ƏRŞad namazali



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə4/154
tarix01.02.2018
ölçüsü4,05 Mb.
#22960
1   2   3   4   5   6   7   8   9   ...   154

Ərşad Namazalı  

 

 



12 

 

                                  

Əziz oxucum  

 

Ululardan



 

biz


ə nə qalıbsa, onlar bizlərə əzizdir, toxunulmazdır. 

Bu yadigarlar qanı-qanımızdan, canı-canımızdan olanlara böyük 

sayğıdır, eyni zamanda tarixdən gələn səslər sevgi dolu bağlılıqdır. 

Yer adları tariximizin yaddaş kitabıdır. Bu kitabın yarpaqlarında 

bir  elin,  bir  oymağın  keçmişi,  kökü,  sevinc  dolu  yaşantısı,  günü-

güzaranı  yaşayır.  Yer  adlarını  öyrəndikcə  elimizin yüzilliklər arxa-

sında qalmış keçmişi sanki göz önündə canlanır. 

İnsanın  tapdığı  adlar,  gördüyü,  duyduğu  aləmin hər məqamı 

onun üçün 

əziz və unudulmazdır. 

K

əndimizdə  yer  adları  ulularımızdan  bizə  qalan bir əmanətdir



onu qoruyub saxlamaq v

ə onu yaşatmaq bizim hamımızın ən ümdə 

borcumuzdur. 

Horadiz k

əndini keçmişlə bağlayan və keçmişdən gələn yollarını 

işıqlandırmaqda  yer-yurd  adlarının  əvəzi  varmı?  Ulu  babalarımızın 

keçmişi, təkcə  qədim yazarlarda, kitabələrdə, uca tikintilərdə 

qalmaqla b

ərabər,  yaşayış  məskənlərinin,  çayların,  bulaqların, 

k

əhrizlərin,  bağların,  çəmənlərin,  örüşlərin, dərələrin,  yamacların, 



cığırların  adında  babalarımızın  nəfəsi  qalıb,  nəsillərin təpəri  qalıb, 

qanlı-qadalı  illərin  izi  qalıb,  ala  gözlü,  qara  gözlü  gözəllərin gözü 

qalıb, nağıllar qalıb, söz –söhbətləri qalıb yer adları ilə bağlı.  

Ulularımızın,

 

oğula,  qıza  ad  verdiyi  kimi,  yaşadığımız  yerə, 



çaylağına,  bulağına,  bağ-bağatına,  bərlı-bərəkətli  torpağına  ad 

ver


ərək yaşatmışlar. 

İndi Horadiz kəndimizi mən ancaq yuxularımda görürəm:- ...Göz 



işlədikcə yol uzanır. Ağappaq yol. Bu yola elə bil heç insan ayağı 

d

əyməyib. Bu yol Horadizdən  qopub  harasa  uzanır,  uzaq  bir 

m

əmləkətə  gedir. Bu yolu  indi görürəm ki, göylə  yerin birləşdiyi, 

h

əmdəm  olduğu  bir  məchulluğa  uzanır.  Bu  yolla  hey  Horadizə 

gedir

əm. 

Horadiz m

əni bağrına çəkdikcə özü uzaqda qalır, özü məndən 

uza

qlaşır.  Ağlayıram,  gözlərimdən  yaş  gəlmir, gülürəm, gülə  bil-

mir

əm. Heç yeriyə də bilmirəm. Gücüm də yoxdur...  


Horadiz s

əni unutmadım... 

 

 



13 

Bir d

ə görürəm ki, Horadizdə bir otağın içindəyəm. Bu ev elə 

bil m

əsciddir, ancaq yorğan-döşək də var. Taxçada qab-qacaq var. 

Bir t

ərəfdən samavarın səsi gəlir. Nənəqız nənəm də buradadır. 

Döşəkçədə  oturub təsbeh çevirir və  məni görcək içini çəkib 

deyir:- 

Ay  insafsızlar!..  Neçə  illərdir ki, yolunuzu gözləyirik, heç 

bizim q

əbrimizi ziyarətə  gəlmirsiniz,  ancaq  siz  hamınız  qaçıb 

yurdumuzu 

boş qoymusunuz! Sonra bikef halda oğlu Fərzalı dayı-

mı  soruşur.  Dalınca  kiçik  dayım  Həsəni  soruşur.  Arxasınca  ah 

ç

əkib  qızları  Səkinə  və  Şöhlət xalalarımı  xəbər  alır  və  axırda  da 

n

əvəsi kiçik qardaşım Əhədi soruşur. Ardınca heç kimi soruşmur. 

Deyir ay bala, s

ən hara,  bura hara, necə  gəlib  bura  çıxmısan? 

Əllərin  niyə  soyuqdur,  ver  əlini  salım  qoynuma  qızdırım.  Sən 

birinci sinif

ə  gedəndə  yolda  donduğun  vaxt  olduğu  kimi  yadın-

damı? Lap donub barmaqların. 

 Üzüm

ə baxıb deyir:-Sizlərdən olduqca çox narazıyıq, çünki bir 

quruca da olsa bizl

əri yad etmirsiniz. Ata-babalarınız,  qohum-

əqrabalarınız  hamısı  yanımdadır  –  nə  vaxt  qayıdacaqsınız 

yurdunuza, axı yolunuzu gözləyirik!.. 

Gözü  yollarda  qalan  babalarımızın,  nənələrimizin,  atalarımızın, 

analarımızın,  bacılarımızın  və  qardaşlarımızın  ruhu  –  gözləyirsiniz, 

tezlikl


ə  gələrik gözləyin!..  Oğul,  döyüşkən  oğul  gözləyirsiniz? 

Gözl


əyin! Toy gözləyirsiniz? Nəvə gözləyirsiniz? Gözləyin! 

Gözl


əyin, görək  bu  dünyanın  başımıza  ələdiyi kül nə  vaxt 

tük


ənəcək. Gözləyək görək ürəklər nə  vaxt  yumşalıb  hərəkətə 

g

ələcək. Bu axıdılan qanlar nə vaxt kəsiləcək.  



Torpaqlarimız üğrunda şəhid olan balalar, ruhunuz şad olsun! 

Ruhunuz neyl

əsin? Torpaqlarımız neçə illərdir ki, düşmən əsir-

liyind


ədir, ancaq baxıb-baxıb,  için-için təəssüf keçiririk,  gözləyirik 

v

ə səbr edirik.  



Göy

ərçin uçmayan göylərindən, bül-bül  ötməyən  bağlarından, 

tüstü 

çıxmayan bacalarından, insan  yaşamayan evlərindən, göz  yaşı 



axıdan bulaq və kəhrizlərindən, azan səsi gəlməyən məscidlərindən

it h


ənirtisi gəlməyən, qoyun-quzu və  inək  mələşməsi gəlməyən  – 

Horadizd


ən indi barıt iyi gəlir!.. 


Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə