21
sarayda tutduqları vəzifələrdən
[27-28]
sui-istifadə edərək elatları özlərinin şəxsi
xidmətçilərinə çevirir, onlardan qulam və ya mulazim kimi istifadə edirdilər.
XVIII əsrin 60-cı illərinin sonlarında bu hadisə o qədər adi hala çevrilmişdi ki,
hətta elat ağsaqqalları həmin dövrdə müəyyən dərəcədə Naxçıvan xanlığına təsir edə
bilən İran hakimi Kərim xan Zəndə yazılı surətdə şikayətlə müraciət etməyə məcbur
olmuşdular. Şikayət məktubunda deyilirdi: «Bizim zadəganlar (bəyzadələr) bəzi
kəndliləri və elatları apararaq özləri üçün qulamlara çevirirlər. Onlar qoymurlar ki,
köçərilər öz peşələri ilə məşğul olsunlar. Heç vaxt görünməyib ki, kəndli qulam olsun.
Xahişimiz budur ki, ədalətli fərman verəsiniz ki, bir daha kəndlilər və köçərilər
qulamlara və mülazimlərə çevrilməsinlər. Kim nəslən qulamdırsa və ya pulla alınmışsa,
yaxud başqa ölkədən gəlmişdirsə qoy o da qulam olsun. Naxçıvan ölkəsində kəndlilər
və köçərilər heç zaman qulam olmamış və ona görə də onları qulam etmək olmaz».
Kərim xan Zənd Naxçıvan ağsaqqallarının xahişinə əməl etmiş və naxçıvanlılara
cavab məktubu göndərmişdi. Əlbəttə, başqa cür ola da bilməzdi. Çünki İranın şimalında
və Cənubi Azərbaycanda öz hakimiyyətini gücləndirə bilməmiş Kərim xan Zənd
istəmirdi ki, həmin bölgədə narazılıq artsın, əhali arasında çəkişmə yaransın. Ona görə
də Kərim xan Zənd Naxçıvan ağsaqqallarının şikayət məktublarına yazılı şəkildə cavab
verməklə ağsaqqallar arasında öz nüfuzunu artırmağa cəhd göstərirdi.
Yuxarıda göstərildiyi kimi, xanlığın təbəələri xəzinə üçün tələb olunan vergiləri
məcburi verməli və hər cür mükəlləfiyyəti yerinə yetirməli idilər. Vergi və
mükəlləfiyyətlər kəndlilər kimi şəhər əhalisinə də aid edilirdi. Naxçıvan xanlığında
feodal rentası aşağıdakı formada mövcud idi:
Şəxsi vergilər (can vergisi).
a) Baş pulu: Əsasən 15 yaşına çatmış şəxsdən ildə bir dəfə gümüş pulla 1 man.
20 qəpik alınırdı. Bu vergidən heç kəs yayınmasın deyə şəhər və kəndlərdə yeni peyda
olmuş şəxs haqqında kəndxudalar divana mütləq məlumat verməli idilər. Əks təqdirdə
kəndxudanı ciddi cəza gözləyirdi.
b) Ev pulu (tüstü pulu): Bu vergi toplanılarkən evlilərlə subaylar arasında heç bir
fərq qoyulmurdu. Yalnız qadınlardan və uşaqlardan ev pulu alınmırdı. Hər kişidən ildə
gümüş pulla 1 manat 20 qəpik, hər evdən isə gümüş pulla 20 manat alınırdı.
Torpaqla əlaqədar vergilər Bu vergi buğda ilə ölçülürdü. Naxçıvan xanlığında
bu vergi «bəhrə» adlanırdı. «Bəhrə» taxılçılıqla məşğul olan bütün rəiyyətlər üçün
məcburi vergi idi. Naxçıvan xanlığında bəhrə o qədər geniş vüsət tapmışdı ki, natura ilə
alınan bütün vergilər xalq arasında «bəhrə» adlandırılırdı. Bu vergi, adətən, aşağıdakı
şəkildə toplanırdı: məhsul yığılıb qurtardıqdan sonra sahibkarın və ya onun inanılmış
adamlarının iştirakı ilə taxıl bölüşdürülürdü... Bu bölgü məhsul yığıldıqdan sonra üç
gündən gec olmayaraq həyata keçirilməli idi. Əgər kəndli sahibkarın mülkünün
yaxınlığında yaşayırdısa, bəhrə üç gündən gec olmayaraq sahibkara çatdırılmalı idi.
Əgər sahibkar həmin yerdən uzaqda yaşayırdısa, o zaman bəhrə çöl işləri qurtardıqdan
sonra ödənilirdi.
«Naxçıvan vilayətinin statistik təsviri» kitabında bəhrə barədə dəqiq məlumat
verilmişdir. Burada deyilirdi ki, natura halında yalnız taxıldan bəhrə alınırdı. Hər il
məhsul yığımından sonra xan öz nökərlərini kəndə göndərirdi ki, yığılmış məhsulun
miqdarını müəyyənləşdirsinlər. Heç kimin ixtiyarı yox idi ki, xanın icazəsi olmadan
22
yığılmış məhsula sahib çıxsın. Taxılın qiyməti müəyyənləşdirildikdən sonra məhsul
aşağıdakı qaydada bölüşdürülürdü. Xəzinə torpaqlarından toplanmış məhsulun hər 10
hissəsindən 3,5 hissəsi xanın, qalanı isə torpağı becərənlərin payına düşürdü. Mülkədar
torpaqlarından toplanmış məhsulun 1,5 hissəsi mülkədarın, 2 hissəsi xəzinənin, qalan
hissəsi torpağı becərənin payına düşürdü. «Bəhrə»nin iki hissəsi buğda ilə, bir hissəsi
isə arpa ilə ödənilirdi.
Natura halında toplanan verginin miqdarı bəzən vergi toplayan məmurların
özbaşınalığından artırı
[29-30]
lırdı.
=Mal-qara üçün vergi (gümüş pulla):
Camış üçün 1 manat
İnək üçün 50 qəpik
Ulaq üçün 50 qəpik
Dişi ulaq üçün 1 manat 20 qəpik
Yük daşıyan at üçün 2 manat 20 qəpik
Dişi at üçün 1 manat
Minik atları heç bir gəlir gətirmədiyindən sahibi vergidən azad olunurdu. Taxılın
əkilib-becərilməsində iştirak edən öküz və kəllər üçün də vergi alınırdı.
Qoyun sahibi hər baş qoyun üçün bir «pənahabad»
9
və yaxud 20 qəpik gümüş pul
verməli idi.
İqtisadiyyatının əsas sahəsini maldarlıq təşkil edən xanlıqlarda maldarlar
heyvanlarını dövlətə məxsus çəmənliklərdə otardıqları üçün xəzinəyə «çöpbaşı» adlı
xüsusi vergi verməli idilər. Maldarlardan eyni zamanda «çobanbəyi» adlanan vergi də
toplanılırdı. Bu vergi mal-qaranın feodal torpaqlarında otarılması üçün alınırdı. Dəqiq
məlumatın azlığından Naxçıvan xanlıqında «çöpbaşı» və «çobanbəyi» kimi vergilərin
miqdarını müəyyənləşdirmək mümkün olmasa da İ. Şopenin XIX əsrin əvvəllərində
yazdığı Naxçıvan xanlığına aid əsərindən istifadə edərək bu barədə müəyyən təsəvvür
yarada bilərik. İ. Şopenin əsərində maldarların həyatı və onların verdikləri vergi barədə
bəzi maraqlı dəlillərə də rast gəlirik. Onun yazdıqlarından məlum olur ki, maldarlar
müxtəlif vergilərlə yanaşı, hər yüz qoyun və keçidən xana müəyyən miqdarda pay
verməli idilər. Bundan başqa maldarlar xana yağ, yun və başqa məhsullar da verirdilər.
İ. Şopenin əsərində oxuyuruq: «... maldarlardan alınan vergilərdən başqa, sərdar öz mal-
qarasını saxlamaq üçün də elatlardan yem alırdı»
10
... Bundan əlavə, hər bir elat ildə
sağılan bir baş qoyuna görə yarım
batman yağ, sağılan və sağılmayan qoyunlara görə
isə müəyyən miqdarda yun verməli idi
11
.
Yuxarıda göstərilən vergilər Naxçıvan xanlığında yaşayan bütün maldarlara aid
edilirdi. Yalnız kəngərli
tayfasından olan elatlar bu ödənclərdən azad idilər. Bu da
səbəbsiz deyildi. Müharibə baş verdikdə onlar kəngərli tayfasının süvari dəstələrini
təşkil edirdilər. Bu tayfa əsasən üç vergidən azad edilmişdi: tüstüpulu, başpulu və
maldarlığa aid vergilər.
9
.Şuşada kəsilmiş pul vahidi. Pənahabad, daha sonra «pənəbad»adlandırılırdı. Bu pul vahidi bütün xanlıqlarda işlədilirdi
10
И. Шопен. Исторический памятник состояния Армянский области в эпоху ее присоединения к Российской империи.
СПб,,1852, с. 1127.
11
Yenə orada.