Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
18
Ancaq Azərbaycan təzkirəçiliyini araşdırdıqda bu nümunələ-
rin sayının 46 olduğu üzə çıxmışdır. Azərbaycan təzkirəçiliyinin
bu və ya digər dövrü araşdırılarkən xatırlanmayan Azərbaycan təz-
kirəçiləri və əsərləri bunlardır: Tövfi Təbrizi “Təzkireyi-Tövfi”
(XVI əsr), Nazim Təbrizi “Nəzmi-güzidə” (XVII əsr), İshaq bəy
Üzri “Təzkireyi-İshaq” (XVIII əsr), Əbu Talib xan Təbrizi “Xüla-
sətül-əfkar” (XVIII əsr), Sultan Məhəmməd mirzə Bahadır xan Sə-
fəvi “Töhfətüş-şüəra” (XVIII əsr), Əbdürrəzzaq bəy Dünbüli “Təc-
rübətül-əhrar və təsliyyətül-əbrar”, “Hədayiqül-üdəba”, “Nigarista-
ni-Dara” (XIX əsr), Məhəmməd Fazil xan Gorusi Ravi “Əncümə-
ni-xaqan” (XIX əsr), Məhəmməd Saleh Şamlu “Məhəküş-şüəra”
(XIX əsr), Hülaku mirzə Qacar “Xərabat” (XIX əsr), Xudaverdi
xan Qacar “Təzkireyi-mədayih-i Elxaniyyə” (XIX əsr), Məhəm-
məd Bağır xan Qacar “Fələkül-Mərrix” (XIX əsr), Heydərqulu
mirzə Qacar “Təzkireyi-Xavər” (XIX əsr), Məhəmmədqulu Mirzə
Qacar “Təzkireyi-Xosrovi” (XIX əsr), Seyfüddövlə Sultan Mə-
həmməd Tağı “Bəzmi-xaqan” (XIX əsr), Məhəmməd Kazım Əsrar
Əlişah Təbrizi “Behcətüş-şüəra” (XIX əsr), Əli Rza mirzə Qacar
“Büstanül-xaqaniyyə” (XIX əsr), Əbülqasım Möhtəşəm Şirvani
“Əxtəri-taban” (XIX əsr), Şəmsəddin xan Həqqi Təbrizi “Əncümə-
nül-üdəba” (XX əsr), Seyid Əbdülhəmid Xalxali “Təzkireyi-şüəra-
yi-müasiri-İran” (XX əsr), Yəhya Şeyda “Ədəbiyyat ocağı” (XX
əsr).
Bizə məlum olan ilk Azərbaycan təzkirəsi XVI əsrdə Səfəvi
şahzadəsi
Sam mirzə tərəfindən fars dilində qələmə alınmış
“Töh-
feyi-Sami”dir. Bu təzkirəni ilk dəfə Hindistandakı Pətənə Univer-
sitetinin professoru
Mövləvi İqbal Hüseyn çap etdirmişdir. O, təz-
kirənin V fəslini Pətənə Universiteti kitabxanasındakı dörd əlyaz-
ma əsasında 1934-cü ildə nəşr etdirmişdir. Daha sonra İran alimi
Vəhid Dəstgərdi əsəri Ağayi-Nəcmabadi kitabxanasındakı nüsxə
əsasında nəşrə hazırlamış və bu əsər h.1314/1936-cı ildə Tehranda
“Ərməğan” jurnalına əlavə kimi tam şəkildə çap olunmuşdur.
H. 1345/1969-cu ildə isə
Rüknəddin Fərrux Hümayun beş
nüsxə (Astani-Qüdsi-Rizəvi, Baetin şəxsi kitabxanasındakı əlyaz-