bu prinsiplərə cavab verməyən bəzi orqanlar ləğv olunmuşdu
(Mətbuat və İnformasiya Nazirliyi, Dövlət Millətlər- arası
Münasibətlər Komitəsi, Nazirlər Kabineti yanında Dövlət
Sığorta Nəzarəti, Nazirlər Kabineti yanında Mənzil
Kommunal Təsərrüfatı Komitəsi, Nazirlər Kabineti nəzdin- də
Dövlət Baytarlıq Komitəsi, Dövlət Bitkilərin Karantini
Müfəttişliyi və s).
Azərbaycanda səriştəli və peşəkar dövlət qulluğu
sisteminin formalaşdırılması da tələb olunurdu. Bu məqsədlə
21 iyul 2000-ci il tarixdə “Dövlət qulluğu haqqında”
Azərbaycan Respublikasının Qanunu qəbul olundu. 2001-ci
ilin sentyabr ayından qüvvəyə minən bu qanetmə orqanları
sisteminin fəaliyyətinin məqsədyönlü və səmərəli şəkildə
dəyişdirilməsi üçün hüquqi əsas yaratdı.
Ulu
öndər
Heydər
Əliyevin
dövlətçilik
konsepsiyasının əsas istiqamətlərindən biri kadr siyasəti ilə
bağlıdır. Heydər Əliyevin kadr siyasətindən danışarkən birinci
növbədə, dövlət idarəçiliyi məsələlərində onun ideya və
baxışlarının xarakterinə nəzər salmaq lazımdır. Burada əsas
məsələ dövlət idarəetməsində kadr siyasətinin başlıca xəttini,
strateji istiqamətini öyrənmək və bilmək vacibdir. Onun kadr
siyasətində hər şeydən əvvəl, cəmiyyətin iqtisadi əsasını
möhkəmləndirmək, ictimai münasibətləri sürətlə inkişaf
etdirmək, cəmiyyət üzvlərinin tərbiyəsini təşkil etmək,
vətəndaşların maddi və mədəni rifahını, hüquq və
azadlıqlarını
yaxşılaşdırmaq,
adamların
ictimai
təhlükəsizliyini
təmin
etmək,
beynəlxalq
əlaqələri
genişləndirmək, dövlət funksiyalarının realizə edilməsi kimi
ən vacib və ən aktual məsələlər başlıca yer tutur.
15
-
Heydər Əliyevin dövlətçilik konsepsiyası əsasında
yaradılmış müasir Azərbaycan dövləti müstəqillik
yollarında bugünkü sivil dünyanın qanunlarına uyğun
inkişaf edir və getdikcə möhkəmlənir. Üzümüzə açılmış
yeni sivil dünyanın mütərəqqi idarəçilik üslubu, forma və
metodları müntəzəm olaraq öyrənilir və yaradıcılıqla tətbiq
olunur, tarixi təcrübəyə əsaslanmaqla yeni şəraitə
uyğunlaşdırılan idarəçilik sistemimiz getdikcə zənginləşir,
inkişaf edir. Ümummilli lider Heydər Əliyevin əsasını
qoyduğu dövlətçilik konsepsiyası cənab Prezident İlham
Əliyev tərəfindən bu gün böyük peşəkarlıq, yeni təfəkkür və
müasir yanaşma tərzi ilə uğurla davam və inkişaf etdirilir,
dövrün zamanın ruhuna uyğun olaraq daha da
təkmilləşdirilir. Dövlət idarəçiliyində, dövlətə rəhbərlikdə
peşəkarlığın, səmərəliliyin, səriştəliliyin əhəmiyyətini biz
hazırda cənab Prezident İlham Əliyevin bugünkü çoxcəhətli
və səmərəli fəaliyyətində aydın görürük.
16
-
§2. DÖVLƏT QULLUĞUNUN HÜQUQİ
TƏNZİMLƏNMƏSİNDƏ
BEYNƏLXALQ TƏCRÜBƏ
Büttın inkişaf etmiş ölkələrin dövlət qulluğu barədə
qanunvericiliyi dövlət -hüquq formaları və siyasi quruluşun
tarixi təkamülünü əks etdirir. Peşəkar məmurluq institutu ilk
dəfə Fransa və Almaniyada, daha sonra isə İngiltərə, ABŞ və
Kanadada yaradılmışdır. Bu ölkələrin inkişafı idarəetmədə
mühüm addımlar atılmasını tələb edirdi. Dövlət qulluğunun
hüquqi reqlamentasiyasmdan danışarkən, ilk növbədə
konstitusiya normalarını qeyd etmək lazımdır. Belə ki,
1787-ci il ABŞ Konstitusiyasında Prezidentin “Senatın
sessiyaları arasındakı dövrdə açılan bütün vakansiyaları
tutmaq” səlahiy>'ətləri qeyd edilmişdir. AFR- ın əsas qanunu
ilə dövlət xidməti haqqında qanunvericiliyin söykənməli
olduğu prinsiplər müəyyənləşdirilir. Polşanın 1997-ci ildə
qəbul edilmiş Konstitusiyasında dövlət qulluğunun
məqsədləri və xüsusiyyətləri göstərilir.
Unitar dövlət quruluşuna malik Azərbaycan
Respublikası Konstitusiyasının 55-ci maddəsinin II bəndində
deyilir: “Azərbaycan Respublikası vətəndaşları dövlət
orqanlarında qulluq etmək imkanına malikdirlər. Dövlət
orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının
vətəndaşları sırasından təyin edilirlər. Əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər dövlət qulluğuna qanunla
müəyyənləşdirilmiş qaydada qəbul edilə bilərlər.”
Dövlət qulluğu haqqında yeni qanunvericiliyin qəbulu bir
sıra ölkələrdə inzibati sahədə islahatlar şüarı altında həyata
keçirilmişdir. Məsələn. 70-ci illərdə Tnuilta-
- 1 7 -
' ^
rədə belə islahat keçirilmişdir. ABŞ Konqresi tərəfindən
1978-ci ilin 13 oktyabrında Dövlət qulluğunda islahatlar
barədə qanun qəbul edildikdən sonra bu sahədə optimal
qanunvericilik modelləri hazırlanmasını təmin edə bilən
ciddi analitik iş aparıldı.
Ölkələrin bu məsələyə fərqli münasibəti müxtəlif
idarəetmə sistemlərinin yaradılması ilə nəticələndi. 80-ci
illərin əvvəlində Fransa dövlət qulluğunda islahatlar barədə
qərar qəbul etdi və bu barədə çoxlu qanunlar, dekretlər
meydana çıxdı. 1989-cu ildən isə Kanadada bu sahədə köklü
islahatlar həyata keçirilməsinə başlanıldı. Bu islahatların
əsas məqsədi, kanadalıların fikrini ifadə etsək, “dövlət
qulluğu effektiv olmalı, müasir tələblərə cavab verməli, daha
yaxşı olmalı, qulluğun başında ən bacarıqlı kişi və qadınlar
durmalıdır”.
Rəngarəng və çoxsaylı normativ aktların olması
əksər xarici dövlətlər üçün səciy>'əvidir. Məsələn, elə
Kanadanın özündə Dövlət qulluğuna qəbuletmə haqqında
qanunla bərabər əmək münasibətləri barədə qanun da
qüvvədədir. Bu qanun işə qəbul edən (Xəzinədarlıq Şurası
şəxsində) və dövlət qulluqçuları arasındakı münasibətləri, o
cümlədən, əmək mübahisələrinin həlli və tətildə iştirak
etmək hüquqi məsələlərini tənzimləyir. Polşa və bir sıra
digər ölkələrdə də dövlət qulluğuna aid məsələləri
tənzimləyən vahid qanunvericilik aktı mövcud deyil.
Digər dövlətlərdən fərqli olaraq Böyük Britaniyada
dövlət qulluğu məsələləri əsas qanunlarla deyil, hökumətin
təşəbbüsü ilə qəbul edilən aktlarla - şurada əmrlərlə
tənzimlənir.
-
18
-
Dostları ilə paylaş: |