- 116 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
eynidir. Rusiya alimi Nikodim Kondakov hələ 1929-cu ildə qələmə aldığı “Orta
əsr incəsənətinin və mədəniyyətinin tarixinə dair oçerklər” monoqrafiyasında
Bolqarıstanın Zaqora şəhərində aşkar olunmuş ikibaşlı
qartal rəmzinin
xronoloji cəhətdən Bizans rəmzinin prototipi olduğunu bildirmiş, bu amilin
Orta əsr bolqar mədəniyyətinə Bizansın deyil, məhz “
Asiya Şərqinin və onun
ənənələrinin təsiri olduğunu” xüsusi vurğulamışdı.
- 117 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
XI iddia
“1905-1906-cı illərdə erməni silahlı dəstələri
Cənubi Qafqazda türk-müsəlman əhaliyə qarşı
kütləvi qırğınlar törətməmişlər”
Müasir erməni tarixçiləri 1905-1906-cı illərdə erməni silahlı dəstələrinin
Cənubi Qafqazda türk-müsəlman əhaliyə qarşı qırğınlar
törətdiklərini təkzib
edir, müsəlmanları “əliyalın və yazıq” erməniləri məhv etməyə çalışan “barbar”
kütlə kimi təqdim etməyə çalışır, ermənilərin “özünümüdafiə” məqsədilə
silahlı dəstələr yaratmaq məcburiyyətində qaldıqlarını yazırlar. Erməni sovet
tarixşünaslığında 1905-1906-cı illər qırğınlarının əsl səbəbləri ört-basdır edilir,
milli ədavətin baiskarı kimi Çar Rusiyası və onun yeritdiyi “parçala, hökm sür”
siyasəti göstərilir.
184
Bəs əsl həqiqət necə idi?
Həmin dövrün mətbuat səhifələrində, arxiv sənədlərində və bəzi erməni
müəlliflərinin əsərlərində ermənilərin törətdikləri qırğınların
mahiyyəti və
miqyası barədə kifayət qədər məlumatlar öz əksini tapmışdır.
XIX əsrin əvvəllərində Rusiyanın Şimali Azərbaycan xanlıqlarını
işğalından sonra zaman-zaman Cənubi Qafqaza axışan ermənilər tarixi
şəraitin verdiyi fürsətdən istifadə edərək, 1905-1906-cı illərdə kütləvi
qırğınlar törətmiş və gələcək erməni dövlətinin əsasını qoymaq üçün
azərbaycanlıların yaşayış məntəqələrini ələ keçirərək erməni anklavlarının
yaranmasına nail olmuşdular.
XX əsrin
əvvəllərində Cənubi Qafqazda, xüsusən də indiki Ermənistan
ərazisində Azərbaycan türklərinə qarşı törədilən qırğınların ssenarisi
ermənilərin XIX əsrin sonunda Şərqi Anadoluda əldə etdikləri təcrübəyə
əsaslanırdı. 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra Avropa
dövlətlərinin səyləri nəticəsində gündəliyə çıxarılan “Erməni məsələsi”
sonralar Şərqi Anadoluda ermənilər üçün muxtariyyət
əldə etmək və müstəqil
Ermənistan dövləti qurmaq üçün bir vasitəyə çevrilmişdi. Həmin illərdə
İngiltərə və Fransanın yardımı ilə Türkiyədə ermənilər arasında üsyan təbliğatı
aparılırdı. Bu işə rəhbərliyi “Armenakan”, “Hnçak” və “Daşnaksutyun” partiyaları
öz üzərlərinə götürmüşdülər. Ermənilər kütləvi iğtişaşlar törətmək məqsədilə
184 Арутюнян А.М. Революционное движение в Армении 1905-1907 гг. Ереван: Изд-во АН Арм. ССР, 1970; Галоян Г.А.
Рабочее движение и национальный вопрос в Закавказье 1900-1922. Ереван: Аястан, 1969; Арутюнян А.Б. Народы Закавка-
зья в борьбе против царизма в годы первой русской революции. Ереван: Аястан, 1957
- 118 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
türklərə və kürdlərə hücum edirdilər ki, qırğınlar
baş versin və sonradan da
Avropanın kütləvi informasiya vasitələri ilə türklərin erməniləri qırğınlara
məruz qoyduqlarını dünyaya car çəkə bilsinlər.
Ermənilərin Türkiyədə 1894-1896-cı illərdə törətdikləri iğtişaşlar
yatırıldıqdan sonra həmin iğtişaşların təşkilatçılarının və iştirakçılarının
əksəriyyəti Cənubi Qafqaza axışmışdı. Rus müəllifi N.Şavrovun yazdığına görə,
1896-cı ildə Cənubi Qafqazda 900000, 1908-ci ildə 1301000 erməni yaşayırdı.
Deməli, təkcə bu dövrdə Cənubi Qafqazda 400000 erməni yerləşdirilmişdi.
185
XX əsrin əvvəllərində Qafqazda mövcud olan 54 qəzadan yalnız beşində
ermənilər sayca çox idilər. İrəvan quberniyasındakı 7 qəzadan 3-də, Yelizavetpol
quberniyasındakı 8 qəzadan yalnız 1-də ermənilər çoxluq təşkil edirdilər.
1905-1906-cı illər qırğınları ərəfəsində İrəvan quberniyasında mövcud
olan 1301 yaşayış məntəqəsindən 959-da azərbaycanlılar, 342-də
ermənilər
məskunlaşmışdılar.
186
Yelizavetpol quberniyasında isə 1613 kənddən 390-da
ermənilər yaşayırdılar.
187
XX əsrin əvvəllərində erməni şovinizminin, millətçi erməni partiyalarının
maddi və mənəvi qida mənbəyi rolunu əsasən erməni kilsələri oynayırdı.
1903-cü ildə kilsə torpaqlarının Rusiya Torpaq və Əmlak Nazirliyinin
sərəncamına keçirilməsi haqqında çıxarılan qanun kilsənin maliyyələşdirdiyi
siyasi partiyaların və onların terrorçu dəstələrinin maddi vəziyyətinə zərbə
vurmuşdu. Həmin qanunun icrasının qarşısını almaq
məqsədilə erməni siyasi
partiyalarının terrorçu dəstələri hakimiyyət mənsublarına qarşı terror aktları
həyata keçirməyə başlamışdılar. Eyni zamanda, erməni siyasi partiyaları Cənubi
Qafqazda anti-türk, anti-müsəlman kampaniyasını genişləndirirdilər.
1905-ci ildə Rusiyada baş verən iğtişaşlardan, çarizmə qarşı narazılıq
dalğasının güclənməsindən ermənilər məharətlə istifadə etmişdilər.
Qafqaz Canişinliyinin yüksək rütbəli erməni və ermənipərəst məmurları
vasitəsilə silahlandırılan erməni dəstələri 1905-ci
ildə Cənubi Qafqazda
azərbaycanlıların kompakt yaşadıqları ərazilərə silahlı hücumlar edib etnik
təmizləmə həyata keçirməklə, həmin ərazilərdə Türkiyədən qaçıb gələn
erməniləri məskunlaşdırmaqla özlərinin say üstünlüyünə nail olmaq, sonra
185
Шавров Н.Н. Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцам.
С.-Петербург, 1911
186
A-Do. Hay-turkakan ındharumı Kovkasum (1905-1906. Pastakan, vicaqakrakan, değagidakan
lusabanutyunnerov). (A-Do. Qafqazda erməni-türk toqquşmaları (1905-1906-cı illər). Sənədli,
statistik,
topoqrafik izahlarla). İrəvan: Ayvazyanlar və Nazaryanlar mətbəəsi, 1907
187
Yenə orada