ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə10/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   6   7   8   9   10   11   12   13   ...   95

- 29 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
sahilindəki Kəmki dağının zirvələrinə toxunaraq keçmiş və Gəmiqayaya  yan 
almışdı. Yerli əhali arasında geniş yayılmış rəvayətə əsasən, həmin gəminin 
qalıqları indi də buradakı “Ayı çuxuru” adlanan ərazidə qalmaqdadır. Başqa bir 
rəvayətdə isə Nuhun və 
həyat yoldaşının qəbirləri 
də Naxçıvandadır.  XVI 
əsrdə yaşamış ərəb 
coğrafiyaşünası 
Əl-
Əşrəfi,  hətta  erməni 
tarixçisi M. Çamçıyan 
da Nuhun gəmisinin və 
qəbrinin Naxçıvanda 
olduğunu qeyd etmişdilər. 
Tanınmış Azərbaycan 
rəssamı 
Bəhruz 
Kəngərli  isə 1920-ci ildə 
həmin ərazidə olmuş və 
yağlı boya ilə “Nuhun 
türbəsi” rəsmini çəkmişdir. Bu əsər hazırda  Azərbaycan Dövlət İncəsənət 
Muzeyində saxlanılır. 
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik, 
Milli Məclisin deputatı İsa Həbibbəyli   ”Nuhçıxandan-Naxçıvana: tarix 
və müasirlik”
19
 adlı məqaləsində bildirir ki,  Naxçıvan  sözünün mənşəyi 
və etimologiyası barədə müxtəlif dövrlərdə fərqli rəylər meydana çıxmışdır 
- bu sözün əsasən “Naxsuana”, “Aksuana”, “Nəşavə”, “Akçıobon”, “Nəqçuan”, 
“Naxçirvan”, “Naxcivan”, “Nəqşi-cahan” şəklində işlədildiyi barədə məlumatlar 
mövcuddur. Araşdırmalara əsasən, muxtar respublikanın ərazisində 
“Naxçıvan” sözü ilə səslənən yerli materiallar arasında  Nuh tufanı   və  Nuh 
peyğəmbərlə bağlı toponimlər, əfsanə və rəvayətlər çoxluq təşkil edir. Belə ki, 
bu regionda 
Nuhdaban,  Nuhəcir (Nəhəcir),  Nuhram(Nehrəm) kimi qədim 
yaşayış yerləri ilə əlaqədar toponimlərin, habelə, 
“Nəbi yurdu”  (Peyğəmbər 
yurdu),  “Qaranquş yaylağı”,  “Naharbaşı məscidi”  (Ordubad)  kimi yer 
adlarının, 
“Peyğəmbər ayağı” adlı ərazinin olması burada Nuh tufanı 
hadisəsinin dərin iz qoyduğunu diqqətə çatdırır. Bundan başqa, həmin 
toponimlərin Naxçıvan diyarındakı məşhur 
Gəmiqayaya yaxın ərazilərdə 
yerləşməsi də bu barədə ehtimalları artırır. Bütün bunlar isə
 “Naxçıvan” sözünün 
ilkin olaraq, “Nuhçıxan” kimi yaranmasına, yəni Nuh peyğəmbərin gəmisinin 
19   Həbibbəyli İ. Nuhçıxandan-Naxçıvana: tarix və müasirlik. http://www.azerbaijan-news.az/index.php?mod=3&id=34313
Bəhruz Kəngərli.“Nuhun türbəsi”, y 
ağlı bоya ilə çəkilmiş rəsm. 1920-ci il


- 30 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
yan aldığı məkan anlamı verməsinə dair mülahizələrin reallığına inamı artırır.  
Gəmiqaya təsvirlərində qayıq, gəmi rəsmlərinin geniş yer tutması da bu 
qənaəti təsdiqləməkdədir. 
“Hətta XIX əsrin səksəninci illərində Naxçıvanda 
yaşayıb-işləmiş tanınmış rus 
maarifçi ziyalısı  K.A.Nikitinin 
yerli əhali arasından topladığı 
materiallarda da Naxçıvan şəhərinin 
Nuh peyğəmbər tərəfindən 
salınmasına dair konkret mətləblər 
ifadə olunmuşdur. O yazırdı: “Nuh 
hazırda Naxçıvan şəhərinin olduğu 
yerdə məskunlaşmışdı. O, burada 
gələcək şəhərin əsasını qoymuş 
və ailəsini orada yerləşdirmişdi. 
Nuh və onun nəsli uzun illər 
Naxçıvanda yaşamışdı. Rəvayətə 
görə, ilk insan nəsilləri dünyaya 
buradan yayılmışlar. Nuhun özü, 
bacısı və ailənin bəzi digər üzvləri 
Naxçıvanda vəfat etmiş və orada 
dəfn olunmuşlar”.
Akademik İ.Həbibbəyli onu 
da bildirir ki, “Naxçıvan” sözünün 
tərkibindəki  “Nax”  komponenti də 
Nuh peyğəmbərlə bağlı məna ifadə 
etməkdədir: 
“Bizim fikrimizcə,  ”Nuhçıxan”  sözü  ”Naxçıvan”  adının 
ilk əsas variantlarından biridir. Naxçıvan ərazisindəki Kiçik Qafqaz 
dağları silsiləsinin ən uca nöqtəsi olan, 3906 metr yüksəklikdə yerləşən 
“Qapıçıq zirvəsi” isə bəşəriyyətin babası həzrəti Nuh peyğəmbərə dünya 
tufanından sonra torpağa qədəm basmaq üçün açılmış kiçik qapı, yaxud 
ilk giriş yeri olmuşdu…  “Qapıçıq”, eyni zamanda, Nuh peyğəmbərin 
əfsanəvi gəmisinin birinci limanı, ilk dayanacağı da deməkdir. “Qapıçıq 
zirvəsi”ndə Gəmiqayadan qaynayıb çıxan “Baca bulağı” çeşməsi insanlığı 
Dünya tufanından xilas etmiş Nuh peyğəmbərin şərəfinə qaldırılmış 
həyat piyaləsinə bənzəyir.  Qapıçıq  nöqtəsindən süd kimi köpüklənərək 
üzü aşağı iki min metrədək məsafədə Nəsirvaz  kəndinə qədər böyük 
sürətlə axan “Baca bulağı” suları sanki Gəmiqayanın zirvəsinə qalxmaq 
Nuh peyğəmbərin məqbərəsi. XVII əsrdə 
Naxçıvan-Marağa memarlıq məktəbi üslubunda 
tikilmiş  məqbərə 2006-cı ildə əsaslı təmir 
edilmişdir 


- 31 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
üçün istifadə olunan alpinist kəndiridir. Ordubad rayonundakı Nəsirvaz 
kəndinin adı  “Bilqamıs” dastanında Nuh peyğəmbərlə əlaqədar təsvir 
olunan  Nisr dağını yada salır. Gəmiqayanın yüksək ətəyindəki  Nəbi 
yurdu  (Nuh-Nəbi yurdu) Dünya tufanından sonra artıq burada ilkin 
məskunlaşmanın başlandığı məkan mənasını daşıyır. Bu ərazidəki 
“Qaranquş yaylağı”  Nuh peyğəmbər əsatirindəki dimdiyində dəfnə 
yarpağı gətirən, yaxud caynaqları palçığa batmış vəziyyətdə gəmiyə geri 
qayıtmış qaranquş əhvalatının yadigarıdır.  Gəmiqaya rəsmlərində bir 
neçə vəziyyətdə qaranquş təsvirləri qeydə alınmışdır”.
 İ.Həbibbəyli onu da əlavə edir ki, Naxçıvan şəhərinin cənub hissəsindəki 
Nuhdaban, adından da göründüyü kimi, həzrəti peyğəmbərin ayaq saxladığı, 
dabanını yerə basdığı, yəni oturaq həyat qurduğu yerin adıdır. Nuh peyğəmbərin 
məzarının da “Nuhdaban” adlı sahədə olması buranın çox qədim tarixə malik 
olduğunu göstərir. Beləliklə, Qapıçıqdan, Gəmiqayadakı Nəbi yurdundan 
başlamış məskunlaşma prosesləri Nuhdaban oturaq məkanının salınması ilə 
başa çatmışdı. Nuh peyğəmbərin vəfatından sonra naxlar, nuhlar, peyğəmbərin 
tərəfdarları bu yeri onun şərəfinə “Nuhçıxan” adlandırmışlar. Hətta Nuhdaban 
şəhər tipli qədim yaşayış yerinin altında dərin mağara tipli sığınacaqların, 
kəhrizlərin mövcudluğu da ilkin şəhər mədəniyyəti mənasında  ”Nuhdaban-
Nuhçıxan-Naxçıvan” ehtimalını xeyli qüvvətləndirir. Bütün bunlar Naxçıvanın 
ilkin şəhər mənasında beş min illik qədim tarixə malik olduğunu düşünməyə 
əsas verir. 
  Erməni mənbələrinə qayıdaq. V əsrdə yaşamış erməni tarixçisi 
Favstos 
Buzanda görə, Ağrı dağında Nuhun gəmisinin qalıqlarının axtarışına çıxan ilk 
tarixi ekspedisiyanın təşəbbüsçüsü rahib 
Müqəddəs Akob   (Hakob, Yakob) 
Mtsbnetsi  (Nusaybinli)  olmuşdu. O, gecə-gündüz etdiyi dualarda həmin 
xilasedici nəqliyyat vasitəsini ona göstərməyi Rəbbdən arzulamışdı. Sonralar  
erməni tarixçiləri F.Buzanda istinadən yazırdılar ki, 
“eramızın III əsrində 
erməni həvari kilsəsinin rahibi Müqəddəs Akob Mtsbnetsi  günlərin 
birində  Nuh peyğəmbərin Ararat (Ağrı) dağının zirvəsinə yan almış 
gəmisini tapmaq üçün müqəddəs yüksəkliyin zirvəsinə qalxmaq qərarına 
gəlmişdi”.
20
 Lakin rahib hər dəfə zirvəyə doğru yolu yarı edəndə onu qəfil yuxu 
tutmuş və ayılanda özünü ya monastırdakı hücrəsində, ya da dağın ətəyində 
görmüşdü. Beləliklə, aylar-illər ötsə də, cübbəli həvəskar alpinist inadından 
dönməmiş və nəticədə, uğursuz cəhdləri ilə səbirli Rəbbi də bezdirmişdi.
Günlərin birində Rəbbin mələyi 
(onun Mikayıl və ya Cəbrayıl olması barədə 
məlumat yoxdur) Akobun yuxusuna girir. Mələk yumşaq qanadları ilə onun 
20 
Левонян А. “Ноев ковчег: миф или реальность?”. http://www.rutraveller.ru/resort/1791/note/2379


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə