ƏRŞad namazali



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə5/154
tarix01.02.2018
ölçüsü4,05 Mb.
#22960
1   2   3   4   5   6   7   8   9   ...   154

Ərşad Namazalı  

 

 



14 

Horadiz  bağlarında  həmişəlik  payızdır.  Ağaclar  qış  gəlməmiş 

saralıb-solub, yarpaqlar xəzəl olub yerə döşənib. Bir belə sükuta, bir 

bel


ə ağrıya yarpaqmı dözər? Bir belə göz yaşına, bir belə adamların 

ah-nal


əsinə ağacmı dözər?  

Dünyanın  sirli-sehrli möcüzəsi çoxdur. Onlardan birincisi 

Allahın  yaratdığı  insandır.  Dünyanın  içində  dünyadır  insan.  Hələ 

neç


ə-neçə  yüzilliklər keçəcək,  insan  övladı  neçə-neçə  müəmmanın 

sirrini açacaq, ancaq öz sirrind

ən, sehrindən xəbərsiz qalacaq. Bunun 

özü d


ə təbiidir.  

       Mü

əmmalar fövqündə durur bəşər övladı öz insanlığı ilə. İnsan 

dünya


da yaşadıqca özünü kəşf edir. Çünki, ətrafdakı bütün hadisələr, 

başımıza  gətirilən  ağrı-acılar,  doğma  torpağımızdan  köçürmələr, 

çoxlu itgil

ər və şəhidlər, bəzi müəmmalar ancaq öz təsdiqini insanda 

tapır. 

      Bel



əcə,  insan  daxili  dünyası  ilə  ətrafda,  ətraf aləm isə  öz sirli 

göst


ərmələri ilə insanda yaşayır. Biz bu aləmə nə qədər yaxınıqsa, bir 

o q


ədər də  uzağıq  ondan.  Bu  görünməz, dilsiz “ünsiyyəti” bərpa 

etm


ək üçün bizdə  möcüzəli dünyayla əlaqə  var və  həmişə  də  olub. 

Sad


əcə özümüzü o yerə qoymamışıq, yaxına buraxmaq istəməmişik 

bu inamı. Amma qəlbimizdə bu inamı yaşatmışıq. 

      Deyil

ənlərin təsdiqini görəndə inanmışıq, söylənilənlər qarşımıza 

çıxanda inanmışıq. Lakin təsdiqində ehtiyatlanmışıq. Ehtiyatlanmışıq 

ki, mill


ətpərəst deyərlər, fanatik damğası vurarlar. 

      


Yadımdadır, rəhmətlik molla Oruc deyərdi ki, vaxt gələcək bizim 

bu etdikl

ərimiz, tikdiyimiz evlər, bəslədiyimiz bu bağlar, məscidlər, 

m

əktəblər, idarələr hamısı tar-mar olacaq! 



      S

ən demə, deyilənlərin hamısı olacaq imiş. Ataların dediyi kimi 

“olacağa  çarə  yoxdur”. Nədir bu olacaq?  Bu  kitabı  oxusanız  dəqiq 

m

əlumat alarsınız.  



                                                                             

 Mü

əllif  

 

  

  

 



 


Horadiz s

əni unutmadım... 

 

 



15 

 

 



HORADİZİM 

 

M

ən yazdim ki, qoy itməsin, 



Adı qalsın, hər bir kəsin. 

İstər yerin, istər səsin, 

Sorağıydı Horadizim! 

Dayağıydı Horadizim! 

*** 

Xatir


əmdə qalan da var, 

Silin


ən də, yanan da var. 

Ayrılıqda qalan da var, 

Hamısını Horadizim! 

Dey


əmmədim Horadizim! 

*** 


R

əhmət deyib ölüsünə,  

Baş əyirəm dirisinə. 

Kövr


əldikcə yanır sinə, 

Qaldı darda Horadizim! 

Yandı bağrım, Horadizim! 

*** 


S

ənə göy üzü qurbandır, 

Göyün ulduzu qurbandır. 

Ərşad de, quzu qurbandır, 

İmam Pirə, Horadizim!  

K

əndimizə Horadizim! 



*** 

 

 



 

 

 



 

 

 


Ərşad Namazalı  

 

 



16 

HORADİZ KƏNDİ HAQQINDA 

 

  

Horadiz Az



ərbaycanın  Kiçik  Qafqaz  dağlarının  cənub-sərq 

ətəklərində, Füzuli rayonu ərazisində Qozlu çayın sağ-sol sahillərin-

d

ə yerləşən tarixi bir kənddir. 



Doğru deyirlər ki, ömür beşikdən başlayır. Geniş yolların kökü, 

xırda  cığırlardan  başlayır,  deyənlər  yanılmırlar.  Hər birimiz kiçik 

evl

ərin  astanasından  Böyük  Vətən  dünyasına  düşürük.  Yollar  bizi 



Böyük  Dünyaya  apardıqca,  balaca  “Vətən”  dünyası  unudulmur  və 

heç bir vaxt yaddan 

çıxmır. 

B

əli,  doğulduğumuz  ocağı  duymadan,  sevmədən, öyrənmədən 



Böyük V

ətənimizi, yurdumuzu duya, sevə, öyrənə bilmərik. 




Horadiz s

əni unutmadım... 

 

 



17 

Haralardasa V

ətəndən,  yaxşı  yer  olub-olmamasının  Vətən sev-

gisin


ə  qətiyyən dəxli yoxdur. Vətənin,  xalqının,  doğulduğu  yurdun 

tarixini, 

keçmişini bilmək, öyrənmək hər bir Vətən övladı üçün həm 

borc, h


əm də şərəfdir. 

V

ətən də, millət də, dövlət də torpaqdan başlanır. Ağacın gücünü 



haradan aldığı məlumdur. İnsan və tarix araşdırılmalıdır, ən azı ona 

gör


ə  ki, onun kökü müxtəlif istiqamətlərə  gedib  çıxır.  Hər  şeyin 

aydınlaşması üçün “köklər”-ə baxmaq lazımdır.  

Biz bir mill

ət olaraq əgər  yurdumuzun,  torpaqlarımızın, 

v

ətənimizin tarixini yaxşı öyrənməsək, bilməsək onda gələcəkdə də 



başımıza  çox  faciələr, bəlalar gələ  bilər. Bilməyəndə  isə  susuruq. 

Susanda  da  düşmənlərimiz üstümüzə  ayaq  açırlar,  torpaqlarımıza 

sahib olurlar, v

ətəndaşlarımızı  öldürürlər və  əsir götürürlər, öz 

doğma evindən, obasından didərgin salırlar. 

Bax el


ə  bu səbəbdən hər birimiz tariximizi, yurdumuzun hər 

daşını,  torpağını,  yerini, məkanını  mükəmməl öyrənməliyik və 

g

ələcək nəsilə çatdırmalıyıq! 



Horadiz k

əndimizin  adının  yaranması  haqqında  elmi  əsaslarla 

müxt

əlif rəvayətlər və yozmalar irəli sürürlər. 



M

ən  qeyd etməliyəm  ki,  Araz  çayının  hər iki sahilində  qonşu 

yaşayış  məskənləri  “Aslandüz”  və  “Horadüz”kəndləri  var. Belə 

hesab edir

əm ki, bunların daha yaxın oxşarlıqları var. Bunlar təqribən 

eyni  vaxtda  yarandıqları  üçün  ulularımız  Araz  çayının  sağ  dağ 

ətəyində yerləşdiyinə ğörə Aslandüz və nisbətən sol tərəf düzənlikdə 

yerl


əşdiyinə  görə  bizim kəndə  Qaradüz  adı  vermişlər.  “qara” 

sözünün (türk toponimind

ə)  “böyük”  və  “düz”  sözü ilə  birləşməsi 

“Qaradüz” 

adlanır,  bu  da  tədricən  asimlasiyaya  uğrayaraq  indiki 



“Horadiz” 

adının alındığı bildirilir.  

Dig

ər variantı aşağıdakı kimidir: - Horadiz kəndi faktiki olaraq 



Qozlu  çayın  güney  və  quzey təpəlikləri  arasında  yerləşdiyindən 

(t

əpəliklər  arasında  düz)  yəni,  “Aradüz”  ilə  tanınmış  və  sonradan 



Horadiz kimi adlandırılmışdır. 

Ərəb tarixçilərin verdiyi məlumata görə XVI əsrin əvvəllərində 

Qarabağ ərazisində 3 yaşayış yerinin adı qeyd edilmişdir. Bunlardan 

Qozlu çay v

ə  Qozlu çay üstündə  2 yer Dizak və  Həzzə  yaşayış 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə