Øß Ã
Ð
Doğma, canım-varlığım qədər
sevdiyim Azərbaycanım
mənim qibləgahımdır
Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti
www.serqqapisi.az
Qiyməti 20 qəpik
Gündəlik ictimai-siyasi qəzet
qapısı
Qəzet 1921-ci
ildən çıxır
Sayı: 155 (20.809)
22 avqust 2013-cü il, cümə axşamı
Muxtar respublikada elektrik enerjisinin
istehlakçılara fasiləsiz və keyfiyyətli çatdı-
rılması istiqamətində ardıcıl tədbirlər görülür,
elektroenergetika sistemi ən müasir stan-
dartlara uyğun şəkildə yenidən qurulur.
Avqustun 21-də Ordubad şəhərindəki
“Ordubad” elektrik yarımstansiyası istifadəyə
verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri Vasif Talıbov açılış məra-
simində iştirak etmişdir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar
Respublikası Dövlət Energetika Agentliyinin
Baş direktoru Yasin Səfərov “Ordubad” ya-
rımstansiyasının yenidən qurulmasını Ordubad
şəhərinin enerji təhlükəsizliyinin təmin olun-
ması istiqamətində həyata keçirilən ardıcıl
tədbirlərin davamı kimi dəyərləndirmiş, gös-
tərilən diqqət və qayğıya görə energetiklər
adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış
edərək demişdir: “Muxtar respublikamızda
vacib sahə olan energetikanın inkişafı istiqa-
mətində ardıcıl tədbirlər həyata keçirilir. Bu
sahədə görülən işlər muxtar respublikanın so-
sial-iqtisadi inkişafında, əhalinin yaşayış sə-
viyyəsinin yüksəldilməsində mühüm əhəmiyyət
daşıyır. Muxtar respublikamızda elektrik ener-
jisinin verilişinə, yarımstansiyaların qurulmasına
ötən əsrin 60-cı illərindən başlanılmışdır. O
dövrdən istismar olunan elektrik verilişi xət-
lərinin və yarımstansiyaların bu gün yenidən
qurulması zərurətə çevrilmişdir”.
Ali Məclisin Sədri demişdir: “Muxtar
respublikamızın sürətli sosial-iqtisadi inkişafı
bu sahədə ardıcıl tədbirlərin həyata keçiril-
məsinə imkan verir. Bu gün energetikanın
inkişafı diqqət mərkəzində saxlanılır, bu sa-
hədə çalışanlar üçün normal iş şəraiti yaradılır,
sosial rifah halları yaxşılaşdırılır. Artıq Nax-
çıvan enerji alan bir regiondan enerji ixrac
edən muxtar respublikaya çevrilmişdir. Bu
da ümummilli liderimiz Heydər Əliyevin
müəyyənləşdirdiyi siyasi xəttin ölkə
Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsinin nəticəsidir”.
“Ordubad” elektrik yarımstansiyasının açılışı olmuşdur
Avqustun 21-də Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
Ordubad Rayon Şöbəsinin binası əsaslı ye-
nidənqurma işlərindən sonra istifadəyə
verilmişdir.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xid-
mətinin rəisi, polkovnik Səxavət Salmanov
açılış mərasiminə gələn Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif
Talıbova raport vermişdir.
Ali Məclisin Sədri Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
Ordubad Rayon Şöbəsinin binasının yeni-
dənqurma işlərindən sonra istifadəyə ve-
rilməsi münasibətilə kollektivi təbrik edərək
demişdir: “Hər bir müstəqil ölkə öz fəaliy-
yətini müvafiq dövlət qurumları vasitəsilə
həyata keçirir. Bu gün Azərbaycan da müs-
təqil dövlətdir. Ölkəmizdə dövlət qurum-
larının fəaliyyəti təmin olunmuş, müxtəlif
sahələr üzrə qanunvericilik bazası yaradıl-
mışdır. Bu cür dövlət qurumlarından biri
də Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətidir. 2012-ci ildə yara-
dılan xidmətin təşkili üçün qanunlar qəbul
edilmiş, qurumun qarşısında mühüm vəzi-
fələr müəyyənləşdirilmişdir”.
Ali Məclisin Sədri demişdir: “Naxçıvan
Muxtar Respublikası Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidməti,
eləcə də onun Ordubad Rayon Şöbəsi öz
fəaliyyətini ölkəmizdə bu sahə üzrə qəbul
olunmuş qanunlar əsasında qurur. Bu qa-
nunlara əsasən, kollektiv qarşısında mühüm
vəzifələr qoyulmuşdur. Belə ki, əməkdaş-
ların qarşısında vətəndaşların hərbi vətən-
pərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi
xidmətə çağırışaqədərki hazırlığı, həqiqi
hərbi xidmətə çağırışı, ehtiyatda xidmət
keçməsi, səfərbərlik hazırlığı və səfərbərlik
üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə
hazırlığı, Silahlı Qüvvələrin və digər silahlı
birləşmələrin, habelə xüsusi birləşmələrin
hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat va-
sitələri ilə, eləcə də mülki heyət vəzifələ-
rində işləmək üçün vətəndaşlarla kom-
plektləşdirilməsi kimi vəzifələr durur”.
Ali Məclisin Sədri demişdir: “Kollektiv
qarşısında müəyyənləşdirilən vəzifələr içə-
risində ən vacibi vətəndaşların hərbi və-
tənpərvərlik tərbiyəsidir. Ona görə də əmək-
daşlar gənclər arasında hərbi vətənpərvərlik
işinin təşkilini diqqət mərkəzində saxla-
malıdırlar. Xidmət öz fəaliyyətini yalnız
həqiqi hərbi xidmətə çağırışaqədərki gənc -
lərin qeydiyyata alınması və xidmətə yola
salınması istiqamətində qurmamalı, onlar
arasında hərbi vətənpərvərlik işinin təşkili
sahəsində də ardıcıl tədbirlər görülməlidir.
Xidmətin Ordubad Rayon Şöbəsində bu
vəzifələrin yerinə yetirilməsi üçün hər cür
şərait yaradılmış, müasir bina əməkdaşların
istifadəsinə verilmişdir”.
Ali Məclisin Sədri yaradılan şəraitdən
səmərəli istifadə olunacağına əminliyini
bildirmiş, kollektivə işlərində uğurlar
arzulamışdır.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin Ordubad
Rayon Şöbəsinin leytenantı Orxan Əliyev
çıxış edərək demişdir ki, muxtar respublikada
aparılan genişmiqyaslı quruculuq işləri Sə-
fərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsini
də əhatə etmişdir. Bu gün kollektivin istifa-
dəsinə verilən inzibati bina əsaslı şəkildə
yenidən qurulmuş, xidmətin təşkili üçün
hərtərəfli şərait yaradılmışdır. Orxan Əliyev
yaradılan şəraitdən səmərəli istifadə edərək
əhaliyə nümunəvi xidmət göstərəcəklərinə
söz vermişdir.
Ali Məclisin Sədri açılışı bildirən lenti
kəsmiş, binada yaradılan şəraitlə tanış
olmuşdur.
Bina zirzəmi ilə birlikdə 3 mərtəbədən
ibarətdir. Yenidənqurma işləri zamanı elektrik
xətləri və istilik sistemi yenilənmiş, interyer
müasir şəkildə qurulmuş, birinci və ikinci
mərtəbələrdə 18 iş otağı kollektivin istifa-
dəsinə verilmişdir. Həmçinin binada arxiv,
qəbul və kompüter otaqları, eləcə də 45
yerlik akt zalı vardır.
Zirzəmidə yeməkxana, qazanxana, an-
bar, server otağı, nəzarət qrupu üçün 2 iş
otağı və hərbi həkim komissiyası üçün 8
otaq yerləşir. Hərbi həkim komissiyası
üçün nəzərdə tutulan otaqlarda çağırışçı
gənclərin müayinəsi üçün lazımi şərait
yaradılmışdır.
Bina ilə tanışlıqdan sonra kollektivlə gö-
rüşən Ali Məclisin Sədri əməkdaşların mü-
təmadi olaraq öz üzərlərində işləmələrinin,
bu sahədə qəbul olunmuş qanunvericilik
bazasının ətraflı öyrənilməsinin vacibliyini
bildirmiş, orta ümumtəhsil məktəblərində
hərbi dərslərin keçilməsinə diqqət yetirilməsi,
gənclərin hərbi sahəyə maraqlarının artırıl-
ması üçün maarifləndirmə tədbirlərinin gö-
rülməsi barədə tapşırıqlar vermişdir.
Binanın həyətində də abadlıq işləri apa-
rılmış, yaşıllıqlar salınmışdır.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin binası istifadəyə verilmişdir
Ardı 2-ci səhifədə
2
Ordubad şəhərindəki yaşayış binalarında
əsaslı təmir işləri aparılmışdır.
Avqustun 21-də Naxçıvan Muxtar Res-
publikası Ali Məclisinin Sədri Vasif Talıbov
yaşayış binalarına baxmışdır.
Binanın sakini Nərgiz Həsənəliyeva Or-
dubad şəhərinin günü-gündən inkişaf etdiyini,
aparılan quruculuq və abadlıq işlərindən,
yaradılan yüksək şəraitdən hər bir sakinə
pay düşdüyünü qeyd etmiş, göstərilən diqqət
və qayğıya görə sakinlər adından min -
nətdarlığını bildirmişdir.
Ali Məclisin Sədri yaşayış binalarının ye-
nidənqurma işlərindən sonra istifadəyə ve-
rilməsi münasibətilə sakinləri təbrik edərək
demişdir: “Bu gün ölkəmizdə ümummilli
liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi
siyasi xəttin uğurla davam etdirilməsi nəti-
cəsində bütün sahələrdə inkişaf və tərəqqi
müşahidə olunur. İnsanların sosial-məişət şə-
raitinin yüksəldilməsi daim diqqət mərkəzində
saxlanılır. Ordubad şəhərində yaşayış bina-
larının yenidən qurulması, sakinlərin mən-
zil-məişət şəraitinin yaxşılaşdırılması insan
amilinə göstərilən qayğının daha bir ifadəsidir.
Bu istiqamətdə həyata keçirilən tədbirlər
bundan sonra da davam etdiriləcəkdir”.
Sonra Ali Məclisin Sədri binalarda yara-
dılan şəraitlə maraqlanmışdır.
Bildirilmişdir ki, 5 mərtəbəli yaşayış bi-
nalarının hər birində 50 mənzil vardır. Təmir
işləri aparılarkən binaların dam örtüyü və
giriş qapıları dəyişdirilmiş, elektrik, qaz,
rabitə, su və kanalizasiya xətləri yenilənmiş,
müasir istilik sistemi quraşdırılmışdır. Bi-
naların həyətlərində də abadlıq işləri apa-
rılmış, işıqlandırma sistemləri quraşdırılmış,
yaşıllıqlar salınmışdır.
Ali Məclisin Sədri ərazidəki 4 mərtəbəli
yaşayış binasında həyata keçirilən təmir iş-
lərinin gedişi ilə də maraqlanmış, müvafiq
tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
Yaşayış binaları əsaslı təmir olunmuşdur
Muxtar respublikamızda energetiklər
sinfinin formalaşdığını bildirən Ali Məclisin
Sədri demişdir: “Muxtar respublikada ener-
getika sahəsində ixtisaslı kadrların hazır-
lanmasına xüsusi diqqət yetirilir, nəzəri və
praktik biliklərə malik olan mütəxəssislər
hazırlanır. Artıq muxtar respublika ener-
getikləri elektrik stansiyalarının tikintisini
və istismarını, yarımstansiyaların qurul-
masını, yüksəkgərginlikli elektrik verilişi
xətlərinin çəkilməsini uğurla həyata keçi-
rirlər. İxtisaslı energetiklərin hazırlanması
sahəsindəki işlərin davam etdirilməsi üçün
muxtar respublikanın orta ixtisas məktəb-
lərində və ali təhsil müəssisələrində müvafiq
ixtisaslar açılmışdır. Təhsil müəssisələrinin
məzunları artıq energetika sahəsində çalı-
şırlar. “Ordubad” elektrik yarımstansiyası
da muxtar respublika energetikləri tərəfindən
qurulmuşdur. Əvvəllər mexaniki şəkildə
idarə olunan yarımstansiyada bu gün avto-
matik idarəetmə sistemi qurulmuş, əl əməyi
yüngülləşdirilmiş, işçilərin təhlükəsizliyi
təmin olunmuşdur”.
Ali Məclisin Sədri enerji təminatı sa-
həsindəki işlərin bundan sonra da davam
etdiriləcəyini bildirərək demişdir: “Muxtar
respublikada əhalinin elektrik enerjisi ilə
fasiləsiz təmin olunması, dayanıqlı enerji
mənbələrinin yaradılması istiqamətində
ardıcıl tədbirlər görülür. Yeni elektrik stan-
siyaları tikilir, müasir yarımstansiyalar
yaradılır, bərpaolunan enerji mənbələrindən
səmərəli istifadə olunur. Hazırda Arpaçay
Su Elektrik Stansiyası sınaq rejimində iş-
ləyir. Həmçinin “Ordubad” və “Arpaçay-
2” Su Elektrik stansiyalarının tikintisi da-
vam etdirilir. Gələcəkdə muxtar respubli-
kanın dağ çaylarının mövcud hidroenerji
potensialından istifadə edilərək yeni su
elektrik stansiyalarının tikintisi də həyata
keçiriləcəkdir”.
Ali Məclisin Sədri stansiyanın qurulma-
sında və muxtar respublikada elektroener-
getika sisteminin inkişafında əməyi olan
energetiklərə təşəkkürünü bildirmiş, onlara
işlərində uğurlar arzulamışdır.
Sonra Ali Məclisin Sədri yarımstansiyanın
qurulmasında fərqlənənləri hədiyyələrlə
mükafatlandırmış, açılışı bildirən rəmzi
lenti kəsmişdir.
Məlumat verilmişdir ki, 1959-cu ildə qu-
rulan “Ordubad” yarımstansiyasının ava-
danlıqlarının istismar müddəti başa çatdı-
ğından mövcud stansiyanın yaxınlığında
gücü 41 meqavoltamper olan 110/35/10 ki-
lovoltluq yeni yarımstansiya tikilmişdir. 9
mindən artıq əhali abonentinin dayanıqlı
enerji təminatını həyata keçirəcək yarım -
stansiya üzrə yay aylarında elektrik enerjisinə
olan tələbat 10-12, qış aylarında isə 4-5
meqavatdır.
Tikinti işləri aparılarkən stansiyada
1 ədəd 25 meqavoltamper və 1 ədəd 16
meqavoltamper gücündə transformatorlar,
5 ədəd 110 kilovoltluq eleqaz açarı quraş-
dırılmış, 10 ədəd məsafədən idarə olunan
110 kilovoltluq ayırıcı, 6 ədəd gərginlik
və 9 ədəd cərəyan transformatoru qoyul-
muşdur. Eleqaz açarları olan 35 və 10 ki-
lovoltluq hücrələrin avtomatik idarəetmə
qurğularının yerləşdirilməsi üçün ərazidə
bina tikilmiş, 35 və 10 kilovoltluq elektrik
verilişi xətləri üçün eleqaz açarlı hücrələr
quraşdırılmışdır. Burada sabit cərəyan döv-
rələrini qidalandırmaq üçün akkumulyator
batareyaları və 2 ədəd sərfiyyat transfor-
matoru da qoyulmuşdur.
Gələcəkdə Ordubad Su Elektrik Stansi-
yasından elektrik enerjisini qəbul etmək
üçün yarımstansiyada 110 kilovoltluq ava-
danlıqlar da vardır. Quraşdırılan müasir ava-
danlıqlar elektrik enerjisinin keyfiyyətli ötü-
rülməsinə və itkinin qarşısını almağa, eləcə
də enerjiyə qənaət etməyə imkan verəcəkdir.
Həmçinin yaradılan müasir təhlükəsizlik
sistemi burada çalışanların iş şəraitini xeyli
yaxşılaşdıracaqdır.
Yarımstansiyada istilik sistemi quraşdı-
rılmış, növbətçi heyət üçün normal iş şəraiti
yaradılmış, ərazi abadlaşdırılmışdır.
Ali Məclisin Sədri yaradılan şəraitdən
səmərəli istifadə olunmasının, enerjiyə qə-
naət edilməsinin, israfçılığın qarşısını almaq
üçün əhali arasında maarifləndirici söh-
bətlərin aparılmasının vacibliyini qeyd
etmiş, ixtisaslı mütəxəssislərin hazırlan-
masına və kadr təminatına bundan sonra
da xüsusi diqqət yetirilməsi barədə tapşı-
rıqlar vermişdir.
Nazirlər Kabinetinin 2013-cü
ilin birinci yarısının sosial-iqtisadi
inkişafın yekunlarına həsr olunmuş
iclasında Azərbaycan Respublika-
sının Prezidenti cənab İlham Əliyev
demişdir: “İşsizliyin aradan qal-
dırılması 10 il bundan əvvəl qar-
şıya qoyulmuş əsas vəzifələrdən
biri idi. On il ərzində 1 milyon
180 min yeni iş yeri açılmışdır.
Bu ilin altı ayında 55 min iş yeri
yaradılmışdır. Onlardan 45 mini
daimi iş yeridir. Yəni bu proses
davam edir və bu da təbiidir.
Çünki bizim iqtisadi siyasətlə bağlı
təşəbbüslərimiz, o cümlədən Azər-
baycanda aparılan sənayeləşmə
siyasəti, əlbəttə ki, yeni iş yerlərinin
açılmasına gətirib çıxarır”.
Şərur Rayon Məşğulluq Mər-
kəzinin keçirdiyi növbəti əmək
yarmarkasında bu barədə geniş
danışılmışdır. Şərur şəhərindəki
Mədəniyyət Sarayında təşkil olu-
nan tədbiri giriş sözü ilə açan
Məşğulluq Mərkəzinin direktoru
Məmməd Məmmədov demişdir
ki, əhalinin yeni iş yeri tapması
üçün ən çevik formalardan sayılan
əmək yarmarkalarının keçirilməsi
daim diqqət mərkəzində saxlanılır.
Məşğulluq Mərkəzinin əməkdaşları
rayondakı idarə, müəssisə və təş-
kilatlarla, sahibkarlıq subyektləri
ilə sıx əlaqə saxlayır, boş iş yerləri
haqqında məlumatlar toplayır və
həmin yerləri əmək yarmarkala-
rında işaxtaran vətəndaşlara təqdim
edirlər. Bugünkü yarmarkaya isə
264 boş iş yeri çıxarılmışdır.
Şərur Rayon İcra Hakimiyyəti
başçısının müavini Rövşən İsgən-
dərov çıxış edərək əhalinin sosial
rifahının gücləndirilməsi, yoxsul-
luğun azaldılması, məşğulluğun
artırılması, ümumilikdə, insan po-
tensialının qorunması və inkişaf
etdirilməsi istiqamətində həyata
keçirilən tədbirlərdən danışmışdır.
Tədbirdə işaxtaran vətəndaş
Ceyran Əliyeva çıxış edərək məş-
ğulluğun təmin olunması üçün
əmək yarmarkalarının sərfəli me-
tod kimi əhəmiyyətini qeyd etmiş,
yeni iş yerlərinin yaradılması
üçün dövlətimiz tərəfindən ke-
çirilən tədbirləri ölkə vətəndaş-
larına göstərilən qayğı kimi
dəyərləndirmişdir.
Qeyd edək ki, əmək yarmar-
kasında 37 nəfərə göndəriş veril-
miş, 25 nəfər isə ictimai işlərə
cəlb olunmuşdur.
-
C.ƏLİYEV
Əmək yarmarkasına 264 boş iş yeri çıxarılmışdı
Babək Rayon Vergilər Şöbəsində
POS-terminallardan istifadə ilə
bağlı sahibkarlarla keçirilən görüşü
şöbənin rəisi, vergi xidməti müşaviri
Səftər Əliyarov açaraq bildirib ki,
rayonda nağdsız ödənişlərin artı-
rılması üçün POS-terminalların
quraşdırılmasının böyük əhəmiyyəti
var. Əvvəla bu, müasir dövrün tə-
ləbidir. Bütün dünyada nağdsız
ödənişlər sürətlə inkişaf edir. Eyni
zamanda plastik kartlardan istifadə
həm təhlükəsizlik, həm də rahatlıq
baxımından daha səmərəlidir.
Bildirilib ki, POS-terminalların
quraşdırılması və nağdsız ödənişlər
ticarət, əyləncə və xidmət mərkəz-
lərinin və müəssisələrinin nağd pul
vəsaitlərinin inkassasiyası, daşınması,
saxlanması və sayılması ilə bağlı
maliyyə xərclərinin və iş vaxtı sər-
finin azaldılmasına kömək edir. POS-
terminalların quraşdırılması bank
sektoru üçün də çox vacibdir. Bu,
plastik kart dövriyyəsinin, kartlardan
istifadənin və banklarda pul döv-
riyyəsinin artmasına gətirib çıxarır.
Sonra şöbənin əməkdaşlarından
Zaur Əhmədovun, Amin Tağıyevin
çıxışları olub. Çıxışlarda qeyd edilib
ki, nağd pul dövriyyəsi iqtisadiyyatı
iri həcmdə investisiya və kredit re-
surslarından məhrum etməklə yanaşı,
vergidənyayınma hallarına da səbəb
olur. Çünki məbləğindən asılı ol-
mayaraq, POS-terminal vasitəsilə
aparılan əməliyyatlar dərhal obyekt
sahibinin bankdakı hesabına keçir
və bu zaman vergidən yayınmaq
mümkün olmur. Bəzi hallarda mə-
lumatsızlıq, bir çox halda isə vergidən
yayınmaq istəyi ticarət və xidmət
məntəqələrində ödənişlərin POS-
terminallar vasitəsilə qəbuluna ma-
rağı azaldır. Sahibkarlar bilməlidirlər
ki, ödəniş kartları vasitəsilə nağdsız
dövriyyənin inkişafını sürətləndirmək
günün tələbidir və bu tələbdən ya-
yınmaq olmaz.
Sonda tədbir iştirakçılarını ma-
raqlandıran suallar cavablandırılıb.
-
Səbuhi HÜSEYNOV
POS-terminallardan istifadə ilə
bağlı maarifləndirici tədbir
3
İnformasiyanın daşıyıcısı və isti-
fadəçisi insan olduğundan informa-
siya cəmiyyətinin tam xarakteristi-
kasının verilməsində insan faktorunun
rolunun araşdırılması və qiymətlən-
dirilməsi xüsusi əhəmiyyət daşıyır.
Müasir cəmiyyətdə ən dərin elmi
araşdırmalardan tutmuş təhsil, sə-
hiyyə, mədəniyyət, turizm, rabitə və
digər sahələrdə, əslində, insana lazım
olan informasiyanın bölüşdürülməsi
və bu zaman kimin daha çox mütə-
rəqqi texnologiyalardan baş çıxarması
prosesləri gedir. Daha dərinə getsək,
sırf maddi istehsal kimi görünən sa-
hələrdə, məsələn, ağır sənaye və
kənd təsərrüfatında da informasiya
mübadiləsi özünü hər tərəfi ilə gös-
tərir. Belə ki, bu gün həmin sahələrdə
istehsal olunan hər cür yeni məhsul
uzunmüddətli bir informasiya alış-
verişi mərhələsi keçərək hazır nemət
halına gəlib çıxmışdır.
Cəmiyyətin informasiyalaşdırıl-
masında sürətli informasiya müba-
diləsinin və bunun vasitələri olan in-
formasiya-kommunikasiya texnolo-
giyalarının (İKT) rolu böyükdür.
Çoxları İKT dedikdə son model kom-
püter və yaxud sürətli internet bağ-
lantısı nəzərdə tutsa da, bunlar in-
formasiya mübadiləsi üçün texnoloji
vasitə və üsulların hazırda ən geniş
yayılanıdır. Ona görə hazırda geniş
yayılanıdır ki, çox deyil, əlli-yetmiş
il əvvəl bunlar olmayanda da insanlar
bu və ya digər formada informasiya
mübadiləsindən istifadə edirdilər. An-
caq müasir həyatımızın elə sahələrində
İKT-nin tətbiqini görməkdəyik ki,
bunlar, sözün əsl mənasında, bundan
bacarıqla istifadə edən firma və müəs-
sisələr, yaxud ayrı-ayrı şəxslər üçün
deyil, bütün planetin ümumi inkişaf
axarını dəyişdirib müəyyənləşdirən
bir güc deməkdir.
Sürətli informasiya və İKT qlo-
ballaşmanın səbəblərindən biri və
eyni zamanda onun da nəticəsidir.
Dünyaya inteqrasiya olunmaq və
bir düyməyə toxunuşla insanları ma-
raqlandıran nə varsa ondan xəbərdar
olmaq müasir mədəni insanın tələ-
batıdır. Dünyanın axarından kənarda
qalmamaq və bu axara lazımi anda
qoşula bilmək baxımından höku-
mətlər qədər ölkə vətəndaşlarının
da bunu dərk etməsi lazımdır. Başqa
sözlə, bu gün məktəblərimizdə altı-
yaşlılara İKT və sürətli informasiya
mübadiləsinin əhəmiyyətindən dərs-
lər keçilirsə, onların ortayaşlı vali-
deynlərinə elektron ticarət və elektron
ödənişlərin əhəmiyyəti haqqında bu
qədər maarifləndirici çıxışlar edil-
məsi bir az düşündürücüdür. Halbuki
elə bəsit tələbatlarımız naminə dağ-
dərə demədən hər cür maneələri aş-
mağa çalışırıq ki?! Bu gün ölkə-
mizdəki təhsil müəssisələrində isti-
fadəyə verilən kompüter dəstlərindən
tutmuş Azərbaycanın ilk süni pey-
kinin orbitə çıxarılmasınadək həyata
keçirilən irimiqyaslı işlər elektron
hökumət layihəsi çərçivəsində, son
nəticədə, hər birimizin rifahına, təh-
silimizə, sağlamlığımıza, elmdə, mə-
dəniyyətdəki nailiyyətlərimizə, rahat
səfərlərimizə, dəqiq tənzimlənən ra-
bitə və nəqliyyata, nağdsız ticarətə
və sürətli pul köçürmələrinə və sair,
və ilaxır harada tətbiq oluna bilirsə,
hər yerdə bizə xidmət üçündür. İn-
formasiyanın tətbiqi isə cəmiyyətin
sosial sifarişinin diqtəsi altında in-
sanın öz təşəbbüsü ilə mümkün olub,
müsbət nəticə halında innovativ
məhsul kimi öz bəhrəsini dərhal
göstərir. Bu gün hələ də kompüterin
gözə zərərini bəhanə edib adicə
elektron poçtdan istifadəni belə, mə-
nimsəməyən, sonra da Novruzəli
kimi bir məktubu göndərmək üçün
günlərlə öz “qiymətli” vaxtını itirən
fəlsəfə doktorlarına rast gəlinsə də,
cəmiyyətimizdə dünyadakı bütün ye-
nilikləri az qala bir anda mənimsəyə
bilən bacarıqlı insan resurslarımız
da kifayət qədərdir. Məhz bu insan
resurslarıdır ki, onların intellektual
gücü ilə məktəb və sağlamlıq ocaq-
larında, firma və müəssisələrdə, elm
və mədəniyyət ocaqlarında hər gün
yeni nailiyyətlər qazanılır, milli pey-
kimiz milli kadrlarımız tərəfindən
idarə olunur. Bunlar cəmiyyətimizin
hərtərəfli inkişafını çalışdığı hər sa-
hədə innovativ ideyalarla çıxış edə
bilən bacarıqlı insan resurslarının ye-
tişdirilməsində görən və bu istiqa-
mətdə hər addımda qətiyyət göstərən
dövlət başçımızın ən böyük xidmət-
lərindəndir. Müstəqil Azərbaycanın
malik olduğu intellektual potensialdan
tam gücü ilə istifadə etmək, dünyanın
bütün mütərəqqi nailiyyətlərindən
faydalanmaq və ölkəmizi qloballaşan
dünya arenasında daha layiqli təmsil
etmək yolunda bu xidmətlərin bəhrəsi
hələ neçə nəsillərə yetəcək.
Azərbaycan cəmiyyətində, icti-
mai həyatın müxtəlif sahələrində
İKT-nin tətbiqi və innovasiya iqti-
sadiyyatının qurulması sahəsindəki
intibahın konkret ünvanını Naxçıvan
Muxtar Respublikasında görmək
olar. Bu gün Naxçıvanın ixracyö-
nümlü regional iqtisadi inkişaf plat-
formasına keçməsi, burada ən müx-
təlif elektron xidmətlərin həyata ke-
çirilməsi, yeni xidmətlərin fəal su-
rətdə təbliği və təşviqi muxtar res-
publikada İKT sahəsində görülən
işlərin nəticəsidir. Bu, eyni zamanda
qoca Şərqin qapısındakı kommuni-
kasiya qovşağında öz ənənəvi əhə-
miyyətinə bir də müasir informasiya
körpüsü missiyası əlavə edən Nax-
çıvanın tarixi nailiyyətidir.
-
Əli CABBAROV
Sürətli informasiya və innovasiya iqtisadiyyatı
İnsan məskən salır...
G
ümüşlü kəndi Şərurun axar-
baxarlı təbii gözəllikləri,
əsrarəngiz mənzərələri ilə gözoxşa-
yan yaşayış məntəqələrindən biridir.
Başıçalmalı dağları sanki bu kəndin
keşiyində durub. Kənd rayon mər-
kəzindən 20 kilometr şimal-şərqdə,
Arpaçayın sol sahilində, Dərələyəz
silsiləsinin ətəyində, polimetal ya-
tağının yaxınlığında 1954-cü ildə
yaradılıb. Görəsən necə olub ki,
insan burada məskən salıb? Sualın
cavabını aydınlaşdırmaq marağı ya-
randı məndə. Tarixi mənbələrə mü-
raciət edib öyrəndim ki, buradakı
filiz mədəni hələ VII əsrdən məlum
olub.
Çar Rusiyası dövründə Yaycı da-
ğında tapılan metalın nümunələri
Petroqrada laboratoriya analizinə
göndərilib. Laboratoriyanın 3 mart
1849-cu il tarixli məlumatında metalın
tərkibində 0,18 putda 4 misqal gümüş
olduğu göstərilir. Gümüş-qurğuşun
tərkibli metal yatağının öyrənilməsi
Qafqaz canişinliyinin dağ-mədən
idarəsinin diqqətini çəkir. 1888-
1890-cı illərdə bu ərazidə bir neçə
dəfə geoloji kəşfiyyat işləri aparılır
və 1908-ci ildə Gümüşlü mədəni is-
tismara verilir. Lakin mədən rentabelli
işləmədiyindən 1912-ci ildə bağlanır.
Buna baxmayaraq, Birinci Dünya
müharibəsi zamanı rus mütəxəssisləri
yenidən Yaycı kənd əhalisinə məxsus
olan sahələri alıb əvvəlki mədən
sahəsi ilə birləşdirərək geoloji kəş-
fiyyat işlərini genişləndirir, zavodun
və fabrikin gücü artırılır, elektrik
stansiyası quraşdırılır. 1917-1918-ci
illərdə məlum hadisələrlə əlaqədar
fəaliyyətini dayandıran mədən
1920-ci ildə yenidən işə salınır. Amma
bu dəfə də onun ömrü uzun olmur.
Kəndin ilk sakinləri ilə söhbətlər
maraqlı oldu.
Səksən beş yaşlı Əli Şıxəliyev
Gümüşlünün ilk sakinlərindəndir.
Gənclik dövründən Məmmədsabir
kəndindən mədənə işləməyə gəlib:
– Keçən əsrin 50-ci illərinin
əvvəli idi. Bütün Şərur mahalına
səs yayıldı ki, Yaycı dağlarında yeni
iş yeri açılır. Gənclərin bu yerlərə
axını başladı: kimi bel-külünglə,
kimi maşınla, buldozerlə. İlk vaxtlar
bu ərazidə 2 mərtəbəli binalar tikildi.
Beləliklə, Gümüşlünün bünövrəsini
qoyduq. Quruculuq işlərinə mədənin
direktoru Əli Əliyev rəhbərlik edirdi.
Bu yerdə söhbətə Gümüşlünün
ilk sakinlərindən səksən yaşlı Firudin
Qafarov qoşulur:
– Bizim yaddaşımızda daha bir
mədən direktoru – Böyükağa Məlik -
ov da möhkəm kök salıb. “Şapur”
bulağının suyunu 7 kilometrlik mə-
safədən kəmər vasitəsilə o, kəndimizə
çəkdirmişdi. El arasında Şahbulaq
kəndindən gələn bu suya “Məlikov
kəməri” də deyirlər.
Kəndin ağbirçəyi Bəyim nənənin
də qapısını döydüm. Yaşı səksəni
ötsə də, hələ gümrahdır. Ötən əsrin
50-ci illərini, Gümüşlü kəndinin
necə yaranmasını yaxşı xatırlayır:
– Ömür-gün yoldaşım Qurban
Gümüşlü filiz mədəni fəaliyyətə
başlayan gündən burda çalışıb.
1954-cü ildən isə ailəlikcə Qara-
bağlar kəndindən birdəfəlik Gü-
müşlüyə köçüb, burda məskən sal-
mışıq. Əvvəlcə taxta fin evlərdə
yaşamışıq, sonra özümüzə daşdan
ev-eşik tikmişik.
Arpaçay dəryaçasının tikintisinə
başlananda günlərimiz lap təmtəraqlı
olub. Azərbaycan Respublikasının
xalq artistləri, məşhur müğənnilər
Sara Qədimovanın, Şövkət Ələkbər -
ovanın, Zeynəb Xanlarovanın və
başqalarının konsertləri hələ də
yaddaşımızdadır.
– Bəyim nənə, heç kəndinizin
bu günü barədə danışmadınız axı.
– Keçən ilin söhbətidir. Anadan
olduğum Qarabağlar kəndinə get-
mişdim. Gördüm ki, uçuq-sökük
köhnə binaların yerində böyük-böyük
imarətlər ucaldılıb. Düzü, valeh ol-
dum. Hətta oğluma dedim ki, gəl
Gümüşlüdəki evimizi sataq, gedib
Qarabağlarda yaşayaq. Oğlum nə
desə yaxşıdır: darıxma, tezliklə bizim
kənd Qarabağlardan da gözəl olacaq.
İki gün bundan əvvəl xəstələnmiş-
dim. Oğlum məni kəndimizdəki tibb
məntəqəsinə apardı. Kəndimizin
mərkəzinə çatanda gözlərimə inan-
madım. İlahi, insan əli gör nəyə qa-
dirdir? Elə bir səhiyyə ocağı yara-
dıblar ki, gəl görəsən. Məntəqənin
müdiri Rahilə xanım məni müayinə
elədi, dedi ki, soyuqlamışam. İynə
vurdu, bir neçə qutu da həb verdi.
Pulunu isə almadı. Bildirdi ki, döv-
lətimiz tibb məntəqəsini hər cür
dava-dərmanla təmin edib. Bizim
də vəzifəmiz xəstə insanların şəfa
tapmasına kömək etməkdir. Daha
sağalmışam. Belə dövranda yaşamaq
xoşdur, oğul.
Bəli, artıq Gümüşlü kəndi Şərurun
gözoxşayan yaşayış məntəqələrindən
birinə çevrilib. Hazırda 120 təsər-
rüfatda 556 nəfər yaşayır. 927 hektar
ərazisi olan kənddə əhali əkinçilik
və heyvandarlıqla məşğul olur. Təkcə
ötən il 120,8 ton taxıl, 2,8 ton paxlalı,
145 ton tərəvəz, 4,9 ton dən qarğıdalı,
90,4 ton bostan məhsulları, 140 ton
meyvə tədarük edilib. Bu il də gös-
təricilər ürəkaçandır.
Arpaçay dəryaçasının suyu
nura çevrilir
A
lternativ enerji mənbələrin-
dən məqsədyönlü istifadə
edilməsi bu gün prioritet istiqamət-
lərdən birinə çevrilib. Belə mənbə-
lərdən biri də ölkə ərazisində olan
çaylar üzərində salınan su elektrik
stansiyalarıdır. Bu istiqamətdə mux-
tar respublikamızda da əməli ad-
dımlar atılır.
Yeri gəlmişkən xatırladım ki,
ümummilli liderimiz Heydər Əliyev
1969-cu ildə Azərbaycana rəhbər
seçiləndən sonra Arpaçay Su Anba-
rının tikilməsi barədə göstəriş verib,
1977-ci ildə 150 milyon kubmetr
su tutumuna malik olan anbarın ti-
kintisi başa çatdırılıb. Bundan sonra
17 min 350 hektar sahə əkin döv-
riyyəsinə qatılıb.
2011-ci ildən isə Arpaçay Su
Elektrik Stansiyasının inşasına baş-
lanılıb. Bu möhtəşəm layihənin icrası
“Gəmiqaya Yol, Su, Enerji” Məhdud
Məsuliyyətli Cəmiyyətinə həvalə
edilib. Stansiyanın tikintisi başa çat-
dırılıb, hazırda son tamamlama işləri
görülür.
Elektrik stansiyasının gücü 20,5
meqavat, illik istehsalı isə 60 milyon
kilovat-saatdır. Hazırda elektrik stan-
siyası 11 meqavat güc ilə sınaq re-
jimində işləyir.
Bəli, Gümüşlü kəndindəki Ar-
paçay dəryaçasının suyu bu gün
nura çevrilib.
“Heydər Əliyev ili”nin
quruculuq ərməğanları
G
ümüşlü kənd inzibati ərazi
dairəsi üzrə nümayəndə Ra-
fiq Məmmədovla kənd mərkəzinin
qarşısında görüşdük, xeyli söhbət
etdik.
Bildirdi ki, avqustun 12-də bu
kəndin sakinləri əsl bayram sevincini
yaşayıblar. Həmin gün burada bir
neçə obyekt istifadəyə verilib.
Rafiq Məmmədovla kənd mər-
kəzinin içərisinə daxil oluruq. Ki-
tabxananın qarşısında Naxçıvan Döv-
lət Universitetinin tələbəsi Şəbnəm
Cəfərova ilə rastlaşır, kitabxana ba-
rədə onun təəssüratını öyrənirik:
– İndiyədək kitabxana üzünə həs-
rət qalmışdıq. Çox şükür, artıq bizim
kənddə də kitabxana açıldı. Hazırda
burada 5 min nüsxə kitab vardır.
Dünən kitabxanamızda Xalq şairi
Məmməd Arazın anadan olmasının
80 illiyinə həsr olunmuş tədbir ke-
çirilirdi. Kənd məktəbinin müəllimi
İdris Əliyev ustad şairin poeziyasını
geniş təhlil etdi, Azərbaycan Dövlət
Pedaqoji Universitetinin tələbəsi
Sübhan Rəhimovun Məmməd Arazın
şeirlərindən ibarət hazırladığı kom-
pozisiya səsləndirildi.
Mədəniyyət evində də çal-çağır
idi. Mədəniyyət evinin müdiri Coş-
qun Hüseynov dedi ki, köhnə bina-
mıza heç kim gəlmirdi, şərait yox
idi. Bax, indi mədəniyyət evimiz
beləcə, hər gün səhərdən axşamadək
dolub boşalır. Daha burada tədbir
keçirməyə nə var ki?! Hazırda mə-
dəniyyət evinin nəzdində xalq çalğı
alətləri ansamblı yaratmaq üzərində
işləyirik.
Kənd sakini Ələddin Novruzov
da bizə yaxınlaşdı və sevinclə, fərəhlə
ürək sözlərini belə çatdırdı: – Uzun
illər idi ki, poçt sarıdan korluq çə-
kirdik. Bir məktub, bir barat gön-
dərmək üçün 3 kilometr yol qət edib
qonşu Aşağı Yaycı kəndinə üz tu-
turduq. Kənd mərkəzimiz istifadəyə
veriləndən sonra daha buna ehtiyac
qalmayıb. Rabitə evində 160 nöm-
rəlik ATS quraşdırılıb, poçt bölmə-
sində internet və danışıq kartlarının
satışı təşkil edilib. Deyirlər ki, gə-
ləcəkdə poçtda əhaliyə bank xid-
mətlərinin göstərilməsi də nəzərdə
tutulub.
Kənd mərkəzində inzibati ərazi
dairəsi üzrə nümayəndəlik, bələdiy-
yə, Yeni Azərbaycan Partiyası ərazi
ilk təşkilatı, feldşer-mama məntəqəsi,
polis və baytarlıq məntəqələri, 50
nəfərlik iclas zalı yerləşir.
Həmin gün kənddə yeni xidmət
mərkəzi də istifadəyə verilib. Burada
ərzaq və təsərrüfat malları mağazası,
bərbərxana, gözəllik salonu və ət
satışı yeri fəaliyyət göstərir. Gü-
müşlülərə böyük sevinc hissi yaşadan
daha iki obyekt isə kənddə iki və
üçmərtəbəli yaşayış binalarında təmir
işlərinin aparılmasıdır. İkimərtəbəli
yaşayış binası 8 mənzilli, 3 mərtəbəli
yaşayış binası isə 10 mənzillidir.
Təmir işlərindən sonra yaşayış bi-
nalarında hər bir mənzil üçün lazımi
kommunal-məişət şəraiti yaradılıb.
İcra nümayəndəsi onu da vurğu-
ladı ki, son illər Gümüşlüyə yol çə-
kilib, 220 şagird yerlik ikimərtəbəli
məktəb binası inşa olunub. Təkcə
bu il məktəbin 5 məzunundan 4-ü
ali məktəb tələbəsi adını qazanıb.
G
ünəş dağların arxasına çəkilməkdə idi. Dağlar öz əzəməti ilə qaş
qaralanda da diqqəti cəlb edirdi. Bilmirəm, gözəllikləri, əsrarəngiz
mənzərələri təsvir etməyə, kənd haqqında oxucularda dolğun təsəvvür
yaratmağa nail oldummu? Sonda bu qənaətə gəldim ki, zəhmətkeş, torpaq
qədri bilən Gümüşlü sakinləri bu yerlərin ən qiymətli sərvətidir. Bu sərvət
özündə yurd sevgisini, milli dəyərləri, yaxşı ənənələri saxlayır və gələcəkdə
də belə olacağına əminlik yaradır.
-
Cəfər ƏLİYEV
Bilik və intellektual gücün cəmiyyətin inkişafındakı rolu şəksizdir.
Biliklərin əldə olunub mənimsənilməsi isə bunun üçün zəruri informasiya
olmadan mümkün deyildir. Bu informasiya insanın hər cür şüurlu
fəaliyyəti və rahat yaşaması üçün lazım olan maddi nemətlərin yaradıl-
masında, xidmətlərin göstərilməsində bir faktor rolunu oynamaqla
bərabər, onun sürəti və etibarlılığına da öz təsirini göstərir. Məhz sürətli
və etibarlı informasiya sayəsində insanlar istehsalın digər faktorlarını
hərəkətə gətirərək innovativyönümlü addımlar atır, beləliklə də, inkişafın
ən mühüm göstəricilərindən biri olan artıma nail olurlar.
gümüş kəməri
4
Qeydiyyat №: 575
Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılmır
ØßÐÃqapısı
Ünvan: AZ-7000,
Naxçıvan şəhəri, “Təbriz” küçəsi, 1.
Telefonlar: Məsul katib: 545-62-47
Şöbələr: 545-81-44, 545-51-18
Müxbirlər: 545-75-21, Faks: 544-52-52
E-mail: serqqapisi@nakhchivan.az
Nömrəyə məsul: Əli Cabbarov
Qəzet redaksiyanın kompyuter mərkəzində yığılıb, səhifələnib və
“Əcəmi” NPB-də ofset üsulu ilə çap olunmuşdur
.
Tiraj: 3940. Sifariş № 775
Baş redaktor:
TURAL SƏFƏROV
Tarixi qaynaqlara görə, Biçənək
aşırımı qədim və orta əsrlərdə Nax-
çıvandan Beyləqana və oradan da
Bərdəyə gedən yolun üstündə idi.
IX əsr ərəb tarixçilərinin məluma-
tına görə, Azərbaycanın şimal his-
sələrinə hücum edən ərəb sərkərdəsi
Salman ibn Rəbyə öz qoşununu
Beyləqana Biçənək aşırımı ilə apar-
mışdı. Bu aşırım Naxçıvanla Arranı
birləşdirən yeganə yol idi.
Qədim mənbələrdən fərqli olaraq,
XVII-XVIII əsrlərdə “Biçənək”
kənd adına çox az təsadüf edilir.
Hətta XVIII əsrə aid mənbədə Də-
rəşahbuz nahiyəsində bu kənd adı
qeydə alınma mışdır. Buna səbəb
həmin dövrdə kənd adının “Rencik”
variantında işlənməsi olmuşdur.
“Rencik” sözü “Peçenek//Beçenek”
tayfa adının təhrif olunmuş varian-
tıdır. 1727-1728-ci illərdə Rencik
kəndində heç kim yaşamamış, başqa
yerdən gəlib kəndin torpaqlarından
istifadə edənlərin illik gəlir vergisi
3000 ağça təşkil etmişdir.
Tarixi mənbələr sübut edir ki,
XIX əsrin ikinci yarısında Rusiyada
baş vermiş ictimai-siyasi hadisələrlə
bağlı çarizmin ədalətsiz idarəetmə
üsuluna qarşı çıxanlar ailəliklə müx-
təlif yerlərə sürgün edilirmiş. Həmin
dövrdə çarizmin qəzəbinə tuş gəlmiş
malakan ailələrinin bir qismi də Bi-
çənək kəndinə sürgün edilmiş və
yerli əhali ilə malakan ailələri ara-
sında yaranmış münaqişəyə görə
azərbaycanlı ailələr qonşu Zərnətün
və Xınzirək kəndlərinə köçmüş, kənd
tamamilə malakanların ixtiyarında
qalmışdır. Bundan istifadə edən ma-
lakanlar “Biçənək” kənd adını “Kar-
malinovka” adı ilə əvəz etmiş, kənd-
dəki bəzi ərazilərə “Rus düzü”, “Ma-
lakan bulağı” kimi adlar vermişlər.
1917-ci ildə Rusiyada baş verən
ictimai-siyasi hadisələrlə əlaqədar
çarizmin buxovundan azad olan Bi-
çənək kəndindəki malakan ailələrinin
əksəriyyəti Azərbaycanın İsmayıllı
rayonunun İvanovka kəndinə, bir
qismi isə Rusiyanın digər ərazilərinə
köçmüş, “Karmalinovka” adı XX
əsrin 20-ci illərinə qədər mövcud
olmuşdur. Bu ad 1903 və 1920-ci
illərdə Tiflisdə buraxılan xəritələrdə
əksini tapmış, D.D.Paqiryevin
1913-cü ildə tərtib etdiyi “Qafqazın
beşverstlik xəritəsinin adlar göstə-
ricisi” toplusunda “Biçənək kəndi”
və “Biçənək aşırımı” adları ilə bə-
rabər, “Karmalinovka” adı da qeyd
olunmuşdur. 1920-ci ildə “Karma-
linovka” adı ləğv edilmiş, Biçənək
kəndinin tarixi adı bərpa olunmuşdur.
Dilimizdə “Biçənək” adının məna
açımı ilə bağlı fikirlər müxtəlifdir.
Məsələn, bəzi şifahi söyləmələrə
görə, el arasında kəndə həm də
“Ağqoşa” deyilirmiş. Kəndin indiki
əhalisi “Biçənək” adını “ot biçilən
yer” şəklində mənalandırır. Ancaq
tədqiqatçıların hamısı bu fikri inkar
edir və çox haqlı olaraq adın mən-
şəyini qədim türk “Peçenek//Beçe-
nek” tayfa adı ilə bağlı açıqlayırlar.
Peçenek tayfası M.Kaşğarinin qeyd
etdiyi oğuz tayfalarından biridir.
Bu fakt türk sultanı Əbülqazi Ba-
hadır xanın “Seçerei-terakime” əsə-
rində də öz əksini tapır. İlk dəfə
olaraq akademik Z.Bünyadov “Bi-
çənək” toponimində qədim türk
“Peçenek//Beçenek” tayfa adının
əks olunduğunu yazmış, ondan sonra
tarixçi, dilçi və toponimçi alimlə-
rimiz bu məsələyə eyni mövqedən
yanaşmışlar. Biz də bu fikrə tərəfdar
olur və inanırıq ki, “Biçənək” sözü
“Peçenek//Beçenek” tayfa adını
özündə yaşadan qədim toponimdir.
Dərəşam qədim yurd yeridir
“D
ərəşam” Babək rayonu
ərazisində, Arazın sol
sahilində qədim yurd yeri, vaxtilə
Naxçıvan sancağının inzibati ərazi
bölgüsünə daxil olan nahiyə adıdır.
Dərəşam nahiyəsi XVI əsrdə təşkil
olunmuş, Nehrəm kəndindən Araz
çayı boyunca indiki Gülüstan kəndi
də (Culfa rayonu) daxil olmaqla
böyük bir ərazini əhatə etmiş və
nahiyənin mərkəzi Başkənd olmuş-
dur. Həmin dövrdə Dərəşam nahi-
yəsi “Dibkənd”, “Başkənd” və
“Ortakənd” adlı yaşayış məntəqə-
lərini, XVIII əsrdə isə Culqa kəndi
də (Culfanın əvvəlki adı) daxil ol-
maqla, 4 kəndi (Başkənd, Dibkənd,
Ortakənd və Culqa) əhatə etmişdir.
1840-cı ildə Dərəşam nahiyəsi ləğv
edilmiş, nahiyəyə daxil olan Dib-
kənd, Başkənd və Ortakənd yaşayış
məntəqələri dağılmış, tarixin do-
laylarında itib-batmışdır.
“Dərəşam” adına ilk dəfə Dədə
Qorqud dastanında rast gəlinir. Das-
tanın “Uşun Qoca oğlu Səyrək bo-
yunu bəyan edər” boyunda deyilir:
“İki qardaş qara donlu kafirlərin
üstünə at sürüb qılınc çaldı; onları
qırıb çatdılar, qovub qalaya saldılar.
Hərlədib, fırladıb atları qabaqlarına
qatdılar. Dərəşam suyunu üzüb keç-
dilər”. Bu fakt sübut edir ki, “Dərə-
şam” adı nahiyə təşkil edilməmişdən
əvvəl məlum olmuş və nahiyə öz
adını “Dərəşam” ərazi adından almış,
onomastik leksikamıza “Dərəşam
dağı”, “Dərəşam” yaşayış yeri, “Də-
rəşam nahiyəsi”, “Dərəşam” dəmir-
yol keçidi, “Dərəşam mərtəbəsi”,
“Dərəşam mineral bulağı” və sair
kimi adlar daxil olmuşdur.
Hazırda Şahbuz şəhəri ərazisində
qədim Şamlar yaşayış yeri, Şamlar
massivi, Şamlar arxı, Şamlar nek-
ropolu, Culfa rayonu ərazisində
Şamlu dərəsi, Ordubad, Zəngilan,
Saatlı, Sabir abad, Laçın rayonlarında,
Zəngəzurda “şam” komponentli ono-
mastik vahidlər mövcuddur.
Dərəşam toponimi “dərə” və
“şam” tərkib hissələrindən ibarətdir.
Burada “dərə” sözü “yaşayış mən-
təqələrinin olduğu vadi”, “çay ya-
tağı”, “mahal”, “şam” sözü isə bir-
ləşmənin ikinci tərəfi olub, mənşə-
yinin açıqlanmasında polemika ya-
radan komponentdir. “Şam” sözü
ərəb dilində “qamışlıq” mənasında
işlənir, Azərbaycan dilində isə to-
ponimin mənşəyi müxtəlif məna-
larda açıqlanır:
1. Tədqiqatçılar bu adı Şam şə-
hərindən (Suriya) köçüb gələn
“Şamlı” tayfa adı ilə əlaqələndi-
rirlər. Məsələn, bəzi elmi mənbələrdə
Şamlı tayfası qızılbaşlara məxsus
7 tayfadan biri hesab edilir və Azər-
baycanda abdullu və bəydili tirələ-
rinə ayrıldığı yazılır. Digər mənbədə
isə Şamlı tayfası səlcuqların bir
qolu kimi təqdim olunur və Əmir
Teymur tərəfindən Suriyadan kö-
çürülərək İranda və Azərbaycanda
məskunlaşmaları haqda məlumat
verilir. Mənbələrdə Laçın rayonun-
dakı Şamkənd, Zəngilan rayonun-
dakı Şamlı, Azərbaycanın qədim
ərazisi olan Zəngəzurdakı Şam, Go-
rus rayonundakı Şamsız kəndlərinin
də bu tayfaya məxsus ailələr tərə-
findən salındığı yazılır.
2. “Dərəşam” toponimi ərazinin
bitki örtüyü, qamışlıq, sucuq yer,
əsasən də şam ağacının adı ilə əla-
qələndirilir. “Dərəşam suyu... əs-
lində, şamlığı yaradan, şamlığa
axan su” deməkdir. Bu söz Tatarıs-
tan hidronimləri sırasında “Qara-
şam suyu” adı ilə çəkilir və yaşıllıq,
çəmənlik mənasında izah olunur.
Hazırda Batabat meşəsinin ərazi-
sində yerləşən və şam ağaclarından
ibarət olan yer “Şam talası” adlanır.
Bu coğrafi obyekt adı ərazinin bitki
örtüyü əsasında yaranmışdır.
3. Dilimizdə “şam” sözünün
məna açımının “siraq//şiraq//sir
qəbilə birləşməsinin adı ilə bağlı
olduğu və bir sıra türk dillərində
şama şiraq (sıraq) deyildiyi” də
vurğulanır.
Tanınmış dilçi alim, mərhum
A.Həsənov “Dərəşam” sözünün
məna açımına ayrıca məqalə həsr
edərək belə qənaətə gəlir ki, Dərə-
şam “dərə” və qədim “şam” sözlə-
rindən düzəlmişdir. Mənası “dərə-
dəki şam”, “dərənin yanındakı şam”
deməkdir. Müəllif “şam” sözünü
açıqlamaq məqsədilə yazır ki, “şam”
çay kənarında, adətən, iki çayın
qovuşacağında qamış, yulğun, cə-
yən, biyan və sair göyərdiyi, həm-
çinin çöl heyvanlarının və quşların
yurd, yuva saldığı yerlərə deyilir.
Göründüyü kimi, dilimizdə Də-
rəşam və tərkibində “şam” sözü
olan digər onomastik vahidlərin
mənşəyi müxtəlif şəkillərdə məna-
landırılır. Ancaq fikrimizcə, “şam”
komponentli onomastik vahidləri
“işıqlı dərə” mənasında açıqlamaq
inandırıcı görünmür, yəni “şam”
sözü burada “yanar şam – Günəş”
anlamı yaratmır. Eləcə də “şam”
sözünü şam ağacı, yaxud “çay kə-
narında olan qamışlıq, sulu, sucaq
yer” mənasında açıqlamaq da to-
ponimin məna yozumuna kömək
etmir. Çünki Naxçıvan ərazisində
şam ağacı çox az yayılıb, digər tə-
rəfdən, ərazinin sucaq və qamışlıq
olmayan yerlərində də “şam” kom-
ponentli onomastik vahidlər möv-
cuddur. Məsələn, Buzqov kəndi
(Babək rayonu) ərazisindəki “Şamın
tili” təpədə yerləşir, ətrafında da
heç bir qamış, yulğun, cəyən bitmir.
Bu fakt Şam, Pirəhməd şamı (Biləv
kəndi, Ordubad), Naxır şamı və
sair vahidlər üçün də səciyyəvidir.
Yuxarıdakı fikirlərdən sonra belə
qənaətə gəlirik ki, adın tayfa adı
ilə bağlı açıqlanması doğru fikirdir.
Ancaq yenə güman edirik ki, dili-
mizdə “şam” sözünün mənası hələlik
tam açılmayıb. Ona görə də bu haq-
da inandırıcı fikir söyləmək çətindir.
Lakin belə bir ehtimalı da istisna
etmirik ki, çoxmənalı “şam” sözu
lüğətlərdə qeyd olunmayan mənalara
da malikdir. Məsələn, Naxçıvan
dialekt və şivələrində “şam” sözü
“məzarın içi”, “yer, məskən, yurd,
torpaq” anlamlarında da işlənir. Ola
bilsin ki, Dərəşam sözü “dərədə
yerləşən məskən, torpaq, dərəyə
məxsus yer, yurd” mənalarını bil-
dirsin və digər “şam” tərkibli topo-
nimlərin əvvəlində işlənən Yaycı,
Dərə, Ordubad, Naxır, Pirəhməd
(Yaycı şamı, Dərəşam, Ordubad
şamı, Naxır şamı, Pirəhməd şamı)
və sair kimi sözlər bir şamı – yeri,
məskəni, yurdu digərindən fərqlən-
dirmək məqsədi daşıyır.
Yekun olaraq deyə bilərik ki,
“Şam” derivatı zaman keçdikcə
tarixi mərhələlərdə yeni məna kəsb
etmiş, coğrafi yer, şəhər, çay, dərə,
göylük, çəmənlik, qamışlıq və digər
adlarda əksini tapmışdır.
Adil BAĞIROV
filologiya elmləri doktoru
Yurd yerlərimizin tarixi və
adları haqqında nə bilirik?
“Biçənək” “ot biçilən yer” deyil, tayfa adıdır
B
içənək Şahbuz rayon mərkəzindən 24 kilometr şimal-şərqdə,
Zəngəzur silsiləsinin ətəyində, Naxçıvan-Laçın-Yevlax avtomobil
yolunun kənarında yerləşən kəndin adıdır. Kənd Azərbaycanın qədim
yaşayış məntəqələrindən biridir. Rayon ərazisində bu kənd adı ilə bağlı
Biçənək aşırımı, Biçənək çayı, Biçənək mineral su bulaqları, Biçənək
yolu, Biçənək meşəsi, Biçənək körpüsü və sair kimi coğrafi obyekt adları
da mövcuddur. Biçənək kəndi keçmiş Zərnətün və Xınzirək kəndləri və
Azərbaycanın tarixi ərazisi olan Zəngəzur qəzası ilə həmsərhəd ərazidə
yerləşir. Məşhur Batabat yaylağı, Biçənək aşırımı, Fərhad evi, Zorbulaq
bu kəndin yaxınlığındadır. Buradakı Əyriqar dağı, Ağ qaya, Qara qaya,
Ballı qaya, Sarı qaya, Gəlin qayası, Xəznə təpəsi, Sandıq daş, Miz daş,
Saat daşı, At taxta, Yanıq taxta, Yuxarı pay, Orta pay, Bənövşəli dərə,
Qara göl, Cilli göl, Zorbulaq, Söyüdlü bulaq, Karvansara bulağı, Soyuq
bulaq, Qiblə bulaq, Qızıl bulağı, Qırxgözlü bulaq, Turşsu və sair kimi yer-
yurd adları ərazinin qədim oğuzlara məxsusluğunu təsdiqləyən faktlardır.
Culfa rayonu üzrə 2013-2014-cü tədris ili üçün pedaqoji kadrlara olan ehtiyac haqqında məlumat
S
/№
Məktəbin adı
1
1
12
1
12
2
1
6
1
6
3
15
1
12
1
12
1
12
1
12
1
12
5
60
4
15
1
12
1
6
1
6
3
24
5
5
1
10
1
8
2
18
6
20
1
6
1
6
7
22
1
6
1
6
8
26
1
15
1
12
2
27
9
33
1
8
1
10
1
8
3
26
10
36
1
10
1
10
11
36
1
6
1
6
12
40
1
12
1
12
2
24
13
45
1
6
1
12
2
18
14
50
1
12
1
12
1
8
1
8
1
12
5
52
15
51
1
12
1
10
2
22
16
59
1
12
1
12
1
12
3
36
17
68
1
18
1
12
1
8
1
8
1
8
1
12
6
66
18
60
1
12
1
12
19
64
1
12
1
12
1
8
1
18
4
50
20
35
1
12
1
12
1
12
1
12
1
12
1
8
1
12
7
80
21
27
1
10
1
6
1
8
1
4
1
6
5
34
2
27
5
48
2
24
4
48
6
72
11
110
7
64
11
94
7
66
3
42
58
595
İtmişdir
Mustafayev Mehbalı Məhi oğlunun adına olan Azərbaycan Respublikası vətəndaşının
şəxsiy yət vəsiqəsi itdiyindən etibarsız sayılır.
Dostları ilə paylaş: |