ƏRŞad namazali



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə7/154
tarix01.02.2018
ölçüsü4,05 Mb.
#22960
1   2   3   4   5   6   7   8   9   10   ...   154

Horadiz s

əni unutmadım... 

 

 



21 

bançılıq,  sülhsevərlik,  həmrəylik  idealogiyası  siyasətini yeridirdilər 

v

ə  biz məktəblilərə  təkrar-təkrar  oxutdurardılar.  Ancaq  erməni 



nankorları,  “daşnakçılar”-ı  bizim  torpaqların  hesabına,  öz  torpaq-

larını genişləndirib “Böyük Ermənistan” yaratmaq xülyasında idilər.  



 

Qeyd:  -  “M

ən 1960-63-cü illər  əsgəri borcumu vermək üçün 

h

ərbi xidmətimin bir hissəsini Yerəvanda xidmət etmişəm. Orda biz 



dükana  girib  lazımi  ərzaq almaq istədikdə,  erməni  qızları  ermənicə 

danışmasaq  heç  bir  əşya  verməzdilər. Halbuki, o dövrlərdə  Bakı 

şəhərində rusca danışmayana savadsız və ya təhqiramiz söz deyərək 

bizi 


alçaldırdılar.  1961-ci  ildə  Yerevanda  hərbi  əsgəri  sürücüləri 

avtomobill

ə  məhsul  yığımına  kəndlərə  köməyə  göndərirdilər. Mən 

is

ə  Oktamberyan rayonu Verin-Talin kəndinə  təhkim  olunmuşdum.  



Kolxoz sah

ələrindən günəbaxan, kələm, kartof, və  ərik  daşımaqda 

onlara köm

ək edirdim. Bir axşam kolxoz sədri məni də kənd klubuna 

d

əvət etdi. O vaxt həmkəndliləri Moskvanin  Lomonosov  adına 



Universitetin professoru  Q.  Dallakyan qonaq g

əlib ki, öz kəndliləri 

il

ə  görüş  keçirsin.  O  görüşdə  Dallakyan deyirdi: “Ey mənim 



mill

ətim, xalqım,  biz  ulularımızın  tutduğu  yolla  getməliyik ki, 

torpaqlarımızı genişləndirməkdə davam edək. Mən doğma kəndimə 

g

əlmişəm ki, xalqımın qarşısında öz borcumu verim. Belə ki, mən bu 



il onillik m

əktəbi  qurtaranlardan  5  oğlan  və  5  qızları  seçib 

aparacağam. Moskvada  onları  öz  hesabıma  oxutduracağam.  Ali 

t

əhsili başa vurandan sonra işlə təmin etdirəcəyəm. Qoy onlar böyük 



v

əzifə  sahiblərinin qeyri millətdən olan oğlanları  və  qızları  ilə 

evl

ənsinlər,  çoxalsınlar,  artsınlar,  vəzifə  sahibi olsunlar, özlərinə 



dost-

tanış, tərəfdar yığsınlar ki, hər yerdə sözümüz keçsin. Əzizlərim 

onu da siz

ə  xatırladıram  ki,  biz  türk  düşmənlərimizə  qarşı  çox 

amansız və barışmaz olmalıyıq. Bizlər həmişə öz uşaqlarımıza dönə-

dön


ə türklərin bizə qatı düşmən olduqlarını xatırlatmalıyıq”. 

Doğrusu, mən çox məyus oldum və iclası tərk etdim. Hamı mənə 

baxırdı, demə onlar mənim türk olduğumu bilirmiş və qapı ağzında 

bir qoca erm

əni  qadını  məni  saxlayaraq  soruşdu:  –  turkes?” Mən 

cavab verm

ədikdə, o iki barmağını gözümə soxmaq istədi, mən geri 

ç

əkildim.  Qadın  isə  dedi: “Sənin  qanını  içsəm, gözüm doymaz və 




Ərşad Namazalı  

 

 



22 

ür

əyim soyumaz”. Kənara çəkilib ordan birbaş hərbi hissəyə gəlib öz 



etirazımı  bildirdim  və  bir  daha  belə  millətpərəst kəndə 

getm


əyəcəyimi qəti bildirdim”. 

Əziz oxucu! Siz indi deyin bizim kəndimizdən  olan  hansı 

professorlar v

ə  ya  hansı  imkanlı  şəxslər nə  vaxt  bizim  doğma 

k

əndimizə gəlib kənd camaatı ilə belə görüş keçirib? Yaxud da hansı 



imkansıza kömək edib, onu aparıb oxutdurub və himayədarlıq edib?  

M

ən Horadizliyəm deməklə  hər kəs  bu  adı  qazana  bilməz. 



Horadizli  adını  o  adam  qazana  bilər ki, kəndi üçün, kənd sakinləri 

üçün  m


əscid, məktəb,  yol, körpü tikdirsin,  birinə  yardım  edib 

oxutdursun, birinin 

əlini çörəyə  çatdırsın,  birinin  həyat tərzini 

yaxşılaşdırsın, bax onda savab qazanmış olar və Horadizliyəm adını 

daşımağa əsl layiqli bir insan olar. 

 

Horadiz k



əndinaə

 

neç



ə-neçə əsrlər bundan qabaq insanlar buranı 

özl


ərinə  yurd yeri seçərək  yaşamış  və  çoxalmışlar.  Bu  yerlərdə 

münbit  torpaq  v

ə  bol  sular  olduğuna  görə  ulu  babalarımız  burada 

m

əskən  salaraq  əkib  becərib təsərrüfatla və  heyvandarlıqla  məşğul 



olmuşlar. İşğala qədər kəndimizdə 10 bulaq, 9 kəhriz və 4 su artezian 

quyuları kənd camaatını su ilə təmin edirdi. 

Ağsaqqallarımızın dediklərinə görə İmam Pirindəki təbii fəlakət-

d

ən  sonra,  ordakı  tayfaların  bəziləri  başqa  yerə  köç etsə  də, ancaq 



Horadiz k

əndinin indiki ərazisində ilk məskən salanlar Yadigarlılar, 

Namazalılar, Toppuzlular və Təhmirazlılar tayfaları olmuşlar. 

Araz çayının sol sahilində, Qozlu çayı boyunca düzənlikdə əkin 

torpaqlarımız olsada, Horadiz kəndinin nisbətən ondan hündürlükdə 

t

əpəliklər  arasında  yerləşir.  Ərgünəş  dağından  mənbəyini götürən 



Qozlu çay k

əndimizi iki hissəyə bölərək axıb Araz çayına tökülür. 

H

ər dəfə  yaz və  payız  aylarında  leysan  yağışlar  yağanda  sel 



g

ələrək,  çay qırağı evlərə və həyətyanı bağlara ziyanlıqlar vururdu. 

Qozlu çay ona gör

ə deyirlər ki, çayın ətrafında çoxlu qoz ağacları var 

idi. Ona gör

ə sel gələndə özü ilə qoz da gətirərdi.

 

İkinci  çay  kəndimizdə  nisbətən kiçik olan Dəli  çaydır.  Bu  çay 



adından da bəllidir və çox şıltaqlıqlar edərək oktyabrın 27-i 1957-ci 

ild


ə 11 sakinin faciəli ölümünə səbəb olub və kənd camaatına böyük 


Horadiz s

əni unutmadım... 

 

 



23 

ziyanlıqlar vurub. (Bu haqda geniş məlumat “Dəli çay” toponimində 

veril

əcək). 


H

ər kəs  üçün  doğulub  boya-başa  çatdığı  doğma  kəndinin 

göz

əllikləri əvəzolunmaz bir məkandır ki, heç vaxt yaddan çıxmır və 



unudulmur. 

Ələlxüsus indiki dövrdə, məcburi köçkünlük həyatı 

sürdüyümüz bir zamanda, onun göz

əlliyi və onda keçirdiyimiz əziz

xoş,  ən  şirin  xatirəli günlərimiz bizlər üçün nə  qədər  xoşdursa  da, 

indi ondan uzaqlarda olduğumuza görə, qəribçilik çəkə-çəkə nə qədər 

acı, çətin, ağır və dözülməzdir.

 



Horadiz k

əndi  şimaldan  Füzuli  şəhərindən 18 km, şimali-

q

ərbdən Musabəyli kəndindən 3 km, qərbdən Cəbrayıl  rayonun 



Nüzgar k

əndindən 3 km, cənub qərbdən həmin rayonun Cocuq 

M

ərcanlı  kəndindən 10 km,  cənub-şərqdən  Horadiz  şəhərindən 12 



km v

ə  şimalı-şərqdən  Əbdürrəhmanlı  kəndindən 5 km məsafədə 

yerl

əşir.  


K

əndimiz Qozlu çay ətrafında  Kiçik  Qafqaz  dağlarının 

ətəklərindəki  sıra  təpələrin  arasında  yerləşir.  Dəniz səviyyəsindən 

250-300  metr yüks

əklikdədir. Horadiz qəsəbəsindən  –  Füzuli 

şəhərinə gedən şosse yol kəndimizi tən ikiyə  bölür. 

Horadiz k

əndi  əhalisinə  və  torpaq sahəsinə  görə  Füzuli 

rayonunda 

ən iri kəndlərdən biridir. Horadiz kəndində 1000-ə qədər 

evl

əri və  4000  -  dən  çox  əhalisi  var.  Kəndin  ümumi  sahəsi  5641 



hektardır,  O cümlədən:  1000  hektarı  suvarılan,  300  hektarı  şərti 

suvarılan, 1500 hektarı dəmyə taxıl və qlanları otlaq sahələridir.  

Horadiz k

əndimizdə 1000-dən çox şagirdi və 82-ə qədər müəllim 

kollektivi olan 1  orta  v

ə 1 natamam məktəb binası, 2 kitabxana, 25 

çarpayılıq  xəstəxanası  və  ambulatoriya  binaları,  doğum  evi,  100 

n

əfərə xidmət edən uşaq bağçası, 2 apteki, 400 nəfərlik mədəniyyət 



sarayı, 200 nəfərlik yeri olan klubu, kino qurğusu olan binaları, XIX 

əsrdə  şərq  memarlıq  üslubunda  tikilmiş  2  məscid, 2 məişət evi, 2 

d

əyirmanı, hamamı, 1000 baş qaramal saxlamaq üçün mədəni tövlə, 



avtomaşınlar  və  traktorlar üçün qaraj,  qoyunları  saxlamaq  üçün  2-

ədəd güney və quzey yataqları, 2-ədəd toyuq ferması – Gölbağda və 

Burğada,  10-dan  çox  taxıl  və  qeyri  ərzaqlar üçün, həm də  maşın-

traktor ehtiyyat hiss

ələri üçün anbarları vardı.  



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə