Ərşad Namazalı
12
Əziz oxucum
Ululardan
biz
ə nə qalıbsa,
onlar bizlərə əzizdir, toxunulmazdır.
Bu yadigarlar qanı-qanımızdan, canı-canımızdan olanlara böyük
sayğıdır, eyni zamanda tarixdən gələn səslər sevgi dolu bağlılıqdır.
Yer adları tariximizin yaddaş kitabıdır. Bu kitabın yarpaqlarında
bir elin, bir oymağın keçmişi, kökü, sevinc dolu yaşantısı, günü-
güzaranı yaşayır. Yer adlarını öyrəndikcə elimizin yüzilliklər arxa-
sında qalmış keçmişi sanki göz önündə canlanır.
İnsanın tapdığı adlar, gördüyü, duyduğu aləmin hər məqamı
onun üçün
əziz və unudulmazdır.
K
əndimizdə yer adları ulularımızdan bizə qalan bir əmanətdir,
onu qoruyub saxlamaq v
ə onu yaşatmaq bizim hamımızın ən ümdə
borcumuzdur.
Horadiz k
əndini keçmişlə bağlayan və keçmişdən gələn yollarını
işıqlandırmaqda yer-yurd adlarının əvəzi varmı? Ulu babalarımızın
keçmişi, təkcə qədim yazarlarda, kitabələrdə, uca tikintilərdə
qalmaqla b
ərabər, yaşayış məskənlərinin, çayların, bulaqların,
k
əhrizlərin, bağların, çəmənlərin, örüşlərin, dərələrin, yamacların,
cığırların adında babalarımızın nəfəsi qalıb, nəsillərin təpəri qalıb,
qanlı-qadalı illərin izi qalıb, ala gözlü, qara gözlü gözəllərin gözü
qalıb, nağıllar qalıb, söz –söhbətləri qalıb yer adları ilə bağlı.
Ulularımızın,
oğula, qıza ad verdiyi kimi, yaşadığımız yerə,
çaylağına, bulağına, bağ-bağatına, bərlı-bərəkətli torpağına ad
ver
ərək yaşatmışlar.
İndi Horadiz kəndimizi mən ancaq yuxularımda görürəm:- ...Göz
işlədikcə yol uzanır. Ağappaq yol. Bu yola elə bil heç insan ayağı
d
əyməyib. Bu yol Horadizdən qopub harasa uzanır, uzaq bir
m
əmləkətə gedir. Bu yolu indi görürəm ki, göylə yerin birləşdiyi,
h
əmdəm olduğu bir məchulluğa uzanır. Bu yolla hey Horadizə
gedir
əm.
Horadiz m
əni bağrına çəkdikcə özü uzaqda qalır, özü məndən
uza
qlaşır. Ağlayıram, gözlərimdən yaş gəlmir, gülürəm, gülə bil-
mir
əm. Heç yeriyə də bilmirəm. Gücüm də yoxdur...
Horadiz s
əni unutmadım...
13
Bir d
ə görürəm ki, Horadizdə bir otağın içindəyəm. Bu ev elə
bil m
əsciddir, ancaq yorğan-döşək də var. Taxçada qab-qacaq var.
Bir t
ərəfdən samavarın səsi gəlir. Nənəqız nənəm də buradadır.
Döşəkçədə oturub təsbeh çevirir və məni görcək içini çəkib
deyir:-
Ay insafsızlar!.. Neçə illərdir ki, yolunuzu gözləyirik, heç
bizim q
əbrimizi ziyarətə gəlmirsiniz, ancaq siz hamınız qaçıb
yurdumuzu
boş qoymusunuz! Sonra bikef halda oğlu Fərzalı dayı-
mı soruşur. Dalınca kiçik dayım Həsəni soruşur. Arxasınca ah
ç
əkib qızları Səkinə və Şöhlət xalalarımı xəbər alır və axırda da
n
əvəsi kiçik qardaşım Əhədi soruşur. Ardınca heç kimi soruşmur.
Deyir ay bala, s
ən hara, bura hara, necə gəlib bura çıxmısan?
Əllərin niyə soyuqdur, ver əlini salım qoynuma qızdırım. Sən
birinci sinif
ə gedəndə yolda donduğun vaxt olduğu kimi yadın-
damı? Lap donub barmaqların.
Üzüm
ə baxıb deyir:-Sizlərdən olduqca çox narazıyıq, çünki bir
quruca da olsa bizl
əri yad etmirsiniz. Ata-babalarınız, qohum-
əqrabalarınız hamısı yanımdadır – nə vaxt qayıdacaqsınız
yurdunuza, axı yolunuzu gözləyirik!..
Gözü yollarda qalan babalarımızın, nənələrimizin, atalarımızın,
analarımızın, bacılarımızın və qardaşlarımızın ruhu – gözləyirsiniz,
tezlikl
ə gələrik gözləyin!.. Oğul, döyüşkən oğul gözləyirsiniz?
Gözl
əyin! Toy gözləyirsiniz? Nəvə gözləyirsiniz? Gözləyin!
Gözl
əyin, görək bu dünyanın başımıza ələdiyi kül nə vaxt
tük
ənəcək. Gözləyək görək ürəklər nə vaxt yumşalıb hərəkətə
g
ələcək. Bu axıdılan qanlar nə vaxt kəsiləcək.
Torpaqlarimız üğrunda şəhid olan balalar, ruhunuz şad olsun!
Ruhunuz neyl
əsin? Torpaqlarımız neçə illərdir ki, düşmən əsir-
liyind
ədir, ancaq baxıb-baxıb, için-için təəssüf keçiririk, gözləyirik
v
ə səbr edirik.
Göy
ərçin uçmayan göylərindən, bül-bül ötməyən bağlarından,
tüstü
çıxmayan bacalarından, insan yaşamayan evlərindən, göz yaşı
axıdan bulaq və kəhrizlərindən, azan
səsi gəlməyən məscidlərindən,
it h
ənirtisi gəlməyən, qoyun-quzu və inək mələşməsi gəlməyən –
Horadizd
ən indi barıt iyi gəlir!..