165
qrupları arasında bu metodlar haqqında məlumatsızlıq sonradan böyük problemlərə
yol açır. İctimai səhiyyənin əsas funksiyalarından biri bu və digər məlumatların
əhali qruplarına çatdırmaqdan ibarətdir. Məsələn, tədqiqatlar sübut etmişdir ki, əl
yumaq kimi asan bir hərəkət bir çox yoluxucu xəstəliklərin qarşısını ala bilər.
İctimai səhiyyənin işini daha yaxşı başa düşmək üçün aşağıda göstərilmiş
bəzi sağlamlıq proqramlarına nəzər salmaq olar:
• Vaksinasiya və infeksiyon xəstəliklərin nəzarəti
• Nəqliyyat vasitələrində təhlükəsizliyin təmin olunması
• Təhlükəsiz iş yerlərinin təbliği
• Təhlükəsiz və sağlam qidalanmanın təşviqi
• Təhlükəsiz su təminatı və ondan istifadə
• Daha sağlam ana və uşaqlar və ailə planlaşdırılmasından istifadə
• Arterial ürək xəstəliklərindən ölüm hallarının azalması
• Siqaretdən istifadənin sağlamlığa zərər verməsi
haqqında ictimai məlumatlılıq
İctimai səhiyyə həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələrdə
xəstəliklərin qarşısının alınmasında yerli səhiyyə sistemləri və qeyri-hökumət
təşkilatlarının vasitəçiliyi ilə çox vacib rol oynayır. Ümumdünya Səhiyyə
Təşkilatı qlobal ictimai səhiyyə məsələlərini koordinasiya edən beynəlxalq
agentlikdir. Bir çox ölkələrin öz ictimai səhiyyə agentlikləri mövcuddur və bun-
lar adətən daxili sağlamlıq məsələlərini həll edən səhiyyə nazirlikləridir.
İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə səhiyyə xidmətinə və icti-
mai səhiyyə alətlərinə əlçatanlıq çox fərqlidir. İnkişaf etməkdə olan ölkələrdə
ictimai səhiyyə infrastrukturu hələ də formalaşmaqdadır. Bu ölkələrdə ən sadə
tibbi xidmətlərin göstərilməsi və xəstəliklərin qarşısının alınması üçün ixtisaslı
səhiyyə işçiləri və maliyyə resursları çatışmaya bilər.
İnkişaf etməkdə olan ölkələrdəki xəstəliklərin və ölüm hallarının coxu yox-
sulluqla əlaqəlidir. Nümunə üçün götürsək, Afrika qitəsində yerləşən ölkələrin
çoxunun hökuməti səhiyyə xidmətinə adambaşına illik 20 ABŞ dollarından az
vəsait xərcləyirlər. Buna əks olaraq, ABŞ-da federal hökumət səhiyyə xidmətinə
2008-ci ildə adambaşına 7164 ABŞ dolları vəsait xərcləmişdir. Buna baxma-
yaraq, səhiyyə xidmətinə xərclənən vəsait ictimai səhiyyə ilə qarışdırılmama-
lıdır. İctimai səhiyyə bəzən səhiyyə xidmətindən daha geniş sahəni əhatə edir.
Məsələn, avtomobillərdə təhlükəsizlik kəmərinin bağlanılmasını təşviq edən
kampaniyalar minlərcə həyatı xilas edə bilər və bilavasitə insanların sağlamlığı-
na müsbət təsir göstərir, amma bu məqsədlə ayrılmış vəsait səhiyyə xidmətinə
ayrılmış vəsait kimi sayıla bilməz.
İctimai səhiyyə xəstəliyin daha geniş kütlə arasında qarşısının alınması
məqsədi daşıdığından tibb və təbabətdən fərqlənir. Kliniki şəraitdə göstərilən
tibbi xidmət fərdlərin sağlamlığına və onların xəstəliklərinin qarşısının alınması-
166
na yönəlmişdir. Buna baxmayaraq hər iki sahənin qarşılıqlı əlaqəsi vacibir, çünki
fərdin və icmanın sağlamlığı davamlı rifaha nail olmaq üçün önəmlidir. Vərəm
xəstəliyi, İİV infeksiyası, cinsi yolla keçən xəstəliklər, vaksinlə qarşısı alınan
xəstəliklər, həmçinin ürək xəstəlikləri və asma həm əhali tərəfindən, həm də
kliniki şəraitdə idarə olunan xəstəliklərdir.
6.1.5
İctimai səhiyyənin insanların rifahında rolu
İctimai səhiyyə insanların həyatında və sağlamlığında çox böyük rola ma-
likdir və bu məqsədlə bir çox inkişaf etmiş ölkələr bu sahəyə önəmi artırırlar.
Dünyada mövcud olan qeyri-hökumət təşkilatlarının bir çoxu ictimai səhiyyə
sahəsində ixtisaslaşmış və bu yöndə fəaliyyət göstərir. İctimai səhiyyə sayəsində
dünyada baş verən bir çox qorxulu xəstəliklərdən və zərərli vərdişlərdən yaxa
qurtarmaq mümkün olmuşdur. Hələ 1900-cu illərdə ictimai səhiyyə və geniş
kütlə arasında sağlamlığı təşviq etmək sayəsində sənayeləşmiş ölkələrdə insan-
ların yaşam müddəti 45-dən 75-ə qaldırılmışdır. Bu rəqəmə ictimai səhiyyənin
meyarlarından sayılan daha yaxşı qidalanma, sanitariyanın qorunması və daha
təhlükəsiz və sağlam yaşayış yerlərinin tətbiqi sayəsində nail olunmuşdur.
Ictimai səhiyyənin və kliniki tibbin birgə əməkdaşlığı nəticəsində erkən
ölümlərin 50%-nin qarşısı alına bilər. Bu ölümlərə insanların öz davranışlarını
dəyişmək yolu ilə mane olmaq olar. Belə davranışlara siqaret və digər tütünlü
vasitələrdən istifadə, düzgün olmayan qidalanma və oturaq həyat tərzi daxil-
dir. İnsanların sağlamlıq statuslarında müsbət dəyişikliyə nail olmağın ən yaxşı
yolu fərdlərin sağlamlığına fokuslaşan kliniki tibbi xidmətlə yanaşı insanların
sağlamlığını risk altına qoyan ətraf mühit və sosial məsələlərə əhəmiyyət verən
daha geniş ictimai səhiyyə alətətlərindən birgə istifadədir.
Ictimai səhiyyə əvvəllər əsasən infeksiyon xəstəliklər və ətraf mühitdən
gələn təhlükələrə yönlənirdisə, hazırkı ictimai səhiyyə daha irəliyə gedərək in-
sanları müasir bəlalardan qorumağa xidmət edir. Körpə ölümlərinin artması, yeni
infeksiyon xəstəliklərin yaranması, zorakılıq və həddən artıq piylənmə sonradan
ictimai səhiyyənin ünsürlərinə çevrilən problemlərdir. Müasir ictimai səhiyyəni
xarakterizə edən amillər sosial, ətraf mühit və təhsil amillərinin birgə kombina-
siyasıdır.
İnsanların sağlamlığında mühüm irəliləyişlərə nail olmaq üçün ictimai
səhiyyə təşkilatları geniş sahəli fəaliyyətlərlə məşğul olur. Onların çoxu insanla-
rın davranışlarında dəyişikliklərə nail olmaq məqsədi daşıyır. Son illərdə müxtəlif
hökumətlərin və qeyri-hökumət təşkilatlarının birgə səyi nəticəsində insanların
sağlamlığında müsbət dəyişikliklərə nail olunmuşdur. Bunlara bəşəriyyətin əsas
bəlalarından olan İİV infeksiyası, şəkərli diabet, içməli su ilə yayılan xəstəliklər,
heyvanlardan keçən xəstəliklər və vərəm xəstəliklərinin əhəmiyyətli dərəcədə