Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dövlət Pedaqoji Universiteti
B a l o ğ l a n Q u l i y e v
Mütəhərrik və əyləncəli
oyunlar
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
«____», «____» «2011»-ci il tarixli «____»
saylı əmri ilə dərs vəsaiti kimi
təsdiq edilmişdir.
Bakı – «ADPU» nəşriyyatı-2011
5
Quliyev B.S. – Mütəhərrik və əyləncəli oyunlar. Ali
pedaqoji universitetlərin «Fiziki tərbiyə və gənclərin çağırışaqədər
hazırlığı» ixtisası üçün dərs vəsaiti.
Vəsait «Mütəhərrik oyunlar və onun tədrisi metodikası» fənn
proqramı əsasında işlənilmiş bakalavr pilləsində təhsil alan tələbələr
üçün nəzərdə tutulmuşdur.
Həmin vəsaitdə asudə vaxtı səmərəli keçirib sağlam bədən
formalaşdırmaqla sağlam milli ruh tərbiyə edən hərəki-intellektual
əyləncəli oyun və hərəkətlər toplanılıb. Bu oyunlar milli kaloritlik
saxlanılmaqla müasir tələbata uyğun yenidən işlənilib və
təkmilləşdirilərək təqdim olunur.
Dərs vəsaitindən pedaqoji fakültələrdə və bədən tərbiyəsi
müəllimi ixtisası üzrə təhsil alanlar, mütəxəssislər, tədqiqatçılar,
dissertantlar, oxucu kütləsi bəhrələnə bilər.
Redaktor: Rəşid Əliyev – professor, pedaqogika üzrə
fəlsəfə doktoru, əməkdar məşqçi, ADTU-nun «Bədən tərbiyəsi və
idman» kafedrasının müdiri.
Rəyçilər: Əmrulla Paşayev-professor, pedaqoji elmlər
doktoru.
Məmməd Nəsrullayev –
professor, pedaqogika üzrə fəlsəfə
doktoru, ADBTİA-nın «Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası»
kafedrasının müdiri.
Gülbaba Quliyev –
ADPU-nun dosenti, əməkdar məşqçi,
Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi.
Rəhim Rəsulov – Azərbaycan Turizm inistutunun baş
müəllimi, Fəxri Bədən Tərbiyəsi və İdman işçisi.
Kitab müəllifin vəsaiti hesabına çap olunur.
6
Xalqımız, millətimiz genetik xüsusiyyətlərinə görə fiziki
cəhətdən sağlam insanlardan ibarət olan xalqdır, millətdir. Fiziki
sağlamlıq və fiziki güc, mənəvi sağlamlıqla bərabər Azərbaycan
xalqına, millətinə xas olan xüsusiyyətdir…
Azərbaycanda da idmanın, bədən tərbiyəsinin kütləvi surətdə
inkişaf etməsinə ciddi fikir verməliyik. Bu bizim vəzifəmizdir,
borcumuzdur. Bu xalqımızın gələcəyidir, gələcək nəsillərin daha
sağlam olmasının əsasıdır. Biz idmana, bədən tərbiyəsinə qayğı
göstərərək millət, xalq, vətən qarşısında öz borcumuzu yerinə
yetiririk…
Heydər Əliyev
Ümummilli liderimiz
Milli
Olimpiya
Komitəsinin
yaradılması,
Olimpiya
Oyunlarında Azərbaycanın öz bayrağı altında vahid komanda şəklində
iştirak etməsi xalqımızın azadlığının və ölkəmizin suverenliyinin
bəhrəsidir…
Milli Olimpiya Komitəsi uşaqların, yeniyetmələrin və gənclərin
idmana cəlb olunması, onlar üçün lazımi şərait yaradılması
istiqamətində fəaliyyətini günbəgün gücləndirir. Doğma Azərbaycana
şan-şöhrət gətirəcək idmançıların, sağlam gələcək nəslin yetişməsi
naminə uşaqların yolunu idman meydançalarına, salonlarına
yönəltmək həmişə vacibdir, zəruridir. Bu gün bizim fəaliyyətimiz,
təcrübəmiz örnək göstərilir…
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
«Sizin fəaliyyətininz keçmiş sovet məkanında yaradılmış bütün
Milli Olimpiya Komitələri üçün bir nümunədir. Avropada məndən bu
məkanda Olimpiya hərəkatının inkişafı barədə soruşanda böyük
məmnunluqla sizin ölkənizi misal göstərirəm».
Jak Roq
7
MÜNDƏRİCAT
Ön söz
Birinci ölmə
Fiziki tərbiyə təliminin bəzi pedaqoji konturları.
I Fəsil
Fiziki tərbiyənin təlimində fəal stimul yaradan prinsip, metod və
formaları.
1.1.Fiziki tərbiyənin təlimi prosesində fəaliyyətlərin tənzimlənməsini
təmin edən komponentlər
1.2.Fiziki tərbiyə üzrə ümumtəlim nəticələrinin reallaşdırılmasının
başlıca meyarları
1.3.Fiziki tərbiyə təliminin stimullaşdırılmasının metod və vasitələri
1.4.Fiziki tərbiyənin tədrisində fəal (interaktiv) təlimin tətbiqi
mexanizmləri
1.5.Fiziki tərbiyənin tədrisində fəal (interaktiv) təlimdən istifadənin
psixoloji aspektləri
II Fəsil
Şagirdlərin bəzi fizioloji və psixoloji xüsusiyyətləri
onların fiziki tərbiyə prosesində reallaşdırılması.
2.1.Ümumi və tam orta təhsil pilləsində şagirdlərin bəzi fizioloji
imkanları və onların fiziki tərbiyənin təlimində tətbiqi
2.2.Ümumi orta təhsil pilləsində şagirdlərin psixoloji xüsusiyyətləri
onların fiziki tərbiyənin təlimində nəzərə alınması
2.3.Tam orta təhsil yaş dövründə şagirdlərin psixoloji xüsusiyyətləri
onların fiziki tərbiyənin təlimində reallaşdırılması
İkinci bölmə
Mütəhərrik oyunlar
III Fəsil
Mütəhərrik oyunların pedaqoji mahiyyəti və təşkili yolları
3.1.Mütəhərrik oyunların əhəmiyyəti
3.2.Görkəmli pedaqoqlar oyunlar haqqında
3.3.Oyunların təşkili yolları
IV Fəsil
Mütəhərrik oyunların növləri, xarakteristikası və meydana gəlməsi