursa, bu da müxtəlif dövrlərdə əsərin üzünü köçürən, onu redaktə edən 
katiblərin fərqli tələffüzləri ilə əlaqədardır. Məsələn, Vardanın yuxarıda adı 
çəkilən əsərinin qrabarca Venesiya nüsxəsində şəhərin adı bütün hallarda 
Դուին  (Dowin/Towin)
 
şəklində qeyd olunmuşdu.
51
 Görünür, Venesiya 
nüsxəsinin tərtibatçıları şəhərin adının vahid transkripsiyası barədə ortaq qərar 
almışdılar. Çünki 
Favstos Buzandın (IV-V əsrlər) əsərinin qrabarca Venesiya 
46   Moise De Kxorene. Histoire d’Armenie. Venesiya, 1841. II cild 
47   Yenə orada
48   Арвелеци В. Всеобщая история. Москва, 1861, II часть 
49   Yenə orada 
50   Yenə orada
51   Hawakuan Patmutean Vardanay Vardapeti Lusakaneal, Venesiya, 1862


- 47 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
nüsxəsində də şəhərin adı Դուին (
Dowin/Towin)
 
şəklində qeyd olunmuşdu.
52
 
   Qeyd edək ki, şəhərin adı yunanca Bizans qaynaqlarında da müxtəlif 
şəkillərdə göstərilir. Və hətta eyni əsərin tərcümələrində belə, şəhərin adının 
azacıq da olsa fərqli şəkildə tələffüz olunduğu müşahidə edilir. Məsələn, Bizans-
Roma tarixçisi və salnaməçisi Kayserili Prokopinin 
(V-VI əsrlər) külliyyatının 
A.Çekalova tərəfindən 
ruscaya edilmiş 
tərcüməsində şəhərin 
adı 
Duviy şəklində qeyd 
olunmuşdu.
53
 Lakin 
Prokopinin Londonda 
çap olunmuş yunanca 
orijinal mətnində 
Δουβιος  (Doubios)
 
kimi 
yazılmışdı
54
. Bizans 
imperatoru Konstantin 
P o r f i r o g e n e t i n 
“İmperiyanı idarəetmə” 
adlı kitabında isə 
şəhərin adı 
Τιβι (Tibi)
 
şəklində qeyd olunur.
55
 Bundan başqa, digər Bizans 
qaynaqlarında şəhərin adı 
TibinTibiosTibiouTiben kimi də xatırlanır.
Ərəbcə qaynaqlarda şəhərin adı çox zaman 
Dəbil şəklində verilir. Lakin islam 
aləminin bəzi yazarları onu öz əsərlərində 
Dawin/Duwin şəklində də tələffüz 
etmişlər. Digər yazılışlar da mövcud olmuşdu. Fəzlullah Rəşidəddin 
(XIII-
XIV əsrlər) qeyd edir ki, “Dovin şəhəri Azərbaycan vilayətlərinə aiddir”.
 56
 
Yaqut Həməviyə 
(XII-XIII əsrlər) görə isə “Davin şəhəri Azərbaycanın kənar 
hüdudlarında yer almışdır”.
57
  Dvin şəhərinin adı əldə olan qaynaqlarda 
ilk dəfə Favstos Buzandın qrabarca “Tarix” əsərində çəkilir. Müəllifin Dvin 
barədə yazı olan mətnində qeyd edilir ki, “
Metsamor vadisindəki təpə Dvin 
adlanır”.
58
 Bununla da Favstos müəlliflər arasında şəhərin etimologiyasını 
açıqlayan ilk yazardır. Movses Xorenatsinin “Tarix” əsərində də bu barədə 
qeyd vardır: “
Xosrov öz iqamətgahını ormanlıq üzərində (yüksələn) hündür 
52   Pawstosi Buzandatswoy  Patmutiwn Hayotsi Chors. Venesiya, 1889
53   Прокопий Кесарийский (пер. А. А. Чекаловой). Москва, 1993
54   Procopius Dewing. H.B. (Henry Bronson), 2 cilddə . London, 1882, I cild
55   Constantine Porphyrogenetus.  De administrando imperio (by Gy. Moravcsik, R. Jeynkis). Vashington, 1967
56   Рашидаддин Ф.. Сборник летописей (пер. Л. А. Хетагурова). Том I, книга 2. М.-Л. АН СССР, 1952
57   Йакут Ал-Хамави. Му’джам ал-булдан (Сведения об Азербайджане; пер. З.М.Буниятова и П.К.Жузе). Баку,1983
58   Бузанд Ф.История Армении. Академия Наук Армянской ССР. Ереван, 1953
Erməni iddialarına görə Dvin şəhəri belə idi


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə