Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
21
elmi-təndiqi mətn İstanbul Universiteti 4085 şifrəli əlyazma əsa-
sında hazırlanmış, Nurosmaniyə kitabxanalarındakı 3720 şifrəli
nüsxə əsas mətnlə müqayisə olunmuşdur. Xəyyampur kitabda əv-
vəlcə türkcə hər hansı şair haqda olan hissəni, daha sonra həmin
sətirlərin farsca tərcüməsini vermişdir. Beləliklə də, Sadiqinin təz-
kirəsinə daxil olan 333 şairin tərcümeyi-halları həm türkcə veril-
miş, həm də fars dilinə tərcümə olunmuşdur. İlk dəfə Sadiqi təzki-
rəsinin elmi-tənqidi mətni haqqında türk alimi
İbrahim Kutluk bir
məqalə dərc etdirmişdir
9
. Məqaləni nəzərdən keçirdikdə məlum
olur ki, İ.Kutlukun “Məcməül-xəvas” təzkirəsi haqqındakı fikirləri
arasında ziddiyyətlər vardır. Belə ki, məqalə müəllifi əvvəlcə bu
təzkirəni türk mədəniyyət tarixi üçün əhəmiyyətli bir nümunə he-
sab edir və əsərin farscaya tərcümə edilməsini bəyəndiyini qeyd
edir
10
. Daha sonra Kutluk Sadiqi təzkirəsini ciddi tənqid edərək
yazır: «"Məcməül-xəvas" bir tərcümeyi-hal məcmuəsindən ziyadə
antologiyadır. Verdiyi bioqrafik məlumatların heç bir əhəmiyyəti
yoxdur. İçindəki şairlərin nə vaxt yaşayıb-vəfat etdiyi verilməmiş-
dir… Şairlər baxımından əhəmiyyətli olmaqdan ziyadə, cığatay di-
li baxımından əhəmiyyətlidir”
11
.
Prof.
Əhməd Atəş də 1953-cü ildə “Oriens” jurnalının üçün-
cü cildində təzkirənin elmi-tənqidi mətninin müsbət və mənfi cə-
hətlərini əks etdirən tənqidi rəy yazmışdır. Xəyyampur Ə.Atəşin
qeyd etdiyi çatışmazlıqlar və nöqsanlara cavab olaraq bir məqalə
nəşr etdirmişdir
12
. Bundan sonra “Tarix” jurnalında Ə.Atəşin
başqa
bir məqaləsi dərc olunmuşdur
13
.
F.ü.f.d.
Məntiqə Muradova uzun müddət ərzində Sadiq bəy
Əfşarın Təbriz külliyyatı (3616) daxilindəki “Məcməül-xəvas”
9
Kutluk İ. Sadıki-i Kitabdar. Macma-al-havas // Türk Dili ve Edebiyatı Dergisi,
1949, № 3-4, s.577-580.
10
yenə orada, s. 579.
11
yenə orada, s. 580.
12
Nəşriyeyi-daneşkədeyi-ədəbiyyati-Təbriz, sal-i 6, s.117-128
13
Ateş A. Mecma al-Havas / İstanbul edebiyat fakültesi Tarih dergisi, 1953,
s.183-187.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
23
“Atəşkədə”nin elmi-tənqidi mətni 1956-1962-ci illərdə İran-
da işıq üzü görmüşdür. Elmi-tənqidi mətn
Həsən Sadat Nasiri
tərəfindən hazırlanmışdır. Həsən Sadat təzkirəni üç cilddə çap et-
dirmişdir. Hər cildin əvvəlində İran ədəbiyyatşünaslarının kitaba
yazdıqları müqəddimə və rəylərdə Azərin alimlik mövqeyi müəy-
yənləşdirilir. Həsən Sadat təzkirədə olan şeirləri şairlərin divanları-
nın mətni ilə müqayisə etmiş və “Atəşkədə” ilə “Divan”lar arasın-
dakı fərqləri səhifə altında göstərmişdir.
Elmi-tənqidi mətnin birinci cildi “Atəşkədə”nin birinci məc-
mərəsinin şahlar və şahzadələr olan hissəsini əhatə edir və 1956-cı
ildə Tehranda çap olunmuşdur. İkinci cild 1957-ci ildə işıq üzü
görmüşdür və burada Xorasan, Kirman, Astrabad, Cürcan, Mazan-
daran və Gilanın 152 nəfər şairi daxildir. Təzkirənin üçüncü cildi
1962-ci ildə çap olunmuşdur. Bu cilddə 206 nəfər İraqi-əcəm şair-
lərindən bəhs olunur.
M.Məmmədova axırıncı “məcmərə”nin – Lütfəli bəy Azərin
dövrü, müasirləri və öz yaradıcılığını əhatə edən hissənin elmi-tən-
qidi mətninin hazırlanmadığını xüsusi vuğulayır
16
.
“Atəşkədə”nin hökmdarlar, şahzadələr və əmirlərdən bəhs
edən “şölə” hissəsi isə hələ 1841-ci ildə N.Bland tərəfindən Lon-
donda çap olunmuşdur
17
.
Bəzi müəlliflər
18
“Atəşkədə”nin türkcəyə tərcümə olunaraq
h.1259/1843-cü ildə nəşr edildiyini yazırlar. Lakin T.Yazıcı
onların bu fikri ilə razılaşmır. Adı çəkilən tədqiqatçı həmin tarixin
Dövlətşah Səmərqəndinin təzkirəsinin Fəhmi Əfəndi tərəfindən
“Səfinətüş-şüəra” adı ilə çap olunan tərcüməsinə aid olduğunu bil-
dirir
19
.
16
Yenə orada, s. 129.
17
Bland N. Account of the Atesh Kedah, a Bibliographical work of the Persian
Poets, by Haji Lutf Ali Beg, of Ispahan // Journal of the
Royal Asiatic Society,
VII. - London: Royal Asiatic Society, 1843, 345 - 392 pp.
18
Bax: Storey Ch. Persian literature. A bio-bibliographikal survey. Vol 1. Lon-
don, 1927, p. 871; Kramers J.H. Lutf ali Beg. Eİ, v. 5, p. 834.
19
Yazıcı T. Ateşkede. DVİA. IV c., İstanbul, 1991, s. 59.