1
ALİ MƏKTƏBLƏRDƏ FORMATİV QİYMƏTLƏNDİRMƏNİN TƏTBİQETMƏ
İMKANLARI
Məhəmməd Nuriyev
Xəzər Universitetinin tədris işləri üzrə prorektoru
Texnika elmləri doktoru, professor, 80-ə yaxın elmi məqalə, metodik vəsait və kitabların
müəllifi. Elmi əsərlərinin əksəriyyəti təşkilatı idarəetmə məsələlərinə, bir qismi isə müasir
təhsil texnologiyalarının ali məktəbdə tətbiqinə həsr olunub.
E-mail: mnouriev@khazar.org
Son illər ali təhsilimizin keyfiyyətinin artırılmasına, dünya təhsil məkanına
inteqrasiyasına, təhsilin təşkili və idarə olunmasında əmək bazarının ehtiyac və tələblərinin
nəzərə alınmasına xüsusi diqqət yetirilir. Bakalavr, magistr və doktorantura səviyyələri üçün
hazırlanmış ixtisasların yeni ad və şifrlərinin, ixtisas proqramlarına təqdim olunan tələblərin
müəyyən edilməsi, təhsil prosesinin idarə olunmasında uyğun olan normativ sənədlərin
tətbiqi təhsilin keyfiyyətinin təmin olunmasında mühüm rol oynayır.
Təhsilin təşkilində qazanılmış bir sıra nailiyyətlərə baxmayaraq, bu günədək
tələbələrin biliklərinin qiymətləndirilməsinə yetərincə diqqət yetirilmir, bir çox hallarda bu
məsələyə yanaşma səthi xarakter daşıyır, öyrətmə və öyrənmə prosesinin keyfiyyəti müasir
tələblərə cavab vermir.
Məlumdur ki, keyfiyyətli təhsili təmin etmək üçün hər bir tədris proqramında öyrətmə
və öyrənmənin məqsədləri müəyyən olunmalı, bu məqsədlərin əldə edilməsi uyğun fənlər
vasitəsilə açıqlanmalı və hər bir fənn üzrə keçirilən qiymətləndirmələr nəticəsində bu
məqsədlərə nə dərəcədə nail olunduğu təyin olunmalıdır [1].
Müxtəlif təyinatlı və müxtəlif formalı qiymətləndirmələr mövcuddur. Qiymətləndirmə
formal, qeyri-formal qiymətləndirmə nəticəsində tələbəyə qiymət yazılan və yazılmayan,
ənənəvi və ya kompüterləşdirilmiş ola bilər. Təyinatı baxımından diaqnostik, formativ
(formalaşdırıcı) və summativ (yekunlaşdırıcı) qiymətləndirmələr fərqləndirilir [2,3,4]. Qeyd
etmək lazımdır ki, hazırda tələbələrin biliklərini qiymətləndirmək üçün istifadə olunan
vasitələrindən bir qismi ilk növbədə formativ, o biriləri, əsasən, summativ və xeyli hissəsi isə
həm summativ, həm də formativ qiymətləndirmə üçün münasibdir.
Formativ qiymətləndirmənin yarıməsrlik tarixcəsi mövcuddur. İlk dəfə Lee J.
Cronbach fənnin məzmununun təkmilləşdirilməsi üçün cari qiymətləndirmədən istifadə
olunmasını təklif etmiş, bir neçə ildən sonra bu yanaşma tədris proqramların bütövlükdə
2
dəyərləndirilməsinə tətbiq olunmuş və tədricən bu üsuldan öyrətmə və öyrənmənin
keyfiyyətinin artırılması üçün fənnin gündəlik tədrisində istifadə olunmasına başlanmışdır
[5].
Diaqnostik qiymətləndirmə fənnin və ya ayrıca bir mövzunun tədrisinə başlamazdan
əvvəl tələbənin ilkin biliklərinin qiymətləndirilməsi üçün nəzərdə tutulur. Formativ
qiymətləndirmədən fənnin tədrisinin gedişatı boyu tədris olunan materialların tələbələr
tərəfindən necə qavranıldığı barədə əks əlaqənin əldə edilməsi üçün istifadə olunur [6].
Diaqnostik və formativ qiymətləndirmə anonim ola bilər və onların əsasında, bir qayda
olaraq, tələbəyə qiymət yazılmır. Bu qiymətləndirmələrdə əldə edilmiş məlumatdan tədris
prosesinə tələbələrin ilkin biliklərinə əsaslanaraq başlamaq, biliklərdə olan boşluqları aradan
qaldırmaq və son nəticələrin əldə edilməsi məqsədi ilə tədrisin gedişatına gərək olan
düzəlişlərin əlavə edilməsi üçün istifadə olunur. Summativ qiymətləndirmə tədris prosesinin
müəyyən mərhələlərinə yekun vurur, fənnin ayrı-ayrı komponentləri üzrə tələbənin
biliklərini qiymətləndirir və yekun qiyməti formalaşdırır [7].
Diaqnostik və formativ qiymətləndirmənin rolu ali məktəblərdə düzgün
dəyərləndirilmir və bu üsullara az diqqət yetirilir. Bu üsullardan lazımi səviyyədə istifadə
edilməməsi nəticəsində yaranan ciddi problemlərdən biri ondan ibarətdir ki, müəllim bir çox
hallarda semestrin başlanğıcında fənnin tədrisindən qabaq tələbələrin bilik səviyyəsini
qiymətləndirmir. Nəticədə isə tələbələrin qabiliyyətləri haqqında real təsəvvür olmadığı
halda, fənnin ilkin şərtlərinin qeydiyyat zamanı öncə yoxlanıldığını və təmin olunduğunu
zənn edərək, tədrisi mürəkkəblik baxımından tələbələr üçün əlçatmaz olan bir səviyyədən
başlayır. Bundan başqa, tədris zamanı formativ qiymətləndirmədən tətbiq olunmadığına görə,
tələbənin öyrənməsi barədə əks əlaqə əldə edilmir və son nəticədə, ancaq aralıq imtahandan
sonra müəyyən edilir ki, tələbələrin böyük qismi əsas materialı tələb olunan səviyyədə
qavramayıb.
Formativ qiymətləndirmə tədris materialının tələbələr tərəfindən mənimsənilməsinin
cari vəziyyəti barədə təsəvvür yaradır. Bu əks əlaqə tədrisin gedişatının istənilən
mərhələsində əldə edilmiş biliklər barədə məlumat verir, qavrama prosesində yaranan
çətinlikləri, aydın olmayan bilik elementlərini üzə çıxarır, tədris prosesinin tempini və tədris
olunan materialın həcm və mürəkkəblik səviyyəsini təshih edərək, çətinlikləri aradan
qaldırmağa imkan verir [8]. Araşdırmalar göstərir ki, müntəzəm olaraq aparılan formativ
qiymətləndirmə tələbə nailiyyətlərinin səviyyəsini mühüm dərəcədə yüksəldir [9].
Formativ qiymətləndirmə nəticəsində əldə edilən informasiyadan həm tələbələr, həm
də müəllimlər üçün önəmlidir. Bu əks əlaqə tələbələri nailiyyətləri və uğursuzluqları, güclü
3
və zəif tərəfləri barədə məlumatlandırır, müəllimə isə öyrətmə prosesinin effektivliyini
qiymətləndirməyə, tələbələrin biliklərində olan boşluqları üzə çıxarmağa və tədris prosesinin
gedişatına uyğun düzəliş və əlavələri daxil etməyə imkan verir [10]. Düzgün təşkil olunmuş
formativ qiymətləndirmədə əldə olunmuş və tələbələrə müəllim tərəfindən çatdırılan əks
əlaqə iki hissədən ibarətdir: birinci hissədə tələbələrə onların qarşısına qoyulan məqsədlər və
real öyrənmə nəticələri arasında olan fərqlər barədə məlumat çatdırılır; ikinci hissədə isə bu
fərqlərin aradan qadırılması üçün müəyyən məqsədyönümlü səylər həyata keçirilir.
Öyrətmə və öyrənmə əks əlaqələrin mühüm rol oynadığı kommunikasiya prosesidir
[11,12]. Müəyyən sadələşdirmələrlə bu prosesi şəkil 1 – də verilmiş sxem vasiəsilə təsvir və
təhlil etmək olar.
Şəkil 1. Öyrətmə və öyrənmə prosesləri və formativ əks əlaqə
Biliklərin cari qiymətləndirilməsi üsullarının şərhinin verilməsindən əvvəl öyrətmə və
öyrənmə proseslərinə, onlara təsir edən amillərə və formativ əks əlaqənin formalaşmasının
xüsusiyyətlərinə nəzər salaq. Məlumdur ki, ixtisas proqramında hər bir fənn özünəməxsus yer
tutur və fənnin öyrətmə məqsədləri ixtisas proqramının məqsədlərindən irəli gəlir. Müəllimin
tədris edəcəkləri predmet sahəsində mövcud olan biliklərdən, öyrətmə məqsədlərindən, fənn
proqramından və müəllimin özünün biliklərindən, təcrübəsindən və yaxşı tədris prosesi nə
olduğu barədəki onun subyektiv təsəvvüründən asılıdır. Qeyd olunanlara əsaslanaraq,
müəllim predmet sahəsinə aid və tələbələrə çatdıralacaq məlumatları seçir və fənnin tədris
proqramına uyğun olaraq öyrətməyə başlayır. Tələbələrin dinləmək, diqqət yetirmək, oxumaq
və dərk etmək qabiliyyətləri, baza bilikləri, fənnə qarşı münasibəti və motivasiyası, şəxsi
məqsədləri, fikirləri cəmləşdirmək və yayınmamaq bacarıqları mühüm dərəcədə fərqli
Öyrətmə
məqsədləri
Predmet
sahəsi
bilikləri
Tələbə
Dinlənilən və
qavranılan
Öyrənilənlər
Müəllimin
tədris
etdikləri
Öyrənmə məqsədləri
Motivasiya
Şəxsi məqsədlər
Yayındırıcı faktorlar
Nəticələr
Müəllimin əks əlaqəsi
Tələbənin əks əlaqəsi
Dostları ilə paylaş: |