Fesil indd



Yüklə 185,11 Kb.
səhifə3/8
tarix25.06.2018
ölçüsü185,11 Kb.
#51669
1   2   3   4   5   6   7   8

165

qrupları arasında bu metodlar haqqında məlumatsızlıq sonradan böyük problemlərə 

yol açır. İctimai səhiyyənin əsas funksiyalarından biri bu və digər məlumatların 

əhali qruplarına çatdırmaqdan ibarətdir. Məsələn, tədqiqatlar sübut etmişdir ki, əl 

yumaq kimi asan bir hərəkət bir çox yoluxucu xəstəliklərin qarşısını ala bilər. 

İctimai səhiyyənin işini daha yaxşı başa düşmək üçün aşağıda göstərilmiş 

bəzi sağlamlıq proqramlarına nəzər salmaq olar:

•  Vaksinasiya və infeksiyon xəstəliklərin nəzarəti

•  Nəqliyyat vasitələrində təhlükəsizliyin təmin olunması

•  Təhlükəsiz iş yerlərinin təbliği

•  Təhlükəsiz və sağlam qidalanmanın təşviqi

•  Təhlükəsiz su təminatı və ondan istifadə

•  Daha sağlam ana və uşaqlar və ailə planlaşdırılmasından istifadə

•  Arterial ürək xəstəliklərindən ölüm hallarının azalması

•  Siqaretdən istifadənin sağlamlığa zərər verməsi 

  haqqında ictimai məlumatlılıq

İctimai səhiyyə həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələrdə 

xəstəliklərin qarşısının alınmasında yerli səhiyyə sistemləri və qeyri-hökumət 

təşkilatlarının  vasitəçiliyi  ilə  çox  vacib  rol  oynayır.  Ümumdünya  Səhiyyə 

Təşkilatı  qlobal  ictimai  səhiyyə  məsələlərini  koordinasiya  edən  beynəlxalq 

agentlikdir. Bir çox ölkələrin öz ictimai səhiyyə agentlikləri mövcuddur və bun-

lar adətən daxili sağlamlıq məsələlərini həll edən səhiyyə nazirlikləridir. 

İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə səhiyyə xidmətinə və icti-

mai səhiyyə alətlərinə əlçatanlıq çox fərqlidir. İnkişaf etməkdə olan ölkələrdə 

ictimai səhiyyə infrastrukturu hələ də formalaşmaqdadır. Bu ölkələrdə ən sadə 

tibbi xidmətlərin göstərilməsi və xəstəliklərin qarşısının alınması üçün ixtisaslı 

səhiyyə işçiləri və maliyyə resursları çatışmaya bilər. 

İnkişaf etməkdə olan ölkələrdəki xəstəliklərin və ölüm hallarının coxu yox-

sulluqla əlaqəlidir. Nümunə üçün götürsək, Afrika qitəsində yerləşən ölkələrin 

çoxunun hökuməti səhiyyə xidmətinə adambaşına illik 20 ABŞ dollarından az 

vəsait xərcləyirlər. Buna əks olaraq, ABŞ-da federal hökumət səhiyyə xidmətinə 

2008-ci  ildə adambaşına 7164 ABŞ dolları vəsait xərcləmişdir. Buna baxma-

yaraq, səhiyyə xidmətinə xərclənən vəsait ictimai səhiyyə ilə qarışdırılmama-

lıdır. İctimai səhiyyə bəzən səhiyyə xidmətindən daha geniş sahəni əhatə edir. 

Məsələn,  avtomobillərdə  təhlükəsizlik  kəmərinin  bağlanılmasını  təşviq  edən 

kampaniyalar minlərcə həyatı xilas edə bilər və bilavasitə insanların sağlamlığı-

na müsbət təsir göstərir, amma bu məqsədlə ayrılmış vəsait səhiyyə xidmətinə 

ayrılmış vəsait kimi sayıla bilməz. 

İctimai  səhiyyə  xəstəliyin  daha  geniş  kütlə  arasında  qarşısının  alınması 

məqsədi  daşıdığından  tibb  və  təbabətdən  fərqlənir.  Kliniki  şəraitdə  göstərilən 

tibbi xidmət fərdlərin sağlamlığına və onların xəstəliklərinin qarşısının alınması-



166

na yönəlmişdir. Buna baxmayaraq hər iki sahənin qarşılıqlı əlaqəsi vacibir, çünki 

fərdin və icmanın sağlamlığı davamlı rifaha nail olmaq üçün önəmlidir. Vərəm 

xəstəliyi, İİV infeksiyası, cinsi yolla keçən xəstəliklər, vaksinlə qarşısı alınan 

xəstəliklər,  həmçinin  ürək  xəstəlikləri  və  asma  həm  əhali  tərəfindən,  həm  də 

kliniki şəraitdə idarə olunan xəstəliklərdir.



6.1.5

İctimai səhiyyənin insanların rifahında rolu

İctimai səhiyyə insanların həyatında və sağlamlığında çox böyük rola ma-

likdir və bu məqsədlə bir çox inkişaf etmiş ölkələr bu sahəyə önəmi artırırlar. 

Dünyada  mövcud  olan  qeyri-hökumət  təşkilatlarının  bir  çoxu  ictimai  səhiyyə 

sahəsində ixtisaslaşmış və bu yöndə fəaliyyət göstərir. İctimai səhiyyə sayəsində 

dünyada baş verən bir çox qorxulu xəstəliklərdən və zərərli vərdişlərdən yaxa 

qurtarmaq  mümkün  olmuşdur.  Hələ  1900-cu  illərdə  ictimai  səhiyyə  və  geniş 

kütlə arasında sağlamlığı təşviq etmək sayəsində sənayeləşmiş ölkələrdə insan-

ların yaşam müddəti 45-dən 75-ə qaldırılmışdır. Bu rəqəmə ictimai səhiyyənin 

meyarlarından sayılan daha yaxşı qidalanma, sanitariyanın qorunması və daha 

təhlükəsiz və sağlam yaşayış yerlərinin tətbiqi sayəsində nail olunmuşdur.

Ictimai  səhiyyənin  və  kliniki  tibbin  birgə  əməkdaşlığı  nəticəsində  erkən 

ölümlərin 50%-nin qarşısı alına bilər. Bu ölümlərə insanların öz davranışlarını 

dəyişmək yolu ilə mane olmaq olar. Belə davranışlara siqaret və digər tütünlü 

vasitələrdən  istifadə,  düzgün  olmayan  qidalanma  və  oturaq  həyat  tərzi  daxil-

dir. İnsanların sağlamlıq statuslarında müsbət dəyişikliyə nail olmağın ən yaxşı 

yolu fərdlərin sağlamlığına fokuslaşan kliniki tibbi xidmətlə yanaşı insanların 

sağlamlığını risk altına qoyan ətraf mühit və sosial məsələlərə əhəmiyyət verən 

daha geniş ictimai səhiyyə alətətlərindən birgə istifadədir.

Ictimai  səhiyyə  əvvəllər  əsasən  infeksiyon  xəstəliklər  və  ətraf  mühitdən 

gələn təhlükələrə yönlənirdisə, hazırkı ictimai səhiyyə daha irəliyə gedərək in-

sanları müasir bəlalardan qorumağa xidmət edir. Körpə ölümlərinin artması, yeni 

infeksiyon xəstəliklərin yaranması, zorakılıq və həddən artıq piylənmə sonradan 

ictimai səhiyyənin ünsürlərinə çevrilən problemlərdir. Müasir ictimai səhiyyəni 

xarakterizə edən amillər sosial, ətraf mühit və təhsil amillərinin birgə kombina-

siyasıdır.

İnsanların  sağlamlığında  mühüm  irəliləyişlərə  nail  olmaq  üçün  ictimai 

səhiyyə təşkilatları geniş sahəli fəaliyyətlərlə məşğul olur. Onların çoxu insanla-

rın davranışlarında dəyişikliklərə nail olmaq məqsədi daşıyır. Son illərdə müxtəlif 

hökumətlərin və qeyri-hökumət təşkilatlarının birgə səyi nəticəsində insanların 

sağlamlığında müsbət dəyişikliklərə nail olunmuşdur. Bunlara bəşəriyyətin əsas 

bəlalarından olan İİV infeksiyası, şəkərli diabet, içməli su ilə yayılan xəstəliklər, 

heyvanlardan keçən xəstəliklər və vərəm xəstəliklərinin əhəmiyyətli dərəcədə 



Yüklə 185,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə